Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-125/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxx 1972-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvanda yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili, X8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri bilinib, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsin ə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 76.6.3cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 03 gündən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməsi, CM-in 67.1-ci mаddəsinə əsаsən Məhkum hal-hazırki hökmlə təyin edilmiş 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 il cəzanın çəkilməmiş 11 ay 03 gün hissəsi hökmlərin məcmusu üzrə qismən birləşdirilərək üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzаsını ciddi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzаçəkmə müddətinin bаş lаnğıcının həbs edildiyi gündən, yəni xx xxxxxx 2018-ci il tаrixdən hesаblаnması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2018-ci il tarixdə saat 10 radələrində yaşadığı binanın yaxınlığında piyada gəzən zaman yerdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sarı rəngli sellafona bükülmüş, təmiz çəkisi 41,562 qr nаrkоtik vаsitə olan tiryəki və 3 ədəd siqaretin gümüşü kağız bü kümlərində şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,842 qr, 0,297 qr və 0,376 qr olmaqla ümumi təmiz çəkisi 1,515 qram olan narkotik vasitə-heroini tapıb üzərində saxlayıb özü ilə daşıyaraq, həmin gün saat 17 radələrində yaşadığı binanın yaxlınlığında həmin narkotik vasitədən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,297 qr. və 0,376 qr, ümumi təmiz çəkisi 0,673 qram olan narkotik vasitə-heroini X11 19 manata qanunsuz olaraq satmış, qalan 1 ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0,842 qr. olan narkotik vasitə-heroini və 1 ədəd sarı rəngli sellafona bükülmüş təmiz çəkisi 41,562 qr. nаrkоtik vаsitə olan tiryəki isə satış məqsədi olmadan özü istifadə etmək məqsədilə əynindəki qara rəngli gödəkçənin sol iç yan cibində gizlət məklə saxlamışdır. X6 Rüstəmovdan almış olduğu 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 0,673 qram olan narkotik vasitə heroini həmin gün saat 17 radələrində Mingəçevir şəhər polis şöbəsinə gətirib könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və həmin çəkidə narkotik vasitə-heroin ondan götürülmüş, həmin gün saat 17 radələrində isə Məhkum əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən 1 (bir) ədəd sarı rəngli sellafona bükülmüş, təmiz çəkisi 41,562 qr. nаrkоtik vаsitə olan tiryək, 1 ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0,842 qr. narkotik vasitə olan heroin və xxa narkotik vasitə-heroini sataraq əldə etdiyi 1 ədəd 10 manatlıq (B ********), 1 ədəd 5 manatlıq (B ********) və 4 ədəd 1 manatlıq (C 98618866, D 40866011, E 11817993, C 75567789 serialı) əskinaz lardan ibarət ümumilikdə 19 (on doqquz) manat məbləğdə pul ünvan 1 ünvanda yerləşən Mingəçevir şəhər pоlis şöbəsinin inzibati binasında polis əməkdаşlаrı tərəfindən оnun üzərindən аşkаr edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində bildirilir ki, onun barəsində olan cinayət işi polis işçiləri tərəfindən süni surətdə yaradılmışdır. Ona görə də işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, yaxud da cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılması xahiş olunur. Şikayət m üəllifi hesab edir ki, Məhkum haqqında olan məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş, onun əməlində cinayət tərkibinin əlamətləri olmadan hökm çıxarılmışdır. Belə ki, iş materiallarından görünür ki, şərti alıcı olan xx xx xxxxxx 2018-ci ildə saat 16 radələrində Mingəçevir ŞPŞ-nə daxil olaraq Məhkum adlı şəxsdən öz vəsaiti hesabına narkotik vasitə alacağına dair məlumat vermişdir. Həmin gün saat 16:20-də A.Həsənovun məlumatı ilə əlaqədar sənədləşmə yekulaşmış və o, Məhkum yaşadığı Mingəçevir şəhəri, Nizami prospekti 7 saylı binanın yanına getmiş və narkotik vasitəni alaraq qayıtmışdır. Polis əməkdaşları xxun narkotik vasitəni almaq üçün haraya getdiyində maraqlı olmamış və saat 17:00-dan 17:20-dək xxun üzərinə baxış keçirilməsində iştirak etmiş hh və ff, həm də saat 17:0 0 radələrində Məhkum tutulmasında iştirak etmişlər. Müdafiəçinin fikrincə, bu fakt Məhkum uzun müddət polisin nəzarətində olmasına və müdafiəsiz qalmasına dair əsaslı şübhələr yaradır. Müdafiəçi həmçinin qeyd edir ki, Məhkum narkotik satmasını təsdiq edən yeganə sübut xxun ifadəsidir. Lakin məhkəmə baxışı zamanı xx Məhkum ona narkotik vasitə satmadığını, bunu zun təşkil etməsi barədə ifadə versə də, lakin həmin ifadə hüquqi qiymətini almamışdır. xx məhkəmədə verdiyi ifadəsində əvvəllər də polislə əməkdaşlıq etdiyini göstərmiş və konkret işlərin adını çəkmişdir. İş materiallarından görünür ki, z raportu xx xxxxxx 2018-ci ildə tərtib etmişdir. Müdafiəçi hesab edir ki, bu hal da təsdiq edir ki, hadisələr polis tərəfindən təşkil olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikay ətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum və müdafiəçisi R.Kərimlinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə mi nmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətlərdə Məhkum istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129- cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 201 1-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istə nilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nə ticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qə bulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliuyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliuyyəti nəzərdə tutulur. Məhkəmənin hökmünə görə Məh kum xx.xx.2018-ci il tarixdə saat 10 radələrində yaşadığı binanın yaxınlığında piyada gəzən zaman yerdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sarı rəngli sellafona bükülmüş, təmiz çəkisi 41,562 qram nаrkоtik vаsitə olan tiryəki və 3 ədəd siqaretin gümüşü kağız bükümlərində şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,842 qr, 0,297 qr və 0,376 qr olmaqla ümumi təmiz çəkisi 1,515 qram olan narkotik vasitə-heroini tapıb üzərində saxlayıb özü ilə daşıyaraq, həmin gün saat 17 radələrində yaşadığı binanın yaxlınlığında həmin narkotik vasitədən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,297 qr. və 0,376 qr, ümumi təmiz çəkisi 0,673 qram olan narkotik vasitə-heroini X11 19 manata qanunsuz olaraq satmış, qa lan 1 ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0,842 qr. olan narkotik vasitə-heroini və 1 ədəd sarı rəngli sellafona bükülmüş təmiz çəkisi 41,562 qr. nаrkоtik vаsitə olan tiryəki isə satış məqsədi olmadan özü istifadə etmək məqsədilə əynindəki qara rəngli gödəkçənin sol iç yan cibində gizlətməklə saxlamışdır. X6 Rüstəmovdan almış olduğu 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 0,673 qram olan narkotik vasitə-heroini həmin gün saat 17 radələrində Mingəçevir şəhər polis şöbəsinə gətirib könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və həmin çəkidə narkotik vasitəheroin ondan götürülmüş, həmin gün saat 17 radələrində isə Məhkum əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən 1 (bir) ədəd sarı rəngli sellafona bükülmüş, təmiz çəkisi 41,562 qr. nаrkоtik vаsitə olan tiryək, 1 ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0,842 qr. narkotik vasitə olan heroin və xxa narkotik vasitə-heroini sataraq əldə etdiyi 1 ədəd 10 manatlıq (B ********), 1 ədəd 5 manatlıq (B ********) və 4 ədəd 1 manatlıq (C 98618866, D 40866011, E 11817993, C 75567789 seriyalı) əskinazlardan ibarət ümumilikdə 19 (on doqquz) manat məbləğdə pul ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər pоlis şöbəsinin inzibati binasında polis əməkdаşlаrı tərəfindən оnun üzərindən аşkаr edilərək götürülmüşdür. İş materiallarından görünür ki: - xx xx xxxxxx 2018-ci ildə saat 16.00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinə gəlib şifahi ərizə ilə müraciət etmiş və “Poti” ləqəbli zzadlı Mingəçevir şəhər sakininin narkotik satışı ilə məşğul olmasını və onu ifşa etmək istədiyini bildirmişdir. (cild 1, vərəqə 5-6). -xx özünə məxsus olan 19 (on doqquz) manat pulu təqdim etmiş və PŞ-də həmin pullara xx.xx.2018-ci il tarixdə saat 16:20 – 16:30 arasında baxış keçirilərək nömrələri və seriyalarının qeydiyyatı aparılmaqla pullar xxa qaytarılmış və bu barədə protokol tərtib edilmişdir. (cild 1, vərəqə 10-11) -xx.xx.2018-ci il tarixdə saat 17:00 – 17:20 arasında tərtib edilmiş “Könüllü təqdim etmə protokolu”ndan görünür ki, X5 Rüstəmovla görüşüb qayıtdıqdan sonra onun üzərində axtarış keçirilir və o, zzdan aldığı 2 büküm narkotiki təqdim edir. Protokolda Məhkum da xxun üzərində axtarışda iştirak etdiyi yazılsa da, protokolda Məhkum imzası yoxdur. - Mingəçevir şəhər PŞ-nin əməliyyat müvəkkili z xx.xx.2018-ci il tarixli raportla Mingəçevir şəhər PŞ-nin rəisinə məruzə edərək Məhkum narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar ŞPŞ-nə dəvət olunduğunu məruzə edir və onun şəxsi axtarışına icazə verilməsini xahiş edir.(cild 1,vərəqə 19) Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tutulması ilə əlaqədar aparılmış qeyd edilən bütün sənədləşmələrin xx xxxxxx 2018-ci il tarixdə aparılmasına baxmayaraq, xxun şifahi ərizə protokolunda üzərində vurulmuş ştampdan görünür ki, protokolun Mingəçevir ŞPŞ-də HK-1 də qeydiyyata alındığı tarix xx xxxxxx 2018-ci il tarixdə 167-ci nömrə kimi, əməliyyat müvəkkili un raportunun üzərində vurulmuş ştampdan isə görünür ki, raportun Mingəçevir ŞPŞ-də HK-1 də qeydiyyata alındığı tarix xx xxxxxx 2018-ci il tarixdə 167-ci nömrə kimi göstərilmişdir. Lakin nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində həmin xüsus at araşdırılmamış, o cümlədən zəruri sənədlərə (hadisələrin qeydiyyatı kitabı, həmin materialın qeydiyyatının keçirildiyi zaman qeydiyyata alınmış digər materialların qeydiyyatı ardıcıllığının uyğun olub olmaması) baxış keçirməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri X1 Rüstəmovla görüşüb qayıtdıqdan sonra onun üzərində axtarış keçirilməsində Məhkum iştirak edib-etməməsini araşdırmamışlar. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2018-ci il tarixdə saat 17:00 – 17:20 arasında tərtib edilmiş “Könüllü təqdim etmə protokolu”ndan görünür ki, X5 Rüstəmovla görüşüb qayıtdıqdan sonra onun üzərində axtarış keçirilir və o, zzdan aldığı 2 büküm narkotiki təqdim edir, protokolda Məhkum da xxun üzərində axtarışda iştirak etdiyi yazılmış, lakin protokolda Məhku m imzası yoxdur. Əgər protokolda yazılanlar həqiqəti əks etdirirsə, Məhkum orada olması mümkün olmamalı idi, çünki o hələ tutulmamışdı və onun anket məlumatları polis əməkdaşlarında olmamalı idi. Məhkəmə kollegiyası hesab edir ki, əməliyyatda və protokolda iştirak edən şəxslərin dindirilməsi, zərurət olarsa, Məhkum ətrafında aparılmış əməliyyat tədbirləri ilə bağlı sənədlərə baxış keçirilməsi ilə həmin xüsusatın araşdırılması zəruridir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə özünə siqaret almaq üçün həyətə düşərkən Polis əməkdaşları saat 2-3 radələrində onu Polis şöbəsinə aparmışlar. Başına iki yumruq vuraraq narkotik vasitəni stolun üstünə qoyaraq etiraf etməyini əks ha lda evinə külli miqdarda narkotik vasitə qoyaraq anasını gətirməklə hədələmişlər. Ona təzyiq göstərmişlər. Apellyasiya instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək dindirilmiş şahid X22 оğlu bildirdi ki, o hadisə baş verən gün səhər-səhər həqiqətən zza zəng vuraraq narkotik vasitə istəmişdir. Lakin, bu zaman onlar arasında heç nə alınmamışdır. O təzyiq altında qaldığından göstərmişdir ki, guya o zzdan nəsə almışdır. Ona ünvanlanmış suallara cavab olaraq isə bildirdi ki, hazırda özü də oğurluq va narkotika cinayətləri üzrə məhkumluq həyatı yaşayır, həbsdədir. Narkotik istifadəçisidir. Hadisə baş verənə qədər xi tanımışdır. Bir məhlədə qalmışlar. zzın cinayət işinə qədər başqa cinayət işlərində də iştirak etmişdir. Rafiq adlı şəxsin cinayət işində təxm inən iki il olar ki, iştirak etmişdir. x2ın işi Rafiq adlı şəxslə bir yerdə olmuşdur. Hamin cinayət işi narkotiklə bağlı idi. x3 danışıdığı zaman ona təzyiq belə etmişdir ki, yəni o istifadəçi olduğu üçün onun özünü də tutarlar. 19 manat pul söhbətindən xəbəri vardır. Amma əslində iş materiallaırnda yazıldığı kimi deyildir. zzgilin evinin qarşısında çox olmuşdur. O polis şöbəsinə narkotik təqdim etməmişdir. İstintaqda onun adından yazılmışdır ki, guya o nələrsə etmişdir. Amma heç biri həqiqəti əks etdirmir. zzona narkotik vasitə satmamışdır. Şöbədə zzla onu üzləşdirməyiblər. zzı yalnız məhkəmədə görmüşdür. Hadisə baş verən gün zza zəng vurmuşdur. Zəngin səbəbi zzdan narkotik tapıb-tapa bilməyəcəyini soruşmaq olmuşdur. zzcavabında yox deyib. O bütün bunları təzyiq altında etmişdir. X20 göst ərmişdir. O istifadəçi olduğu üçün ona bildirmişdir ki, onlar ona jest edib həbs etməyib. xona bildirmişdir ki, problemləri vardır. İndi də xə kömək etməli imiş. O qorxduğu üçün əvvəllər indi dediklərini deyə bilməyib. Məhkəmə kollegiyası qeyd edir ki, xxun həmin ifadəsi, xüsusilə onun əvvəllər də polis orqanları ilə əməkdaşlıq etməsi, ayrı-ayrı şəxslərin cinayət məsuliyyətinə cəlb etməsi zamanı hal şahidi və sair qisimdə iştirak etməsinə dair verdiyi məlumatlar yoxlanmamış, onun ifadələrinin mötəbər sübut kimi qəbul edilib-edilməməsinin mümkünlüyü araşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayi sə edilməmiş və həmin ifadələrin hansının Məhkum həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntusunu aradan qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrıayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsi rsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avr opa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraa tı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şə xsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tə ləblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhə miyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-125/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-125/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver