Məhkəmə qərarları › İş №1(102)-125/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-125/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-125/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2022-ci il tarixli, 1(103)-847/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdar da psixotrop maddələri, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Məhəmməd» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı-Ələt magistral yolunun Bakı şəhəri Yasamal rayon ərazisində keçən hissəsində yolun kənarında quraşdırılmış yol hərəkət nişanının yanına yerləşdirdiyi bir ədəd sellofan torbada qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazı sı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 689 (altı yüz səksən doqquz) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 27,56 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon dərman preparatım, bir ədəd bükümdə təmiz çəkisi 136,038 qram olan xırda kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, hər birində 0,04 qram metamfetamin olmaqla metamfetaminin ümumi miqdarı 1,6 qram təşkil edən üzərində «Skype» yazısı həkk olunmuş, mavi rəngli 40 ədəd həbi, üzərində «Tymal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 90 (doxsan) ədəd həbdən ibarət tramadol hidroxlorid in təsiredici maddəsinin ümumi miqdarı 20,25 qram təşkil edən külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatını, üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncı-qırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 30 (otuz) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatını və bir ədəd «Aosa» markalı qara rəngli elektron tərəzini 28 iyun 2021-ci il tarixdə saat 02 radələrində həmin yerdən götürüb əldə edərək sonradan «Məhəmməd» adlı şəxsin tapşırığına əsasən həmin psixotrop maddənin, narkotik vasitənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin bir qismini özünə götürmək şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün satış məqsədilə daşıyaraq ünvan 2 ünvanında yerləşən yaşadığı evin dəhlizində olan taxta konstruksiyalı dolabın içərisində saxlamış, 29 iyun 2021-ci il tarixdə saat 16 radələrində «Məhəmməd» adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 09 (doqquz) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən narkotik vasitə hesab olunan metadon dərman preparatını, üzərində «Tymal-X (tramadol HCL 225mg)» ma rkalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 10 (on) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatını və üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncıqırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 10 (on) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatını ayırıb əynində olan açıq göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 17:20 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 09 (doqquz) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən narkotik vasitə hesab olunan metadon dərman preparatı, üzərində «Tymal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 10 (on) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatı və üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncıqırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 10 (on) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 20:15 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin dəhlizində olan taxta konstruksiyalı dolabın içərisində saxladığı bir ədəd sellofan bağlamada olan qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M40» yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 680 (altı yüz səksən) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 27,2 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon dərman preparatı, bir ədəd bükümdə təmiz çəkisi 136,038 qram olan xırda kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, hər birində 0,04 qram metamfetamin olmaqla metamfetaminin ümumi miqdarı 1,6 qram təşkil edən üzərində «Skype» yazısı həkk olunmuş, mavi rəngli 40 ədəd həb, üzərində «Ty mal-X (tramadol HCL 225mg)» markalanma göstəricisi olan, ağ rəngli, dairəvi formalı hər birində 0,225 qram tramadol hidroxlorid olmaqla, cəmi 80 (səksən) ədəd həbdən ibarət tramadol hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edən külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatı, üzərində «Preqasol 150 (preqabalin)» markalanma göstəricisi olan, narıncıqırmızı rəngli, kapsul formalı hər birində 0,15 qram preqabalin olmaqla, cəmi 20 (iyirmi) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatı və bir əd əd «Aosai» markalı qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X9 və X1 ibarət məhkəmə tərkibində) 25 fevral 2022-ci il tarixli, 1(101)-454/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 240.3.2-ci maddəsi ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplmaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edil məsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 iyun 2021-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət məhkəmə tərkibində) 1 avqust 2022-ci il tarixli, 1(103)847/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair 25 fevral 2022-ci il tarixli hökmünün də yişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırda Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2022-ci il tarixli, 1(103)-847/2022 nömrəli qərarı ndan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (himayəsində bir azyaşlı övladının olması, ailəsinin yeganə qazanc gətirəni olması, ilk məhkumluğu olması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2022-ci il tarixli, 1(103)-847/2022 nömrəli qərarının dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qa rşı yazılı etiraz verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

12. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Məhkum kassasiya şikayətində müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi t ərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (himayəsində bir azyaşlı övladının olması, ailəsinin yeganə qazanc gətirəni olması, ilk məhkumluğu olması) halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

15. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müra ciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2022-ci il tarixli, 1(103)-847/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

17. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, hə m də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsa s verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

20. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

21. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

22. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

23. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

24. Belə ki, Məhkum əməlinin tövsifi və barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmasa da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(101)454/2022 nömrəli hökmü ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini 6 il 6 aya endirmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini en dirərkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzasını ağırlaşdıran halların olmadığı nəzərə alınmamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

26. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş əməlinin tövsifinin mübahi sələndirilməsinə həsr olunmuş müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun əməlinin tövisifinə dair apellyasiya şikayətində irəli sürülmüş tələblərlə razılaşmasa da, məhkuma təyin edilmiş cəzanın ağır olması nəticəsinə gələrək, bu əsasla hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici halları əsas götürmüşdür.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının y üngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2022-ci il tarixli, 1(103)-847/2022 nömrəli qərarı dəyişdiril mədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2022-ci il tarixli, 1(103)-847/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar