Məhkəmə qərarları › İş №1(102)-1250/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1250/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1250/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun və məhkumun müdafiəçisi Gürsel Firəddin oğlu Atakişiyevin iştirakları il ə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rahib Salmanov (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Eldar Mikayılov) 1(101)-492/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxx 1979-cu il tarixdə Dəvəçi rayonunun Söhbətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Dəvəçi rayonunun Söhbətli kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1, 181.2.2, 181.2.3 və 182.1-ci maddələri ilə təqsirl i bilinərək, CM-in 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.1-ci maddəsi ilə 3 (üç) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 12 (on iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 13 iyun 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, vahid qəsdlə birinci dəfə 2020-ci ilin fevral ayında ünvan 1 ünvanda Zərərçəkmiş şəxs2 sağlamlığı üzərində zor göstərəcəyi ilə bağlı hədə-qorxu ifadə olunan hərəkətlər etməklə pul tələb edərək 200 manat pul almış, ikinci dəfə 2020-ci ilin mart ayında həmin ünvanda eyni məzmunlu hədə-qorxu ilə ifadə olunan hərəkətlər etməklə pul tələb edərək 100 manat pul almış, sonuncu dəfə bir neçə gün sonra həmin ünvana gələrək zərərçəkmiş şəxsin sağlamlığı üzərində zor göstərəcəyi, yaxın qohumları olan uşaqlarının sağlamlığı üzərində zor göstərəcəyi ilə bağlı hədə-qorxu ilə ifadə olunan hərəkətlər etməklə pul tələb etmiş, həmin günü Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə deyilən ərazidə 50 manat pulunu alaraq ümumilikdə zərərçəkmiş şəxsə 350 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25 may 2020ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanın qarşısında qohumu X6 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs hal ında cinayət əlaqəsinə girmiş, əvvəlcədən razılaşdırılmış cinayət planına əsasən sifətlərinin görünməsini çətinləşdirən qara rəngli maska-örtüklərdən istifadə edərək yaşayış evinin həyətinə hasardan aşmış, həyətdə evin elektrik cərəyan blokundan elektrik keçiricini ayırmaqla işıqları söndürmüş, evə həyətdə olan taxta pilləkəndən istifadə edərək pəncərədən qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 yatmış olduğu yataq otağına daxil olaraq çarpayıda uzanıb vəziyyətdə yatan hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs1 baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və yumruq zərbələri endirib, sonuncuya sağ gözətrafı nahiyənin qançırı, hər iki gicgah nahiyəsinin şişkinli qançırları, alt dodağın səthi əzilmiş yarası ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarə t yetirmiş, digər hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs2 çarpayıdan durub dəhlizə doğru qaçmaq istəyən zaman şəxsiyyəti istintaqa məlum olmayan şəxs dəhlizdə Zərərçəkmiş şəxs2 tutaraq bədəninə qəsdən əl və yumruq zərbələri vurmaqla yerə yıxmış, bundan sonra Məhkum və X6 hər iki zərərçəkmiş şəxsin sağlamlıqlarına təhlükəli zorakılıq tətbiq edərək əl və ayaqlarını kustar üsulla hazırlanmış kəndir və skoçla bağlayıb basqın etməklə mənzilin şkafından 2900 manat, stulun üzərində asılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 600 manat pulu ələ keçirməklə ümumilikdə zərərçəkmiş şəxsə 3500 manat maddi ziyan quldurluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov) 1(103)-543 /2022 nömrəli 23 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi G.F.Atakişiyev kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Gürsel Atakişiyev tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 06 dekabr 2022-ci il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 05 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərardan Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar