Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1250/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən ver ilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1990-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Milad” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir q rup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Milad” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 13 sentyabr 2021-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan R espublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2021 -ci ildə saat 16:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan, külli miqdarda, qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətl ər Məhkəməsinin (sədrlik edən hakim S.H.Hacıyev, hakimlər R.V.Salmanov və M.H.Əkbərovdan ibarət tərkibdə) 16 sentyabr 2022-ci il tarixli, 1(101)1255/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən Məhkum azyaşlı qızı - 24 may 2009-cu il təvəllüdlü X2 on dörd yaşına çatanadək Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır.
4. Hökmdən Dövlət ittihamçısı2 apellyasiya protesti verərək hökmün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edildiyi hissədə əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən dəyişdirilməsini və Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiqi barədə müddəanın hökmdən xaric edilməsini xahiş etmişdir.
5. Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinə etiraz etmiş, iş üzrə birinci instansiya məhkəməsinin hökmünü ədalətli hesab edərək məhkəmədən hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.A.İbrahimli, hakimlər H.H.Əhmədov və Z.A.Şirinovdan ibarət tərkibdə) 01 fevral 2023-cü il tarixli, 1(103)-271/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1255/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməd ən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri
8. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestində qeyd edilmişdir ki, iş üzrə hökm və apellyasiya instansiyasının qərarı cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı hissədə əsassız olmuşdur. Belə ki, aşağı instansiya məhkəmələri hökmdə və yekun qərarda təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən yeganə halı – azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən nəzərə almış, lakin onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini nəzərə almadan Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməklə onun barə sində əsassız olaraq CM-in 79-cu maddəsini tətbiq edərək azadlıqdan məhrum etmə cəzasının təxirə salınmalı olmasını müəyyən etməklə hökmün qanuni və əsaslı olmasını şübhə altına almışlar. Cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün CM-in 8, 58-ci maddələrində sadalanan hallar CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməli və məcmu halında nəzərə alınmalıdır. CM-in 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilərkən təqsirkar şəxsin buna hansı dərəcədə hazır olması, şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, bununla yanaşı, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları da nəzərdən qaçırılmamalıdır.
9. Bundan başqa, kassasiya protestində bildirilmişdir ki, məhkəmə qərarlarının qəbul edildiyi ərəfədə azyaşlı qızın həqiqətən anasının himayəsində olması, sonuncu tərəfindən ona maddi, mənəvi qulluq göstərilməsi halları, hansısa əmək fəaliyyətilə məşğul olması, uşağa layiqli həyat şəraiti təmin edən daimi yaşayış yerinin olub-olmaması, məhkumun yaşayış yeri üzrə uşağın normal həyat şəraitini, tərbiyəsini və məişətini təmin etməsinin mümkünlüyü, yəni nəticə etibarilə, bu institutun tətbiq edilməsinin zəruriliyi və təqsirkarın azyaşlı uşağının hüquqlarını təmin etməyə hazır olub-olmaması aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır.
10. Bundan əlavə, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınması həm onun tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini də pozmuş, eyni əməllərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol açmışdır. Nəticədə isə, eyni xarakterli cinayət əməllərini törətmiş və himayəsində azyaşlı uşağı olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır.
11. Kassasiya protestinin müəllifi məhkəmədən Məhkum təyin edilmiş cəzanın çəkilməsinin CM-in 79-cu maddəsinə əsasən qızı on dörd yaşına çatana qədər təxirə salınması ilə bağlı hissədə əsassız olması səbəbindən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-271/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası mə hkəməsində yeni məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir.
12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Göründüyü kimi, Dövlət ittihamçısı3 kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmamış və buna görə də onun barəsindəki hökmün icrasının təxirə salınması əsassız olmuşdur. Dövlət ittihamçısı bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
14. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir.
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir.
17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız h üquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
18. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normal ara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür.
21. Apellyasiya intansiyas ı məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
22. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəm ənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
23. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPMnin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
24. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericili yinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür.
25. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər.
26. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi Dövlət ittihamçısı3 tərəfindən mübahisələnd irilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür.
27. Kassasiya protestinin məzmununa görə, dövlət ittihamçısı yalnız bir məsələni – Məhkum barəsində CM-nin 79.1-ci maddəsininin əsassız olaraq tətbiq edilməsini mübahisələndirir və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürür.
28. Məhkəmə kollegiyası bu tələblə və onun əsslandırılması üçün gətirilən dəlillərlə bağlı vurğulayır ki, CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, h abelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
29. Göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində on dörd yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşd irən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağllılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları.
30. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya) 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Konstitusiy ada azadlıq hüququ beynəlxalq hüquq normalarına uyğun təsbit edilmiş və bu hüququn mütləq hüquq olmadığına görə onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİ hissəsinə görə, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
31. Qeyd olunmalıdır ki, hər kəsin azadlıq hüququ əsas insan hüquqlarından biri kimi bütün dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur (“İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 3-cü maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi və s.).
32. CM-nin 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumu tərəfindən 10 fevral 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətm əyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalma q, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır.
33. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətb iq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır.
34. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir.
35. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli Qərarında CM-nin 79.1-ci maddəsinin tətbiqi ilə əlaqədar göstərilmişdir ki, Konstitusiyanın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, məşəyindən, əqidəsindən və sairdən asılı olmayraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqid ə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
36. Göründüyü kimi, Konstitusiyada bəyan olunmuş bərabərlik hüququ hər kəsin hüquq və azadlıqlarının bərabərliyini ifadə edir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və azadlıqlardan ayrılıqda işləmir və hər hansı şəxsi həmin hüquq və azadlıqlardan istifadə zamanı diskriminasiyadan qoruyur.
37. Təsadüfi deyildir ki, bərabərlik hüququ bu və ya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7-ci maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci b əndi və s.).
38. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. 8 yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan CM-nin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir.
39. CM-nin müddəaları (o cümlədən 79-cü maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquqi normaların, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzi fələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti və Cinayət Məcəlləsinin müddəaları bir-biri ilə sıx əlaqədardır. Bu Məcəllə Konstitusiya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanaraq nəinki cinayətin anlayışını, məqsədini, növlərini və tətbiqi şərtlərini, o cümlədən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir.
40. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
41. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
43. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tə tbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
44. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.
45. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
46. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləş dirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur.
47. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və ə məlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.
48. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqs irkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir.
49. Hazırki işin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarında həmçinin görünür ki, məhkəmələr məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsini tətbiq edib ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrasını uşağının 14 yaşına çatmasınadək təxirə salarkən, məhkum edilmiş şəxsin əmək fəaliyyəti və uşağa layiqli həyat şəraiti təmin edən daimi yaşayış yeri olmasının aydınlaşdırılması, məhkumun yaşayış yeri üzrə uşağın normal həyat şəraitinin, tərbiyəsinin və məişətinin təmin edilməsinin mümkünlüyünün araşdırılması üçün icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının işə cəlb edilməsi, onların müvafiq rəyinin alınması üçün heç bir tədbir görməmişlər.
50. Digər tərəfdən, işdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 11 dekabr 2021-ci il tarixli 5046 saylı ekspert rəyindən görünür ki, Məhkum psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
51. Həmçinin işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş 23 may 2022-ci il tarixli 4149 nömrəli məktubdan görünür ki, Məhkum həmin xəstəxanada mü alicədə olmayıb.
52. Belə olan təqdirdə, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan və məcburi müalicəyə cəlb ediləcək bir şəxsin himayəsində olan azyaşlı övladınn qayğısına qalması, təlim-tərbiyəsi ilə məşğul olması, onun üçün normal həyat şəraitini yaratması ciddi suallar doğurur və məhkəmə tərfindən bu halların da araşdırılması xüsusi əhəmiyyət kəsb edir.
53. Məhkəmə kollegiyası hesab edir ki, heç bir araşdırma aparmadan məhkum edilmiş şəxsə real cəzanın təyin edilməməsi, eyni xarakterli cinayətlərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol verir. Nəticədə himayəsində azyaşlı uşaqlar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanunvericiliyinin xəbərdaredici fu nksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranır.
54. Belə olan halda Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanuni və əsaslı nəticə kimi qiymətləndirilə bilməz.
55. Bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini, dövlət ittihamçısının kassasiya protestinin əsaslı olduğunu göstərir.
56. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya pr otesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli, 1(103)-271/2023 saylı qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.
57. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin.