Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1251/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum və onun müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili X2 Şahid Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum haqqındakı 14 sentyabr 2018-ci il tarixli hökmündən şahid Müdafiəçi verdiyi apellyasiya şikayətinin icraata qəbul olunub baxılmasından imtina edilməsinə dair Bakı Apellyasiya Mə hkəməsinin 15 may 2019-cu il tarixli qərarından şahid Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.2 maddələri ilə təqsirli bilinib, məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən şahid Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum haqqındakı 14 sentyabr 2018-ci il tarixli hökmündən şahid Müdafiəçi verdiyi apellyasiya şikayətinin icraata qəbul olunub baxılmasından imtina edilmişdir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından şahid Müdafiəçi Qulaməli qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019 -cu il tarixli qərarının ləğv edilərək onun zərərçəkmiş şəxs qismində tanınması və işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsinə dair şahid Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsinə dair Məhkum, onun müdafiəçisi L.Abdullayev və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, cinayət işi materiallarından görünür ki, K8 cinayət işi üzrə şahid qismində dindirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi qanuna uyğun olaraq şahid Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum haqqındakı 14 sentyabr 2018-ci il tarixli hökmündən apellyasiya qaydasında şikayət vermək hüququ olmadığı üçün şikayətinin icraata qəbul olunub baxılmasından imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə - məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, bəraətin dəlil və əsaslarına aid hissədə -bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair - yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tibb i xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü, zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə - zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi, mülki iddiaya dair hissədə - mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi malikdirlər. Belə ki, qanunun tələblərinə uyğun olaraq şahid Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli hökmündən apellyasiya qaydasına şikayəti vermək hüququ yoxdur. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli ilkin baxış qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağ ır Cinayətlər Məhkəməsinin Məhkum haqqındakı 14 sentyabr 2018-ci il tarixli hökmündən şahid Müdafiəçi Qulaməli qızının verdiyi apellyasiya şikayətinin icraata qəbul olunub baxılmasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1251/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1251/2019
17.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver