Məhkəmə qərarları › İş №1(102)-1251/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1251/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1251/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs X5 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Məhkum və onun müdafiəçiləri Bakı şəhəri 15 sa ylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 149.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-267/2023 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi5 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə (bundan sonra mətndə: kassasiya şikayətləri) mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1993-cü ildə Beyləqan rayonun da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, SMD 4 qəsəbəsində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 24 avqust 2020-ci il tarixdə saat 22:00 radələrində xalası Qanuni nümayəndə xx xxxx 2004-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs gecə saatları olduğuna görə yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evə tək getməməsi üçün anası Şahid9 xahişi ilə Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi ilə Leopold və Mstislav Rostropoviçlər küçələrinin kəsişməsində qarşılayaraq 24 avqust 2020-ci il tarixdə saat 22 r adələrində tək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirdikdən və xalası qızı ilə evdə tək gecələyəcəyini dəqiqləşdirdikdən sonra alçaq niyyətlə cinsi ehtirasını qarşı tərəfin iradəsinə zidd olaraq təmin etmək məqsədi ilə xalası qızı Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı onun 16 yaşının yeni tamam olması və bu münasibətlə 27 iyul 2020-ci il tarixdə ad günü məclisi keçirməsi, yəni sonuncunun aşkar surətdə yetkinlik yaşına çatmadığını dəqiq bildiyi və onunla könüllü şəkildə cinsi əlaqədə olmağa etiraz edəcəyini düşündüyü, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olması səbəbindən spirtli içki qəbul edəcəyi halda ona müqavimət göstərmək imkanından məhrum olaraq köməksiz vəziyyətə düşəcəyini yəqin etməklə cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmi ş şəxs evdə paltarlarını dəyişməklə anası Şahid9 məxsus rahat ev paltarlarından geyinməsini təklif edib sonuncunun ona olan güvənini artırmaq və paltarlarını dəyişməsi üçün şərait yaratmasına dair görüntü yaradıb əslində isə öz alçaq niyyətinə nail olmaq məqsədi ilə yaşadığı evin yaxınlığında, yəni ünvan 3 ünvanında yerləşən "SPAR SUPERMARKET Express Axundov” mağazasına getməklə həmin gün, yəni 24 avqust 2020-ci il tarixdə saat 23:11-də mağazadan 01 (bir) ədəd 0,45 litr həcmi olan "JİQULİ BARNOE 0%” adlı metal qablaşmalı spirtsiz pivə, 05 (beş) ədəd şüşə qabda hər biri 0,5 litr həcmdə, tərkibində 4,2% spirt olan "JİQULEVSKOE SALYAN” adlı pivə və digər ərzaq məhsulları alıb yaşadığı evə qayıdaraq cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs ona olan etibarından istifadə edərək aral arında olan güvəni daha da artırmaq məqsədi ilə sonuncuya əvvəl tərkibində spirt olmayan 01 (bir) ədəd 0,45 litr həcmi olan "JiQuLİ BARNOE 0%” adlı metal qablaşmalı spirtsiz pivəni içmək üçün təqdim edib, içdiyini gördükdən sonra, şüşə qablaşmada olmaqla tərkibində 4,2% spirt olan 0,5 litr həcmli "JİQULEVSKOE SAlYaN” adlı pivədən də sonuncunun içməsinə nail olmuş, lakin Zərərçəkmiş şəxs sərxoş olmadığını görüb pivə içmək istədiyini bəhanə etməklə 25 avqust 2020-ci il tarixdə, gecə saat 02-03 radələrində istintaqla müəyyən edilməyən mənbədən tərkibində daha çox, yəni 7,5% spirt olan əlavə 02 (iki) ədəd "Baltika-9” adlı spirtli pivə almaqla evə qayıtmış, 25 avqust 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs pivə içməklə sərxoş olmadığını və cinayətkar niyyətinə nail ola bilməyəcə yini görərək guya bibisi oğlu Şahid12 ilə sonuncunun nişanlısı Şahid16 onlara gəldiyini və onları qarşılamaq üçün evdən çıxacağını Zərərçəkmiş şəxs bildirməklə yuxarı mərtəbədə olan otağa keçməsini təklif edərək evdən çıxmış, təxminən 5 dəqiqə sonra evə geri qayıdaraq istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda əldə etdiyi, növü və tərkibi müəyyən edilməyən bihuşedici maddəni stəkana süzdüyü "Baltika” markalı spirtli pivə içkisinə qatmış, daha sonra isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evin ikinci mərtəbəsində olan otaqdan çağıraraq bibisioğlunun və sonuncunun nişanlısının artıq onlara gəlməyəcəklərini bildirməklə onun üçün süzdüyü fərqli pivənin daha dadlı olduğunu deyib tərkibinə istintaqa dəqiq növü məlum olmayan bihuşedici təsir göstərən maddə əlavə etdiyi həmin pivəni xalası qız ı Zərərçəkmiş şəxs aldadıb içirtməklə sonuncunun sərxoş və bihuş, yəni şüursuz vəziyyətdə olmaqla ətrafında baş verən hadisələri dərk etmək və ona qarşı edilən seksual hərəkətlərə müqavimət göstərmək imkanından məhrum etməklə köməksiz vəziyyətə salaraq Zərərçəkmiş şəxs üst və alt paltarlarını çıxarıb evin ikinci mərtəbəsində yerləşən özünə aid otaqda özünün yatdığı çarpayının üzərinə uzadıb həmin çarpayının üzərində ereksiya vəziyyətində olan cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına daxil etməklə qızlıq pərdəsinin tamlığını, yəni bakirəliyini pozaraq onunla bir neçə dəqiqə ərzində cinsi əlaqədə olmaqla eyni zamanda cinsi ehtirasını daha da artırmaq üçün Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən öpməklə, əlləri ilə sıxmaqla sonuncuya sol bazu nahiyəsinin orta 1/3-nin arxa sət hində, sol baldırın yuxarı 1/3-nin arxa səthində, sağ süd vəzisinin iç kvadrantında, üst və alt dodaqların sol hissəsinin selikli qişalarında qançırlar kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs, yəni doğma xalası qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla onu zorlamışdır.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X9 ibarət məhkəmə tərkibində) 12 oktyabr 2022-ci il tarixli, 1(101)-578/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müd dətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 19 oktyabr 2021-ci il tarixdən hesab edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 apellyasiya şikayətləri verib Məhkum CM-in 149.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(101)-578/2022 nömrəli hökmünün ləğv edilərək Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

5. Həmçinin zərər çəkmiş şəxsin nümayəndəs i Nümayəndə apellyasiya şikayəti verib hökmün cəza təyini hissəsində dəyişdirilərək Məhkum 10 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, həmçinin Bakı şəhər Yasamal Rayon prokuroru və Bakı şəhər Yasamal Rayon Prokurorluğunun müstəntiqi X6 barəsində xüsusi qərar qəbul edilib Baş Prokurorluğa göndərilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət məhkəmə tərkibində) 07 iyun 2023-cü il tarixli, 1(103)267/2023 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum CM-in 149.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 1(101)-578/2022 nömrəli hökmünün təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Həmin qərardan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət məhkəmə tərkibində) 24 yanvar 2024-cü il tarixli, 1(102)-208/2024 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 1 49.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.

9. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-267/2023 nömrəli qərarından Məhkum müdafiəçiləri müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi5 tərəfindən birgə qaydada kassasiya şikayəti və Məhkum tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

10. Kassasiya şikayətlərinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-pro sessual normaların tələbləri pozulmuş, apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı qismən məhkəmə istintaı keçirilməklə aparılsa da, məhkum yenidən dindirilməmiş, nəticədə hüquqlarını müdafiə etdikləri şəxs Məhkum əməlində cinayət hadisəsinin olmamasına baxmayaraq Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur.

11. Müdafiəçilər və məhkum kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)267/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişlər.

12. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

13. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum, müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi5 ayrı-ayrılıqda kassasiya şikayətlərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc q ızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosess ual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya ins tansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Müdafiəçilər və məhkum kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 149.2.3-cümaddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

22. Odur ki, kollegiya müdafiəçilərin və məhkumun kassasiya şikay ətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şə xsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

27. Azərbaycan Respubl ikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

29. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, m addə 146.1).

30. Müdafiəçilər və məhkum tərəfindən verilmiş kassasiya şikayətlərindən görünür ki, onlar, Məhkum tərəfindən Zərərçəkmiş şəxs hər hansı bihuşedici təsir göstərən maddə verdiyini, bununla da onun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaqla onu zorladığını və buna dair olan digər fikirlərin hamısı ittiham tərəfindən onun üzərinə atılan böhtandır, cinayət işi materiallarında onun əməlinin CMin 149.2.3-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, Məhkum əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 149.2.3-cümaddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət hadisəsinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkə məsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

31. Bu isə onu göstərir ki, müdafiəçilər və məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyi xahiş edir.

32. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cü mlədən, əməlində cinayət hadisəsinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

35. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apelly asiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 149.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

36. Həqiqətən də, kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-i n 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və məhkəmə icraat zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, həmçinin şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, o cümlədən istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şik ayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəs i qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası məhkumun, müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçilər və məhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103 )-267/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-267/2023 nömrəli qərarı Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi5 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar