Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1251/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-756/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qəra rı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXX tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 16 iyun 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,177.2.3, 29,180.2.2 və 29,180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məh kum 21 yanvar 2023-cü il tarixdə, saat 06:50-də Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanında yerləşən zərərçəkmiş şəxsin işlətdiyi köşkün pəncərəsini sındıraraq içəri qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 199,30 (yüz doxsan doqquz manat, otuz qəpik) manat olan, 01 (bir) ədədinin qiyməti 05 (beş) manat olan 02 (iki) ədəd elektron siqaret, hər birinin qiyməti 04,10 (dörd manat, on qəpik) manat, 09 (doqquz) ədəd qara nazik “Sobranie” markalı siqaret, hər birinin qiyməti 04,10 (dörd manat, on qəpik) manat olan 03 (üç) ədəd Kompakt “Sobranie” markalı siqaret, hər birinin qiyməti 02,20 (iki manat, iyirmi qəpik) manat olan 07 (yeddi) ədəd qalın “Magna” markalı siqaret, hər birinin qiyməti 02,20 (iki manat, iyirmi qəpik) manat olan 09 (doqquz) ədəd nazik “Magna” markalı siq aret, hər birinin qiyməti 02,70 (iki manat yetmiş qəpik) manat olan 07 (yeddi) ədəd “Winchester” markalı siqaret, hər birinin qiyməti 03 (üç) manat olan 04 (dörd) ədəd “LD” markalı siqaret, bir ədədinin qiyməti 02 (iki) manat olan 01 (bir) ədəd “Qarabağ” markalı, hər birinin qiyməti 02,20 (iki manat, iyirmi qəpik) manat olan 03 (üç) ədəd “Prima” markalı siqaret, hər birinin qiyməti 02,70 (iki manat, yetmiş qəpik) manat olan 06 (altı) ədəd “Vest” markalı siqaret, hər birinin qiyməti 02,20 (iki manat, iyirmi) qəpik olan 06 (altı) ədəd “Arqo” markalı siqaret, hər birinin qiyməti 03,60 (üç manat, altmış qəpik) manat olan 01 (bir) ədəd “Winston” markalı siqaret və hər birinin qiyməti 02 (iki manat, yetmiş qəpik) manat olan 12 (on iki) ədəd “Rothmans” markalı siqaretləri əlində olan qara rəngl i selofan torbaya yığaraq köşkdən çıxmaq istəyən zaman ərazidə xidmət edən Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa o, təkrarən 14 may 2023-cü il tarixdə, saat 20:30 radələrində özgənin əmlakını açıq talamaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 45 ünvanında yerləşən avtobus dayanacağında zərərçəkmiş şəxs 2yə məxsus içərisində 28 manat pul vəsaiti və 100 manat dəyərində qadın kosmetik əşyaların saxlanıldığı 18 manat dəyərində qadın əl çantasını sonuncunun əlindən dartmaqla əlləri ilə sifət nahiyəsinə sillə vurmuş, bundan sonra əlləri ilə boğaz nahiyəsindən tutub sıxmaqla sonuncuya alın nahiyəsinin, boyun nahiyəsinin sıyrıqları, sol bazunun qan çırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, zərərçəkmiş şəxs 2yə məxsus 146 manat dəyərində əmlakı açıq talayaraq ələ keçirmək istədikdə, ərazidə xidmət edən Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanıldığından soyğunçuluq etməyə cəhd etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-27/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 29,180.2.2 və 29,180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azər baycan Respublikası CM-nin 29,180.2.2 və 29,180.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, istintaq dövründə tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 may 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digə r məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, barəsində həbslə bağlı olmayan və ya daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-756/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-27/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum qeyd etmişdir ki, ap ellyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını, işdə toplanmış sübutları hərtərəfli və obyektiv araşdırmamış, məsuliyyətini yüngülləşdirən halları nəzərə almamış və ona ağır cəza təyin etmişdir. O, törətdiyi cinayət əməlinə görə peşmandır. İstintaq zamanı cinayətin açılması ilə bağlı hüquq-mühafizə orqanlarına köməklik etmiş, cinayəti səmimi etiraf etmişdir. Dəymiş ziyanı ödədiyindən zərərçəkmiş şəxslər şikayətçi deyillər. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur, iki azyaşlı övladı vardır. Cəzaçəkmə müəssisəsində təsərrüfat sahəsində çalışır, heç bir rejim və intizam qaydalarının pozuntusuna yol verməmiş, davranışı bütün islah normalarına cavab verir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-756/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, cəzasını yüngülləşdirici halları nəzərə alaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunili yi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-756/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edil məsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik d ərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin maraqlarının müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Tə svir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi x arakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkumun ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 29,180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edil miş, Azərbaycan Respublikası CM- nin 177.2.3-cü maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
25. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
26. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilm iş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
27. Yenə də eyni Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
28. Baxılan işin materiallarından müəyyən olunur ki, Məhkumun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq törətdiyi cinayət əməllərinə görə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, cəzasını ağırlaşdıran hal olaraq əməlində cinayətin residivinin yaranmasını nəzərə alan birinci instansiya məhkəməsi, ona təqsirli bilindiyi maddələrin sanksiyasında residivə görə müəyyən edilmiş həddən az olmamaqla başa çatmayan cinayətə görə müəyyən edilmiş həddən çox olmayan cəza təyin etmiş, həmin cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
29. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
30. Məhkuma daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir.
31. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-756/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-756/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.