Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1252/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi R.S.Nəbiyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Rəşid İnqilab oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) xx xxxxxx 1981-ci ildə Ağsu rayonu Növçü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağsu rayonu Növçü kəndində qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkl ə, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 20 iyul 2018-ci ildə saat 07 radələrində Ağsu rayonu Məlikçobanlı kəndində yerləşən və işlədiyi bağ sahəsindən çıxıb uzaqlaşdıqdan bir müddət sonra onunla işləyən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söz işlətməsi səbəbindən yenidən həmin bağ sahəsinə qayıdaraq idarə etdiyi avtomobildən götürdüyü və üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsindən heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə vurmuş, nəticədə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin sol 11-ci qabırğasını və qabırğaarası arteriya və venasını zədələyər ək qarın boşluğuna nüfuz edən mədəköndələn çənbər bağırsaq bağını və böyük piyliyi zədələyən, daxili qanaxma törədən deşilmişkəsilmiş yara ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi İ.S.Rüstəmov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirbahəddin Mirdamət oğlu, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 11 aprel 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır, apellyasiya şikayəti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi R.S.Nəbiyev kassasiya şikayəti verərək, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə onun Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsi və ya CM-nin 70-ci maddəsini tətbiq etməklə apellyasiya məhkəmə sinin qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi R.S.Nəbiyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 11 aprel 2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif etməklə düzgün hüquqi nəticəyə gəlsə də, hesab edir ki, Məhkum ədalətli cəza təyin etməmişdir. Ona görə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 11.04.2019-cu il tarixli qərarında Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq çəkməsini, cinayətin törədilməsindən sonra öz avtomobili ilə zərərçəkmiş şəxsi xəstəxanaya aparmaqla onun həyat və sağlamlığı üçün təhlükəni aradan qaldırmağa səy göstərməsini, könüllü olaraq özünü istintaq orqanına təslim etməsini, zərərçəkmiş şəxslə barışmasınıvə razılıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə aldığını, həmçinin Məhkum cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd etsə də, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya Həmin Məcəllənin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü nəzərə almamışdır. Odur ki, kassasiya şikayətinin təmin edilməsini və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onun Şəki Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 11.04.2019-cu il tarixli qərarı ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsi və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə apellyasiya məhkəməsinin qərarı ilə Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: M əhkəmə qərarlarından görünür ki, Məhkum tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin törədilməsi məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansılarına əsaslanması qərarda göstərmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq apellyasiya məhkəməsi tərəfindən həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən Məhkum əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticənin0 qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətində də, həmin məsələlər mübahisələndirilmir. Şikayətdə apellyasiya məhkəməsi tərəfindən Məhkum ədalətli cəza təyin edilmədiyi, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya Həmin Məcəllənin 70-ci maddəsinin tətbiqinin mümkünlüyünün nəzərə alınmadığı iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən bütün dəlillər apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətrafl ı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında Məhkumun əməlinin tövsifi və ona təyin olunmuş cəza ilə ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2019-cu il tarixli hökmü dəyişdirilməlidir. İbtidai istintaq orqanı Məhkum qarşı irəli sürdüyü ittihamda onun əməlini, yəni Zərərçəkmiş şəxs qarşı ictimai təhlükəli davranışını xuliqanlıq niyyəti ilə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurması kimi Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif etmiş, birinci instansiya məhkəməsi də Məhkum əməlinin bu cür tövsifini düzgün hesab etmiş və onu həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilib cəzaya məhkum etmişdir. Lakin işin faktiki halları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkumla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında əvvəllər normal yoldaşlıq münasibəti olmuş, bu münasibətə uyğun olaraq da onların birbirinə müəyyən söyüşlərlə müraciət formasında zarafatları olmuşdur. Məhz hadisə baş verən gün də Zərərçəkmiş şəxs işlədikləri bağda itin açıq olmasını görüb həmin iti bağlamalı olan təqsirlən dirilən şəxs Məhkum qarasına (arxasınca) deyinmiş, bunu eşidən Məhkum oğlu X1 atasına zəng edərək nə üçün iti bağlamadığını soruşmuş və Zərərçəkmiş şəxs buna görə deyindiyini ona bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxs Məhkum mobil telefonla Zərərçəkmiş şəxs zəng edib nə üçün əhəmiyyətli səbəb olmadan onun dalınca deyinməsini soruşmuş, Zərərçəkmiş şəxs isə Məhkuma əvvəllər bir- birinə zarafat mənasında dedikləri nalayiq ifadələrlə müraciət edərək itin kənd camaatının heyvanlarına hücum etmə təhlükəsinin olmasını və iti açıq qoymasına görə iradını bildirmişdir. Zərərçəkmiş şəxs Məhkum barəsində işlətdiyi nalayiq sözlərlə onlar həmişə zarafat etsələr də, lakin bu dəfə Məhkum Zərərçəkmiş şəxs sözlərindən və başqa söyüşlər də işlətməsindən əsəbiləşərək telefonda onunla mübahisə edib “ indi gəlib sənə göstərərəm...” deyə onu hədələmiş, Zərərçəkmiş şəxs yenə də söyüş işlədib “gəl görüm mənə nə edəcəksən” deməsindən isə daha da qəzəblənərək idarə etdiyi VAZ 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs olduğu yerə qayıtmış, meyvə kəsmək üçün maşınında saxladığı bıçağı götürüb, bağ sahəsinin qapısının yanında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşmış, Zərərçəkmiş şəxs yaxınlaşa-yaxınlaşa yenə də bir-birinə irad bildirmiş və qarşılıqlı olaraq söyüşlər işlətmiş, Zərərçəkmiş şəxs çatanda əlindəki bıçaqla onun sinə nahiyəsinə bir dəfə vurmuşdur. Məhkum Zərərçəkmiş şəxs sinəsindən qan axdığını gördükdən sonra səhv etdiyini başa düşmüş və Zərərçəkmiş şəxs üzr istəmiş, Zərərçəkmiş şəxs isə ona narahat olmamağını, hər yerdə yıxılaraq dəmir batdığını de yəcəyini bildirmişdir. Şahid ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs həqiqətən də öncə təqsirləndirilən şəxs Məhkum tərəfindən bıçaqla vurulduğunu gizlətməyə çalışmış, yıxılaraq sinəsinə dəmir batdığını bildirmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Belə ki, ibtidai istintaq orqanı Məhkum qarşı irəli sürdüyü ittihamda sonuncunun ona istinad edilən əməli “heç bir əsaslı səbəb olmadan”, yəni “xuliqanlıq niyyətilə” törətdiyini iddia etmişdir. Birinci instansiya məhkəməsi də Məhkum əməlinin bu cür tövsifi ilə razılaşmışdır. Lakin işin faktiki hallarından göründüyü kimi, hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs telefonla danışdıqları zaman t əqsirləndirilən şəxs Məhkum, zarafat mənasında olsa belə, nalayiq sözlər deməsi olmuş, bu səbəbdən də sonuncu əsəbiləşərək yenidən bağ sahəsinə gəlmiş və Zərərçəkmiş şəxs əlində olan bıçaqla 1 dəfə zərbə vuraraq qəsdən sağlamlığına ağır zərər yetirmiş, lakin bu əməli xuliqanlıq niyyəti ilə, yəni səbəbsiz olaraq və ya cüzi səbəbi bəhanə gətirərək etməmişdir. Cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilmiş hesab edilməsi üçün təqsirkarın davranışı ictimai qaydalara və əxlaq normalarına açıq etinasızlıq göstərilməsində, özünün başqalarından üstünlüyünü və gücünü nümayiş etdirmək cəhdində, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına fiziki zor tətbiqində təzahür etməlidir. Lakin konkret halda təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs qarşı ictimai təhlükəli davranışının motivi ictimai qaydalara və əxlaq normalarına açıq etinasızlıq göstərmək, özünün üstünlüyünü və gücünü nümayiş etdirmək, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə fiziki zor tətbiq etmək deyil, telefon danışığı zamanı barəsində işlədilən söyüşə və nalayiq sözlərə görə aralarında baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs qisas almaq, onu “cəzalandırmaq” olmuşdur. Ona görə də, məhkəmə kollegiyası sözügedən cinayətin motivi ilə bağlı ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə ilə razılaşmır. Təqsirləndirilən şəxsin hadisə yerinə gələrək heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə yaxınlaşıb onun sinə nahiyəsindən 1 dəfə bıçaqla vurması ittihamı həqiqətə və işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən törədi lmiş cinayətin motivi xuliqanlıq niyyəti ilə bağlı olmamış, həmin cinayətin motivi şəxsi münasibətlər zəminində yaranmış mübahisə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təhlil olunan vəziyyətdə Məhkum əməlinin CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Onun əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi yoxdur. Məhkum istinad edilən əməldə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş mübahisə zamanı qəsdən sağlamlığa ağır zərər vurma, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi müəyyən olunur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-c ü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə təqsirləndirilən şəxs Məhkum CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, buna uyğun cinayət məsuliyyəti daşımalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq çəkməsini, cinayətin törədilməsindən sonra öz avtomobili ilə zərərçəkmiş şəxsi xəstəxanaya aparmaqla onun həyat və sağlamlığı üçün təhlükəni aradan qaldırmağa səy göstərməsini, könüllü olaraq özünü istintaq orqanına təslim etməsini, zərərçəkmiş şəxslə barışmasını və razılıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmama sını, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Məhkumun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədildiyi şəraiti, onun şəxsiyyətini müsbət səciyyələndirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə qənaətə gəlir ki, Məhkum təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin olunması mümkün, məqsədəuyğun və yetərlidir. Təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi X9 məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilərək, ona təyin ediləcək cəzanın, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, şərti hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişlər. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum həddindən artıq güzəştli münasibət göstərilməsinə və barəsində CM-in 70ci maddəsinin tətbiqinə əsas görmür. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətini qismən təmin etməklə kifayətlənir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2019-cu il tarixli hökmü dəyiş dirilməli, onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası üzrə cəzaya məhkum edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla qismən razılaşdığını qərarda göstərmiş, buna dair nəticəni ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərar ın dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından və apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarından görünür ki, iş üzrə yuxarıda göstərilən normalarda nəzərdə tutulan mənada müstəsna hallar və ya Məhkum törət diyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Kassasiya şikayətində Məhkum həm də Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu da iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdu r ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Şikayətdə göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bi ləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, şikayətin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X10 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1252/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1252/2019
09.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver