Məhkəmə qərarları › İş №1(102)-1252/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1252/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1252/2020 05.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Vunq Tau küçəsi ev 11a mənzil 20-də qeydiyyatda olan və yaşamış Məhkum Əliəkb ər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.4 və 32, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından Məhkum Əliəkbər oğlunun müdafiəçisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim E.Mikayılov) Məhkum Əliəkbər oğlu CM-in 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 5.000 manat və CM-in 32.4,312.2-ci maddəsi ilə 9.000 manat məbləğində cərimə cəzalarına məhkum edilmişdir. CM-in 66.3-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, ona 11.000 (on bir min) ma nat miqdarında cərimə cəzası təyin edilmişdir. CM-in 69.4-cü maddəsinə əsasən, onun xx xxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 15 (on beş) gün müddət nəzərə alınaraq cəza müddətinə hesablanmaqla, təyin olunmuş cəza yüngülləşdirilmiş və onun üzərində qəti olaraq 6.000 (altı min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Məhkum CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin e dilmiş 5.000 (beş min) manat cərimə cəzası 06 (altı min) manat məbləğində cərimə cəzası ilə və CM-in 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş 9.000 (doqquz min) manat məbləğində cərimə cəzası 11.000 (on bir min) manat məbləğində cərimə cəzası ilə əvəz edilmişdir.CM-in 66.3-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, ona 13.000 (on üç min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. CM-in 69.4-cü maddəsinə əsasən onun xx xxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 15 (on beş) gün müddət nəzərə alınaraq, onun üzərində qəti olaraq 10.000 (on min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Əliəkbər oğlu şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şə xs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Bakı Dövlət Universitetinin müəllimi olmuş X2 övladı Eldar Məmmədovu Azərbaycan Respublikası Prokurorluq orqanlarına işə qəbulu ilə bağlı 2016-2017-ci illərdə elan edilmiş müsabiqələrdə iştirak etməklə müsabiqənin ikinci turunda müvəffəqiyyət balı toplamaması ilə əlaqədar prokurorluqda işə qəbul olunmaması barədə 2018-ci ilin iyun ayının sonlarında Bakı şəhəri Nəsimi rayonu “Dostluq” kinoteatrının yaxınlığında olan çayxanada, istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin iştirakı ilə söhbət edərkən sonuncunun həmin məsələni Azərbaycan Respublikasının Baş prokurorluğunun səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə ediləcək qanunsuz hərəkətin müqabilində 50000 manatı birbaşa verib müsbət həll edəcəyini və Eldar Məmmədovu Bakı şəhəri Nərimanov rayon prokurorluğuna prokuror-köməkçisi vəzifəsinə təyin etdirəcəyini vəd verib və istintaqla şəxsiyyəti müəyyən edilmiş digər şəxsin də onun sözlərini təsdiq etməklə inandırdıqdan sonra, Hüseyn Məmmədovunona olan inam və etimadından istifadə edib 2018-ci ilin iyul ayında iki dəfəyə - ilk əvvəl 20.000 manat, növbəti gün isə 30.000 manat, cəmi 50.000 manatı Bakı şəhəri Yasamal rayonu ərazisindəki “Hüseyn Cavid” parkında istintaqla şəxsiyyəti müəyyən edilmiş digər şəxslə birlikdə alaraq ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Hüseyn Məmmədova məxsus olan xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmiş, istintaq zamanı şəxsiyyəti müəyyən olunmuş digər şəxslə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Hüseyn Məmmədovu vəzifəli şəxsə qanunsuz hərəkətlər etməyə görə veriləcəyi adı ilə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi Məhkum barəsində CM-in 178.2.1, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməklə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində müdafiəçi qeyd edir ki, Məhkum hərəkəti sabiq prokuror E.Əliyev haqqında H.Məmmədova məlumat verməkdən, H.Məmmədovun istəyi ilə onları tanış etməkdən v ə H.Məmmədovla E.Əliyevlin arasında olan söhbətlərinin şahidi olmaqdan, H.Məmmədov kimi E.Əliyevə inanmamaqdan ibarət olmuşdur. Ona verilən ittihamlar E.Əliyevə verilən ittihamdan köçürmə, yəni E.Əliyevin törətdiyi əməlin Məhkum adına yazılmasından ibarətdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Kassasiya protestinin müəllifi hesab edir ki, Məhkum törətmiş olduğu cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və xarakterinə uyğun olmayan həddən yüngül cəza sayılan cərimə cəzasının təyin edilməsi və bununla da Məhkum islah olunacağı qənaətinə gəlməsi sosial ədalə tin bərpası, məhkumun islah edilməsi həm məhkum həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli qərar hesab edilə bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassiya protesti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrində n fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Ü.Salehzadə tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qanuna uyğun və əsaslı şərhlər verilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasl arı ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum birinci instansiya məhkəm əsində verdiyi ifadələrin şahidlərin ifadələri, digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab etmiş, sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması özünü ibtidai istintaq dövründə verdiyi və faktiki olaraq cinayətlərin törədilməsində iştirakını təsdiq edən ifadlərin məzmunu ilə yanaşı, şahidlərin ifadələri, vurulmuş zərərin tam ödənilməsini təsdiq edən sənədlərlə, keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə v ə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətna mədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələdu zluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə, heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlak a olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Dövlət itthamçısının kassasiya protestində, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəza sayılan cərimə cəzasının təyin edilməsi mübahisə edilir. Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları d axilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının müm künlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. İş materiallarından görünür ki, məhkəmə cəza təyin edərkən məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin cəzanı yüngülləşdirən halların –50 yaşdan çox yaşın ın olmasını, məhkumun ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi cinayəti əməlini səmimi etiraf etməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş 50 000 manat ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, himayəsində bir uşağının olmasını kifayət qədər nəzərə alaraq Məhkum Əliəkbər oğlunun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konk ret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı E.Mirzəyev tərəfindən verilmiş kassasiya protestində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin və ya kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və ya kassasiya protestində onun ləğv edilməsi i lə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin və protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Məhkum Əliəkbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar