Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1252/2023 06.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-772/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassas iya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1990-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, «Wolt» texnologiya şirkətində işləmiş, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 15 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-474/2022 nömrəli, 25 fevral 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməs ində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaqla qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 22 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Müdafiəçi2 apelyasiya şikayəti verib hökmün ləğv edilmə si, təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini хahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-772/2022 nömrəli, 29 iyun 2022-ci tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-474/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir.
7. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı c əzaçəkmə müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
9. Məhkəmə kol legiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının və müdafiəçinin çıxışlarında bildirdikləri mövqelərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-772/2022 nömrəli, 29 iyun 2022-ci tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin e dilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-772/2022 nömrəli, 29 iyun 2022-ci tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.