Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1253/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər X27, X11 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2015-ci il tari xli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2015-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Asim Hacımirzə oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) xx.xx.1995-ci il tarixdə ünvan 1 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, Məhkum, Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmu ş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum, onun müdafiəçisi X11 tərəfindən ayrı-ayrılıqda və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X15 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2016-cı il tarixli qərarı Məhkum və onun müdafiəçisi X11 tərəfindən ayrı-ayrılıqda və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X15 nümayəndəsi Nümayəndə tərəfindən apelyasiya şikayətləri təmin e dilməmiş, dövlət ittihamçısı X14 tərəfindən apelyasiya protesti təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2015-ci il tarixli hökmü apelyasiya protestinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcələsinin 126.2.1-ci maddəsi ilə təyin edilmiş cəza 8 (səkkiz) ilə qədər ağırlaşdırılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2017ci il tarixli qərarı ilə məhkum edilmiş Məhkum müdafiəçisi X28 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcələsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 201 6-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2018-ci il tarixli saylı qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2015-ci il tarixli saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X14 tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X15 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum və onun müdafiəçisi X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edillərək, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 12 iyun 2015ci il tarixli hökmü Məhkum və onun müdafiəçisi X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2015-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi, fərdi qay dada fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin (hakimlər: Soltanov Fuad Kamil oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Abbasov Fehruz Novruz oğlundan ibarət tərkibdə) 22 aprel 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı X14 tərəfindən verilmiş apelyasiya protesti, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X11 tərəfindən ayrı-ayrılıqda və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X15 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Lənkə ran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işə dair yeni qərar qəbul edilməklə kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib, məhkum edilmişdir ona görə ki, o, 22 sentyabr 2012-ci il tarixdə, saat 21 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisindən keçən Bakı-Astara dəmir yol xəttinin 172-ci kilometrliyində, dəmir yolu xəttinin üstündə onun yaxını olan digər şəxslə həmkəndliləri X3 mübahisə etdiy ini görüb onlara yaxınlaşaraq mübahisəyə müdaxilə etmiş və bu zaman X2un onların ünvanına nalayiq sözlər işlədib təhqir etdiyindən əsəbləşərək axırıncını döymək barədə həmin digər şəxslə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə hərəkətlər etməklə X2a yumruqla zərbə vurub dəmir yol xəttinin üstünə yıxmış, daha sonra hər ikisi qəsdən X2a bədəninin müxtəlif sahələrinə, əsasən də onun baş nahiyəsinə ayaq zərbələri vuraraq ona yetirildiyi an həyat üçün təhlükəli olan və X2un kəskin ifadə olunmuş demensiya (sonradan yaranmış ağıl zəifliyi) və psixiotik əlamətlərlə müşayiət olunan psixi pozuntusuna səbəb olmuş qapalı kəllə-beyin travması, eləcə də baş beyinin ağır dərəcədə əzilməsi kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə X1 qabaqcadan əlbir olan bir q rup şəxslə qəsdən ağır zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkumun törətdiyi cinayət əməli düzgün tövsif olunmamış və ona yüngül cəza təyin edilmişdir. İş materiallarında olan tibbi ekspertizanın vermiş olduğu 16 noyabr 2012 - ci il tarixli 459 saylı rəydə qeyd olunur ki. X2un özünün və onun barəsində tərtib olunmuş tibbi sənədlərin müayinəsi nəticəsində müəyyən edilmişdir ki. onun bədəni üzərində aşkar edilmiş xəsarətlər küt əşyaların təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən 22.09.2012-ci il tarixə uyğun gəlir. Həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Təqsirkar şəxslərin zərərçəkmiş şəxs X2un həyat üçün mühüm olan orqanı olan başına çoxsaylı xəsarətlər yetirməsi, bu xəsarətlərin yetirilmə üsulu, onların niyyətlərinin məhz onu öldürmək olduğuna bir daha sübutdur. Əgər doğurdanda zərərçəkmiş şəxs itələmə nəticəsində yerə yıxılmışdırsa, onda təqsirkar şəxslər niyə ona kömək etməmişlər? Əksinə o yerə yıxıldıqdan sonra onu vurmaqda davam etmişlər. Plenum qərarında əməl tövsif olunarkən mütləq olaraq bu halların nəzərə alınması tövsiyə olunur. Nə qədər ki, təqsirləndirilən şəxs bu əməli törədərkən tək olmamışdır, onda onun əməli qabacadan əlbir olan bir qrup şəxs kimi tövsif olunmalıdır. Məhkum olunmuş şəxs Məhkum əməlində CM nin 29, 120.2.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun əməli həmin maddə ilə tövsif olunub, ona həm in maddə ilə ittiham elan olunub məhkəməyə verilməlidir. Bundan başqa zərərçəkmiş şəxs X2 məhkum olunmuş şəxs Məhkum həm boyuna, həm fiziki göstəricilərinə görə qat - qat güclüdür. Onun yumruqla vurub onu yıxması mümkün deyildir. Bundan əlavə o. qardaşını qorumaq və onun bu cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmamasını inandırmağa çalışması da inandırıcı deyildir. Birincisi Məhkum zərərçəkmiş X2u çox yaxından tanıyır. İkincisi Məhkum qardaşı X17 Hüseynov arasında Rusiya Federasiyasında başlanmış ziddiyyət Azərbaycan da davam etmiş və məhz həmin davanın davamı olaraq onlar iki qardaş birləşib X2u vurmuşlar. X3də. X2da hər ikisi toy günü bəy başı məclisində olmuşlar və bir - birini orada görmüşlər. Hər ikisi bəy başı məclisindən çıxdıqdan sonra bu hadisə baş vermişdir. Hadisə yeri toy m ağarına çox yaxın olmuş və bu hadisəni çoxsaylı adamlar görmüş lakin istintaq orqanı onları müəyyən edib dindirməmişdir. Məhkəmə isə öz qərarını təqsirləndirilən şəxsin ifadəsi əsasında qurmuş və onun ifadəsini əsas götürərək cəzasını azaltmışdır. Həmçinin məhkəmə cəza təyin edərkən əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cinayətin törədilmə hallarını nəzərə almamış və nəticədə təqsirləndirilən şəxsə həddindən artıq yüngül cəza təyin etmişdir ki. buda cəzanın prinsiplərinə uyğun deyil, ədalətsiz cəzadır. Belə bir cəzanın təyin edilməsi cəzanın tərbiyəvi prinsipinin pozulması, digər şəxslərə nümunə olmayan bir cəzadır. Halbuki belə bir cəzanın verilməsinə əvvəllər məhkəmələr tərəfindən qiymət verilmiş və caza ədalətsiz sayılmışdır. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06 dekabr 2018-cı il tarixli Qərarının ləğv edilməsi və işə dair yeni qərar qəbul edilməklə kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin cəzaya aid hissədə təmin edilməsi barədə dövlət ittihamçısının və kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçilərin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaə tə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif olunmadığını və təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirmişdir. Məhkum ona ela olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisəyədək X7 tanımamışdır. 22 sentyabr 2012-ci il tarixdə o, ailə üzvləri, o cümlədən qardaşı X3, anası X8a ilə yaşadığı ünvan 1həmkəndlisi X9 öz həyətində keçirdiyi qızının toy məclisində iştirak etmişdir. Qardaşı X6 bir müddət bəybaşı məclisində iştirak edib getmişdir. Bundan təxminən bir saat sonra o, X1həyətində, mağardan kənarda durub anasını gözləyərkən ona 2 nəfər tanımadığı şəxs yaxınlaşıb söhbət etmək üçün kənara dəvət etmişlər. Sonradan o, bu şəxslərdən birinin X12 olduğunu bilm işdir. O, X4gilin dəvəti ilə həyətdən təxminən 30-40 metr kənarda keçən dəmir yolu xəttinin üstünə gəlmişdir. Orada X4, heç bir səbəb gətirmədən, onun ünvanına nalayiq sözlər işlətməyə başlamış, səbəbini soruşduqda isə izah verməmiş və cibindən bıçaq çıxarıb onun üstünə gələrək bıçaqla vurmaq istəmişdir. Bu zaman o, özünü müdafiə etmək məqsədi ilə əli ilə X4ı sinəsindən itələmiş və axırıncı, ayağı daşa ilişib arxası üstə yıxılaraq başının arxası dəmir yolu relsinə dəymişdir. Bundan sonra o, X4ın huşsuz halda yerdə qalıb qalxmadığını görüb ona yardım etmək istəmiş, böyrü üstə çevirib qaldırmağa çalışmışdır. Lakin bu vaxt onlara tərəf çoxlu sayda adamların gəldiyini görüb onu, X4ı bu hala salmasında günahlandıracaqlarından qorxduğu üçün oradan qaçıb getmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində və apelyasiya instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla Məhkum ona istinad edilən cinayəti törətməsi, zərərçəkmiş X8 qəsdən ağır zərər vurması tam təsdiq olunması barədə Apellyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı və qanununidir. Məhkəmə tərəfindən tədqiq edilmiş Ambulator-məhkəmə psixiatrik ekspertizasının 08 yanvar 2018-ci il tarixli 13 saylı rəyində göstərilir ki, hal-hazırda X2-beyin travması nəticəsində kəskin ifadə olunmuş demensiya aşkar olunur. B.Q.Hüseynovda müəyyən edilmiş psixi xəstəlik 22.09.2012-ci il tarixdə aldığı kəllə beyin travmasının fəsadları kimi yaranmış və (demensiya) ilə təzahür edir. Qeyd edilməlidir ki, kompleks-ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsindən(28 noyabr 2014-cü il tarixli,1534 saylırəydən) ha l-hazıra qədər olan müddət ərzində X4un psixi vəziyyətində yaxşılaşma müəyyən edilməmiş, hazırda müəyyən edilən psixi pozuntular, yəni kobud yaddaş pozuntuları, ağıl zəifliyi geridönməzdir, sağalması mümkün deyil. Onun psixiatr və nevropotoloqun daimi müşahidə və müalicəsinə ehtiyacı var. X13 hazırki psixi vəziyyətinə görə o, baş vermiş hadisələri düzgün anlayıb dərk etmək, şifahi və yazılı formada qoyulan suallara düzgün cavab vermək iqtidarında deyildir. Psixi vəziyyətinə görə X5 cinayət işi üzrə məhkəmədə dindirilməsi və onun iştirakı ilə hər hansı istintaq hərəkətinin həyata keçirilməsi mümkün deyildir. Buna səbəb yoxlanılan şəxsin aldığı ağır kəllə-beyin travmasından sonra onda meydana gəlmiş kobud yaddaş pozuntusu, ağıl zəifliyi(demensiya) ilə əlaqədardır. İş materiallarında olan v ə birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2012-ci il tarixli 459 saylı ekspert rəyindən görünür ki, X3 özünün və onun barəsində tərtib edilmiş tibbi sənədlərin müayinəsi nəticəsində müəyyən edilmişdir ki, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcədə əzilməsi, beyinin alın payına və sol yarımkürəsinə qansızma, tam motor afaziyası və dərin sağ tərəfli hemiparez, hər iki alın payda subkortikal kiçik ölçülü postkontuzion ödemli sahələr və qalın yeri 5 mm-ə çatan subdural hidroma, alın payın bazal səthində, sol yarımkürədə-gicgah payın qütbü səviyyəsində postravmatik xarakterli köhnə əzilmə və qansızma sahələri və bu səviyyədə beyin toxumasında qlioz dəyişiklik, sol beyin yarımkürəsində, sol y an mədəciyin arxa buynuz ətrafında kiçik ölçüdə mikroangiopatik demielinizasiya, hər iki beyin yarımkürəsində alın təpə payları səviyyəsində subdural hidroma, solda daxili qulaqda və mastoid hüceyrələrdə köhnə qan möhtəviyyatı, alt dodaq və çənə nahiyyələrinin çapıq toxumaları bərk küt əşyaların təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən 22.09.2012-ci il tarixə uyğun gəlir, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 83-86). Məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2012-ci il tarixli 459 saylı ekspert rəyi və ekspert X10 məhkəmə iclasında verdiyi ifadəsi ilə müəyyən olunur ki, X4un bədənində aşkar edilmiş xəsarətlərdən baş-beyin travması ona arxadan küt əşya ilə vurulan zərbə nəticəsində, dodaq və çənə nahiyyəsindəki xəsarətlər isə xəsarət yetirənlə üzbəüz olduğu şəraitdə yetirilə bilərdi, həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir Kollegiya hesab edir ki, məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndrmiş və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-nın 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. İş materiallarında olan və tədqiq edilmiş 06 fevral 2015-ci il tarixli qərardan görünür ki, həmin tarixdə bu cinayət işi materiallarından M əhkum təqsirləndirildiyi cinayətin digər iştirakçısı barədə ayrı icraata Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır (cild 2, iş vər. 253-255). Məhkumun əməlində daha ağır cinayətin tərkibi olması barədə zərər çəkmiş şəxsin dəlili Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinin nüddəalarına uyğun olmadığından, kollegiya həmin dəlili məqbul hesab etmir. Zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində qeyd etdiyi digər dəlil məhkum barəsində daha ağır cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməs i hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 86.1 və 86.2-ci maddələrinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşd irici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cinayəti yetkinlik yaşına çatmayan şəxs olduğu dövrdə törətməsini CM-nin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə barışıq üçün müraciət etməklə razılıq əldə etməyə cəhd etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.10 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə cəzanın yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, hab elə cəmiyyətin tələbatına uyğun olmasını rəhbər tutmalıdır. Yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir Məhkəmə məhkumun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona qanunda nəzərdə tutulmuş hədlər daxilində cəza təyin etmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya
Məhkəmə qərarları › İş №1(102)-1253/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1253/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver