Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1253/2022 19.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İfran oğlundan ibarət tərkibdə) X8, xx xxxxxxx 1985-ci il tarixdə Füzuli rayonunun Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Füzuli rayonunun Dədəli kəndind ə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, X8 qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşışayaraq saxlamışdır. Belə ki, X8 istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq bir bükümdə külli miqdarda təmiz çəkisi 398,12 qram olan kustar üsulla hazrlanmış narkotik vasitə heroin və iki bükümdə ümumi təmiz çəkisi 104,004 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetami alar aq əldə edib üstündə saxlayaraq daşımış və 19 yanvar 2021-ci il tarixdə saat 18.30-da ünvan 2 saylı evin yaxınlığında Bakı şhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına dəvət olunaraq xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əlində olan qırmızı rəngli əl çantasının içindən bir bükümdə şəxsi istehlak miqdarından artı miqdarda təmiz çəkisi 398,512 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və iki bükümdə ümumi təmiz çəkisi 104,004 qram ağ rəngli kristallardan ibarət maddələr – xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış metam fetamin və “Pocket Scole” markalı 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Rzazadə İqbal Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mİrzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 08 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qər arından Məhkum müdafiəçisi İ.K.Rzazadə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsin cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona bu maddə əsasında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və cəza təyini ilə bağlı CM-nin 8, 9, 41və 58-ci maddələrinə istinad edən müdafiəçi İ.K.Rzazadə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə Məhkum barəsində ədalətsiz hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq həmin hökmü yalnız məhkum olunmuş şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə cəzanın təyin edilməsi hissəsində dəyişdirərək nəzərə almamışdır ki, Məhkum heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və bunu təsdiq edən sübutlar müəyyən edilməmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin bildirir ki, cinayət işində olan sübutlar saxtalaşdırılmış, Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə həmin saxtalaşdırılmış sübutlar əsasında qurulmuşdur. Həmçinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrində ziddiyyətlər olmuş, lakin məhkəmələr həmin sübutlara düzgün hüquqi qiymət verməmişlər. Kassasiya şikayətinin m üəllifi hesab edir ki, belə olan halda Məhkum əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və məhkum olunmuş şəxsin şəxsiyyətini səciyyələndirən hallar, onun ailə vəziyəti, o cümlədən himayəsində xəstə ailə üzvlərinin olması nəzərə alınaraq ona bu maddə əsasında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan ədalətli cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi İ.K.Rzazadə kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum və onun müdafiəçisi İ.K.Rzazadə kassasiya şikyətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, müdafiəçi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, məhkum Təqsirləndirilən şəxs isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu ha qda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkumn və onun müdafiəçisi İ.K.Rzazadənin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiya sı məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəndən Məhkum 17 iyun 2022-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarından müdafiəçisi İ.K.Rzazadə tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizəsi 06 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 21 iyun 2022-ci il tarixli xx/xx-2418 saylı məktubla müşaiyət edilmiş və həmin sənədlər 24 iyun 2022-ci il tarixdə Ali Məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H. B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi İ.K.Rzazadə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 08 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Rzazadə İqbal Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1253/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1253/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver