Məhkəmə qərarları › İş №1(102)-1253/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1253/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1253/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(108)-3/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxxx 1978-ci il tarixdə Şərur rayonu, Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təh silli, işsiz, məhkum olunmamış, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib, saxlayıb daşımış və təkrar satmışdır. Belə ki, o, 10 iyun 2023-cü il tarixdə xaloğlusu Şahid1 onun yaşadığı ünvan 2 ünvanında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin alaraq əldə edib üzərində saxlamış, həmin gün bir qismini özü istifadə etdikdən sonra bir bükümdə 0,080 qram çəkidə olan psixotrop maddə metamfetamini Şahid2 80 manata satmışdır. Bundan başqa, o, 11 iyun 2023-cü il tarixdə xalası oğlu Şahid1 onun yaşadığı ünvan 2 ünvanında təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,731 qram psixotrop maddə metamfetamini 60 manata alaraq əldə edib üzərində saxlamış, həmin gün saat 15:15-də Kəngərli rayonu, Qıvraq qəsəbəsində saxlanılaraq Naxçıvan MR DİN-in inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarının bel kəmərinin bağlanacaq hissəsindən 1 ədəd bükümdə 0,731 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.

3. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X5 və X2 ibarət məhkəmə tərkibində) 06 noyabr 2023-cü il tarixli, 1(109)-22/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsındə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcın ın 11 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsi, barəsində olan cəzanı yüngülləşdirən halların düzgün qiymətləndirilərək hazırki azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılması barədə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

5. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət məhkəmə tərkibində) 18 yanvar 2024-cü il tarixli, 1(108)-3/2024 nömrəli qərarı ilə Məhkum CM-in 234.4.2-ci maddəsi ilə təqsirləndiri lməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 1(109)- 22/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 1(109)-22/2023 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə təyin edilmiş cəzanın müddətinə aid hissədə dəyişdirilməsi, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin yüngülləşdirilərək 7 (yeddi) ildən 5 (beş) il 3 (üç) ay müddətinə endirilməsi, hökmün apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.

6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il ta rixli, 1(108)-3/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya protestinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili onu göstərir ki, Şahid2 satış məqsədi ilə 0,731 qram olan psixotrop maddə əldə edilməsi, daşınması və sair qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərində Məhkum iştirak etməsi, eləcə də Şahid2 tərəfindən Məhkum psixotrop maddəni verdikdən sonra sonuncunun əldə edilmiş narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar etdiyi hərəkətlərdə iştirakının konkret nədə ifadə olunması məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamış və göstərilən bu hala heç bir qiymət verilməmişdir.

8. Qeyd etdiklərinə əsasən, kassasiya şikayətinin müəllifi şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla məhkəmə kollegiyasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(108)-3/2024 nömrəli qərarının ləğv edilməsini, işin apellyasiya instansiya məhkəməsində tam istintaqla yeni baxışa təyin edilməsi, məhkumun CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilindiyi əməlini CM-in 234.1ci madd əsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, məhkəmə kollegiyası hazırkı iş üzrə cəza təyini məsələsində yekun qərar qəbul edərkən Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını qeyd etsə də, əslində bu formal xarakter daşımışdır. Belə ki, məhkəmə kollegiyası bu cinayət hüquqi kateqoriyalar ilə bağlı müəyyən etdiyi hansı halların elə nəticəyə gəlməsinə əsas olduğunu göstərməmiş, bunun motivlərini əsaslandırmamış, yalnız cəzanı yüngülləşdirən hallara üstünlük verib onlara istinad etmiş, bu halda belə həmin halları düzg ün müəyyən etməmişdir. Məhkəmə kollegiyasının cəza təyini məsələsində bu səhv mövqeyi isə nəticədə məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsinə, eləcə də, təyin olunmuş cəzanın törədilmiş cinayət əməlinə qeyri adekvat olan cəzanın müəyyən edilməsinə səbəb olmuşdur.

10. Qeyd etdiklərinə əsasən, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, protestdə göstərilənləri CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(108)-3/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, eyni zamanda kassasiya şiayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi kassasiya şik ayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə olan əməlinin düzgün tövsif edilmədiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir

19. Həmçinin, dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cə za olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(108)-3/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd ed ir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

23. Belə ki, Məhkum əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

24. Kollegiya qeyd edir ki, Məhkum oğlunun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı keçirilməklə araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, müdafiə tərəfindən məhkumun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib, saxlayıb daşıması və təkrar satması ittihamı qəbul edilməsə də, apellyasiya baxışı zamanı, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, həmçinin qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlar, yəni təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, həmçinin birinci instansiya məhkəməsində məhkəmə istint aqı zamanı verdiyi etirafedici ifadələri, apellyasiya icraatı zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

25. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi nin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

26. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsinin qismən istintaqı baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi CPM-in tələblərinə uyğun aparılmışdır.

27. Məhkəmə kollegiyası eyni zamanda, dövlət iittihamçısı tərəfindən verilmiş, məhkum barəsində təyin edilmiş cəzanın həddindən artıq yüngül olmasına dair kasasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

28. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzm unundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

29. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

30. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

31. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qər arını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

32. Bununla da, kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməs inin hökmünün yalnız məhkuma cəza təyini hissəsində dəyişidirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

35. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışını dinləyib, şərh edilən əsaslara gör ə hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(108)-3/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(108)-3/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar