Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1253/2025 18.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, 2 aprel 1981-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsi lli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2562/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-803/2024 nömrəli 4 oktyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən V.E.Quliyev, hakimlər S.H.Hacıyev və A.H.Əliyevadan ibarət tərkibdə) Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı ) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 27 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3–cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2562/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 23 4.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin məlum olmayan tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Kürdəmir rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 1053,335 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərilər ində daşımaqla ünvan 2 ünvanda gizlətməklə saxlamış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitədən Məhkum 1(bir) ədəd kibrit qutusunda 6,460 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs isə 2 (iki) ədəd kibrit qutusunda ümumilikdə 6,875 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 16:30-da Bakı şəhəri, Yasamal rayonu, Bakı Dairəvi yolu, 9 nömrəli ünvanın yaxınlığında saxlanılaraq Baş İdarə yə gətirilib 27 yanvar 2023-cü il tarixdə, saat 18:22-dən etibarən üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 2(iki) ədəd kibrit qutusunda ayrı- ayrılıqda çəkiləri 3,615 qram və 3,260 qram, ümumi təmiz çəkisi 6,875 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Məhkum 27 yanvar 2023-cü il tarixdə, saat 20:15-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanın qarşısında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib həmin tarixdə, saat 21:53-dən etibarən üzərində keçirilən şəxsi axtarış zamanı Məhkum əynindəki gödəkçənin sağ yan cibindən 1(bir) ədəd kibrit qutusunda 6,460 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülm üş, daha sonra Məhkum iştirakı ilə Abşeron rayonu, Atyalı qəsəbəsi, M.Gəncəvi küçəsi 75 ünvanında 28 yanvar 2023-cü il tarixdə, saat 10:06-dan etibarən keçirilmiş baxış zamanı Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan razılaşmaqla satış məqsədi ilə gizlətməklə saxladıqları bir ədəd bağlamada 1040 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkuma Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən cəzanın həddi törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun olmamış, belə olduğu halda isə tətbiq edilən cəza təqsirləndirilən şəxslərin təqsirli bilindikləri maddənin sanksiyası daxilində azaldılmalıdır. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.11-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl “20 Yanvar bazarı” adlanan ərazidə işləmişdir. O, 27 yanvar 2023-cü il tarixdə, saat 9 radələrində saxlanılmış, saxlanılarkən üzərində “Atyalı” adlanan ərazidə yerləşən zibil qabından şəxsi istifadəsi məqsədilə götürdüyü bir kibrit qutusu narkotik vasitə qurudul muş marixuana olmuşdur. Belə ki, həmin tarixdə dostu onun mobil telefonuna zəng edərək “20 Yanvar” metrostansiyasının yaxınlığına çağırmış, o həmin əraziyə getdikdə BMCMİ-nin əməkdaşları onu saxlayaraq həmin İdarəyə aparmış, orada ona fiziki və psixi təzyiq göstərilməklə ona verilən miqdarda narkotik vasitəni boynuna alması tələb edilmiş, polis əməkdaşları dediklərini edəcəyi təqdirdə isə ona kömək etməklə buraxacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxslə (digər təqsirləndirilən şəxs) birlikdə əldə etdikləri narkotik vasitəni şəxsi istifadələri üçün Təqsirləndirilən şəxs onun tanımadığı şəxsdən sifariş etmiş, Murad həmin şəxsə narkotik vasitə qarşılığında 500 manat pul verəcəyini vəd etmiş, narkotik vasitəni həmin şəxsin təlimatına uyğun olaraq Muradla birlikdə “At yalı” adlanan ərazid ə zibil qabından götürmüşlər. Götürdükləri həmin narkotik vasitə sellofan paketdə təxminən 200-300 qram çəkidə olmuş, həmin narkotik vasitənin yarısını özü və Murad şəxsi istifadələri üçün götürmüş, digər yarısını isə taxtalı yerdə gizlətmiş, qeyd edilən narkotik vasitəni Muradla birlikdə bir ay ərzində istifadə etməyi nəzərdə tutmuşlar. Narkotik vasitə üçün Murad pul verməmiş, verdikləri pul onun pulu olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi v ə ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edi lmədiyi bildirilir və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə” əməlinə görə cinayət məsuliyyəti; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətmə kdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüq uqun aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqla rının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, müm künlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkum məhkəməyədək ifadədəsində özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu BMCMİ-yə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmiş, orada videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Belə ki, əvvəlcə o, əynində olan qış gödəkçəsinin sol yan cibindən 1(bir) ədəd “Nokia” markalı mobil telefonu, həmin qış gödə kçəsinin sağ yan cibindən isə 30 manat pul əskinasını və 1(bir) ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmiş, bir ədəd mobil telefonun qara rəngli “Nokia” markalı mobil telefon olması müəyyən edilmişdir. “Nokia” markalı mobil telefonun özünə məxsus olmasını, üzərində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra 30 manat pulun da özünə aid olmasını, həmin məbləği hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd kibrit qutusunun içində narkotik vasitə olaraq tanıdığı “nəşə” olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutusunun içərisində “ nəşə” olaraq tanıdığı maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütləni tutulmamışdan təxminən 3-4 gün əvvəl tanışı olan Murad adlı şəxsdən əldə etdiyini, Muradın da həmin maddələri İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, Muradın əldə etdiyi həmin narkotik maddələri Abşeron rayonu, Atyalı qəsəbəsində yol kənarına qoymasını, onun da bundan sonra həmin yerdən qeyd olunan maddələri götürməsini, Muradın qeyd olunan narkotik maddənin onda qalmasını xahiş etdiyini, bunun qarşılığında Muradın ondan 6.000 manat borc pul istədiyini, buna görə Murada 6.000 manat borc pul verməsini, daha sonra Muraddan əldə etdiyi narkotik maddələr olan sellofan bağlamanı bir ədəd boz paketdə Abş eron rayonu, Qobu qəsəbəsində yerləşən ərazilərin birində taxta predmetin altında gizlətməsini, Muradın buna görə ona 500 manat da pul göndərməli olmasını dediyini, daha sonra gizlətdiyi içərisində “nəşə” olan narkotik maddələr olan sellofan bağlamadan bir ədəd kibrit qutusuna eyni maddələri qoyaraq üzərində daşımağa başlamasını, özünün narkotik vasitələrdən istifadə etmədiyini, lakin kiminsə ehtiyacı olarsa həmin şəxsə bu maddəni pay qismində əvəzsiz vermək üçün üzərində daşımasını, bir neçə gün sonra həmin narkotik maddəni gizlətdiyi yerə getdiyi zaman həmin maddə olan sellofan bağlamanı orada tapmadığını, hazırda həmin yerdə narkotik vasitələr olmadığını, lazım gələrsə polis əməkdaşlarına həmin yeri göstərə biləcəyini bildirmişdir. 28 yanvar 2023-cü il tarixdə müdafiəçi və polis əməkdaş ları ilə birlikdə bir neçə gün əvvəl Muraddan əldə etdiyi və Qobu qəsəbəsi olaraq tanıdığı yerdə gizlətdiyi narkotik maddələrin həmin yerdə olub-olmamasına baxmaq üçün getmişlər. Qeyd olunan boş əraziyə çatdıqda həmin yerin ünvan 5 ünvanının qarşısı olması müəyyən edilmişdir. Daha sonra qeyd olunan boş əraziyə baxış keçirilməyə başlanmışdır. Boş ərazidə yerləşən taxta və kərpic əşyaların yerləşdiyi sahəni göstərmişdir. Bundan sonra o həmin sahəyə yaxınlaşaraq orada olan taxta əşyanı qaldırmış və altında olan boz rəngli sintetik kisəni çıxarmaqla yerə qoyaraq təqdim etmişdir. Boz rəngli sintetik kisəni tutulmamışdan bir neçə gün əvvəl həmin yerdə görməsə də, işıqlı vaxtda ora baxdıqda kisənin orada, yəni taxtanın altında olmasını görmüşdür. Bu zaman həmin kisənin içərisinə baxış keçiriləndə həmin kisədən bir ədəd sellofan bağlama aşkar edilmişdir. Sellofan bağlamaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı bağlamanın içərisindən “nəşə” olaraq tanıdığı narkotik vasitələr aşkar edilmişdir. Şifahi sorğu zamanı o həmin kisəni tutulmamışdan bir neçə gün əvvəl axşam vaxtı olduğundan orada görmədiyini, həmin kisədə olan bir ədəd sellofan bağlamanın içərisində narkotik vasitə olaraq bildiyi “nəşə” olmasını, həmin maddəni də qeyd etdiyi kimi Murad adlı tanışından Atyalı qəsəbəsində yol kənarından əldə etdiyini, 27 yanvar 2023-cü il tarixdə üstünə keçirilən şəxsi axtarış zamanı ondan aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində olan “nəşə” kimi tanıdığı narkotik vasitəni də qeyd olunan bağlamanın içərisindən götürdüyünü bildirmişdir. Polis əməkdaşları tərəfind ən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir Məhkəmə qərarlarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 27 yanvar 2023-cü il tarixdə qəbul edilməklə müdafiəçi X2 iştirakı ilə Məhkum elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 21:53-dən 22:55-dək BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 iştirakı ilə “Sony” markalı videokameradan istifadə edilməklə Məhk um üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Məhkum paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan qış gödəkçəsinin sol yan cibindən 1(bir) ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, həmin qış gödəkçəsinin sağ yan cibindən isə 30 manat pul əskinasını və 1(bir) ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Məhkum üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Məhkum təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Təqdim edilən 1(bir) ədəd mobil telefonun qara rəngli “Nokia” markalı mobil telefon olması müəyyən edilmişdir. Məhkum qara rəngli “Nokia” markalı mobil telefonun özünə məxsus olmasını, onun üzərində ***-***-**-** saylı mobil nömrəsinin olmasını, 30 manat pulunun da ona aid olmasını, həmin məbləği hər hansı qanunsuz yolla əldə etmədiyini və təqdim etdiyi 1(bir) ədəd kibrit qutusunun içində narkotik maddə olaraq tanıdığı “nəşə” olduğunu bildirmişdir. Məhkum təqdim etdiyi 1(bir) ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutusunun içərisində yaşıl rəngli, ot formalı, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Məhkum üzərindən aşkar edilmiş 1(bir) ədəd kibrit qutusunda olan kütləni təxminən 3-4 gün əvvəl tanışı olan “Murad” adlı şəxsdən əldə etdiyini, Muradın da həmin maddələri İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, Muradın əldə etdiyi həmin narkotik maddələri Abşeron rayonu, Atyalı qəsəbəsində yol kənarına qoymasını, onun da bundan sonra həmin yerdən qeyd olunan maddələri götürməsini, Muradın qeyd olunan narkotik maddənin onda qalmasını xahiş etdiyini, bunun qarşılığında Muradın ondan 6.000 manat borc pul istədiyini, buna görə Murada 6.000 manat borc pul verməsini, həmin pulu narkotik maddəni satmaq üçün vermədiyini, sadəcə olaraq borc kimi verməsini, daha sonra Muraddan eldə etdiyi həmin narkotik maddələr olan sellofan bağlamanı bir ədəd boz paketdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ərazilərin birində taxta predmetin altında gizlətməsini, Muradın buna görə ona 500 manat da pul göndərməli olmasını dediyini, daha sonra gizlətdiyi içərisində “nəşə" kimi tanıdığı narkotik maddələr olan sellofan bağlamadan 1(bir) ədəd kibrit qutusuna eyni maddələri qoyaraq üzərində daşımağa başlamasını, özünün narkotik maddələrdən istifadə etmədiyini, lakin kiminsə ehtiyacı olarsa həmin şəxsə həmin maddəni pay qismində edilməklə videoyazı aparılması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 23:51-dən saat 00:14-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxi l olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir əvəzsiz vermək üçün üzərində bu maddəni daşımasını, bir neçə gün sonra həmin narkotik maddəni gizlətdiyi yerə yaxınlaşdığını, lakin həmin maddə olan sellofan bağlamanı orada tapmadığını, bu barədə Muraddan soruşan zaman sonuncunun ola bilsin ki, başqa şəxsin həmin maddələri gəlib oradan götürməsini dediyini bildirmişdir. Bundan sonra Məhkum üstündən aşkar olunmuş 1(bir) ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhtiqatçı tərəfindən 1(bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda Məhkum üzərindən aşkar edilmiş 1(bi r) ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Zamiqə məxsus 30 manat pul əskinası iş üzrə əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti axşam vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 23:51-dən saat 00:14-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmiş dir. Məhkəmə qərarlarında olan məhkəmə-bioloji ekspertizasının 28 yanvar 2023-cü il tarixli 7/125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Məhkum aşkar olunmuş maddə...” yazısı və imzalar olan zərfdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,460 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr...” yazı və imzalar olan zərfdə 2(iki) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,615 qram və 3,260 qram olmaqla, ümumi çəkisi 6,875 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzər ində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Şübhəli şəxs Məhkum göstərdiyi ünvandan aşkar olunan maddələr...” yazılan boz rəngli sintetik torbada 1(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 1040 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üstündən, Məhkum üstündən və Məhkum göstədiyi ünvandan aşkar olunan marixuanalar tərkiblərinə görə eynidir. 1№-li obyektin təmiz çəkisi - 6,46 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 6,41 qram. 23№-li obyektin ümumi çəkisi 6,875 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 6,775 qramdır. 4№-li obyektin ümumi çəkisi 1040,0 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 1039,95 qramdır. Təqdim edilm iş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmçinin məhkəmə qərarlarında olan ambulator məcburi komisyon məhkəmənarkoloji ekspertizasının 29 iyul 2023-cü il tarixli 4825 və 4827 nömrəli ekspert rəylərindən görünür ki, Məhkum və Təqsirləndirilən şəxs müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid3, Şahid2 və Şahid4 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələri n və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal et məsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların pre kursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.1 və 234.4.3-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanara q hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in CM-in 234.4.1 və 234.4.3-ci maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab ed ir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət i şinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstə rilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədil məsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddə sinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il l tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətin də onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2562/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Cəfərov
1. Nazim Mövsümov
2. Teyyub Muxtarov