Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1254/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 13 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Xəqani Səmədovdan ibarət tərkibdə) 1(100)-73/2019 nömrəli 11 fevral 2019-cu il tarixli hökmü ilə 15 dekabr 1982-ci ildə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Şəmkir rayonunun DəllərCəyir kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə yaşadığı Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinin arxa tərəfindəki istixana ilə həyətyanı sahənin arxa hasarının arasında torpaqda qanunsuz olaraq ümumi təmiz çəkisi 3600 qram olan xeyli miqdarda - 09 ədəd narkotik tərkibli çətənə (kannabi s) bitkilərini əkmiş, yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, həmçinin 2018-ci ilin sentyabr ayının sonlarında həmin bitkilərdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz 10836 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə və evin arxa tərəfindəki istixana ilə həyətyanı arasında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2018-ci il tarixdə saat 17:15-də keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxa tərəfindəki istixana ilə həyətyanı sahənin arxa hasarının arasında torpaqda əkilmiş vəziyyət də təmiz çəkisi 2550 qram olan 07 ədəd və istixananın içərisində torpaqdan çıxarılmış vəziyyətdə təmiz çəkisi 1050 qram olan 02 ədəd əkilibbecərilməsi qadağan edilmiş aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, istixana ilə arxa hasarın arasında təmiz çəkisi 8050 qram və yaşadığı evin qonaq otağında yerləşən kresloların arxasından hər birində ayrı-ayrılıqda 1070 qram, 556 qram, 500 qram, 310 qram, 200 qram və 150 qram olmaqla 06 ədəd polietilen torbalarda ümumi təmiz çəkisi 2786 qram tərkibində narkotik maddələr olan çətənə kannabis bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.Abdullayev (sədrlik edən və məruzəçi), S.Hüseynov və E.Xasməmmədovdan ibarət tərkibdə) 1(104)137/2019 nömrəli 13 may 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum CM-in 237.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyi üçün həmin hissədə bəraət verilməsi və təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti nin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qeyri-obyektiv, qanunsuz və ədalətsizdir. Belə ki, Məhkum ittihamının sübut olunmasında şübhələr yaransa da qanunvericiliyin tələbinə əməl edilməyərək bu şübhələr digər sübutlarla aradan qaldırılmamışdır. Bu hallar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğu halda məhkəmə bunu etməmişdir. İttiham tərəfi Məhkum narkotik vasitəni satmasına dair bir fakt belə təqdim edə bilməmişdir. Həmçinin bu faktın təsdiqi üçün şərti alıcıdan belə istifadə etməmişlər. Onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması şübhəli haldır və heç bir faktla sübut olunmadığından CPM-nin 21-ci maddəsinin tələbinə əsasən bu hal onun xeyrinə həll edilməldir. Məhkum CM-in 237.1-ci maddəsi ilə təqsi rli bilinməsi ilə bağlı bildirilir ki, hökmdə qeyd olunan aqronomun rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilməsi yalnız Aqronomun rəyi əsasında deyil, həmçinin torpaq nümunələri götürülərək ekspertiza keçirildikdən sonra bu halı müəyyən etmək olardı. Həmçinin məhkəmələr təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını yüngülləşdirici hallar kimi qeyd etsə də, lakin qərar qəbul edərkən təqsirləndirilən şəxsin barəsində olan yüngülləşdirici halları nəzərə almadan ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normal ara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 237.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi kassasiya şikay ətinin ilkin dəlili Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona həmin maddə ilə bəraət verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı qismən etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İş materiallarından görünür ki, ibtida istintaq zamanı Məhkum ifadə verərək təqsirini qismən etiraf etmiş, hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və ekspertiza rəyi ilə aşkar edilərək götürülmüş narkotik vasitələrin hər biri ayrı ayrılıqda çəkilərək foto şəkilləri işə əlavə edilmişdir. Aşkar olunan bitkilərin tərkibini müəyyən etmək üçün onun (bitkinin) hündürlüyü əhəmiyyət daşımır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin digər dəlili Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əməlin Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. İş materialından görünür ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə yaşadığı Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinin arxa tərəfindəki istixana ilə həyətyanı sahən in arxa hasarının arasında torpaqda qanunsuz olaraq ümumi təmiz çəkisi 3600 qram olan xeyli miqdarda - 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkmiş, yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, həmçinin 2018-ci ilin sentyabr ayının sonlarında həmin bitkilərdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz 10836 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə və evin arxa tərəfindəki istixana ilə həyətyanı arasında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2018-ci il tarixdə saat 17:15-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxa tərəfindəki istixana ilə həyətyanı sahənin arxa hasarının arasında torpaqda əkilmiş vəziyyətdə təmiz çəkisi 2550 qram olan 07 ədəd və istixananın içərisində torpaqdan çıxarılmış vəziyyətdə təmiz çəkisi 1050 qram olan 02 ədəd əkilib-becərilməsi qadağan edilmiş aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, istixana ilə arxa hasarın arasında təmiz çəkisi 8050 qram və yaşadığı evin qonaq otağında yerləşən kresloların arxasından hər birində ayrıayrılıqda 1070 qram, 556 qram, 500 qram, 310 qram, 200 qram və 150 qram olmaqla 06 ədəd polietilen torbalarda ümumi təmiz çəkisi 2786 qram tərkibində narkotik maddələr olan çətənə kannabis bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana a şkar edilərək götürülmüşdür. Məhkum özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməsə də, yaşadığı evə baxış zamanı ondan aşkar edilərək götürülmüş sellofan torbalardakı narkotik vasitələr və narkotik vasitələrin külli miqdarda olması qeyd olunan maddənin tərkibinə dəlalət edir. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vas itənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin daha bir digər dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədil məsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübə si haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhku m cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını nəzərə alaraq ona CM-in 234.4.3-cü maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasını,CM-nin 237.1ci maddəsi ilə 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 237.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də cəza təyin edərkən maddələrin sanksiyalarının aşağı həddinə yaxın cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkə n təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1254/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1254/2019
12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver