Məhkəmə qərarları › İş №1(102)-1254/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1254/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1254/2020 26.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum, Məhkumun müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1981-ci ildə Ermənistan Respublikasının İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olun mamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.4.4, 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən və məruzəçi hakim E.H.İsmayılov, hakimlər C.İ.Hüseynov və S.İ.Əliyevdən ibarət tərkib) Məhkum CM-in 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Məhkum təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcı xx xxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən, məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkib) verilmiş apellyasiya şikayətl əri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum ona görə məhkum edilmişdir ki, o, xx xxxxx 2018-ci il tarixdə saat 01:30 radələrində ailəsinin dağılmasında günahkar olaraq gördüyü və haqsız olaraq aliment verməyə məcbur etdiyini düşündüyü keçmiş qaynatası Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək, yaşadığı evdən götürdüyü məlum olmayan mənbədən əldə etdiyi vurucu-dağıdıcı xassəyə malik soyuq silah hesab olunan dəyənəyi gödəkcəsinin altında, məişət təyinatlı cib bıçağını isə gödəkcəsinin cibində gizlədərək Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə g əlib, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs çölə çıxmasına nail olmaq üçün evin giriş qapısının yanında yerləşən 03542314 nömrəli elektrik sayğacından evə gələn elektrik enerjisini söndürüb qapını döymüş, həmin vaxt evin elektrik enerjisinin kəsilmə səbəbini və qapının kim tərəfindən döyülməsini aydınlaşdırmaq üçün çölə çıxan Zərərçəkmiş şəxsla mübahisə edib gödəkcəsinin altında gizlətdiyi dəyənəyi çıxardaraq sonuncunun sağ qol nahiyəsinə bir dəfə zərbə endirdikdə, Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədi ilə ona müqavimət göstərməsinə görə qarşılıqlı münaqişə edərək bir qədər evdən kənara çəkildikdən sonra cinayətkar əməllərini davam etdirirək həmin dəyənəklə Zərərçəkmiş şəxs sağ diz nahiyəsindən bir dəfə zərbə endirdikdən sonra Zərərçəkmiş şəxs dizi üstə y erə çökərək həyatı üçün aman diləməsinə, yalvarışlarına məhəl qoymayaraq, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansıqlıqla qəsdən öldürmək niyyəti ilə əvvəlcə dəyənəklə, daha sonra cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək, sonuncuya sağ gözyuvası ətrafı almacıq nahiyəsinin, döş qəfəsinin, hər iki yuxarı və aşağı ətrafların dərialtı hematomaları, qançır və sıyrıqları, sol gözyuvası ətrafı-almacıq yanaq nahiyəsinin qançır və hematoması ilə müşayiət olunan sol almacıq və əng sümüklərinin qapalı, qəlpəli sınıqları, burun nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqları, sağ dirsək sümüyünün və sol İX qabırğanın yerini dəyişən qapalı sınıqları və sağ təpə nahiyəsinin, sol qulaq seyvanının sol gicgah nahiyəsinə keçən əzilmiş-cırılmış yarası, boyunun ön səthinin qırtlaq boşluğuna keçən kəsilmiş yarası, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsinə, baş beyinin qişalarına və maddəsinə qansızmaya, nəticədə ölümə səbəb olan sol təpə-ənsə nahiyəsinin əzilmiş- cırılmış yarası ilə müşayiət olunan, canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən v erilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və əməlinin CM-in 120.1 və 123-cü maddələri ilə tövsif edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, hadisə ailə münaqişəsi zəminində baş vermiş, zərərçəkmişin onun ailəsini dağıtmaq niyyəti olmuş, zərərçəkmiş şəxs onu dəfələrə təhqir etmiş və bütün bunların nəticəsində onda ruhi həyəcan əmələ gəlmiş və o, zərərçəkmiş şəxsi özündən asılı olmayaraq vurmuşdur. Bundan əlavə məhkum qeyd edir ki, barəsində cəza təyin edilərkən işin bütün faktiki halları nəzərə alınmamışdır və ağır cəza təyin edilmişdir, belə ki o, cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almış, cinayətin açılmasına köməklik göstərmişdir, barəsində şikayət edən yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Şahid4 və onun müdafiəçisi A.Dosiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kim i sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməs i kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Şahid4 məhkəmə qərarlarında təsvir edilən cinayət ha disəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əməlinin CM-in 120.2.4 və 123-cü maddələrinə tövsif edilməsi, həm də təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azad lıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilə n cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kassasiya şikayətinin, Məhkum CM-nin 120.2.4 və 228.4-cü maddəsi ilə əsassız məhkum edilməsinə dair dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, ape llyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Şahid4 əməlini Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və m əhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X6, şahidlər X1, Şahid2, Şahid3, Şahid6, Şahid7 ifadələri, məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid4 və Şahid5 dindirmə protokolları, məhkəmə iclasında tədqiq olunmuş xx xxxxx 2018-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolu, məhkəmə-tibb ekspertizasının xx xxx 2018-ci il tarixli 64 nömrəli, xx xxxxx 2018-ci il tarixli 460 nömrəli, məhkəmə tibbi kriminalistik ekspertizasının xx xxx 201 8-ci il tarixli 241-MKTŞ nömrəli, məhkəmə tibbibioloji ekspertizasının xx xxx 2018-ci il tarixli 327/2018-MTBŞ nömrəli, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2018-ci il tarixli 1183 nömrəli rəyləri ilə, habelə toplanmış digər sübutlarla Məhkum təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2002-ci il tarixli 03 nömrəli qərarının 8-ci bəndinə görə təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansı zlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında həmçinin qeyd olunur ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi ha llarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Şahid4 əməlini CM-nin 120.2.4 və 228.4-cü maddələri ilə tövsif edib həmin maddəl ərlə məhkum etmişdir. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan R espublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçü n hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar