Məhkəmə qərarları › İş №1(102)-1254/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1254/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1254/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə isə əməlinin həmin maddədən CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1995-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azər baycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2016-cı il il tarixli hökmü ilə CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 93.1.2-ci maddəsinə əsasə n onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum şəxsiyyəti məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,608 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən metronun "28 May’’ stansiyasının əsas çıxışının qarşısına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 11:00-da ünvan 3 ünvanında yerləşən metronun "28 May” stansiyasının əsas çıxışının qarşısında saxlanılmaqla qeyd olunan Baş idarəyə gətirilmiş və orada saat 12:02-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sol yan cibindən iki ədəd selofan bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda 2,793 qram və 2,815 qram olmaqla, ümumilikdə 5,608 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 18 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməli satış məqsədi olmadan törətməsi nəzərə alınaraq onun həmin əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və ona bu maddə əsasında 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: CM-nin 8, 41, 234.1 və 234.4.3-cü maddələrinə, Azərbaycan Respublikası CinayətProsessual Posessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 201-ci il tarixli Qərarına və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, habelə araşdırılmış sübutlara istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə Məhkum əməlini düzgün tövsif etməməklə və ona yüngül cəza təyin etməklə onun barəsində qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Dövlət ittihamçısı kassasiya protestində bildirir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından Məhkum əməli əsassız olaraq CM-nin 234.4.3-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İşin hallarından isə görünür ki, apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən cinayət qanunu normalarının tələblərinə əməl etməmiş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələri nəzərə almamışdır. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, şəxsin narkotik vasitəni satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun yalnız hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi, hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Narkotik vasitəni əldə etmiş şəxsin istehlakçını sonradan da müəyyənləşdirməsi, onları bükümlərə ayırması, satışa dair razılığın baş tutması və sövdələşmənin olması istisna edilmir. Bundan başqa, dövlət ittihamçısının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi nəzərə al mamışdır ki, CM-nin 234.4.3-cü maddəsində nəzərə tutulan cinayət əməli formal tərkibli cinayətdir və narkotik vasitənin əldə edildiyi, saxlanıldığı, yaxud maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yəni, burada onun istehlakçını sonradan, yaxud əvvəlcədən tapması, öncədən avadanlıq hazırlamaması əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Eyni zamanda, narkotik vasitənin şəxsi istehlak miqdarı onun narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. İşdən və məhkəmənirn gəldiyi qənaətdən görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitə olan heroin iki bükümdə olmuş və külli miqdar, yəni 5,603 qram təşkil etmişdir. Göründüyü kimi, tövsif olunan əməl üzrə təqsirləndirilən şəxsdən aş kar olunmuş narkotik vasitə olan heroinin çəkisi onun külli miqdarının aşağı həddindən təqribən 3 dəfədən çox, məhkəmənin daha inandırıcı hesab etdiyi, şəxsi istifadəyə hesablanan gündəlik ehtiyacının yuxarı həddindən (şəxsi istehlak miqdarının) isə 37 dəfədən çox olmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin belə miqdarı və iki bükümdə yerləşdirilməsi onun həmin vasitəni şəxsi istifadəsi üçün əldə etməsi qənaətini birbaşa inkar etmişdir. Eyni zamanda, gəldiyi qənaəti təsdiq etmək istiqamətində məhkəmə kollegiyası tərəfindən heç bir addım atılmamış, Məhkum həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində ziddiyyətli ifadələr verməsi nəzərə alınmamışdır. Bundan başqa təqsirləndir ilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadə verərkən ibtidai istintaq zamanı gah polis əməkdaşlarının ona təzyiq etdikləri üçün onların tələb etdiyi formada ifadə verdiyini, gah da polis əməkdaşlarının onu aldadıb sənədlərə imza etdirdiklərini göstərməklə törətdiyi ağır cinayətdən boyun qaçırmağa çalışmışdır. Dövlət ittihamçısının fikrincə Məhkum CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Eyni zamanda kassasiya protestinin müəllifi CM-nin 8.1 və 41.2-ci maddələrinə istinad edərək Məhkum təyin olunmuş cəzanın yüngül olmasını da iddia etmiş və bu halın da apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına əsas yaradan hal hesab etmişdir. Qeyd olunanlara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini iddia edərək dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsi arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kas sasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı T.Y.Məmmədovanın kassasiya protestinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, Məhkum əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş və ona açıq-aşkar yüngül cəza təyin olunmuşdur. Bu dəl illərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edlmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.Y.Məmmədovanın protestini kassasiya qaydasın da baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya ins tansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansi yası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydası nda hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) v ə onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həy ata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə süb utlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi o lmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir g östərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiya sının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq o lunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri et məsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, habelə narkotik vasitəni satmasını müəyyən etməyərək onun həmin əməlini CM-nin 234.1ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan narkotik vasitə olan 5.608 qram çəkidə heroini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi bu nəticənin əksinə olaraq, dövlət ittihamçısı belə qənaətə gəlir ki, Məhkum üzərində daşıdığı iki bükümdə yerləşdirilmiş, şəxsi istehlak miqdarından 37 dəfə, külli miqdardan isə təxminən 3 dəfədən çox miqdarda narkotik vasitə olan heroini gəzdirməsi və saxlaması həmin heroini məhz satış məqsədilə əldə edib saxlamasını və daşımasını təsdiq edən haldır. Məhkəmə kol legiyası isə hesab edir ki, Məhkum məhz satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroini əldə edib üzərində saxlayaraq daşıması, onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəməkimyəvi ekspertizalarının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında prosessual sənədlərlə, habelə şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hələ şübhəli şəxs qismində verdiyi izahatında, həmçinin sonralar ibtidai istintaq zamanı ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində (məhkumun məhz bu ifadələri ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş, onun məhkəmə iclasında verdiyi fərqli ifadələri isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirilmişdir) altı aydır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmiş və ittihamda göstərilən miqdarda, 2 ədəd bükümdə narkotik vasitə olan heroini 18 fevral 2022-ci il tarixdə səhər saatlarında metronun “28 May” stansiyası yaxınlığında tapdığını və özünün sonradan istifadə etməsi üçün üzərində saxladığını göstərmiş, eyni zamanda həmin narkotik vasitəni satmaq niyyəti izləmədiyini və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasına dəlalət edən hər hansı sübutun mövcudsuzluğunda onun qismən etirafedici ifadələri iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər sübut kimi qiymətləndirilməli və bu baxımdan apellyasiya instansiyası məhkəməsinin bu sübutlara əsaslanaraq məhkumun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edlməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarına ə saslanmaqla və araşdırılmış sübutlar tədqiq edilməklə yoxlanılmış və məhkəmə iş üzrə gəldiyi nəticəni qəbul etdiyi qərarında kifayət qədər, inandırıcı şəkildə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında onun gəldiyi nəticənin arxasında duran bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum onun təqsirli bilindiyi, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetirilməsini hesab etmiş, onun narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlamasına dair isə heç bir sübut əldə olunmamış, kassasiya protestində də belə mötəbər sayıla bilən sübutlara istinad olunmamışdır. Belə vəziyyətdə məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qanuni və əsaslı qərar qəbul edilərkən aşağıda təsvir olunanlara da əməl edilmişdir. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutl arı tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, ist ər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaradılmış və cinayət işinə baxılarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırılmış və təhlil edilmiş, lakin bu araşdırmaların və təhlilin nəticəsi olaraq məhkəmələr Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı fərqli qənaətə gəlmişlər ona görə ki, məhkum olunmuş şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətin subyektiv cəhətinə aid olan həmin narkotik vasitəni əldə edib saxlayaraq satmaq niyyətində olmasını təsdiq edən hər hansı sübut ittiham tərəfi olaraq həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçıları tərəfindən məhkəmələrə təqdim o lunmamış, məhkəmələr də belə sübutları araşdırmamışlar. Hazırkı iş üzrə Məhkum ibtidai araşdırma orqanı tərəfindən ittiham olunduğu CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətinə münasibətdə nəzərdə tutulmuş hal, istintaq orqanının, ittiham tərəfinin və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, ondan ibarətdir ki, o, məlum olmayan şəxsdən və naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,608 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən metronun "28 May’’ stansiyasının əsas çıxışının qarşısına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmu ş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 11:00-da ünvan 3 ünvanında yerləşən metronun "28 May” stansiyasının əsas çıxışının qarşısında saxlanılmaqla qeyd olunan idarəyə gətirilmiş və orada saat 12:02-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sol yan cibindən iki ədəd selofan bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda 2,793 qram və 2,815 qram olmaqla, ümumilikdə 5,608 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum külli miqdarda narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitənin külli miqdarda olması və onun iki bükümdə yerləşdirilməsi əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CMnin 234.4.3-cü maddəsi ilə təqsirlli bilinməsi üçün sübut kimi sonuncunun qismən etrafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında 18 fevral 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzə rindən yanaşaraq və apellyasiya instansiyası məhkəməsinin qərarı ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə cinayət qanunvericiliyi normalarının tələbləri ilə yanaşı Konstitusiyada, prosessual qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına da tam uyğundur. Belə ki, həmin prinsip təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasın ın 63cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqa vilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada s übuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktik olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəf inin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Məhkəmə kollegiyası həmçinin vurbulamağı lazım bilir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəx sin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkred göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əl amətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanu nsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış hallar da müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi, digər tərəfdən qəbul etdiyi qərarın əsaslı və inandırıcı olması üçün həmin sübutların bir qisminə müracət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 gös tərmişdir ki, 18 fevral 2022-ci il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatda Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat barədə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, o, əməliyyat qrupunun rəhbəri, Şahid2 və Şahid3 isə qrupun üzvləri təyin olunmuşlar. Daxil olmuş məlumatda Məhkum "28 May” metrostansiyasının yaxınlığında olması qeyd edilmiş və bununla əlaqədar 18 fevral 2022-ci il tarixdə saat 10 radələrində əməliyyat qrupunun üzvləri qeyd edilən ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 11-də "28 may” metrostansiyasının qarşısında saxlanılmış və onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra o, barəsində qəbul edilmiş qərarla tanış edilmiş, sonuncu isə həqiqətən də üzərində narkotik vasitə heroin olmasını bildirdikdən sonra o, Baş İdarəyə aparılmışdır. Baş İdarədə Məhkum müdafiəçi təyin edilmiş və ona narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Məhkum üstünə şəxsi axtarış keçirilmiş, o, üzərində narkotik vasitə heroin olmasını etiraf edərək əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd "Samsung A52” markalı mobil telefonu, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq pul əskinasını və iki ədəd şəffaf selofan bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümlərin içərisində "heroin” kimi tanıdığı narkotik vasitə olmasını etiraf etmişdir. Məhkum əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar olunan iki ədəd şəffaf selofan bükümlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümlərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr vardır. Şifahi sorğu zamanı Məhkum təxminən 6 aydır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, üzərindən aşkar olunan iki ədəd bükümü həmin gün saat 9 radələrində "28 may” metrostansiyasının yaxınlığında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün götürdüyünü, özünün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Məhkum aşkar olunmuş i ki ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr bir ədəd zərfin içərisində qablaşdırılıb möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd mobil telefon da maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı ilə götürülmüş, Məhkum üzərində aşkar olunmuş 5 manat pul isə onun özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Verilən süala cavab olaraq Şahid1 bildirmişdir ki, Məhkum narkotik vasitəni kimə satacağını əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 da şübhəli şəxs Məhkum müəyyən olunaraq saxl anılması və üzərinə şəxsi axtarış keçirilməsi, bu zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi keçirilmiş əməliyyat tədbirində və istintaq hərəkətinin aparılmasında iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadələri ilə yeni məzmunda olan ifadələr vermişlər. Bu ifadələrdən görünən odur ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3, hər birisi ayrı-ayrılıqda yalnız əməliyyat məlumatına əsasən Məhkum saxlanılmasını və onun üzərində şəxsi axtarışın aparılması zamanı cibindən iki bükümdə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsini təsdiq etmiş, sonuncunun həmin narkotik vasitəni satmaq niyyəti izləməsinə və ya narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən har hansı mötəbər sübutun olmasını bildirməmi ş, əksinə belə halları müəyyən edə bilmədiklərini göstərmişlər. Cinayət işi üzrə toplanmış və məhkəmələrdə araşdırılmış sübutların təhlili göstərir ki, belə sübutlar ümumiyyətlə iş materiallarında mövcud deyil. Şəxsi axtarış və götürmə aparılması haqqında 18 fevral 2022-ci il tarixli protokoldan və məhkəmə baxışında nümayiş etdirilmiş videoçəkilişdən görünür ki, Məhkum həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan boz rəngli şalvarın sol yan cibindən iki ədəd selofan bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, ayrı-ayrılıqda 2,793 qram və 2,815 qram olmaqla, ümumilikdə 5, 608 qram təmiz çəkidə narkotik vasitə heroini təqdim edərək həmin narkotik vasitəni küçədə tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai araşdırma orqanının sorğusuna əsasən əməliyyat orqanının 18 mart 2022-ci il tarixli 007-2934-1222 nömrəli məktubu ilə verilmiş cavabdan göründüyü kimi, Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib-etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin həmin tədbirlər nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətlə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması v ə daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifa yət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılarında heroinin çəkisi 0,15 qramdan yuxarı olduqda şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan yuxarı olduqda isə külli miqdar hesab olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutların fövqündə Məhkum qanunsuz əldə edərək saxladığı və daşıdığı narkotik vasitənin – heroinin 5,608 qram çəkidə, yəni külli miqdarda olması və iki bükümdə qablaşdırılması (bu hərəkətin Məhkum tərəfindən edilməsi də araşdırılmış sübutlarla müəyyən edilməmişdir) heç də onun bu əməli satış məqsədilə törətməsini təsdiq etmir, onun saxlanılmasından əvvəl alıcı axtarması, onunla sonradan da sövdələşə bilməsi, üzərindən cəmisi 5 manat məbləğində pul un aşkar edilməsi, yəni bu məbləğdə pula onun öz istifadəsi üçün narkotik vasitə əldə etməsinin mümkünsüzlü və bu halların ondan götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasına dəlalət etməsi barədə kassasiya protestinin dəlilləri isə fərziyyədən başqa bir şey deyil. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi (narkotik vasitənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Mə hkum əməlinin predmeti olan narkotik vasitədən – heroindən istifadə etməsi və onun əldə edilməsi zamanı müəyyən risklərlə üzləşə biləcəyinə görə bu vasitəni bir dəfəyə külli miqdarda əldə edib saxlaması da ağlabatan görünür. Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin külli miqdarda olmasına və iki bükümdə qablaşrılımasına, onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə olunmamış, belə sübutları işə məhkəmələrdə ba xılarkən dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi də məhkəmələrə təqdim etməmişər. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda apellyasiya instansiyası məhkəməsi Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilib ehtimallar üzə rində qurulmuş yekun məhkəmə aktlarının qəbul edilməsindən imtina edərək prosessual qanunvericiliyin aşağıdakı normalarının tələblərinə tam əməl etməklə və həm Azərbaycan Respulikası Konstitusiya Məhkəməsi Plenmunun, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərini, habelə Azərbaycan Resprublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrini nəzərə alaraq bütün şübhələri onun xeyrinə həll etmişlər. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.3-cü maddəsində isə müəyyə n edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetmə yə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqları na zərər yetirilməsi ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğ v etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılma ğa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sü butlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkum təyin olunmuş cəzanın yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası bu dəlilləri ümumiyyətlə əsassız və qanunsuz hesab edir ona görə ki, həmin dəlillər istər işin müəyən edilmiş faktiki hallarına, istərsə də cinayət qanunu normalarının tələblərinə tamamilə uyğun deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən 18 yanvar 2023-cü il tarixli qərarından göründüyü kimi, məhkəmə araşdırılmış sübutlara əsaslanıb Məhkum tərəfindən törədilmiş cinayət əməlinin CM-nin 234.1-cü maddəsinə tövsif edilməsini müm kün bilərək və CM-nin 41.2 və 58.3-cü maddələrinə istinad etməklə onun törətdiyi cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi madənin sanksiyasında müəyyən edilmiş (həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində - üç il müdətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu zaman apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində, birinci instansiya məhkəməsinin hökmündə qeyd olunduğu kimi, cinayətlərin residivini yaradan halın, yəni CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzan ağır laşdıran halın müəyyən edilməsini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin tələblərinə də əməl etmişdir. Məhkəmə kolegiyası cinayət qanunu normalarının tələblərinə əsasən heç bir halda bu cəzadan dahar ağır cəzanın, yəni Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddindən də yuxarı həddə cəzanın təyin edilməsi mümkünsüzlüyünü qeyd edərək dövlət ittihamçısının bunun əksinə olan dəlil irəli sürməsini anlaşılan olmayan və eyni zamanda qanunvericiliyin tələblərinə cavab verməyən əsassız dəlil kimi qiymətləndirir və kassasiya protestinin digər dəlilləri kimi bu dəlili də qəbul edilməz sayaraq ümumilikdə həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Buna görə, məhkəmə kollegiyası bir daha kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edib kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar