Məhkəmə qərarları › İş №1(102)-1254/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1254/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1254/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 1(099)-167/2023 nömrəli (hakimlər: Neymanov İslam Əkrəm oğlu (sədrliyi), Əhmədov Vüqar İkram oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1987-ci ildə Naxçıvan MR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməm iş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, xxx nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, onun 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, habelə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi; xx.xx.1989-cu ildə Naxçıvan MR-də doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, xxx nömrəsiz fərdi evdə yaşamış Təqsir ləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, onun 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi; xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, xxx nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234. 4.3-cü maddələri ilə təqsirli bilinərək, onun CM-in 228.4-cü maddəsi ilə 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi müəyyən edilmişdir. Həmçinin, hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə da ir məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli 1(106)-684/2023 nömrəli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi ş, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinməklə 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs1 7 oktyabr 2022-ci il tarixdən 25 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilmiş və o, həmin m addə ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 hazırkı qərarla CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəza ilə hökmlə CM-in 228.4-cü maddəsinə əsasən təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla onun üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmdən Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qər arından Məhkum tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmünə əsasən, Məhkum tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq barədə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 22,256 qram çəkidə narkotik vasitə “heroini” və 6,329 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” qanunsuz olaraq əldə edib aralarında bölərək külli miqdarda 12,178 qram çəkidə narkotik vasitə olan “heroini” Məhkum, külli miqdarda 10,078 qram çəkidə narkotik vasitə olan “heroini” Təqsirləndirilən şəxs2 və 6,329 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana”nı isə Təqsirləndirilən şəxs1 üzərilərində saxlamaqla daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2022-ci il tarixdən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 10.30-da Hacıqabul rayonu Nəvai qəsəbəsində yerləşən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 720 saylı postunun yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerl əşən DİN-in Hacıqabul Rayon Polis Şöbəsinə dəvət olunub həmin günsaat 13:00-da üzərilərinə şəxsi axtarış keçirilərkən Məhkum əynindəki tünd bozrəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə külli miqdarda 12,178 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”, Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli cins şalvarının arxa sol cibindən siqaret qutusunun içərisində olan bir ədəd bükümdə Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroin”lə eyni tərkibli olan külli miqdarda 10,078 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” və Təqsirləndirilən şəxs1 əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda 6,329 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazı rlanmış narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq soyuq silahı əldə etmiş, gəzdirmiş və saxlamışdır. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 oktyabr 2022-ci il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs2 razılığı və özünün iştirakı ilə etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı “**-PX-***” dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonunda yerləşən sürətlər qutusunun arxasındaki saxlanc yerindən ona məxsus zavod üsulu ilə hazırlanmış, “Mikrotech” markalı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, soyuq silah hesab edilən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının isə Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlində narkotik vasitələrin satışının olmaması barədə nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, aşkar edilmiş külli miqdarda narkotik vasitələr ilə əlaqəsi heç bi r sübut ilə təsdiq edilmir. Məhkəmə istintaqı düzgün aparılmamış, yalnız müstəntiqin tərtib etdiyi saxta ittiham aktı əsasında qərar qəbul edilmişdir. İşə baxan məhkəmələr işin hallarını araşdırılmamış, işin həqiqi hallarının müəyyən edilməsi üçün heç bir tədbir görməmişlər. Yalnız ittiham tərəfin təqdim etdiyi şübhəli qeyrimötəbər sübutlara istinad etmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi və ya cəza ilə əlaqədar olmayan alternativ cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin təl əblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdiyindən qərar ləğv olunmalı və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə yekun qərarında Məhkum və Təqsirləndirilən şəxs2 əməllərini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə, Təqsirləndirilən şəxs1 əməlini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif etməsinə dair gəldiyi nəticələri əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilən narkotik vasitələrini məhz satış məqsədilə əldə etmələri sübuta yetirilməmişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından təqsirləndirilən şəxslərin əməlləri məhkəmə tərəfindən əsassız olaraq CM-in 234.4.3-cü maddəsindən Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə isə CM-in 234.1-ci maddəsinə tövsif edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər tərəfindən guya yerdən tapmaqla əldə etdikləri narkotik vasitələrinin miqdarını nəzərə almamışlar. Narkotik vasitənin şəxsi istehlak miqdarı narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxslərdə aşkar olunmuş heroinin çəkisi onların gündəlik e htiyacının yuxarı həddindən 148,37 dəfədən, külli miqdardan isə 11,12 dəfədən çox olmuşdur. İşin obyektiv hallarına əsasən, təqsirləndirilən şəxslərin qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 22,256 qram olan narkotik vasitə heroin guya öz istifadələri üçün əldə etmələri barədə ifadələrini təkzib etməklə yanaşı, həmçinin həmin narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədilə əldə edib, saxladılarını təsdiq edən haldır. Bundan başqa, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi, onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi, həmin maddənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş təqs irləndirilən şəxslərin istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, 2 övladı olduğunu, asma xəstəliyindən əziyyət çəkdiyini, narkotik vasitənin ona aid olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və o byektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumların əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci m addələri ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1 və ya 234.1-1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu mürac iətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cin ayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl v ə məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin poz ulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə nəzər yetirərkən dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs2 əməlinin CM-in 228.4-cü maddəsi ilə tövsif edilməsinə aid hissəni mübahisələndirilmədiyini əsas götürərək həmin hissəyə qiymət verməyi zəruri hesab etmir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapması göstərilsə də, sonradan işə baxan apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə tam olaraq razılaşmamış, onların cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi və işə baxan birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin qeyd olunan narkotik vasitələrini satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək əməllərini aşkar edilmiş həmin narkotik vasitələrin miqdarına müvafiq olaraq CM-in 234.1 və ya 234.1-1-ci maddələri ilə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların p rekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkoti k vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumların aşkar olunmuş narkotik vasitələri satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitələrin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Bundan başqa, iş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında 6 oktyabr 2022-ci il tarixli qərardan, şübhəli şəxs qismində tutma haqq ında 7 oktyabr 2022-ci il tarixli qərarlardan da görünür ki, əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinə təqsirləndirilən şəxslərin narkotik vasitələri əldə etdikləri mənbə, üsul, xüsusən onların qabaqcadan əlbir olmaları və narkotik vasitələri əldə edib razılaşmaları barədə heç bir məlumat məlum olmamışdır. Bundan əlavə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Lakin 7 oktyabr 2022-ci il tarixdə üzərilərində keçirilən şəxsi axtarış zamanı şifahi sorğu-sual edilərkən, həmin tarixdə verdi kləri izahatlarında, 8 oktyabr 2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində Məhkum üstündən aşkar edilən narkotik vasitəni tutulmazdan bir gün əvvəl, yəni 6 oktyabr 2022-ci il tarixdə günorta vaxtlarında evinin yaxınlığındakı zibilxananın yanında yerdən tapdığını, Təqsirləndirilən şəxs1 tutulmazdan bir gün əvvəl, yəni 6 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Binə qəsəbəsində dəmir yolunun kənarında yerdən tapdığını, Təqsirləndirilən şəxs2 isə tutulmazdan bir gün əvvəl, yəni 6 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdirlər. Beləliklə də, onların ifadələrini bir-biri ilə əlaqələndirdikdə bu ifadələrin xarakterindən onların narkotik vasitələri qabaqcadan razılıq əsasında əld ə edib böldükləri sübuta yetmir. Eyni zamanda, cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli 6479 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Məhkum opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Məhkum bildirmişdir ki, 2-3 aydır ki, narkotik vasitə olan “heroin”dən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər narkotik vasitə olan “marixuana”dan istifadə etmişdir. O cümlədən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 o ktyabr 2022-ci il tarixli 6485 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdə istifadə halları olub. Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 1 ildir ki, arabir düşəndə narkotik vasitə olan “marixuana”dan çəkməklə istifadə edir. Həmçinin işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli 6482 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olun ur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 4-5 aydır ki, narkotik vasitə olan “heroin”dən və psixotrop maddə olan “metamfetamin”dən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər narkotik vasitə olan “marixuana”dan istifadə etmişdir. Əlavə olaraq, ittiham aktının məzmunundan görünür ki, təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsinə əsas vermiş yeganə əsaslar şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri və “külli miqdar” anlayışı olmuşdur ki, başqa sübutlarla əhatə olunmayan bu əsas ibtidai istintaq orqanının ehtimallarına əsaslanmış və onların əməli bu hissədə dü zgün tövsif edilməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitələrin satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onların əməllərini aşkar edilmiş narkotik vasitələrin miqdarına müvafiq olaraq CM-in 234.1 və ya 234.1-1-ci maddələri ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumların satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Belə ki, cinayət işinin materiallarında müəyyən olunur ki, təqsirləndirilən şəxslər narkotik vasitələri tapdıqları vaxtdan tutulduqları vaxtadək olan müddət ərzi ndə onu bölməmişlər, xırdalamamışlar, ayrı-ayrı bağlamalara bükməmişdirlər. O cümlədən, istintaq orqanı təqsirləndirilən şəxslərin aşkar edilən narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyinə, habelə onların istehlakçı ilə qabaqcadan razılaşmalarına dair də heç bir tutarlı dəlil irəli sürə bilməmişdir. İstintaq orqanının əməliyyat tapşırığına cavab məktubunda təqsirləndirilən şəxslərin narkotik vasitələri satış məqsədilə əldə etmələri qeyd edilsə də, bunun nə ilə təsdiq edildiyi, onların narkotik vasitələri haradan əldə etdiyi və harada satmaq istədiyi, mümkün olan istehlakçılarla razılaşmaları barədə heç bir sübut əldə edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM- in 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsi belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət tə qibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkum kassasiya şikayətinə gəldikdə isə şikayətdə qeyd edilmiş hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Həqiqətən d ə, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146 -cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Bundan başqa Məhkum barəsində olan cinayət işinin istintaqını aparan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində heç bir qanunsuz davranışa məruz qalmadıqlarını bildirmişlər. Belə ki, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Məhkum DİN BMCMİ-in Müvəqqəti saxlama yerinə qəbul edilməsi haqqında 8 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, onun üzərində bənövşəyi rəngli qançır izləri aşkar edilmişdir. Həmin vaxt Məhkum qeyd edilən xəsarətləri həbs edilərkən aldığını bildirmişdir. Məhz bu səbəbdən istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2022ci il tarixli qərarında Məhkum xəsarət almasında cinayət əlamətləri olmadığını əsas götürüb cinayət işinin başlanmasını rədd etmişdir. Bu isə onu deməyə əsas vermi şdir ki, Məhkum BMCMİ-in Müvəqqəti saxlama yerində bu barədə məlumat verərkən hər hansı təzyiqə və ya zorakılığa məruz qalmamış, özü könüllü, sərbəst şəkildə etiraf ifadələrini vermişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əl aqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillə rinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkum məhkəmə istintaqında verdiyi ifadəsində, məhkəməyədək icraat zamanı fiziki və psixi təsirlərə məruz qaldığını bildirsə də, həmin dövrdə zorakılığa məruz qalması ilə bağlı aidiyyəti orqanlara heç bir müraciət etməmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində, həmçinin, ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmələr tərəfindən ona təyin edilmiş cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində azyaşlı uşaqlarının olması) və ağırlaşdıran (əməlində cinayətlərin təhlükəli residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, işdə olan tələbnamədən görünür ki, Məhkum əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 5 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq həmin cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Bundan başqa, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsi rli bilinmiş və həmin maddələrlə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmçinin cinayəti sınaq müddəti ərzində törətdiyinə görə CM-in 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş və ona CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci ildə cəza müddəti bitmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdən isə görünür ki, Məhkum əvvəlki hökm üzrə hökmlərin məcmusuna daxil olan hər iki az ağır cinayətdən heç birinə görə məhkumluğu ödənilməmişdir. Bu isə onu göstərir ki, o, əvvəllər iki dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsdir. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Qeyd edilən dəlillərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunun un ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraiti nə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar