Məhkəmə qərarları › İş №1(102)-1254/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1254/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1254/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 28 yanvar 2025-ci il tarixli 1(103)-56/2025 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Vüqar Quliyev (sədrlik edən), Siyavuş Hacıyev və Aytən Əliyeva) 29 may 2024-cü il tarixli 1(101)-934/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1997-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Kürdəmir rayonu, Kürdəmir şəhəri, Koroğlu küçəsi 59 A, mənzil 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, mənzil 150-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3500 qram olan narkotik vasitə heroini məlum olmayan tarixdə və məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 19 iyun 2023-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin (bundan sonra mətndə- Xəzər RPİ) narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhə ri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qala yolu istiqamətində “Oba” marketin arxasında saxlanılaraq həmin polis idarəsinə gətirilmiş, idarədə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman sağ əlindəki ağ-qırmızı rəngli polietilen torbanın içərisindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş içərisində təmiz çəkisi 3500 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 28 yanvar 2025-ci il tarixli 1(103)-56/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(101)-934/2024 nömrəli hökmü cəza təyin edilməsi hissəsində d əyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) ay müddətinə endirilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-56/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-56/2025 nömrəli qərarının ləğv edilməsi və işi nə ədalətli baxılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının Məhkum təyin etdiyi cəza, formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, ədalətlilik prinsipinin pozulması deməkdir və cəzanın fərdiləşdirilməsi prinsipinə ziddir. Ümumiyyətlə, məhkəmə kollegiyası qərarında yalnız qanun normalarına istinadlar göstərməklə, heç əsaslandırma aparmadan Məhkum təyin edilmiş cəzanı yüngülləşdirmişdir. Qərarda hər hansı müqayisəli təhlil, əsaslandırma, O.Quİiyevin şəxsiyyəti və onun ailədə rolu, onun nisbətən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin ailəsinin həyat şəraitinə və islah olunmasına təsirinin fərqi, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi i lə bağlı bir kəlmə olsa belə ifadə yoxdur. Məhkum şəxsiyyəti və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri - O.Quİiyev işləməmiş, əvvəllər CM-in 221.3 və 180.1-ci maddələri ilə məhkum edilmişdir, ailəyə hər hansı dəstəyi müəyyən olunmur. O.Quİiyevin verdiyi apellyasiya şikayətindən göründüyü kimi, törətdiyi cinayət əməlini etiraf etmir, səmimi peşmançılıq hissi keçirmir ki, bu da əvvəllər də cəza çəkmiş şəxsin islah yoluna qədəm belə qoymadığını göstərir. Cinayətin xarakteri və ictimai təhlükəliliyi - Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət ağır cinayətlər kateqoriyasına aiddir. O.Quİiyev külli miqdarda – 3500 qram çəkidə narkotik vasitə heroini qanu nsuz olaraq əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Məhkəmə kollegiyası Məhkum məhkəmə istintaqı zamanı verilmiş ittihamla nəinki özünü təqsirli bilmədiyini, hətta polis əməkdaşlarını ona təzyiq göstərməkdə və narkotik vasitə psixotrop maddəni onun üzərinə qoymaqda ittiham etdiyini, bununla da O. Quliyevin şəxsiyyət kimi islah yolundan hələ çox uzaqda olduğunu nəzərə almamışlar. Sözügedən iş üzrə məhkəmə kollegiyası ittihamın əsası kimi iş üzrə tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmadığı, ittihama qiymət verilməsi baxımından sübutların tam kifayət etdiyi qənaətinə gələrək ittiham hökmünü mübahisələndirməsə də, Məhkum cəzasını yüngülləşdirən hər hansı yeni bir hal müəyyən etməməsinə baxmayar aq, ona cəza təyin edərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq cəzanın həddi ilə bağlı gəldiyi nəticəni hökmdə əsaslandırmamış və cəzanın məqsədini təmin etməyən ədalətsiz, yüngül cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: şikayətini onunla əsaslandırmışdır Məhkum kassasiya ki, işinə obyektiv baxılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını düzgün nəzərə almadan birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzanı əsassız olaraq endirərək öz yüngüllüyünə görə ədalətsiz cəza təyin edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbayca n Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin ol unmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi nəti cəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən arvadının müxtəlif xəstəlikdən, habelə özünün yüngül ifadə olunmuş nevrasteniya xəstəliyindən əziyyət çəkməsini və özünün 26 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini bildirməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirsə də, faktiki olaraq cəza təyin edərkən işin bu halları kifayət qədər nəzərə almamış, təyin olunmuş cəzanın həddi həmin hallara uyğun olmamışdır. Bu səbəbə görə apellyasiya instansiyası məhkəməsi məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 il 6 ayadək en dirmişdir. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edəcək cəzanın həddi müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin edir və bu nöqtəyi nəzərindən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun gəlir. Həmin cəza öz yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza kimi hesab edilə bilməz. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu barədə dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməm əsidir. Məhkum birinci instansiyası məhkəməsində irəli sürülən ittihamda özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, istintaq hərəkətlərinin protokolları ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən əməl iyyat tədbirləri Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparılmış, Məhkum üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi müvafiq protokolla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin miqdarını və işin hallarını nəzərə alaraq hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutları n araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 28 yanvar 2025-ci il tarixli 1(103)-56/2025 nömrə li kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-56/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar