Məhkəmə qərarları › İş №1(102)-1255/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1255/2019

17.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1255/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum iştirakları ilə 23 fevral 1964-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM- in) 2131.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 may 2019cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İ.A.İbrahimli) Məhkum – Azərbaycan Respublikası CM-nın 213-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 20 19-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 2018-ci il ilin sentyabr ayında istintaqla müəyyən edilməmiş müxtəlif şəxslərdən satış məqsədi ilə aldığı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə, xeyli miqdarda, 1405,50 manat dəyərində 1 qutusunun qiyməti 4 manat olan 28 qutu "PARLİAMENT Aqua Blue RECESSED FİLTER", 1 qutusunun qiyməti 4 manat olan 40 qutu "PARLİAMENT Silver Blue RECESSED FİLTER", 1 qutusunun qiyməti 4 manat olan 10 qutu "Gold Marlboro LİGHTS", 1 qutusunun qiyməti 4 manat olan 70 qutu "X7", 1 qutusunun qiyməti 1,5 manat olan 3 qutu "X8", 1 qutusunun qiyməti 1,5 manat olan 35 qutu "GAVALLO BY TONY FRANK", 1 qutusunun qiyməti 4 manat olan16 qutu "X5", 1 qutusunun qiyməti 2,40 manat olan 15 qutu "Winiston Xstyle", 1 qutusunun qiyməti 4 manat olan 15 qutu "PARLİAMENT Super Slims", 1 qutusunun qiyməti 1,5 manat olan 26 qutu "GAVALLO BY GİNO FRANK", 1 qutusunun qiyməti 2,50 manat olan 4 qutu "Winegrape", 1 qutusunun qiyməti 4 manat olan 24 qutu " Marlboro double mix", 1 qutusunun qiyməti 4 manat olan 13 qutu "Parliament Carat", 1 qutusunun qiyməti 2,50 manat olan 120 qutu "Kent Silver", 1 qutusunun qiyməti 4 manat olan 8 qutu "X6 less smel", 1 qutusunun qiyməti 2,50 manat olan 27 qutu "Parliament Carat" markalı, ümumilikdə, 454 qutu (və ya 9080 ədəd) siqaretləri satış məqsədi ilə əldə etmiş, 2 (iki) ədəd karton qutuda yerləşdirmiş, həmin siqaretlərin 26 sentyabr 2018-ci il tarixində saat 13:00 radələrində Bakı şəhəri, ************************ ***** küçəsində yerləşən, "Toyota Servis'ln qarşısında saxlamış ona məxsus olan "Hyundai exsel" markalı, "10MC832" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində satışını həyata keçirərkən Dövlət Gömrük Komitəsi Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış, həmin minik avtomobili baxış keçirilməsi üçün həmin İdarənin dayanacağına gətirilmiş, baxış zaman həmin minik avtomobilinin salonundan ona məxsus 2 (iki) ədəd karton qutuların içərisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış həmin siqaretlər aşkar edilib götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 20 may 2019-cu il tarix li qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək barəsində bəraətverici hökm çıxarılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, pərakəndə siqaret satışı həyata keçirərkən Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən tərəfindən idarəyə aparılmış və ümumi qiyməti 500 manatdan yuxarı olan bir qisim siqaretlərin aksiz markasının olmadığı aşkar olunmuşdur. Məhkum hesab edir ki, onun əməlində heç bir cinayətin tərkibi yoxdur, barəsində olan məhkəmə qərarları işin faktiki hallarına uyğun deyil, maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiy yətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum bildirir ki, məhkəmələr tərəfindən işin hallarına düzgün qiymət verilməmiş və nəticədə əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında p rotokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə bax an apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş "Nəqliyyat vasitəsinə baxış və şeylərin götürülməsi haqqında" 26.09.2018-ci il tarixli protokoldan görünür ki, həqiqətən də "Hyudai exsel" markalı, "************" dövlət nömrəli nişanlı nəqliyyat vasitəsinin salonuna baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin salonunda Məhkum məxsus 2 ədəd karton yeşik götürülmüş, həmin qutulardan 454 qutuda müxtəl if adda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2018-ci il tarixli, 25411/12 saylı məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 16 adda filtirli siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 1.405,50 manat müəyyən olunur. Həmin filtirli siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri 1.405,50 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2019-cu il tarixli, 29180/81 saylı məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 16 adda filtirli siqaretlər in 26 sentyabr 2018-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri 1.405,50 manat müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan şahidlər Seyid X4, Şahid3 və Şahid2 ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində qeyd edilir ki, cinayətin məqsədi və motivi, təqsir karın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquql arının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzər ə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma ağır cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum Qarabağ müharibəsi veteranıdır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, bir gözünün tamamilə görmə qabiliyyətini itirməklə, İİ qrup əlildir, ailəsi 4 nəfərdən ibarət olmaqla ailənin yeganə qazanc gətirən şəxsidir. Həmçinin Məhkum oğlu Yasin Xəlilov da beyin travması almaqla xəstəlikdən əziyyət çəkir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bu xüsusatlar Məhkum ba rəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinə əsas verir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsi ilə təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası 1000 (bir min) manata endirilsin. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar