Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1257/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə 11 avqust 1990-cı il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Seydimli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: S.A.Məmmədzadə (sədrlik edən), Ə.Məhkum və Z.Q.Ağayev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi ş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 14 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və H.Ç.Məmmədov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Verilmiş ittihama əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum 13 aprel 2022 -ci il tarixdə saat 19 radələrində, şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun sosial şəbəkə vasitəsilə göndərdiyi elektron kart hesabına 113 manat məbləğində pul köçürməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 5,942 qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 10,655 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən götürüb, daşıyaraq üzərində saxlamış, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2022-ci il tarixdə saat 02:30 radələrində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə, külli miqdarda təmiz çəkisi 5,942 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd polietilen bükümdə, külli miqdarda təmiz çəkisi 10,655 qram olan ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və içərisində metamfetaminə məxsus izlər olan 01 ədəd uc hissəsinə karton boru cuq bərkidilmiş lampa aşkar edilərək götürülmüşdür. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum əməlini tövsif edərək, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də t əqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin 5,942 qram çəkidə və psixotrop maddə olan metamfetaminin 10,655 qram çəkidə olması ona dəlalət edir ki, Məhkum psixotrop maddələrin satışı ilə məşğul olur. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsi ni müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanuns uz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekurs orlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, maşın bazarında təkər satıcısı işləmişdir. ünvan 1 ünvanında yaşamışdır. 13 aprel 2022-ci il tarixdə gecə saat 23 radələrində evə gedən zaman, öz məhəllələrinə çatan zaman onu arxadan kimsə vurmuş, bundan sonr a 6 nəfər mülki geyimdə olan şəxs onu zorla maşına mindirib bölməyə aparmışlar. Polis əməkdaşları bölmədə onu şiddətli şəkildə döymüş, bundan sonra polis əməkdaşı öz siyirməsindən iki bükümdə narkotik vasitə çıxarıb, onun üzərindən tapıldığını etiraf etməsini istəmişdir. O, möhkəm döyüldüyü üçün vəziyyəti yaxşı olmamış, ağrılara dözə bilməmiş və məcbur olub, polis əməkdaşlarının dediyi hər bir şeyi etmişdir. Həm də polis əməkdaşları əgər sənədlərə imza etsə, onu buraxacaqları ilə aldatmışlar. O da həmin yerdən canını qurtarmaq üçün ona verilən bütün sənədləri imzalamışdır. Onun üzərində heç bir narkotik vasitə olmamış, üzərində 1250 manat satdığı malların pulu və mobil telefonu olmuşdur. O, əvvəllər narkotik vasitədən istifadə etsə də, tutulduğu zaman üzəridə heç bir qanunsuz əşya və ya ma ddə olmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkum məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Sonuncu dəfə marixuanadan 9 ay əvvəl istifadə etmişdir. Onu tutan polis əməkdaşlarını üzdən tanımış, həmin 6 nəfərdən sadəcə birinin - X10ın adını bilmiş, digərlərinin isə adını bilməmişdir. Müstəntiqə onun üzərində narkotik vasitə aşkar olunmadığını, polis əməkdaşlarının onu döydüklərini bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılan zaman orada hakimə də narkotik vasitənin ona məxsus olmadığını demiş, hakim isə ona müvəqqəti olaraq barəsində həbs seçildiyini, işin araşdırılacağını bildirmişdir. Narkotik vasitəni çəkilişdən əvvəl cibinə qoyub, onu g uya həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini deməyə məcbur etmişlər. Polis əməkdaşlarının onun cibinə qoyduğu narkotik vasitə 2 bükümdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs həmçinin əlavə olaraq bildirmişdir ki, o, aprel ayının 13-də saat 23 radələrində tutulmuşdur. Tutulan zaman üzərində işlək vəziyyətdə olan mobil telefon olmuşdur. Bölmədə axtarış keçirən zaman mobil telefonunu polis əməkdaşları almışlar. Üzərinə baxış keçirilən zaman vəkil iştirak etməmişdir. Cibindən çıxan 1250 manat pul 3 günlük satdığı malların pulu olmuşdur. Həmin pul ona məxsus olmamış, müstəntiqə də bu barədə məlumat vermiş, hətta müstəntiq pulun sahibi olan müdir X11ə zəng etmiş, X11 də ona xaricdə olduğunu deyib, pulun həqiqətən də ona məxsus olduğunu müstəntiqə bildirm işdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı göstərmişdir ki, o, 5 aya yaxındır ki, mütəmadi olaraq, həftədə 1 dəfə olmaqla narkotik vasitədən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində Nizami rayonu, Y.Səfərov küçəsi 23 ünvanının yaxınlığında olarkən, iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etmiş və onlarla birlikdə polis bölməsinə dəvət etmişlər. O, dəvəti qəbul edərək, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. 23-cü polis bölməsində xidməti otaqların birində öncədən ona hüquq-vəzifələri izah edilməklə video çəkiliş aparılacağı bildirilməklə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd göy rə ngli içərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd narkotik vasitə çəkmək üçün bir tərəfinin başlığı şüşədən ibarət olan vasitəni, bir ədəd şəffaf politilenə bükülmüş ağ rəngli kristal quruluşu olan narkotik maddəyə bənzər kütləni, bir ədəd şəffaf polietilenə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni və əynində olan göy rəngli cins şalvarın sol qabaq yan cibindən bir ədəd göy rəngli “Samsung A12” markalı mobil telefonu təqdim etmişdir. O, ifadəsində əlavə olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə narkotik vasitə olan heroin və metamfetamindir. Üzərindən aşkar edilən həmin maddələr ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində şəxsiyyətini və anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətən daşının ona verdiyi bank kartına 113 (yüz on üç) manat ödədikdən sonra onun verdiyi Q.Qarayev prospektində ünvanını dəqiq bilmədiyi yerdən səkinin yanından götürmüşdür. Əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satmaq məqsədi ilə almamış, yalnız öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkum ifadəsində həmçinin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa yaşadığı mənzildə və ya digər başqa yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı ifadəsinin arasındakı ziddiyyəti onu döyüb qorxudaraq qeyd olunan məzmunda ifadəni imzalamağa məcbur etmələri ilə izah et mişdir. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 23-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsində yaşayan, orta bədən quruluşlu, təxminən 30-35 yaş larında olan «Məhkum» adlı şəxsin yaşadığı ərazidə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatına əsasən o və sahə inspektoru Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. O, Şahid1 ilə birlikdə 14 aprel 2022-ci il tarixdə saat 02.30 radələrində ünvan 1 ünvanının yaxınlığında həmin «Məhkum» adlı şəxsi şübhəli şəxs qismində saxlamış, özlərini sonuncuya təqdim etmiş və onlarla birlikdə bölməyə gəlməsini təklif etmişlər. Məhkum buna etiraz etmədən onlarla birlikdə Nizami RPİ-nin 23-cü PB-yə gəlmiş, bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla Məhkum üzərində axtarış və götürmə aparılmışdır. Məhkumə üzərində olan hər hansı qeyri-qanuni əşya varsa onu təhvil verməyi təklif e tmişlər, o, da könüllü surətdə əynində olan qara rəngli dəri gödəkçənin cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd şüşə vasitəni, bir ədəd şəffaf politelinə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni, bir ədəd şəffaf politelinə bükülmüş ağ rəngli kristal kütləni və əynində olan göy rəngli cins şalvarın cibindən «Samsung» markalı mobil telefonu çıxararaq təhvil vermişdir. Daha sonra onlar Məhkum üzərinə baxış keçirmiş, lakin başqa hər hansı əşya aşkar edilməmişdir. Məhkum şəffaf bükümlərdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu, kristal halda olan maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Dediyinə görə həmin maddələri xx.xx.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşının kartına pul ödəməklə Qara Qarayev ərazindən götürmüşdür. Həmin iki bükümdə olan maddələr onların tərəfindən zərfləşdirilmiş və möhürlənərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 14 aprel 2022-ci il tarixli protokollardan görünür ki, istintaq hərəkəti zamanı Məhkum üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Məhkum əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli içərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd deməsinə görə narkotik va sitə çəkmək üçün bir tərəfi şüşədən ibarət vasitəni, bir ədəd şəffaf polietilenə bükülmüş ağ rəngli kristal halda narkotik maddəyə bənzər kütləni, bir ədəd şəffaf polietilenə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni və əynində olan göy rəngli cins şalvarın sol qabaq yan cibindən bir ədəd göy rəngli «Samsung A12» markalı mobil telefonu təqdim etmişdir. Məhkum təqdim etdiyi kütlənin narkotik vasitə olan «heroin» və «metamfetamin» olduğunu, onu Q.Qarayev ərazisindən qeyd edilən tarixdə saat 19 radələrində öncədən tanımadığı İran İslam Respublikasının vətəndaşının bank kartına 113 manat ödəniş etməklə aldığını bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, aşkar edilmiş maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkum üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Məhkum və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 10 may 2022ci il tarixli 2365 saylı rəydən görünür ki, Məhkum psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «diskə baxış keçirilməsi haqqında» 11 iyul 2022-ci il tarixli protokoldan görünür k, 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Məhkum üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Məhkum üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa, təqdim etmək təklif olunur. Həmin vaxtı Məhkum ona edilmiş təklifə əsasən əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli içərisində siqaret dənələri olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd deməsinə görə narkotik vasitə çəkmək üçün bir tərəfi şüşədən ibarət vasitəni, bir ədəd şəffaf polietilenə bükülmüş ağ rəngli kristal halda narkotik maddəyə bənzər kütləni, bir ədəd şəffaf polietilenə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni və əynində olan göy rəngli cins şalvarın sol qabaq yan cibindən bir ədəd göy rəngli “Samsung A12” markalı mobil telefonu təqdim edir. Tədqiq olunan protokolda həmçinin qeyd olunmuşdur ki, sorğu zamanı Məhkum təqdim etdiyi kütlənin narkotik vasitə olan «heroin» və «metamfetamin» olduğunu, onu Q.Qarayev ərazisindən 13 aprel 2022-ci il tarixdə saat 01- 02 radələrində öncədən tanımadığı İran İslam Respublikasının vətəndaşının bank kartına 113 manat ödəniş etməklə aldığını bildirir. Aşkar edilmiş həmin maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Məhkum üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılır, protokol tərtib olunur, tərtib edilmiş protokol ucadan oxunur, Məhkum və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq edirlər (iş vərəqə: səh.122). İş materiallarında olan Məhkum məxsus «Samsung» markalı, «A12» modelli mobil telefona baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli, habelə "xxxx" MMC-dən daxil olmuş Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə və sms-lərə dair məlumatların əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 11 iyul 2022-ci il tarixli və "xxxx" MMC-dən daxil olmuş yuxarıda qeyd edilən mobil telefonda istifadə olunan 050- ***-**-** saylı GSM nömrəsinə daxil olan və çıxan zənglərə və sms-lərə dair məlumatların əks olunduğu CD diskə baxış keçi rilməsi haqqında 12 iyul 2022-ci il tarixli protokollardan görünür ki, baxış nəticəsində nə mobil telefonda, nə də təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə dair CD disklərdə işin halları ilə əlaqəsi olan və ya sübut əhəmiyyətli heç bir məlumat əldə olunmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbayc an Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını i sə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onu n ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1257/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1257/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver