Məhkəmə qərarları › İş №1(102)-1257/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1257/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1257/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 31 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və CM-in 259.2.4-cü maddəsi ilə ona bəraət verilməsinə, həmçinin Məhkum CM-in 314.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 1(106)64/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1974-cü il tarixdə Sabirabad rayonunun Qarasu kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********), Hacıqabul rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla yaşayır.

2. Məhkum xx xxxxxx 1986-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Qarasu bələdiyyəsinin sədri vəzifəsində işləyən, Hacıqabul rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla yaşayır.

3. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs külli miqdarda ziyan vurmaqla qanunsuz ağa c kəsmə və qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına becərmə və tutma cinayət əməllərini törətmişdir. Belə ki, o, yaşadığı Hacıqabul rayonunun Qarasu kəndində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********46 saylı reyestr nömrəsi ilə Qarasu Bələdiyyəsinin mülkiyyətində qeydə alınmış 25 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat ofisinin 3M-35 nömrəli icarə müqaviləsi əsasında Qarasu Bələdiyyəsindən qardaşı X3 adına sonuncunun ona verdiyi 20.02.20l5-ci il tarixli 7E-683 reyestr nömrəli bütün əmlakın idarə edilməsi və üzərində sərəncam verilməsi haqqında etibarnamə ilə 49 il müddətinə icarəyə götürərək istifa də etməyə başlamış, həmin torpaq sahəsini şumlayıb əkib-becərmək məqsədilə torpaq sahəsi üzərində yabanı halda bitmiş meşə fonduna daxil olmayan 97 ədəd köküstə yaş yulğun kollarını qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq icra hakimiyyəti orqanının yaşıllıqların götürülməsi ilə bağlı rəyi və qərarı olmadan 14-15 fevral 2022-ci il tarixlərdə qanunsuz kəsərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdar təşkil edən 7760 (yeddi min yeddi yüz altmış) manat dəyərində maddi ziyan vurmuşdur.

4. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 528 S saylı sərəncamı ilə təyinatı dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əkin dövriyyəsinə cəlb edilən Hacıqabul rayonunun Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 102 ha torpaq sahəsi üzərində Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2017ci il tarixli qətnaməsinə əsasən icarə müqaviləsi ləğv edildiyi vaxtdan və həmin 102 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar suvarma kanalları çəkildikdən sonra ona birləşmiş 11 ha torpaq sahəsindən, ümumilikdə Hacıqabul rayonunun Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha torpaq sahəsindən 29 noyabr 2017-ci il tarixdən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquqları olmadan istifadə etməklə, həmin torpaq sahəsinin 33,2 ha. hissəsini özbaşına becərərək arpa və buğda bitkiləri əkmiş, qalan 79.8 ha. hissəsini isə örüş torpaqları kimi istifadə etməklə bələdiyyə torpağının istifadəyə ayrı lması haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan ələ keçirməklə, Hacıqabul rayonunun Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına becərmiş və özbaşına tutmuşdur.

5. Həmçinin, Məhkum xx.xx.2020-ci il tarixdən Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin sədri vəzifəsində işləməklə vəzifəli şəxs olaraq, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.6, 4.0.9, 23.1, 23.2-ci maddələrinin tələblərinə əsasən "bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; bələdiyyə torpaqlarından səmərəl i istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etmək; bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin bələdiyyələrin həyata keçirməsi”; "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2.2, 8.2.3, 9.0.1, 12.3-cü maddələrinin tələblərinə əsasən, "bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirməsi; yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monit orinqini aparmaq; yaşıllıqların uçotununun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; bələdiyyələrin yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi”; "Torpaq Məcəlləsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 47-ci maddələrinin tələblərinə əsasən, "bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetmənin bələdiyyələr tərəfindən həyata keçiri lməsi”; "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarının 1.5, 2.5 və 3.5-ci maddələrinin tələblərinə əsasən, "bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunun və monitorinqinin bələdiyyələr tərəfindən aparılması; uçota alınan yaşıllıqlar barədə məlumatların bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən hər il yanvarın 1-də ümumiləşdirilməsi və tərtib olunmuş hesabatların bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsi; ildə azı bir dəfə yaşıllıqların monitorinqinin həyata keçirilməsi” kimi qanunlarla və qanunvericilik aktları ilə bələdiyyə torpaqlarının və yaşıllıqların mühafizəsi sahəsində onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanlarının olmasına baxmayaraq, işə laqeyd münasibəti nəticəsində həmin vəzifələri yerinə yetirməməklə, Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin mülkiyyətində olan **********46 saylı reyestr nömrəli 25 ha. torpaq sahəsindən icarə hüquqları əsasında istifadə edən X7 tərəfindən torpaq sahəsi üzərində yabanı halda bitmiş meşə fonduna daxil olmayan 97 ədəd köküstə yaş yulğun kollarının 14-15 fevral 2022-ci il tarixlərdə qanunsuz olaraq kəsilməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekolo giya və Təbii Sərvətlər İdarəsinə külli miqdar təşkil edən 7760 (yeddi min yeddi yüz altmış) manat dəyərində ziyan vurulmasında ifadə olunan dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir.

6. Hacıqabul Rayon Məhkəməsinin (sədrlik edən hakim X11) 18 oktyabr 2023-cü il tarixli, 1(071)-1/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və y aşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən CM-in 259.2.4-cü maddəsi ilə ona bəraət verilməsi, mülki iddiaçı 3 sa ylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiasının baxılmamış saxlanılması, Məhkum CM-in 314.1-ci maddəsi ilə bəraət verilməsi və onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Məhkum qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin zərərin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsr əfi məsələsi də həll edilmişdir.

7. Hökmdən Dövlət ittihamçısı3 tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 Sabi oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X8 və X10 ibraət məhkəmə tərkibində) 16 yanvar 2024-cü il tarixli, 1(106)64/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsi ilə məhkum edilməsinə və CM-in 259.2.4-cü maddəsi ilə ona bəraət verilməsinə, Məhkum CM-in 314.1-ci maddəsi ilə bəraət verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(071)-1/2023 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs mü dafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Hacıqabul Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(071)-1/2023 nömrəli hökmünün apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 1(106)-64/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri və etirazlar:

10. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismi ndə bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan sübutlar siyahısına istinadlar edərək göstərmişdir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri Təqsirləndirilən şəxs istifadəsində olan 25 ha torpaq sahəsi açıq ərazi olduğundan və hər hansı formada mühafizə olunmadığından, həmin torpaq sahəsində olan 97 ədəd yulğun kollarının ondan qisas almaq və ya hər hansı başqa motivlə kənar şəxs(lər) tərəfindən kəsilməsinin mümkün olması, həmçinin hazırki iş üzrə müəyyən edilmiş 97 ədəd yulğun kollarının kəsilməsindən ibarət olan nəticənin Məhkum işinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən baş verməməsi qənaətinə gəlməklə Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsi ilə, Məhkum isə CM-in 314.1-ci maddəsi ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır.

11. Belə ki, qeyd etdiklərinə əsasən hesab edir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq yalnız təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum verdikləri özlərini müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Təqsirləndirilən şəxs və Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur.

12. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 1(106)-64/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

13. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində bir sıra qanunvericilik normalaraına və cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, X7 həmin torpaq sahəsindən istifadə etməklə heç kimin hüquqlarını pozmamış, bələdiyyənin həmin torpaq sahəsi ilə bağlı sərəncam verməsinə mane ol mamışdır. Bəhlul Şıxəliyev həmin sahədən istifadə etməsəydi boş sahə kimi son günlərə qədər qalacaqdı. Onun həmin sahədən istifadə etməsi nə mülkiyyətçiyə, nə də digər hər hansı bir şəxsə ziyan vurmamışdır.

14. Müdafiəçi qeyd etdiklərinə əsasən, məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 1(106)-64/2024 nömrəli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir.

15. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

16. Qərardan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X12 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassas iya şikayətinin dəlillərinə etiraz edib təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edib təmin edilməməsini, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etiraz etməyərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

19. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi5 dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda tərəfindən verilmiş kassasi ya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

20. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

21. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

22. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsi nin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

23. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Təqsirləndirilən şəxs və Məhkum əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.

24. Həmçinin, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Təqsirləndirilən şəxs qanunsuz və əsassız olaraq CM-in 188.3-cü maddəsi ilə ittiham edildiyi qeyd edərək, xahişini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-ü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

25. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 1(106)-64/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

26. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

27. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

28. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nə zərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

29. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

30. CPM-i n 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

31. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

32. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

33. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

34. Kassasiya protestində və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalar la müqayisəsindən görünür ki, həmin iddiaların əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

35. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən ş əxs CM-in 188.3 və 259.2.4-cü maddələri ilə, Məhkum isə CM-in 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə təqsirliliyini əsaslandıran sübutlar kimi istinad edilmiş sübutlardan bir qismi biri digərinə uyğun gəlməyən sübutlardır. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq cinayət işi materiallarında olan sübutların Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarılması üçün kifayət etmədiyini hesab etmişdir. Bununla da, apellyasiya protestinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublika sı CM-in 188.3-cü maddəsi ilə yanaşı Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə də ittiham hökmü çıxarılması tələbi əsassız hesab edilməlidir.

37. Apellyasiya instansiya məhkəməsi həmçinin, apellyasiya protestinin Məhkum barəsində Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə ittiham hökmü çıxarılması tələbinin də əsassız olduğunu hesab edərək, qeyd etmişdir ki, Məhkum qarşı həmin maddə ilə ittihamın irəli sürülməsi 14 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək olan müddətdə X7 tərəfindən istifadə edilən 25 ha torpaq sahəsində olan yulğun kollarının kəsilməsi ilə bağlı olmuşdur. Bir gün əvvəl X1 istifadəsində olmuş torpaq sahəsinə Məhkum da iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşla rı tərəfindən baxış keçirilməsindən keçən 1 sutka ərzində 97 ədəd yulğun kolunun kimin tərəfindən kəsilməsinin istintaq tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin bu ittihamla bağlı olan məqamlarını araşdıraraq müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə də əsassız olmaqla, işdə olan sübutlar onun əməlində CM-in 314.1-ci maddəsinin tərkibinin olmasının hesab edilməsinə əsas vermir.

38. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə da ir cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPMin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Məhkum CM-in 314.1-ci, X4 isə CM-in 259.2.4-cü maddəsi ilə bəraət verilməsi haqqında, həmçinin sonuncunun CM-in 188.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli bilinərrək cəzalandırlması nəticəsinə gəlmişdir.

39. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

40. Təsvir olunanl ar dövlət ittihamçısının kassasiya protestinə və məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya protestinin və kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

41. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 1(106)64/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və CM-in 259.2.4-cü maddəsi ilə ona bəraət verilməsinə, həmçinin Məhkum CM-in 314.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024cü il tarixli, 1(106)-64/2024 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar