Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1257/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçinin iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2 və 205-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 1(001)205/2024 nömrəli (hakim: Sadıqova Aynurə Vahid qızının sədrliyi) hökmü ilə xx xxxxxx 1975-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2 və 205-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə alkoqollu içkilərin alışı və satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən 2 (iki) il müddətinə alkoqollu içkilərin alışı və satışı ilə məşğul olma hüququndan məhrum edilməklə, qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 7 iyun 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər də öz həllini tapmışdır. Hökmdən Təqsirləndirilən şəxs3 müdafiəçisi, Təqsirləndirilən şəxs2 müdafiəçisi, təqsirləndirilən Məhkum müdafiəçisi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli 1(103)-1685/2024 nömrəli (hakimlər: Əliyev Emin Zöhrab oğlu (sədrliyi və məruzəsilə), Mehdiyev Emin Əlixan oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Müd afiəçi tərəfindən təqsirləndirilən Məhkum mənafeyinə aid hissədə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm həmin apellyasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilməmiş, digər apellyasiya şikayətləri isə qismən təmin edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2nun və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.2.2 və 2051-ci maddələri ilə məhkum olunmalarına dair hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi Ray on Məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2 və 205-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, əvvəllər qəsdən törətdiyi cinayətə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(005)-282/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 200.2.1, 200.2.2 və 205-1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 6 ay müddətində alkoqollu içkilərin alışı və satışı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 1 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən malın istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını aldatma, həmç inin saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmə, saxlama və satma barədə tanışları ********** nömrəli VÖEN-lə ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayəti həyata keçirmək məqsədilə kirayəyə götürdüyü ünvan 3 ünvanında nömrəsiz fərdi evdə dövlət standartlarının tələblərinə cavab verməyən, saxta aksiz markaları ilə markalanmış müxtəlif növlü və markalı spirtli içkiləri kustar üsullarla hazırlamaq, Təqsirləndirilən şəxs1 isə həmin spirtli içkiləri işlətdiyi xxx küçəsində yerləşən “x” adlı marketdə original içki adı ilə istehlakçılara satıb gəlir əldə etmək barədə razılaşmış, razılaşmaya uyğun olaraq Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin ünvanda müxtəlif növdə və markalı spirtli içkiləri rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlayaraq orqanoleptik əlamətlərinə və tündlük göstəricilərinə görə saxtalaşdırmış, həmçinin original içkilərdən fərqlənməməsi üçün üzərilərinə istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi Ç01173813-dən Ç01175000-dək, ÇŞ4512074, ÇŞ4512049, ÇŞ4511804, ÇŞ4512129, ÇŞ4511694, ÇŞ4512064, ÇŞ4512124, ÇŞ4512089, ÇŞ4512084, ÇŞ4512069, ÇŞ4512059, ÇŞ4511729, ÇŞ4511724, ÇŞ4511719, ÇŞ4511704, ÇŞ4512154, ÇŞ4512149, ÇŞ4511679 nömrələri olan daxili istehsal alkoqollu içkilər üçün, BƏ82 08677-dən BƏ8208680-dək nömrələri olan idxal alkoqollu içkilər üçün, Rusiya Federasiyasının 0,5 litrə qədər araqlar üçün **********69-dan **********46-dək, **********33-dən **********46-dək, **********9-dan **********32-dək nömrəli, 25 %-li alkoqollu içkilər üçün **********97-dən **********27-dək, **********44-dən **********47-dək, **********30, **********32 nömrəli, eləcə də ÇO 1173780, ÇO 1173776, ÇO 1173782, ÇO 1173783, ÇO 1173784, ÇO 1173781, ÇO 1173788, ÇO 1173791,ÇO 1173766,ÇO 1173787, ÇO 1173778, ÇO 1173795, ÇO 1173793,ÇO 1173796, ÇO 1173792,ÇO 1173799, ÇO 1173789, ÇO 1173779,ÇO 1173797, ÇO 1173794, ÇO 1173790, ÇO 1173800, ÇO 1173798,ÇO 1173724, ÇO 1173720, ÇO 1173711, ÇO 1173725,ÇO 1173737,ÇO 1173739, ÇO 1173740, ÇO 1173735, ÇO 1173741, ÇO 1173744, ÇO 1173732, ÇO 1173745, ÇO 117373 6, BƏ 8208681, ÇO 1173734, ÇO 1173698, ÇO 1173694, ÇO 1173717, ÇO 1173716,ÇO 1173705, ÇO 1173699, ÇO 1173700,ÇO 1173709, ÇO 1173722,ÇO 1173728, ÇO 1173729, ÇO 1173721, ÇO 1173718,ÇO 1173701,ÇO 1173490, ÇO 1173493, ÇO 1173491, ÇO 1173483, ÇO 1173484, ÇO 1173485, ÇO 1173488, ÇO 1173503, ÇO 1173713, ÇO 1173703, ÇO 1173703, ÇO 1173719, ÇO 1173704, ÇO 1173714, ÇO 1173723, ÇO 1173415, ÇO 1173712, ÇO 1173702, ÇO 1173710, ÇO 1173708, ÇO 1173706, ÇO 1173727, ÇO 1173730, ÇO 1173738, ÇO 1173695, ÇO 1173733, ÇO 1173743, ÇO 1173731, ÇO 1173742, ÇO 1173697, ÇO 1173696, ÇO 1173772, ÇO 1173752, ÇO 1173753, ÇO 1173748, ÇO 1173750, ÇO 1173755, ÇO 1173749, ÇO 1173756, ÇO 1173765, ÇO 1173777, ÇO 1173770, ÇO 1173769, ÇO 1173754, ÇO 1173746, ÇO 1173766, ÇO 1173759, ÇO 1173763, ÇO 1173760, ÇO 1173768, ÇO 1173757, ÇO 1173775, ÇO 1173774, ÇO 1173758, ÇO 1173762, ÇO 1173747, ÇO 1173771, ÇO 1173751, ÇO 1173764, ÇO 1173773, ÇO 1173761, ÇO 1173767, ÇO 1173012, ÇO 1173005, ÇO 1173010, ÇO 1172822, ÇO 1173719, ÇO 1172718, ÇO 1171714, ÇO 1171770, BF 4026755, BF 4026773, BF 4026749, BF 4026779, BF 4026761, BF 4026767, CŞ 4511709, CŞ 4512094, CŞ 4511714, ÇO 1171753, ÇO 1834474, ÇO 1171762, ÇO 1171769, ÇO 1172702, ÇO 1172707, ÇO 1172705, ÇO 1172720, ÇO 1172717, ÇO ******* nömrəli saxta aksiz markalarının bir hissəsini satılması nəzərdə tutulan içkilərin üzərinə kustar üsullarla yapışdırmış, bir hissəsini isə kirayəyə götürdüyü ünvan 3 ünvanında nömrəsiz fərdi evdə saxlamış, daha sonra onların bir hissəsini içkilərin üzərinə yapışdırmaq üsulu ilə qeyd edilən malları saxta aksiz markası ilə markalamış, üzərilər indəki etiket göstəricilərinə və müvafiq standartların tələblərinə cavab verməyən həmin saxta içkiləri qrupun üzvü Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayının əvvəllərində xxx küçəsində yerləşən “x” adlı marketdə satmış, Təqsirləndirilən şəxs1 kustar üsullarla hazırlanaraq saxta aksiz markaları ilə markalanmış spirtli içkiləri satış məqsədilə əldə edib işlətdiyi həmin ünvanda yerləşən marketdə saxlamış və 10 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs 580 manat dəyərində kustar üsulla hazırlanaraq saxta aksiz markaları ilə markalanmış 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik «Organic Line» markalı, 6 ədəd 0.7 litrlik «Jack Daniels» markalı və 3 ədəd 0.7 litrlik «Tequila Sierra» markalı spirtli içkiləri yüksək keyfiyyətli, rəsmi istehsalçı zavod tərəfindən hazırlanmış məhsul adı ilə həmin ma rketdə satıb tamah niyyəti ilə ona 580 manat dəyərində maddi ziyan vurmaqla malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçı Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda aldatmışdır. Daxil olmuş məlumat əsasında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 11 iyul 2023-cü il tarixdə saat 15:28 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 işlətdiyi xxx küçəsində yerləşən “x” adlı marketə baxış keçirilmiş və oradan 1 ədəd 0.5 litrlik, 1 ədəd 0.7 litrlik, 1 ədəd 1 litrlik «Jack Daniels» markalı, 4 ədəd 0.5 litrlik, 2 ədəd 0.7 litrlik, 2 ədəd 1 litrlik «Organic Line» markalı kustar üsulla hazırlanaraq orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə görə saxtalaşdırılmış, üzəril ərindəki etiket göstəricilərinə, müvafiq standartların tələblərinə cavab verməyən və saxta aksiz markaları ilə markalanmış spirtli içkilər aşkar edilərək götürülmüşdür Əməliyyat axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 16:12 radələrində Məhkum kirayəyə götürdüyü ünvan 3 ünvanında nömrəsiz fərdi evə baxış keçirilmiş, oradan 23 ədəd 0.5 litrlik, 60 ədəd 0.7 litrlik, 31 ədəd 1 litrlik “Organic Line” markalı, 89 ədəd 0.7 litrlik «Zerno» markalı, 86 ədəd 0.7 litrlik «Chıstı Rosı» markalı, 96 ədəd 0.7 litrlik «Nemiroff» markalı kustar üsullarla hazırlanaraq orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə görə saxtalaşdırılmış, üzərilərindəki etiket göstəricilərinə, müvafiq standartların tələblərinə cavab verməyən və saxta aksiz markaları ilə markalanmış spirtli içkilər, həmçinin üm umilikdə 80 litr həcmində spirt qoxulu şəffaf maye, 10 litr həcmdə içərisində tünd rəngdə maye, boş vəziyyətdə olan müxtəlif markalı içkilərin butulkaları və qapaqları 1 ədəd fen və butulkaya qapaq bağlayan kustar üsullarla hazırlanmış qurğu, həmçinin ofset çap üsulu ilə hazırlanmış Ç01173813-dən Ç01175000-dək, ÇŞ4512074, ÇŞ4512049, ÇŞ4511804, ÇŞ4512129, ÇŞ4511694, ÇŞ4512064, ÇŞ4512124, ÇŞ4512089, ÇŞ4512084, ÇŞ4512069, ÇŞ4512059, ÇŞ4511729, ÇŞ4511724, ÇŞ4511719, ÇŞ4511704, ÇŞ4512154, ÇŞ4512149, ÇŞ4511679 nömrələri olan daxili istehsal alkoqollu içkilər üçün, BƏ8208677-dən BƏ8208680-dək nömrələri olan idxal alkoqollu içkilər üçün, Rusiya Federasiyasının 0,5 litrə qədər araqlar üçün **********69-dan **********46-dək, **********33-dən **********46-dək, **********9-dan **********32-dək nömrəli, 25 %-li alkoqollu içkilər üçün **********97-dən **********27-dək, **********44-dən **********47-dək, **********30, **********32 nömrəli saxta aksiz markalar, eləcə də evin həyətində dayanmış Təqsirləndirilən şəxs3 idarə etdiyi “Kia Rio” markalı **-DY-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağından və yük yerindən boş vəziyyətdə olan müxtəlif markalı içkilərin butulkaları aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin ictimai təhlükəliliyi və xarakteri ona daha yüngül cəza təyin edilməsinə imkan verir. Belə ki, əməlin ictimai təhlükəlilik dərəcəsi həm də vurulmuş ziyanın məbləği, təqsirləndirilənin niyyəti və s. hallarla müəyyən edilir və cəza təyini zamanı əhəmiyyətli rol oynayır. Bu qədər ağır cəza təyin edilməsi haqsızdır. Məhkəmə ona demək olar ki, hazırkı halda mümkün ola biləcək maksimal cəza təyin etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakını təmin etməyə çalışmamışdır. Əgər zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərdisə, təqsirləndirilən şəxsin onunla barışıq əldə etmək imkanı olar, bununla da təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən hallardan biri də artardı. Zərərçəkmiş şəxslə müdafiə tərəfinin barışıq əldə etməsi üçün cəhdlər göstərilsə də, məhkə mə iclaslarında iştirakı təmin edilmədiyindən yerini müəyyən etmək mümkün olmamışdır. Məhkum ailəlidir, 2 yetkinlik yaşına çatmayan övladı var. Həyat yoldaşı X işsizdir. Ailənin yeganə gəlir gətirən şəxsi Məhkumdur. Məhkəmə bu halı nəzərə almamış, bir ailənin çətin vəziyyətdə qalacağına göz yumaraq ağır cəza təyin etmişdir. Təyin edilmiş cəza işin müəyyən edilmiş faktiki hallarına, əməlin ictimai təhlükəliliyi və xarakteri, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun gəlmir. Məhkəmə ona nəyə görə məhz ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin etdiyini kifayət qədər əsaslandırmamışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum daha yüngül cəza təyin olunması ilə bağlı yeni qərarının qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası Müdafiəçi4 çıxış edərək, məhkumun özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bu barədə onun notarial təsdiq olunmuş ərizəsini məhkəməyə göndərdiyini bildirib, məhkuma daha yüngül cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərin ə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, o cümlədən saxta aksiz markalarının və məcburi nişanların dövriyyəsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 200.2.2 və 2051-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin tövsifi mübahisələndirilməsə də, ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Odur ki, cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarı Məhkum cəza təyininə aid hissədə dəyişdirilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş c inayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsini n həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayə t törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu h alında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını y üngülləşdirən (törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsi, evli olması və himayəsində azyaşlı övladının olması) və ağırlaşdıran (əməlində cinayətlərin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bununla belə kassasiya məhkəmə araşdırması zamanı təqdim edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş **********029 nömrəli ərizəsində Məhkum ona dəymiş ziyanı tam şəkildə ödəyidi, sonuncu ilə barışdığı və ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş dir. Müəyyən olunmuş hala qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: “...59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;...”. Odur ki, kassasiya məhkəmə kollegiyası Məhkum zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngü lləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxs Məhkum təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, apellyasiya baxışı zamanı nəzərə alınmış cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təqsirli bilindiyi CM-in 205-1-ci maddəsi ilə daha aşağı həddə cəza təyin edə bilmə imkanına malik olmasını, habelə cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində yüngülləşdirilməlidir. Belə ki, məhkəmələr tərəfindən Məhkum təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 205-1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Məhkum CMin 205-1-ci maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası yuxarıda qeyd edilən normaların tələblərinə görə dəyişdirilməli, Zərərçəkmiş şəxs dəymiş ziyanın tam şəkildə ödənildiyini, onun Məhkum ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını nə zərə alaraq, Məhkum həmin maddənin sanksiyası çərçivəsində 1 il 8 ay müddətdən çox olmayaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə təyin edilmiş 2 il müddətinə alkoqollu içkilərin alışı və satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təyin edilən cəza ilə Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu ilə qismən toplamaq yolu ilə, qəti olaraq ona 2 il müddətinə alkoqollu içkilərin alışı və satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2 və 205-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 05-1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Məhkum Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il müddətinə alkoqollu içkilərin alışı və satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməklə təqsirli bilinərək təyin edilmiş cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu ilə qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətinə alkoqollu içkilərin alışı və satışı ilə məşğul olma hüququndan məhrum e dilməklə 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1257/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1257/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver