Məhkəmə qərarları › İş №1(102)-1258/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1258/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1258/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə isə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi C.Z.İsmayılov tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə və əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1979-cu il tarixzdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 mart 2004-cü il tarixli hökmü ilə CM-nin 220.1, 315.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Nizami Rayon Məhkəməsinin 04 avqust 2015-ci il tarixli hökmü ilə CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il mü ddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, CM-nin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə və CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş ) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun ibtidai araşdırma zam anı 19 dekabr 2020-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti istintaqa məlum olmayan "Mübariz” adlı şəxs ilə bir qrup şəxs halında 18 dekabr 2020-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi qara rəngli "KİA” markalı dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan avtomobillə ünvan 3 ünvanda yerləşən istirahət parkının qarşısına gələrək tanışı "Mübariz” adlı şəxs ilə birlikdə avtomobildən enib əllərində olan bıçaqla yolun kənarında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq Məhkum Zərərçəkmiş şəxsla əvvəllər a ralarında baş vermiş sözlü mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan şəxslərin gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan hərəkətlərlə, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hər əkətlər edib əlindəki soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən üç dəfə vurub ona qarının sol yan divarında olan deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs zərbələrdən yayınmaq üçün yaxınlıqda olan markası və dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan ağ rəngli avtomobilə tərəf qaçmış, Məhkum da tanışı "Mübariz” adlı şəxs ilə birlikdə qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əllərində olan bıçaqla sonuncunun qol nahiyyələrindən ardıcıl zərbələr vuraraq ona sağ və sol saidin deşilmişkəsilmiş yaraları isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərə r vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 28 may 2021-ci il tarixdə, saat 17:30-da ünvan 2 ünvaının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzə rində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində 02 ədəd şəffaf sellofan bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkisi 3,250 qram və 3,360 qram olmaqla ümumi təmiz çəkisi 6,610 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi C.Z.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 18 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, hökm isə dəyişdirilərək Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 23 4.1-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə əsasında 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəza hökmlə Məhkum CM-nin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təyin edilmiş cəzalarla CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılaraq məhkum olunmuş şəxsə qəti olaraq 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun 19 dekabr 2020-ci il tarixdən 19 aprel 2021-ci il tarixinə qədər həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət təyin olunmuş 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla məhkumun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi C.Z.İsmayılov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, dövlət ittihamçısı İ.F.Yusifov isə kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsin xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir çox maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3 və 6-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırımış sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi C.Z.İsmayılov kassasiya şikayətini onunla əsaslandırmışdır, məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış və cinayət işində olan ziddiyyətli sənədlərə əsaslanaraq Məhkum qanunsuz olaraq törətmədiyi əməllərə görə təqsirli bilinməsi barədə nəticəyə gəlmişlər. Müdafiəçinin fikrincə, məhkum edilmiş şəxs Məhkum CM-nin 126.2.4, 221.3, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməmiş və onun təqsirliliyi sübuta yeti rilməmiş, o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməməsi və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə dəlillər gətirmiş, bu dəlillər məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla – onun özünün və zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, dindirilmiş şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla təsdiq olunmuşdur. Bundan sonra müdafiəçi kassasiya şikayətində bu qənaəti ilə bağlı iş üzrə toplanmış bir sıra sübutları, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs, Məhkum, şahidlərin ifadələrini, ekspertiza rəylərini, ətraflı təsvir edərək bu sübutların ziddiyyətli olmasını və həmin sübutlarla hüquqlarını müdafiə etdiyi şəxsin zərər çəkmi ş şəxsə bıçaqla xəsarət yetirməsi və xuliqanlıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri törətməməsi barədə qənaətə gəlmiş, məhkəmələrin iş üzrə gəldikləri nəticələrin isə qanunvericiliyin tələblərinə uyğun olmamasını qeyd etmişdir. Həmçinin müdafiəçi bildirir ki, Məhkum heç vaxt narkotik vasitələrən istifadə etməmiş və onun üzərində polis əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilməmiş, onun narkomaniya xəstəliyindən əzab çəkməsi barədə məhkəmə-narkoloji ekspertizasının rəyi isə həqiqətə uyğun deyil. Bu qənaəti ilə bağlı o, məhkəmə iclaslarında bir sıra sübutların tədiq edilməsi barədə vəsatətlər, o cümlədən təkrar məhkəmə-narkoloji eksperizasının keçirilməsi haqda vəsatət qaldırsa da, məhkəmələr əsassız olaraq bu vəsatətlərin bir qismini təmin etmə miş, yəni iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, onların qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmçinin onun apellyasiya şikayətində göstərdiyi dəlillərə cavab verməmiş və öz qərarını kifayət qədər əsaslandırmamışdır. Qeyd olunanları nəzərə alaraq müdafiəçi C.Z.İsmayılov hüquqlarını müdafiə etdiyi Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. CM-nin və CPM-nin bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, və “Narkotik vasitəl ərin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına istinad edib iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, əsassız olaraq Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş, halbuki birinci instansiya mə hkəməsinin məhkəmə iclasında Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Hazırki cinayət işi üzrə, birincisi, Məhkum üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin ümumi satış dəyəri, ikincisi, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından və külli miqdarından dəfələrlə çox olması, həmin narkotik vasitənin 2 bükümdə qablaşdırılması onun ittiham olunduğı əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir və bu hallar araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə, Məhkum əməliyyat-axtarış tədbiri nəticəsində üzərindən aşkar edilmiş 6,610 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, onun narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi narkotik vasitədən istifadə etməsi ilə əlaqədar satış məqsədi olmadan üzərində saxlayaraq daşıması barədə səhv qənaətə gəlmişdir, halbuki məhkum olunmuş şəxsin opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar olunması heç də onun külli miqdarda narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət etmir. Bu faktın müəyyən olunması onun barəsində “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş qaydaların 3.7-ci bəndi nə uyğun olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmasına əsas ola bilər ki, birinci instansiya məhkəməsi də hökmdə buna münasibət bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin əsası, habelə onda narkomaniya xəstəliyinin aşkar olunması ilə bağlı gəldiyi qənaətə münasibətdə həmçinin qeyd olunmalıdır ki, şəxsin narkotik vasitənin satışı ilə məşğul olması və ya onları satış məqsədi ilə əldə etməsinə dair hüquq-mühafizə orqanlarına hər-hansı konkret məlumatın daxil olmaması, eləcə də onda narkomaniya xəstəliyinin aşkar olunması özlüyündə həmin şəxs tərəfindən narkotik vasitənin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını inkar edən faktorlar kimi qəbul oluna bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin v ə ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən həmin maddələrin miqdarı nəzərə alınmalıdır. Məhkum üzərində şəxsi istifadəsi üçün istehlak miqdarından 44 dəfə, külli miqdardan isə 3,3 dəfə çox narkotik vasitə heroin gəzdirməsi və saxlaması həmin heroini məhz satış məqsədilə əldə edərək saxlayıb daşımasına dəlalət edir. Lakin, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası Məhkum üzərindən 2 bükümdə, külli miqdarda narkotik vasitənin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları öz qərarında müzakirə edərək hüquqi qiymət verməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının digər dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, Məhkum narkotik vasitəni satmaması, bununla bağlı onunla istehlakçı arasında razılıq əldə olunmaması da onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə əsas vermir. Həmçinin dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestində bildirir ki, Məhkum CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti bitmişdir. CM-nin 75.1, 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Məhkum CM-nin 228.4-cü maddəsi ilə ittiham olunduğu c inayət əməlini 18 dekabr 2020-ci il tarixdə törətmişdir. Cinayət qanunvericiliyinin tələblərinə görə, Məhkum CM-nin 228.4-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddəti 18 dekabr 2022-ci il tarixdə bitmiş, lakin məhkəmə kollegiyası tərəfindən qeyd olunanlar nəzərə alınmamış, həmin hissədə də cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair hissədə ləğv edilməsini və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə məhkəmə baxışının k eçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs da qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsi arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs isə məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi C.Z.İsmayılovun rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərar ına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi C.Z.İsmayılovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi həmin şikayətində işə baxmış məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina olunmasını, Məhkum elan olunmuş ittiham üzrə təqsirli olmasına dair əldə olunmuş sübutlara düzgün hüquqi qiymət verilmədiyini, yolverilməz sübutlar əsasında sonuncunun törətmədiyi cinayətə görə əsassız olar aq təqsirli bilinib məhkum olunmasını iddia edərək kassasiya tələbini CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestində istinad dəlilləri isə ondan ibarətdir ki, Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri sübuta yetirildiyi halda apellyasiya instansiyası məhkəməsi əsassız olaraq onun həmin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmiş, bu zaman araşdırılmış sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, sonuncuya cəza təyin edərkən isə CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə almamışdır. Bu dəlillərə əsaslanan kassasiya protestinin müəllifi Məhkum cinayət əməlinin CM-ni n 234.1-ci maddəsi ilə tövsif edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin həmin hissədə yeni məhkəmə baxışına təyin olunması barədə qərar qəbul edilməsi haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəl lənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım b ilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya inst ansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəf indən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, o nun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi mə qsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ə dalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tə ləblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövlə ti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan R espublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yo xdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur d axilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uy ğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayə t prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edil mişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkü nlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hal lar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hö kmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyy əti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri i lə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plen umu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Av ropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün ye kun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar ı qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və töbvsiyyələr verilmişdir ki, bun lardan da bir hissəsi həmin Qərarın 8-10-cu maddələrində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məh kəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Milli qanunvericiliyin və beynəlxalq müqavailələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cav ab verilməsi, habelə CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına düzgün əməl edilib-edilməməsinin yoxlanılması üçün məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. Əvvəla, müdafiəçi C.Z.İsmayılovun kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hökmü ilə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuş Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ziddiyyətli ifadələrindən (bu ziddiyyətlər apellya siya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmamışdır) görünür ki, Məhkumla Zərərçəkmiş şəxs arasındakı 18 dekabr 2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən istirahət parkının qarşısındakı münaqişə heç də səbəbsiz olaraq baş verməmiş və bu hal hətta Məhkum qarşı irəli sürülmüş ittihamda da əksini tapmışdır. Belə ki, Məhkum qarşı CM-nin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə irəli sürülmüş və təqsirli bilindiyi ittihama görə, o, 18 dekabr 2020-ci il tarixdə saat 15:00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan "Mübariz” adlı şəxslə bir qrup şəxs halında idarə etdiyi qara rəngli "KİA” markalı dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan avtomobillə ünvan 5 ünvanda yerləşən istirahət parkının qarşısına gələrək tanışı "Mübariz” adlı şəxslə birlikdə avtomobildən düşüb əlində olan bıçaqla yolun kənarında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq Məhkum Zərərçəkmiş şəxsla əvvəllər aralarında baş vermiş sözlü mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan şəxslərin gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan hərəkətlərlə, ictimai qaydanı kobud surətdə pozub, cəmiy yətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib əlindəki soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən üç dəfə vurub ona qarının sol yan divarında olan deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs zərbələrdən yayınmaq üçün yaxınlıqda olan markası və dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan ağ rəngli avtomobilə tərəf qaçmış, Məhkum da tanışı "Mübariz” adlı şəxs ilə birlikdə qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əllərində olna bıçaqla sonuncunun qol nahiyyələrindən ardıcıl zərbələr vuraraq ona sağ və sol saidin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın uzun müddətə po zulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkum bu əməlləri həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən soyuq silah kimi tanınmış bıçaqdan istifadə etməklə xuliqanlıq niyyətilə zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma ilə yanaşı həm də onun ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilsə də bu nəticənin həm araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə, həm də xuliqanlıq cinayətinə aşağıda verilən təfsirlə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətə verdiyi şərhlə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin cinayətlə bağlı məhkəmələrə ünvanlandığı izah və tövsiyələrlə uzlaşmadığı müəyyən edilir. Bu qənaəti ilə əlaqədar məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göründüyü kimi, CM-nin 221.3-ci madd əsinin mənasına görə, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, yəni əməlin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə qərəzli xuliqanlıq kimi qiymətləndirilməsi üçün birinci növbədə onun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsi müəyyən edilməlidir. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hö rmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sai r hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasın ın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməs i ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarını n ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004- cü il 23 mart tarixli qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, h abelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud su rətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin təhlil edilən qərarın 9-cu bəndin də qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM- nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni müb ahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. CM-nin 126.2.4-cü maddəsində də xuliqanlıq niyyətilə sağlamlığıa qəsdən ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutulduğundan məhkəmə kollegiyası hesab edir ki, bu izah həmçinin şəxsn həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi zamanı da nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 30-cu bəndində qeyd edilir ki, CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozun tusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsin də nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların, o cümlədən Məhkum barəsindəki qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının kassasiya qaydasında mübahisələndirilən 18 yanvar 2023-cü il tarixli qərarının yuxarıda təsvir edilənlərlə müqayisəli təhlili göstərir ki, 18 dekabr 2020-ci il tarixdə baş vermiş münaqişənin kökündə Məhkum 2020-ci il dekabr ayının ortalarında Keşlə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxsla həmin qəsəbədə aralarında sözlə mübahisəsi olması dayanmış (bu hal ümumiyyətlə nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamış və həmin xüsusat üzrə hər hansı araşdırma aparılmamışdır) və, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrinə görə, həmin vaxt ətrafda olan şəxslər onları ayıraraq mübahisənin böyüməsinə imkan vermədiklərindən bu mübahisə hər hansı zərərli nəticələrə səbəb olmamışdır. Lakin yenə də Məhkum ifadələrinə əsasən, məhz bu səbəbə görə, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan "Mübariz” adlı şəxslə məlum olmayan avtomobillə ünvan 5 ünvanda yerləşən istirahət parkının qarşısından keçərkən yolun kənarında dayanmış Zərərçəkmiş şəxs görərək avtomaşını saxlamış və bundan əvvəl baş vermiş mübahisəyə aydınlıq gətirmək məqsədilə ona yaxınlaşarkən Zərərçəkmiş şəxs üzərində saxladığı xəncər tipli bıçağı çıxarıb onu vurmağa cəhd etmiş, buna cavab olaraq isə Məh kum da üzərində gəzdirliyi açılıb-qatlanan və soyuq silah hesab edilən bıçağı çıxararaq həmin bıçaqla zərər çəkmiş şəxsin qarnından və qollarından zərbələr vurub ona sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Bu vaxtı hadisə yerində olmuş Zərərçəkmiş şəxs qardaşı Şahid1 işlədiyi dönərxanadan çıxaraq əlində müəyyən edilməmiş əşya ilə Məhkum üstünə hücum çəkdikdə, sonuncu avtomaşınına əyləşib hadisə yerindən uzaqlaşmış və həmin zaman Fərid Zamanov yalnız avtomaşının arxa hissəsinə təpik vurmağa nail olmuşdur. Əvvəla, araşdırılmış sübutlara görə, yuxarıda adları çəkilən şəxslər arasında münaqişə küçədə baş versə də, istər ibtidai araşdırma orqanı, isərsə də məhkəmələr həmin vaxt ictimai qaydanın pozulması ilə bağlı heç bir halı araşdırmamış (xuliqanlıq cinayətinin törədilməsi barədə nəticəyə gəlməkdən ötrü araşdırılmalı olan hallar həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, həm də Ali Məhkəmənin Plenumunun Qərarlarında ətraflı təsvir edilmişdir), həmin halların müəyyən edilməsi üçün münaqişədə bu və ya digər şəkildə iştirak etmiş şəxslərdən başqa digər şəxslər dindirilməmiş, o cümlədən Məhkum qəsdinin Zərərçəkmiş şəxsa qarşı zor tətbiq etməklə yanaşı həm də ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətləri etməyə də yönəlməsi aydınlaşdırılmamışdır. Hazırki vəziyyətə isə iş üzrə dindirilmiş şəxslərin ifadələrindən və aşağıdakı sübutlardan Məhkum törətdiyi əməl nəticəsində ictimai qaydanın pozulması, onun məhz cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər etməsi görünmür. Belə ki, cinayət işi materiall arına əlavə edilmiş 07 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03 ədəd CD diskə təqsirləndirilən şəxs Məhkum iştirakı ilə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:

1. Təqdim edilmiş 01 ədəd CD diskin içərisində olan "TŞ4-041.2-Part 1” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman hər hansı cinayətin və həmin cinayətlə əlaqədar hər hansı bir hadisənin baş vermədiyi və müşahidə kamerası tərəfindən qeydə alınmadığı müəyyən edilmişdir.

2. Təqdim edilmiş 01 ədəd CD diskin içərisində olan "TŞ4-041.2-Part 2” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Məhkum qara rəngli, sedan tipli avtomobil ilə gələrək yolun kənarında saxlayır, avtomobildən düşərək yolun kənarın da olan dönər evinin qarşısında dayanmış şəxs tərəfə iti addımlarla gedir. (Diskə baxışda iştirak edən Məhkum həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bildirmişdir). Daha sonra həmin avtomobilin qabaq sağ oturacağında əyləşən, əynində qara gödəkcə, qara şalvar olan digər şəxs də Məhkum arxasınca Zərərçəkmiş şəxs tərəf gedir, Məhkum Zərərçəkmiş şəxs yaxınlaşarkən sonuncu əynində olan gödəkçənin iç cibindən bir əşya çıxararaq sağ əli ilə əlində həmin əşya ilə Məhkum hücum edir, Məhkum isə sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə 3 ardıcıl zərbə endirir, daha sonra Zərərçəkmiş şəxs irəlidəki ağ furqon tipli avtomobilə doğru qaçaraq, zərbələrdən müdafiə olunmağa çalışır, həmin vaxt bir nəfər şəxs təkər təmiri obyektinin yaxınlığındakı dönərxadan əynində kapuşon tipli gödəkcə ilə, əlində hansısa bir alətlə Məhkum və onunla birgə gəlmiş şəxsin üzərinə hücum edərək bir-birlərinə qarşılıqlı zərbələr endirməyə çalışırlar. Daha sonra Məhkum və onunla birgə gəlmiş şəxs gəldikləri avtomobilə əyləşib, hadisə yerini tərk etdikləri vaxt dönərxanadan çıxan şəxs təpiklə avtomobilin arxa hissəsinə zərbə vurur. Məhkum bu videogörüntülərə baxış zamanı qara rəngli avtomobildən düşən şəxsin özü həmin vaxt onunla birlikdə avtomobildən düşən şəxsin Mübariz adlı tanışının, bıçaqla vurduğu şəxsin isə Zərərçəkmiş şəxs olmasını bildirmişdir. Lakin sonradan dönərxanadan çıxaraq onun üzərinə hücum edən şəxsin kim olduğunu tanımadığını qeyd etmişdir.

3. Təqdim edilmiş 01 ədəd CD diskin içərisindəki “TŞ4-041.2-Part 3” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, hadisə yerində 10 nəfərdən artıq insanın toplaşdığı, onlar arasında Zərərçəkmiş şəxs, Şahid1 olduğu, kənar şəxslərin Zərərçəkmiş şəxsin Rzaxanovun əlindən aldığı xəsarətlə bağlı onun qolunu sarıyaraq sonuncuya kömək etdikləri, daha sonra “Mercedes” markalı avtomobilin hadisə yerinə gəlməsi, Şahid1 avtomobilin qabaq sağ oturacağında, Zərərçəkmiş şəxs isə bir nəfər şəxslə birlikdə avtomobilin arxa oturacağında əyləşdiyi və həmin avtomobilin oradan uzaqlaşdığı görünür. Bundan başqa, cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 mart 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Məhkum ona ittiham olunan əməl barədə ona suallar verildikdə bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı qəsəbə sakini ilə aralarında mübahisə olmuş, həmin mübahis ə zamanı Zərərçəkmiş şəxs onu söyüb ona yumruqla zərbə vurmuş, lakin bu vaxt ətrafdakı şəxslər onları araladıqlarından Zərərçəkmiş şəxs hadisə yerindən qaçmışdır. Bu hadisədən sonra Məhkum onun böyükləri ilə danışıb söhbət etmək fikirinə gəlmişdir. Baş verən hadisədən 11 gün sonra o, təsadüfən Zərərçəkmiş şəxsi küçədə görərək ona yaxınlaşıb sakit tərzdə söhbət edib məsələyə aydınlıq gətirmək məqsədilə ona yaxınlaşmış, lakin Zərərçəkmiş şəxs onunla sərt danışıb cibindən xəncər çıxararaq onun üstünə hücum etmiş, o, da buna cavab olaraq üzərində olan bıçağı çıxarıb özünü müdafiə etməyə çalışmış, bıçağı Zərərçəkmiş şəxsə tərəf yellədərkən zərbələr ona dəymişdir. Hadisə vaxtı onun Zərərçəkmiş şəxsə xəsarət yetirmək niyyəti olmamış və həmin vaxt onun məqsədi ilk olaraq üzərinə hücum edən Zərərçə kmiş şəxs bu hücumundan özünü müdafiə etmək olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı 19 avqust 2021-ci il tarixdə verdiyi ifadələrindən (məhz həmin ifadələr ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən Məhkum CM-nin 126.2.4, 21.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamı əsasını təşkil edən sübutlardan biri kimi qiymtləndirilmişdir) görünür ki, o, 18 dekabr 2020ci il tarixdə saat təxminən 15.00-16.00 radələrində Bakı şəhəri, Nizami rayonu, Köndələn küçəsində "Keşlə" parkında 5-6 nəfərlə birlikdə olduğu zaman, əvvəllər tanıdığı, hətta, 145 dekabr 2020-ci il tarixdə aralarında mübahisə yaranmış, Keşlə qəsəbəsinin sakini Məhkum idarə etdiyi “Kia" markalı avtomobili ilə yanında əvvəllər tanımadığı, Keşlə qəsəbəsində yaşamayan, sonradan adının “Mübariz” o lduğunu bildiyi şəxslə birlikdə onun olduğu yerə gəlmiş, avtomobili ona yaxın saxlayıb, maşından düşərək ona yaxınlaşıb onunla salamlaşmış, bir qədər kənara çəkilmələrini tələb etmişdir. O, bu zaman Məhkum niyyətinin ona hücum edərək xəsarət yetirmək olmasını ehtimal edərək Məhkumun ona qarşı hər hansı hərəkət etməsinə imkan verməyərək üzərində gəzdirdiyi, tiyəsi təxminən 30 sm olan bıçağı çıxarıb, özünü müdafiə etməyə başlamışdır. Məhkum da öz növbəsində cibindən açılıb-bağlanan bıçağı onun bıçaq tutduğu əlinə tərəf havada yelləmişdir. Onun ilk iki bıçaq zərbəsi qollarına dəysə də, üçüncü zərbə zamanı o zərbədən yayınmaq üçün, irəli gəldiyindən bıçağın qarşısında durmuş, nəticədə Məhkum əlindəki bıçaqla onun qarın nahiyəsinə də xəsarət yetirmişdir. Daha sonra, o, Məhkum zərbələrindən yayı nmaq üçün arxadakı ağ rəngli furqon tipli avtomobilə doğru qaçmış, halı qalmadığı üçün həmin avtomobilə söykənmiş vəziyyətdə dayanmışdır. Bıçaqla yetirilmiş zərbələrin təsirindən qan itirdiyi üçün huşu getdiyindən daha sonra nə baş verdiyini xatırlamır. Ona təqdim edilən videogörüntülərdə əks olunmuş hallar hadisə onun dediyi şəkildə həqiqəqətən də həmin tarixdə və yerdə baş vermiş və həmin vidogörüntüdə ona əlindəki bıçaqla xəsarət yetirən şəxs Məhkum, dönərxadan çıxaraq sonuncu tərəfə qaçan şəxs isə qardaşı Şahid1 olmuşlar. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Məhkumla Zərərçəkmiş şəxs arasında keçirilmiş 07 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Məhkum Zərərçəkmiş şəxs bıçaqla vurduğunu etiraf etmişdir. Bu sübutların fonun da məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, Məhkum qarşı soyuq silah olan bıçaqdan istifadə etməklə xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmağa görə ittiham irəli sürülsə də, təsvir edilmiş sübutlardan, o cümlədən Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrdən görünən odur ki, sonuncu ona istinad olunan əməli törətməzdən əvvəl istər zərər çəkmiş şəxslə, istərsə də hadisə yerində olmuş, lakin ibtidai araşdırma zamanı şəxsiyyətlərinin müəyyən edilməsi üçün zəruri tədbirlər görülməmiş şəxslərlə hər hansı münaqişə yaratmamış, yəni ictimai qaydanın pozulmasına yönəlmiş və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər etməmiş, bu münaqişə iki şəxsin – Məhkum və Zərərçəkmiş şəxs aralında yaranmış qərəzli münasibət zəminində baş vermiş, ən əsası isə, v erilmiş ifadələrlə yanaşı, obyektiv olaraq videogörüntülərlə təsdiq edildiyi kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs ona tərəf gələn Məhkum görüb sonuncunun ona qarşı xəsarət yetircəyəni zənn edərək özü üzərində olan xəncə tipli bıçağı çıxararaq onu vurmaq istəmiş, lakin Məhkum buna cavab olaraq bu zərərçəkmiş bu hərəkətinin qarşısını almaq məqsədilə üzərində gəzdirddiyi bıçaqla ona məhkəmə-tibbi ekspertizasının rəyləri ilə müəyyən edilmiş bədən xəsarətlərini yetirmişdir. Həm ittiham aktında, həm də Məhkum barəsindəki qəbul edilmiş yekun məhkəmə aktlarında məhkumun bu əməlləri həm xuliqanlıq, həm də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilərək CM-nin 126.2.4 və 221.3-cü maddəsi ilə tövsif edilsə də, bu haqda ibtidai araşdırma orqanının və məhkəmələin gəldikləri nət icə yalnız ümumi sözlərlə, qeyd edilən maddələrin dispozisiyalırına istinad edilməklə təsvir olunmuş, həmin nəticəyə gəlməyə imkan verən və kifayət edən sübutlar isə əldə edilməmiş və araşdırılmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, işin yuxarıda göstərilən faktiki hallarına, yəni zərərçəkmişin ilk olaraq üzərində saxladığı xəncər tipli bıçağı çıxarıb Məhkum üzərinə hücum etməsinin, sonuncunun isə yalnız bundan sonra cibindən gəzdirdiyi bıçağı çıxararaq ona xəsarətlər yetirməsinin müəyyən edilməsinə baxmayaraq ibtidai araşdırma orqanı kimi məhkəmələr də bu halların Məhkum zəruri müdafiə vəziyyətində olub-olmamasını, ona istinad edilən hərəkətləri törədərkən özünü müdafəi həddini aşıb-aşmamasını ümumiyyətlə nəzərdən keçirməmiş, bu hallara qiymət verm əmiş, apellyasya instansiyası məhkəməsi isə apellyasiya şikayətində bu haqda da dəlillər irəli sürülməsinə baxmayaraq həmin dəlilləri qanuna müvafiq qaydada cavablandırmamışdır. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarının dəqiq müəyyən edilməsi, yəni Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində tələb edildiyi kimi, həqiqətin müəyyən olunması, habelə CM-nin 36-cı maddəsinin tətbiqi üçün əsasların olubolması mümkünlüyü qeyd edilən halın araşdırılmasını da zəruri etmişdir. Belə ki, CM-nin 36.1-ci madəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə hə ddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.3-cü maddəsinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi, cinayət qanunu şəxsin özünü və ya başqa şəxsləri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanımaqla, həmin şəxsin özünün hərəkətlərinin qeyri-qanuni, ictimai-zərərli olmayıb hüququn və qanuni mənafelərin müdafiəsinə yönəlməsini ehtiva edir. Şəxsin ictimaitəhlükəli qəsdə məruz qalmasını onun özünün ictimai-təhülkəli xarakerli əməllər törətməsini şərtləndiribsə və bu şəxsin zorakılığa məruz qalması onun özünün ictimaitəhlükəli əməllərinin qarşısının alınması, dayandırılması və yaxud qarşılıqlı surətdə törədilən ictimai-təhülkəli hərəkətlərin nəticəsi kimi meydana gəlibsə, artıq o, müdafiə olunan (zəruri müdafiə vəziyyətində olan) kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, hərəkətin müdafiə xarakterli olubolmamasını (o cümlədən, qarşılıqlı dalaşma şəraitində baş verib-verməməsini), onun nə dərəcədə zəruri olduğunu, ictimai-təhlükəli qəsdlə müdafiə arasında uyğunluğun gözlənilib-gözlənilmədiyini düzgün müəyyən etmək üçün hadisədə bilvasitə iştirak edən şəxslərin qarşılıqlı hərəkətləri ilə yanaşı, hadisənin baş verdiyi şərait də, o cümlədən digər şəxslərin hadisəyə cəlb edilib-edilməməsi, əgər cəlb ediliblərsə, onların nə kimi rol oynaması diqqətlə araşdırılmalıdır. Hazırki iş üzrə müəyyən edilmiş daha bir ziddiyyətli məqam ondan ibarərtdir ki, cinayət işinin ma teriallarına əsasən, Məhkum Zərərçəkmiş şəxs qarşı 18 dekabr 2020-ci il tarixdə ona istinad olunmuş əməli törətdikdən sonra Nizami Rayon Polis İdarəsinə gəlib orada hadisə barədə izahat verərkən zərərçəkmiş şəxsə xəsarət yetirdiyi bıçağı müstəntiqə təqdim edərək verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin bıçağın tiyəsi üzərində olan qırmızımtıl rəngli qanabənzər mayenin gözlə görünən yaxıntısı Zərərçəkmiş şəxs aldığı xəsarətlərin qan izləridir. Qeyd olunan bıçaq müstəntiq tərəfindən 18 dekabr 2020-ci il tarixli protokolla götürülmüş və işə maddi sübut kimi əlavə olunmuş və həmin maddi sübüt üzrə sonradan məhkəmə-kriminalistik eksperizaları keçirilmişdir. Həmin ekspertizanın müvafiq olaraq 20 may 2021-ci il tarixli 210 saylı və 06 may 264 saylı rəylərindən görünür ki, ekspertizaya t əqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəliş edilməmiş və qan izləri aşkar olunmamışdır. Göründüyü kimi, 06 may 2021-ci il tarixli 264 saylı rəylə Məhkum izahatı və sonradan verdiyi eyni məzmunlu ifadələri arasında ziddiyyətin müəyyən edilməsinə baxmayaraq nə ibtidai araşdırma orqanı, nə də ki, məhkəmələr bu ziddiyətin aradan qaldırılması müvafiq araşdırma aparmayaraq bu halın dəqiqləşdirilməsi üçün heç bir təşəbbüs göstərməmişlər, halbuki istər məhkumun, istərsə də zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrinin fövqündə həmin məsələnin araşdırılması labüd olmuşdur. Məhkəmə iclasında isə hər iki şəxs Zərərçəkmiş şəxs xəsarətlərin Məhkum tərəfindən yetirilməməsini bildirmişlər. Halbuki, onların ibtidai araşdırma zamanı verdikləri ifadələrdən və cinayət işinin materiallarında olan hadisənin baş verdiyi yerdə müşahidə kamerasının videoyazılarından görünür ki, məhz Məhkum idarə etdiyi avtomaşından düşərək Zərərçəkmiş şəxs tərəf yaxınlaşan zaman, Məhkum ona tərəf hərəkət etməsinə maneə törətmək üçün üzərində gəzdirdiyi bıçağı çıxararaq Məhkum üstünə hücum çəkmiş, sonuncu isə Zərərçəkmiş şəxs bu hərəkətlərinə cavab olaraq cibindən bıçağı çıxarıb Zərərçəkmiş şəxs bıçaq tutduğu əlinə tərəf havada yelləmişdir. Odur ki, qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, zərər çəkmiş Zərərçəkmiş şəxs Məhkum ona yaxınlaşmasının səbəbini və niyyətini əvvəlcədən bilmədən, sonuncunun ona hücum etdiyini ehtimal edərək, üzərində gəzdirdiyi bıçaqı cibindən çıxararaq Məhkum üzərinə hücum etməklə özü münaqişənin səbəbkarı olmuşdur. Məhkəmə kollegiyası birdə xatırladır ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmçinin araşdırılmış sübutlarla Məhkum başqa şəxslə birlikdə qrup təşkil etməsi, gücünü nümayiş etdirərək qalmaqal salmağa meyillik göstərməsi, səs-küy salması, yaxud da ictimai yerdə - küçədə nalayiq ifadələr işlətməsi və, ən əsası, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas alması və ittiham olunduğu cinayətdən də ağır cinayəti törətmək n iyyətində olaraq buna cəhd etməsi müəyyən edilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs və Məhkum, hər birisi ayrı-ayrılıqda dindirilsələr də, zərər çəkmiş şəxsə bıçaqla xəsarətlərin yetirilməsinin dəqiq halları müəyyən edilməmiş qalmış və bu çatışmazlıq da apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan və əlavə sübutlar tələb edilmədən baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır. Tsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsini sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanınvericiliyin tələblərinə əməl etmədən, iş üzrə müəyyən edilmiş çatışmazl aqları və ziddiyyətləri aradan qaldırmadan həll etməkdə haqlı olmamışdır, bu isə həmin məhkəmə tərəfindən, kassasiya şikayətində iddia olunduğu kimi, CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinə dəlalət edir. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ittihamın irəli sürülməsinə və həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasına da əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı məhkum olunmuş şəxsin azadlıq, ədalətli məhkəmə araşdırmasına nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmamış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Belə ki, kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, 28 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 raportla həmin idarənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatında Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşımasının göstərilməsini bildirərək həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün Məhkum yaxalanması, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafi q əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş emişdir. Bundan sonra, 28 may 2021-ci il tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli əmrlə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən Məhkum, bütün prosessual sənədlərdə göstərildiyi kimi, həmin tarixdə saat 17:30-da Ünvan 2 ünvanının yaxınlığında Şahid2 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və onun üzərində müdafiəçisi Kərim Bağırovun iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibində 02 ədəd şəffaf sellofan bükümdə, tərkibləri və miqdarı sonradan məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021ci il tarixli rəyi ilə müəyyən edi lmiş eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 3,250 qram və 3,360 qram, cəmisi isə 6,610 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əvvəla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 may 2021-ci il tarixli qərara əsasən, bu tədbirlərinin sırasında Məhkum yaxalanması ilə yanaşı onun üzərinə, avtomaşınına və yaşayış yerinə, məhkəmənin qərarı alınmadan dərhal baxışın keçirilməsi, qərarın surətinin isə 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi qərara alınsa da, bu tədbirlərdən yalnız biri, əslində istintaq hərəkəti olaraq şübhəli şəxsin üzərində axtarış və götürmə həyata keçirilmiş, nəzərdə tutulmuş digər tədbirlərin keçirilm əməsinin, habelə qərarın surətinin və onun əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçiriməsini özündə əks etdirən materialların nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməməsinin səbəbləri təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən hər hansı şəkildə əsaslandırılmamış, məhkəmələr də bu məsələlərə dair heç bir araşdırma aparmamışlar. Bundan başqa, tərtib edilmiş 28 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərara və protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə Məhkum faktiki olaraq həmin gün saat 17:30-da tutulsa da, onun tutulması bundan bir saat otuz beşə dəqiqə sonra – saat 19.05-də rəsmiləşdirilmiş, üzərində axtarış isə, protokolda göstərilən vaxta əsasən saat 20.00-da başlanılıb 20.35-də qurtarmış, lakin həmin prtokolda eyni zamanda bu istintaq hərəkətinin saat 19.34-də başlanılıb saat 19:54-də başa çatması göstərilmiş və, göründüyü kimi, qeyd olunan və iş üçün sübüt kimi mühüm əhəmiyyətə malik olan, Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın elan olunması üçün digər sübutların toplanılmasına əsas olmuş bu prosesual sənəddə istintaq hərəkətinin aparılmasının müxtəlif vaxtları göstərilmiş, yəni həmin sənəd özü-özlüyündə ziddiyətli olsa da məhkəmələr tərəfindən məsələyə heç bir aydınlıq gətirilməmişdir. Bununla yanaşı, təhqiqat orqanının tərtib etdiyi sənədlərə diqqət yetirildkdə görünən odur ki, 28 may 2021-ci il tarixdə saat 17.30-da polis əməkdaşları tərəfindən saxlanılan Məhkum üzərində şəxsi axtarış aparılana qədər iki saatdan artıq müddətdə sonuncuların nəzarətində olmuş və həmin müddət ərzində, ona elan olunmuş ittihama əsasən, üzərində saxladığı və daşıdığı narkotik vasitənin aşkar edilərək götürülməsi üçün heç bir tədbir görülməmişdir. Hərçənd, Məhkum izahatına və şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai araşdırma zamanı zamanı verdiyi etirafedici ifadələrinə görə, o, elə saxlanıldğı yerdə üzərində narkotik vasitənin olmasını polis əməkdaşlarına dərhal bildirmişdir. Belə müəyyən edilmiş pozuntularla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 90.11.2-ci maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsini daşımışdır və hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid4 v ə Şahid5, hər birisi ayrı-ayrılıqda Məhkum saxladıqdan sonra onun üzərində şəxsi axtarışın aparılması üçün İdarəyə gətirilməsini bildirsələr də, nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmələr tərəfindən onun saxladığı yerdə üzərində dərhal şəxsi axtarışın aparılmamasının səbəbləri aydınlaşdırılmamışdır. Hərçənd, hazırki işin materiallarından Məhkum saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şəxsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmir. CPM-nin 246.2.1-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı olmadan onun üzərinldə şəxsi axtarış aparıla bilər. Qanunvericiliyin bu normasının mənasından belə nəticə hasil olur ki, şəxsin üzər ində şəxsi axtarış həm o, şübhəli şəxsi qismində tutularkən saxlanıldığı yerdə, həm də polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə təxirə salınmadan aparılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, Məhkum şübhəli şəxs qismində tutulması 28 may 2021-ci il tarixdə saat 19.05-də rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 29 may 2021-ci il tarixdə saat 12.45-dən 13.30-dək, yəni on yeddi saatdan artıq vaxt keçdikdən sonra din dirilmişdir ki, bununla da CPM-nin 232.1-ci maddəsinin tələbinin pozulmasına yol verilmiş, lakin buna əsas olmuş səbəblər də məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, CPM-nin 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum həm onun üzərində şəxsi axtarışın aparılması zamanı, həm də sonradan izahat verərkən və şübhəli şəxs qismində dindirilərkən aşkar edilərək götürülmüş maddənin həqiqətən də narkotik vasitə heroin olması, həmin narkotik vasitəni Sabunçu rayonunun ərazisində tanımadığı şəxsdən 100 manata alması barədə göstərdikləri də şübhə yaradır ona görə ki, bu vasitənin həqiqətən heroin olm ası ilk olaraq yalnız şübhəli şəxsin izahatına və ifadələrinə əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə sonradan iş üzrə maddi sübut kimi tanınsa da həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-nin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şü bhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-nin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-nin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütü n aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunan nöqsan və çatışmazlıqlar Məhkum barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, şübhəli şəxs qismində tutulması və üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında istintaq hərəkətinin aparlıması nəticəsində əldə edilmiş sübutların CPM-nin 125.2-ci maddəsinin və bu hərəkətləri tənzimləyən digər prossessual hüquq normalarının tələbləri baxımından məhkəmə nəzarəti qaydasında qanuna u yğun olmasının yoxlanılmasının labüd eməsinə, bunun elə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın özündə nəzərdə tutulmasına baxmayaraq, həmin qərar toplanmış materiallarla birlikdə 48 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla yanaşı məhkəmə nəzarətini həyata keçirən müvafiq birinci instansiya məhkəməsinə də göndərilməmiş və həmin materialların qanuna uyğunluğu yoxlanılmayaraq bu haqda heç bir qərar qəbul edilməmiş, cinayt işinə mahiyyti üzrə baxmış məhkəmələr də bu pozuntunun baş verməsinə münasibət bildirməmişlər. Halbuki, CPM-nin 137-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-nin 445.1.1-445.1.6-cı maddələrində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: - telefon danışıqlarına qulaqasma; - poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; - texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; - binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; - texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; [570] - insanların güdülməsi. CPM-nin 445.2-ci maddəsini n tələbinə görə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun 10-cu madd əsinin İİİ bəndinə əsasən, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinin V bəndində göstərilmişdir ki, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. “Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqd a və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlə r. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əm əliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olu nmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməs ini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı ibtidai araşdırma zamanı verdiyi ifadələrdən fərqli ifadələr verərək göstərmişdir ki, o, 28 may 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən yanacaqdold urma məntəqəsində tutulub Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə aparldıqdan sonra orada ona təzyiqlər göstərilməsi nəticəsində şəxsi axtarış aparılması zamanı üzərində narkotik vasitə olmasını, əvvəllər də narkotik vasitələrdən istifadə etməsini, aşkar edilmiş narkotik vasitəni tanmadığı şəxsdən almasını etiraf edərək bu haqda tərtib edilmiş sənədləri imzalasa da, əsl həqiqətdə onun üzərində belə vasitə olmamış, o, heroindən və digər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir və narkomaniya xəstəliyindən də əzab çəkmir, şəxsi axtarışın aparılmasında isə onunla birlikdə İdarəyə aparlımış Şahid2 iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Məhkumla və başqa bir nəfər digər şəxslə birlikdə metronun “Koroğlu” stansiyası istiqamətində gedərək yanacaqdoldurma məntəqəsinə daxil olduqda, sonradan bildiyi kimi, polis əməkdaşları onu və Məhkumu BMCMİ-nə aparmış, orada onları ayrı-ayrı otaqlara salmış, daha sonra hər ikisini bir araya gətirmiş və onları sorğu-sual etmişlər. Həmin vaxt Məhkumun üzərində narkotik vasitə olmamış, o, namaz qılır və ziyarətə getmiş və belə hərəkətlərdən uzaqdır. Videoçəkiliş zamanı Məhkuma təzyiqlər göstərilmiş və o, məcbur qalıb polis əməkdaşlarının ona verdikləri narkotik vasitənin ozünə məxsus olmasını bildirmişdir. Məhkum narkotik vasitələrin istifadə etməsi və ya satışı ilə məşğul olmasını eşitməmiş, əksinə, sonuncu həmişə buna qarşı mübarizə aparmışdır. Bununla belə, Şahid2 ibtidai araşdırma 29 may 2021-ci il tarixdə dindirilərkən bildirmişdir ki, o, 28 may 2021-ci il tarixdə saat 17:30 radələrində qonşusu Məhkumla birlikdə Ünvan 2 ünvanının yaxınlığında olduqları zaman 2 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onlara da özlərini təqdim etmələrini xahiş etmişlər. O, və Məhkum özlərini təqdim etdikdən sonra polis əməkdaşları Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onları polis idarəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getdikdən Məhkum orada vəkillə təmin edilmiş, bundan sonra isə polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edi lməklə Zaurun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, 30 manat 10 qəpik pulu və bir ədəd "Nokia" markalı mobil telefonu çıxarıb təqdim etmiş və təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, spesfik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmiş və şıfahı sorğu zamanı Məhkum narkotik vasitə heroini 2-3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonunun ərazisində "Füzuli" adlı şəxsdən aldığını, şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmi şdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10, X5, X15 və X8, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, onlar Məhkumla bir məhəllədə yaşayırlar, Məhkumun narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə heç vaxt eşitməmiş və belə halları özləri də müşahidə etməmişlər. Əksinə, Məhkum həmişə insanları pis əməllərdən çəkindirməyə çalışmış, özü məscid tikdirmiş və daim ora köməklik göstərmişdir. Göründüyü kimi, Şahid2 cinayət təqibinin müxtəlif mərhələlərində eyni hal barədə verdiyi ziddiyyətli ifadələrin, habelə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrinin fonunda apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş bu ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, həmin ifadələrdə müxtə lif şəkildə təsvir edilmiş hallarla bağlı 28 may 2021-ci il tarixdə Məhkumla birlikdə olmuş Şahid2 isə məhkəmə iclasında dindirilməmişdir. Ümumiyyətlə hazırki iş üzrə mövcud olan çatışmamazlıqların, ziddiyyətli məqamların və qeyri-müəyyən halların aşkar edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hökmdən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan və əlavə sübutların tələb edilmədən baxılması barədə qərar qəbul etmiş, baxmayaraq ki, məhkumun müdafiəçisi və kassasiya şikayətinin müəllifi C.Z.İsmayılov dəfələrlə iş üzrə həqiqətin müəyyən edilməsi üçün həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında müxtəlif məzmunda çoxsaylı vəsatətlər qaldırmış, o cümlədən apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını, Məhkum is ə həqiqətən də narkomaniya xəstəliyindən əzab çəkməsinin və onun bu xəstəlikdən müalicəyə ehtiyacının olmasının bir daha yoxlanılması məqsədilə iş üzrə təkrar və ya əlavə məhkəmə-narkoloji ekspertizaların keçirilməsini xahiş etmiş, öz yazılı vəsatətlərini kifayət qədər əsaslandırmış, lakin birinci instansiya məhkəməsi həmin vəsatələrdən yalnız birini – adları yuxarıda göstərilən əlavə şahidlərin dindirilməsi barədə vəsatəti təmin etmiş, digər vəsatətləri təmin etməkdən imtina edərək bunun əsaslarını kifayət qədər əsaslandırmamış, apellyasiya instansiyası isə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasından imtina edərək yalnız birinci instansiysı məhkəməsi tərəfindən müvafiq sübutların araşdırılması ilə kifayətlənmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğula mağı lazm bilir ki, cinayət mühakimə icraatı zamanı vəsatətlər və xahişlər cinayət prosesi iştirakçılarının, habelə cinayət prosesində iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinin ən mühüm vasitələrindən biridir. CPM-nin 121-ci maddəsinin tələbinə əsasən vəsatət və ya xahişlərə onların verilməsindən bilavasitə sonra baxılmalı və onun təmin və ya rədd edilməsi barədə qərar qəbul edilməlidir. CPM-nin 121.2-ci maddəsində təsbit edilmişdir ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştir ak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 323.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. CPM-nin 323.6-cı maddəsinə görə isə, vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini t ələb edən CPM-nin 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi Qərarında qeyd etmişdir ki, əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər. Oxşar yanaşma Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilibedilməməsinə diqqət yetirilməlidir (“Ayatulla Ay Türkiyəyə” qarşı iş üzrə 27 oktyab r 2020-ci il tarixli Qərar, § 126). Məhkəmənin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə baxışı haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (“Regner Çex Respublikasına qarşı” iş üzrə 19 sentyabr 2017-ci il tarixli Qərar, § 146) Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (“Fərzəliyev Azərbaycana qarşı” iş üzrə 25 may 2020 -ci il tarixli Qərarı, § 35). CPM-in 397.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı" iş üzrə 09 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 m ay 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv" anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli" olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır n öqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Apardığı təhlillə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yoll a təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gə lməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, həmin işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiə tərəfi Məhkum təhqiqat və ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici izahatının və ifadələrinin ona qarşı fiziki zor tətbiq edilməklə alındığını iddia edərək bu barədə müvafiq sübutları məhkəmələrin diqqətinə çatdırmış, həmin izahat və ifadələrin sübutlar siyahısından çıxarılmasını xahiş etmiş, lakin məhkəmələr bu xüsusatın da aydınlaşdırılması məqsədi ilə faktiki heç bir tədbir görməmiş və həmin məsələ ilə bağlı araşdırma aparmaışlar. Məhkəmə kollegiyasının qənaətinə görə, belə bir ziddiyyətlərin fövqündə Məhkum əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və i ş üzrə təhqiqatın aparılması zamanı fiziki zorakılığa, işgəncələrə və şərəf və ləyaqətini alçaldan rəftara məruz qalıb-qalmamasını yoxlanılması zəruri olsa da məhkəmələr müdafiə tərəfinin bu barədə iddiası üzrə heç bir araşdırma aparmamış, faktla bağlı məlumatlı şəxslər müəyyən edilib dindirməmiş, onun saxlanılarkən və bundan əvvəl sağlamlıq vəziyyəti müqayisə edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də iş üzrə qəbul etdiyi yekun məhkəmə aktında Məhkum təqsirliliyi məsələsini həll edərkən müstəsna olaraq onun ilkin araşdırma zamanı verdiyi etirafedici ifadələrini şərh edərək yalnız bu ifadələrə əsaslanmış, lakin təhlil edilən məsələ üzrə şübhələr ortada olduğu vəziyyətdə, həmin etirafedici ifadələri mümkün sübutlar kimi qiymətləndirib, onlardan ittihamın əsaslandırılmasında istifadə etmiş, yəni sübutun yolverilənliyi məsələsi üzrə şübhəni məhkum olunmuş şəxsin xeyrinə deyil, ziyanına şərh etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə bir araşdırmanın aparılması zərurəti ondan irəli gəlmişdir ki, Məhkum işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmamasının müəyyən edilməsi bu zaman əldə edilmiş sübutların da qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə hər hansı şəxsin bu kimi rəftara məruz qalmamaq hüququ, bu hüququn pozulması hallarının səmərəli şəkildə araşdırılması məcburiliyi qanunvericiliyin aşağıdakı tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Konstitusiy anın 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çı xış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xa lqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi za manı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsm tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədə ni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir...Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokuroroluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum hətta CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlməzdən əvvəl, buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı araşdırmadığından, bununla bağlı müdaf iə tərəfinin qaldırdığı vəsatətlər üzrə müvafiq qərarlar qəbul edərkən həmin qərarları lazımi şəkildə əsaslandırmadığından, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, bütün bünlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 18 yanvar 2023-cü il tarixli qərar qüvvədə saxlanıla bilməz və bu yekun qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işi üzrə icraata hər hansı əsasla xitam verilməsi barədə qə rarın qəbul edilməsi mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestinin dəlillərinə cavab olaraq qeyd edir ki, hazırki iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki Məhkum külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız törədilmiş əməlin predmeti olan narkotik vasitəni külli miqdarda olması və onun ayrı-ayrılıqda iki bükümə yerləşdirilməsi əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli s ürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CMnin 234.4.3-cü maddəsi ilə təqsirlli bilinməsi üçün sübut kimi sonuncunun ilkin ifadələri ilə yanaşı şahidlərin (əsasən polis əməkdaşlarının) ifadələri, şəxsi axtarış və götürmə haqqında 28 may 2021-ci il tarixli protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmə çəkişmə prinsipinə uyğun olaraq təhlil edilən məsələyə dai r yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək belə qənaətə gəlir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi, üzərində saxlaması və daşıması mötəbər və mümkün sübutlarla təsdiq olunmamış və ona törətməsi istinad olunan əməlinin CM-nin 234.4.3-cü maddəsi tövsif edilməs i üçün heç bir əsas olmamışdır. Məhkəmə kollegiyası müdafiəçi C.Z.İsmayılovun kassasiya şikayətinin dəlilləri ilə bağlı hazırki qərarın “Hüquqi məsələlər” hissəsində göstərdiyi hallara, bu hallarla bağlı səgilədiyi mövqeyə və onun əsasında gəldiyi nəticəyə əsaslanaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə iş üzrə lazımi araşdırma aparılmamasını nəzərə alaraq kassasiya protestinin dəlilləri üzrə daha ətraflı təhlil aparılmasına zərurət görmür, lakin eyni zamanda qeyd etməyi lazım bilir ki, Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı həmin dəlillər yalnız ehtimallara əsaslanmış və heç bir sübutla təsdiq olunmur. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin həmin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və protestin təmin edilməsini mümkün bilmir. Həmçinin dö vlət ittihamçısı İ.F.Yusifov kassasiya protestində Məhkum CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini bildirərək CM-nin 75.1, 75.1.1-ci maddələrinin tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən ona həmin maddə ilə cəzanın əsassız olaraq qüvvədə saxlanılmasını iddia etsə də, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırki qərarda göstərilən əsaslara görə işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək həmin işin yeni apellyasiya baxışına təyin edilməsi zəruriliyi nəzərə alınaraq Məhkum CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin bitməsi ilə əlaqədar cəzanın təyin edibedilməməsi məsələsinin həll edilməsi belə vəziyyətdə mümkün deyil və bu məsələ üzrə qanuni qərarın qəbul edilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətindədir. Buna görə, məhkəmə kollegiyası hazırki vəziyyətdə təhlil edilən məsələ ilə bağlı da kassasiya protestinin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası Məhkum barəsində yekun qərar qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə və kifayət etməsinə tələblərinə əməl olunmaması barədə nəticəyə gələrək və bir daha CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edərək hesab edir ki, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı qüvvədə saxlanıla bilməz və buna görə də, həmin qərar lə ğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, məhkumun müdafiəçisi C.Z.İsmayılovun apellyasiya şikakyətində irəli sürdüyü bütün dəlillər ətraflı yoxlanılmalı və araşdırılmış sübutlar qanuna müvafiq qaydada qiymətləndirildikdən sonra iş üzrə qanuni və əsalandırılmış qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə müdafiəçi C.Z.İsmayılovun, həmin şikayətin təmin olunmaması və kassasiya protestinin təmin edilməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, kassasiya şikayəti isə qismən təmin edilməklə Məhkum CM-nin 126.2.4, 221.3, 228.4 və 234. 1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşa ğıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 228.4 və 234.1-ci maddəıəri ilə təqsirli bilinib məh kum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli hökmü qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar