Məhkəmə qərarları › İş №1(102)-1258/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1258/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1258/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İmişli şəhəri "xxxx" MMC-də fəhlə işləyən, məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respubl ikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(106)-92/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə (əlavə ilə birlikdə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 1(036)-76/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: T.O.Quliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkm əklə, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024cü il tarixli qərarı ilə, (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum olunmasına dair İmişli Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 01 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi, 33-cü maddəsinin 4-cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə (1 saylı əlavənin 7-ci hissəsinin 4-cü bəndinin) nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan və sürət göstəricisi nasaz vəziyyətdə olan "İX” markalı motosikletlə İmişli şəhəri, Natəvan küçəsində İmişli şəhəri istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli ol duğu halda, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi təqdirdə, İmişli şəhəri, Natəvan küçəsində 12 nömrəli evin darvazasının qarşısında yolu soldan sağa keçən xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vaxtında görməyərək cinayətkarcasına etinasızlıq etməklə idarə etdiyi motosikletin ön sol tərəfi ilə sonuncunu vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyyəsində dərialtı hematoma, sağ təpə nahiyyəsində subdural hematoma, sağ təpə-gicgah s ümüyünün minimal yerdəyişmə ilə sınığı, baş beyinin yüngül dərəcəli əzilməsi, üst dodağında yara, alın nahiyyəsində sıyrıqdan ibarət həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsə vaxtında tibbi yardım göstərməklə və zərərçəkmiş şəxslə barışmaqla onun əməli CM-in 263-cü maddəsinin qeyd hissəsinin təsirinə düşdüyündən o, cinayət məsuliyyətindən azad olunmalıdır. Həmçinin ona Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsi, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, zərərçəkmiş şəxsi dərhal xəstəxanaya aparmasını) olmasına baxmayaraq, məhkəməl ər onu Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Hazırkı cinayət işi məhkəmə tərkibinin icraatında olduğu müddətdə məhkum əlavə olaraq daha bir şikayət ərizəsi məhkəməyə ünvanlamış, həmin şikayət ərizəsinin faktiki məzmunundan aydın olur ki, sonuncu cinayət təqibini həyata keçirən prosessual şəxslərin hərəkətlərindən şikayətçi olmaqla yanaşı, əsasız olaraq məhkum edilməsi, eyni zamanda cinayət məsuliyyətindən azad olunması üçün yetərli əsasların olması ilə bağlı dəlilər irəli sürmüşdür. Məhkum kassasiya şikayətinin (əlavə ilə birlikdə) məzmunundan görünür ki, R.X6 Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarının ləğv ed ilməsini, onun işinə yenidən baxılmasını, cinayət işinə xitam verilməsini, cinayət məsuliyyətindən azad edilməsini və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarını inkar edərək, sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, onun barəsində ittiham hökmünün çı xarıldığını və ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi, ona təyin edilmiş cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi, cinayət məsuliyyətindən azad edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələ b Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edi lməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində istinad etmiş olduğu onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməsini n mübahisələndirilməsinə dair dəlillərini nəzərdən keçirərək qeyd edir ki, həmin iddialar bütövlükdə birinci və apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmış və məhkumun kassasiya müraciətində göstərilənlərin əksinə olaraq, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayətinin tərkibinin olması məhkəmələr tərəfindən tədqiq və təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi ü zrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, məhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən məhkumun etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələrinə, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 oktyabr 2022-ci il tarixli protokola, "Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 10 apre l 2023-cü il tarixli protokola, "İstintaq eksperimenti keçirilməsi haqqında” 9 sentyabr 2023-cü il tarixli protokola, Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 133 nömrəli rəyinə, əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 5 sentyabr 2023-cü il tarixli, 8/2326 nömrəli rəyinə və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum kassasiya şikayətində barəsində həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi, həmçinin CM-in 70-ci maddəsinin tətbiq edilməsi haqqında tələblərinə gəldikdə kollegiya aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2- ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələr də birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 7 0.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə tə sir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda məhkuma münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi, həmçinin barəsində CM-in 70-ci maddəsinin tətbi q edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkum isə CM-in 263-1.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində aşağı həddinə yaxın həddə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini də nəzərə almış, Məhkum barəsində Cinayət Məcəlləsinin 263-1.2ci maddəsinin sanksiya daxilində azadlıqdan məhrum etmə cəzasını tətbiq etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Digər tərəfdən Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsinə dair iddia sonuncu tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi il ə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı İmişli Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəzası təyin edərkən yüngülləşdirən hallar kimi onun Məhkum hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə edərək, hazırda ondan heç bir şikayət və tələbin olmamasını, cinayət əməlini etiraf edib peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakteriza olunmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Göründüyü kimi müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası apellyasiya şikayətində irəli sürülmüş cəzanın şərti məhkum etmənin tətbiq edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətini n dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkumun zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən stimullaşdırıcı norma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsində öz əksini tapmaqla məhz CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxslərin - zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsini özündə ehtiva edir. Məhkum isə CM-nin 263-1.2-ci maddəsi təqsirli bilinib məhkum olunmuşdur ki, bu da ona münasibətdə CM-nin 263-cü maddəsinin “Qeyd” hissənin tətbiq edilməsi mümkünsüz edir. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olun an Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(106)92/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələbl ərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(106)-92/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar