Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1258/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və zərərçəkmiş - XXX12nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məh kəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim N.A.İmanova) Təqsirləndirilən şəxs MMC-nin (xx xx xx 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1 olan, təsisçisi və qanuni təmsilçisi Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarət olan, əvvəllər barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilmiş hesab olunmuş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinin tələbləri və Təqsirləndirilən şəxs əmlakının olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməmiş, Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərinin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.C.Qarayeva, hakimlər F.İ.Əyyubov və E.Ə.Mehdiyevdən ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilmiş hesab olunması barədə müddəa qərardan xaric edilmiş, Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəf indən kassasiya protesti verilmişdir. İşin halları: İttiham aktına əsasən xx xx xx 2022-ci ildə XXX13 tərəfindən ********* N°-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan2 olan Təqsirləndirilən şəxsn təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin xx xx xx 2022-ci ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə XXX14 nin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X1 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi AXXX16 tərəfindən həyata keçirildiyi, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olm ayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi, “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağan olduğu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları olduğu halda, 2022-ci ilin iyul ayında Şahid1 faktiki olaraq həmin şəxslə müqavilə bağlamadan və XXX14nə avtonəqliyyat vasitələri barədə məlumat vermədən AXXX16 tərəfindən rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan X12na aid ******* nömrəli və ******* nömrəli “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 50 manat olmaqla cəmi 100 (bir yüz) manata XXX15 nin XX10” stansiyasının yaxınlığında olan Cəmiyyətin ofisində satıb qazanc əldə etməklə, Şahid1 tərəfindən isə həmin blankların hər birinin 65 manat olmaqla ümumilikdə 130 (bir yüz otuz) manata Bakı şəhər sakini Şahid2 satılmasına nail olmaqla; Bundan başqa o, eyni niyyətlə, özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə 2022-ci ilin avqust ayında istintaqa məlum olmayan şəxsə faktiki olaraq həmin şəxslə müqavilə bağlamadan və XXX14nə avtonəqliyyat vasitələri barədə məlumat vermədən XXX16 tərəfindən rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Türkiyə Respublikasına aid 050560, 052987, 050705 və 050708 nömrəli “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) manata ünvan7 ünvanın yaxınlığında satıb qazanc əldə etməklə, həmin şəxs tərəfindən isə həmin blankların satış məqsədi ilə ünvan8 ərazisində yerləşən “XX11” yanacaqdoldurma məntəqəsində çalışan Şahid3 və “XX12” yanacaqdoldurma məntəqəsində çalışan Şahid4 hər birini 50 (əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85 (səksən beş) manata, həmin şəxslər tərəfindən isə 050708 nömrəli “İcazə” blankı nın Şahid2 102 manata satılmasına nail olmaqla, AXXX16 yanında XXX14 tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesinin şəffaflığına, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınmasına və bununla digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə, cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittiha mçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarı ilə əmlakı müəyyən edilməyən hüquqi şəxs barəsində cərimə növündə cinayəthüquqi tədbirin tətbiqi istisna edilsə də, həmin Plenum qərarı ilə belə hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiqi istisna edilmədiyindən, məhkəmələr Təqsirləndirilən şəxs MMC barəsində həmin cinayəthüquqi xarakterli tədbiri tətbiq etməməklə, eləcə də apellyasiya instansiyası məhkəməsi hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edil məsi üzrə icraata xitam verməklə hüquqi şəxsin cinayət-hüquqi məsuliyyəti barədə məsələləri tənzimləyən CM-in və CPM-in müvafiq normalarının tələblərini pozmuşlar. Dövlət ittihamçısı Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarının qəbul edilməsindən sonra Nərimanov Rayon Məhkəməsində baxılmış iş üzrə əmlakı olmayan hüquqi şəxsin barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsinə (Nərimanov Rayon Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli qərarına) istinad edərək, hazırkı işdə məhkəmənin eyni cinayət-hüquqi tədbiri Təqsirləndirilən şəxs MMC barəsində tətbiq etməməsini CPM-in 416.2-ci maddəsi ilə ehtiva olunan (yəni, 416.1.22-ci nəzərdə tutulmuş) hal - “hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması” kimi qiymətləndirmişdir. Dövlət ittihamçısı hesab edir ki, Nərimanov Rayon Məhkəməsində baxılmış işdə olduğu kimi, hazırkı işdə də apellyasiya instansiyası məhkəməsi cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verməməli və Təqsirləndirilən şəxs MMC barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməli idi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri ümumiləşdirərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.2 (416.1.22)-ci maddəsində nəzərdə tutulmuş əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi məsələsi üzrə işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüqu qi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə s əlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.22 (416.2)-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələnd irmiş və bu zaman iddiasını əsaslandırmaq üçün onun fikrincə eyni, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024cü il tarixli qərarında ifadə olunmuş hüquq mövqeyə əsasən əmlakının olmamasına görə hüquqi şəxs barəsində cərimə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiqi istisna olunduğu vəziyyətdə hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayəthüquqi tədbirinin tətbiq olunduğu iş üzrə Nərimanov Rayon Məhkəməsinin 8 oktyabr 2024cü il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının irəli sürdüyü dəlillərlə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslılığını və qanuniliyini yoxlayaraq aşağıdakıları qe yd edir. Dövlət ittihamçısının kassasiya protestində məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini tələb edən əsas kimi istinad etdiyi, CPM-in 416.1.22-ci maddəsində nəzərdə tutulmuş hal – “hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.2ci maddəsində aşağıdakı kimi təsbit edilmişdir: “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yana şmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.” Lakin kassasiya protestindən göründüyü kimi, dövlət ittihamçısı Təqsirləndirilən şəxs MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarı ilə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair qənaətini CPM-in 416.1.22, 416.2-ci maddələrinin tələblərinin ziddinə olaraq, bu qərarın Ali Məhkəmənin Plenum qərarına deyil, birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərən Nərimanov Rayon Məhkəməsi tərəfindən 8 oktyabr 2024-cü il tarixdə başqa işə baxılması nəticəsində çıxarılmış, hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiqinə dair qərara uyğun olmaması ilə əsaslandırmışdır. Əgər dövlət ittihamçısı CPM-in 416.2-ci maddəsində təsbit edilmiş “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları” ifadə altında həm də Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqelərin də ehtiva olunduğunu hesab edir və Nərimanov Rayon Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli qərarının Konstitusiya Məhkəməsi Plenumunun 28 iyun 2024-cü il tarixli qərarından sonra çıxarılmasından çıxış edirdisə, onda bu halda da hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarını Nərimanov Rayon Məhkəməsinin qərarı ilə deyil, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqelərlə müqayisə etməli idi. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin müraciəti ilə əlaqədar qəbul etdiyi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarı ilə müqayisə apardıqda isə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olduğu, dövlət ittihamçısının dəlil və tələblərinin isə həmin hüquqi mövqelərlə ziddiyyət təşkil etdiyi müəyyən olunur. Belə ki, dövlət ittihamçısına görə Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş, əmlakı müəyyən edilməyən hüquqi şəxs barəsində cərimə növündə cinayəthüquqi tədbirin tətbiqinin istisna edilməsi barədə hüquqi mövqe, belə hüquqi şəxslər barəsində Cinayət Məcəlləsinin 99-5.1.4-cü maddəsində nəzərdə tutulmuş “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqinə mane olmur, odur ki, Təqsirləndirilən şəxs MMC barəsində də “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbir tətbiq edilməli idi. Lakin, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarında hüquqi şəxsin barəsində onun əmlakının olmaması səbəbindən cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi mümkün olmadıqda (bu tədbir onun barəsində tətbiq edilə bilən yeganə əsas cinayət-hüquqi tədbir kimi çıxış etdikdə), CM-in 99-5.1-ci maddəsində nəzərdə tutulmuş sıralamaya görə daha ağır hesab olunan “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiq edilmə sinin mümkünlüyünə işarə belə edən hər hansı müddəa yoxdur. Qərarın təsviri-əsaslandırıcı hissəsinin məzmunundan açıq-aydın görünür ki, Konstitusiya Məhkəməsi Təqsirləndirilən şəxs MMC ilə bağlı işin həqiqi halı olaraq onu qəbul etmişdir ki, Cinayət Məcəlləsinin 99-5.1.1 və 99-5.1.4-cü maddələrində nəzərdə tutulmuş iki növ əsas cinayət-hüquqi tədbirlərdən (“cərimə” və “hüquqi şəxsi ləğv etmə”) bu hüquqi şəxsə münasibətdə tətbiq edilə bilən yeganə cinayət-hüquqi tədbir – cərimədir və o, məhz bundan çıxış edərək (“hüquqi şəxsi ləğv etmə” cinayət-hüquqi tədbirinin Təqsirləndirilən şəxs MMC-yə münasibətdə tətbiqinin ümumiyyətlə istisna olunduğunu nəzərə alaraq) əmlakı olmayan hüquqi şəxsə cərimənin tətbiqinin mümkün olub-olmaması məsələsini şərh etmişdir. Konstitusiya Məhkəməsinin bu Qərarda i fadə etdiyi hüquqi mövqeyə görə Cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti ilə uyğunlaşmayan və realizəsi mümkün olmayan cinayət-hüquqi tədbirin tətbiqi barədə məhkəmə aktı sonda Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinin pozulmasına səbəb olmaqla yanaşı Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olunmasını da mümkünsüz edir. Bu müddəları və hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin müraciətinə “səbəb olan işdə olduğu kimi bəzi hallarda hüquqi şəxs barəsində tətbiq oluna biləcək yeganə cinayət-hüquqi tədbir olaraq cərimə”nın çıxış etməsini nəzərə alan Konstitusiya Məhkəməsinin Plenumu 28 iyun 2024-cü il tarixli Qərarın təsviri-əsaslandırıcı hissəsində cinayət-hüquqi məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin hər hansı əmlakı olmadığı vəziyyətdə cərimənin tətbiqi barədə məhkəmə qərarının icrasının aşkar şəkildə mümkünsüz olduğuna, yəni bu cür aktın qəbul edilməsi ilə Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinin pozulmasına, CM-in 41-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin realizə edilməmiş qalmasına diqqəti cəlb etmişdir. Bu cür, yəni məzmunca artıq Təqsirləndirilən şəxs MMC barəsində cərimə növündə cinayət-hüquqi tədbirin tətbiqini istisna edən mülahizələrlə yanaşı, Konstitusiya Məhkəməsi Qərarın təsviri-əsaslandırıcı hissəsində digər mülahizələrə də yer vermişdir ki, onlar da Konstitusiya Məhkəməsinin sözügedən Qərarının Təqsirləndirilən şəxs MMC barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqinə yol verən akt kimi şərh edilməsini istisna edir. Belə ki, Konstitu siya Məhkəməsinin Plenum Qərarında qeyd olunmuşdur ki, “Ədalət prinsipi cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər üçün də keçərlidir”. Eyni zamanda, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, “cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlməklə göstərilən normalarda əks olunmuş qanunçuluq prinsipi cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir”. Bu müddəaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-8.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqi əsasları ilə müqayisə etdikdə, açıq-aydın görünür ki, CM-in bu maddəsi nəinki CM-in 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipi və cinayət qanunvericiliyinin genişləndirici təsvirini qadağan edən müddəalarla birlikdə götürülməklə, hətta ayrılıqda təfsir edildikdə belə, hazırkı işdə Təqsirləndirilən şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqi istisna edilməlidir. Belə ki, CM-in 99-8.2-ci maddəsinə əsasən “Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində isti fadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur”. Hazırki işdə isə Təqsirləndirilən şəxs MMC barəsində CM-in 99-8.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmiş, o cümlədən müstəntiqin hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qərarında bu cür halların müəyyən edilməsinə istinad edilməmişdir. Cinayət-hüquqi tədbirin tətbiqi üçün CM-in 99-8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədən, müstəsna olaraq əmlakın olması səbəbindən cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsinin mümkünsüzlüyünə görə, hər hansı hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiq i CM-in 99-8.2-ci maddəsinin pozuntusunu təşkil etməklə yanaşı, ədalət prinsipinin pozulması, cinayət-hüquqi tədbirin tətbiqi əsaslarının (qanunda nəzərdə tutulmayan “hüquqi şəxsin əmlakının olmaması səbəbindən cərimənin tətbiqinin mümkünsüzlüyü” kimi əsas hesabına) genişləndirilməsi, yəni CM-in 99-8.2-ci maddəsində təsbit edilmiş cinayəthüquqi normanın genişləndirici təfsiri (Konstitusiya Məhkəməsi Plenumunun 28 iyun 2024cü il tarixli Qərarı ilə uzlaşmayan vəziyyət) kimi çıxış. Hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqi CM-in 99-8.2-ci maddəsində məxsusi olaraq nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilməsindən irəli gəlməlidir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs MMC barəsində “hüquqi şəxsi lə ğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsinin mümkünlüyünə həsr olunmuş dəlillərini əsassız hesab edərək, onlarla razılaşmır. Məhkəmə kollegiyası yuxarıda şərh edilən dəlil kimi, kassasiya protestinin digər – apellyasiya instansiyası məhkəməsinin əsassız olaraq Təqsirləndirilən şəxs MMC barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi üzrə icraata xitam verməsi haqqında dəlilini də aşağıdakılara görə əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəmə baxışının xüsusiyyətlərinə həsr olunmuş 487-7-ci maddəsində məhkəmə baxışının (mahiyyəti üzrə işə baxılmasının) nəticələrinə görə hüquqi şəxs barəsində iki növ qərarın çıxarılması nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 487-7.4-cümaddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərar qəbul edir. CPM-in 487-7.5-ci maddəsi isə məhkəmə tərəfindən bu Məcəllənin 487-6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda (məhkəmə baxışında sübutların tədqiq edilməsinin nəticələrinə əsaslanaraq) hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsini nəzərdə tutur. CPM-in 487-7.6-cı maddəsinin mənasına görə də məhkəmə baxışının nəticələri nə əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi və ya hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. CPM-in 487-6.3-cü maddəsinə əsasən aşağıdakı hallarda hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir: _ CPM-in 487-2.2-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində cinayət işinə bu Məcəllənin 39.1.1-39.1.3-cü, 39.1.6-39.1.8-ci və ya 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verildikdə (maddə 487-6.3.1.); _ CPM-in 487-4.0.1-487-4.0.3-cü maddələrində nəzərdə tutulmuş hallar təsdiq edilmədikdə (maddə 487-6.3.2.); _ CPM-in 487-4.0.4-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə (maddə 487-6.3.3.). CPM-in 487-4.0.3 və 487-4.0.4-cü maddələrində göstərilənlər isə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatda müəyyən edilməli olan halların sırasına daxil edilən hallardır ki, (müvafiq olaraq, “hüquqi şəxs barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar” və “CPM-in və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar”) onların cinayət prosesinin gedişində müəyyən edilməməsi CPM-in 487-6.3.2 və 487-6.3.3-cü maddələrinə əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraata xitam verilməsini labüd edir. Konstitusiya Məhkəməsinin Plenumu 28 iyun 2024-cü il tarixli qərarda hüquqi şəxs barəsində yeganə əsas cinayət-hüquqi tədb ir qismində tədbiq edilə bilən (potensial) tədbir olaraq cərimə çıxış etdikdə, onun tətbiqi imkanını hüquqi şəxsin əmlakının olubolmamasından asılı etməklə, belə hüquqi şəxsin əmlakının olmamasını onun barəsində cərimə növündə cinayət-hüquqi tədbirin tətbiqini qeyri-mümkün edən hal kimi şərh etdiyi üçün, cinayət təqibi orqanının vəzifəsidir ki, məhkəməyədək icraatda hüquqi şəxsin əmlak vəziyyətini lazımınca araşdırsın və CM-in 99-8.2-ci maddəsində göstərilən hallar olmadığı, eyni zamanda hüquqi şəxs barəsində cərimənin tətbiqini qeyri-mümkün edən onun əmlakının olmaması kimi hal müəyyən edildiyi və yaxud bu məsələyə dair zəruri məlumatlar əldə olunmadığı vəziyyətdə, belə (cinayət-hüquqi tədbirin tətbiqi ilə nəticələnməsi istisna edilən və ya bu cəhətdən perspektivi cinayət təqibini həyata keçirən orqanın özü üçün də qeyri-müəyyən olan) işi tam araşdırılmış hesab edərək baxılması üçün məhkəməyə göndərməsin. Çünki, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiqi istisna edildiyi və yaxud tətbiq edilməsi üçün əsasların olub-olmaması araşdırılmadığı, o cümlədən əmlakın mövcudluğu barədə məlumatların əldə olunmadığı işin baxılması üçün məhkəməyə göndərilməsi hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın məqsədləri və bu icraat çərçivəsində cinayət təqibi orqanının üzərinə qoyulmuş vəzifələrlə bir araya sığmır. Belə ki, CPM-in 487-6.2-ci maddəsi ittiham aktında, CPM-in 487-6.6-cı maddəsi isə ayrıca olaraq müstəntiqin tərtib etdiyi hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qər arda CPM-in 487-4.0.1487-4.0.5-ci maddələrində nəzərdə tutulmuş hallar, yəni o cümlədən “hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar” (CPM, maddə 487-4.0.3) və “CPM-in və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar” (CPM, maddə 487-4.0.4) barədə məlumatların əks etdirilməsini tələb edir. Cinayət təqibi orqanından məhkəməyə daxil olmuş “Təqsirləndirilən şəxs MMC” barədə işin hallarına (işin məhkəməyə göndərilməsi haqqında qərarda CM-in 99-8.2-ci maddəsində nəzərdə tutulmuş halların irəli sürülməməsinə) görə faktiki olaraq məhz cərimə növündə əsas cinayət-hüquqi tədbirin tətbiqi məsələsinə baxılması üçün göndərilmiş işdə (Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən ) hüquqi şəxs barəsində cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsinə əsas verən zəruri halın - əmlakın mövcudluğu (adı, dəyəri, yerləşməsi) barədə məlumatın olmaması (birinci instansiya məhkəməsinin ibtidai araşdırmanın bu natamamlığını aradan qaldırmaq üçün sübutlar toplamasına baxmayaraq, Təqsirləndirilən şəxs MMC-nin hər hansı əmlakının müəyyən edilməməsi) onun barəsində cərimənin (CM-in 99-8.2-ci maddəsinə əsasən “hüquqi şəxsi ləğv etmə” tədbirinin tətbiqinə yol verilmədiyi üçün – hər hansı cinayəthüquqi tədbirin) tətbiqini istisna etməklə, faktiki olaraq hüquqi şəxs barəsində cinayəthüquqi məsuliyyətin realizə edilməsinin qarşısını almışdır. Çünki, CM-in 15-2-ci fəslinin, habelə CPM-in LVİ-İ fəslinin müddəalarına, xüsusilə CPM-in 487-7.4-cü maddəsinə əsasən hüquqi şəxsin c inayət-hüquqi məsuliyyətinin realizə edilməsi onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsində ifadə olunur. Cinayət-hüquqi tədbirin tətbiqi üçün qanuni əsasın (o cümlədən, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla) olmamasına görə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsindən imtina edildikdə isə faktiki olaraq, ona münasibətdə cinayət-hüquqi məsuliyyətin realizə edilməsi (hüquqi şəxsin cinayət-hüquqi məsuliyyətə cəlb edilməsi) baş vermir. Bu səbəbdən, eləcə də cinayət-prosessual qanun hüquqi şəxsin barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsinə dair işə mahiyyəti üzrə baxılması nəticəsində yalnız iki növ – cinayət-hüquqi tədbirin tətbiq edilməsi və yaxud hüquqi şəxs barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzr ə icraata xitam verilməsi barədə qərarların çıxarılmasını nəzərdə tutduğundan, qanunla “hüquqi şəxsi ləğv etmə” növündə cinayəthüquqi tədbirin tətbiqinə yol verilməyən hüquqi şəxs barəsində əmlakının olmamasına görə cərimə növündə də cinayət-hüquqi tədbirin tətbiqinin istisna edilməsi, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsinin əsası kimi CPM-in 487-6.3.3-cü maddəsində nəzərdə tutulmuş “bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar”ın müəyyən edilməsi halı ilə eyniləşdirilməli (CPM-in 4876.3.3-cü maddəsində göstərilənlərə analoji olan hal kimi təfsir edilməli) və bu mövqedən çıxış etməklə Təqsirləndirilən şəxs MMC barəsində cinayət-hüquqi təd birlərin tədbiqi üzrə icraata xitam vermiş apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsaslı və qanuni yanaşma kimi qiymətləndirilməli, kassasiya protestinin şərh edilən məsələyə həsr olunmuş dəlilləri isə əsassız hesab edilməlidir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.22 (416.2)-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu protestin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş - XXX12nin nümay əndəsi X3 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxsn barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işə dair 9 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxsn barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə işə dair 9 dekabr 2024-cü il tarixli qə
Məhkəmə qərarları › İş №1(102)-1258/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1258/2025
16.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver