Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1259/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi X4 iştirakları ilə Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi i lə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Ziya Müqərrəm oğlu) xx.xx.1969-cu il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ikinci qrup əlil, ünvan 1 ünvanda yaşamış, əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 03 oktyabr 2015-ci il tarixdən 15 oktyabr 2015-ci il tarixədək həbsdə olduğu 12 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 11 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş 3 il 11 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 2 il sınaq müddəti təyin edilmiş, məhkumluğu ödənilməmiş Məhkum, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 2 (iki) il müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmünə əsasən Məhkum barəsində şərti təyin edilmiş 3 il 11 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 il 11 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq üzərində 5 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzаçəkmə müddəti 20 iyun 2017-ci ildən hеsаblаnmışdır. Hökmdən müdafiəçi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının (hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 19 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 30,339 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 1,010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə metadonu əldə edib üstündə saxlamaqla ünvan 2 yanacaqdoldurma məntəqəsinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 20 iyun 2017-ci il tarixdə saat 15.00-da qeyd olunan ünvanda saxlanılaraq baxış keçirilərkən özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 30,339 qram olan narkotik vasitə heroini və əynində olan tünd göy rəngli köynəyinin sol döş cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,010 qram olan narkotik vasitə metadonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinini onunla əsaslandırır ki, 2-ci qrup əlildir, QİÇS və qaraciyər serrozu xəs təliklərindən əziyyət çəkir, himayəsində 3 azyaşlı övladı var, ailəsinin tək gəlir mənbəyidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməl inin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi məhkuma cəza t əyin edərkən cinayətlərin residivini CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi, İİ qrup əlil, “İİV infeksiya, İV klinik mərhələ” diaqnozlu ağır xəstə və ağ ciyər vərəmi xəstəliyinin olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında cəza təyin etmiş, Məhkum barəsində şərti təyin edilmiş 3 il 11 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv etmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ba kı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 il 11 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti nin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1259/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1259/2019
15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver