Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1259/2022 25.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, mülki iddiaçının nümayəndəsi Əsədov Ədalət Kamil oğlunun, cinayət məsuliyyətindən azad olunmuş şəxs Əsədov Turan Rafiq oğl unun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2022-ci il tarixli, 1(105)-17/2022 nömrəli qərarından Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Əsədov Turan Rafiq oğlu 21 sentyabr 1992-ci il tarixdə Quba rayonunun Dəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Quba rayonunun Dəlləkli kəndində qeydiyyatda olan və yaşayan. 2. 09 sentyabr 2015-ci il tarixli ittiham aktı ilə Əsədov Turan Rafiq oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirlən dirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 29 sentyabr 2015-ci il tarixdə Quba Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Əsədov Turan Rafiq oğlu cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Əsədov Turan Rafiq oğlu 3 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi (VÖEN4501028452) qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53.1, 72, 77.3, 78.1, 82.3, 83.4, 85.2, 103-105, 153-154, 159, 161, 166-168, 173, 180 və 218-219-cu maddələrinin tələblərini pozmaqla, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 116080,67 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış və həmçinin 01 sentyabr 2013-cü il tarixdən 01 fevral 2015-ci il tarixədək olan müddətdə spirtli içkilərin və tütün məmulatlarının satışına xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan həmin fəaliyyətlə, yəni Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən “Favorit” marketd ə spirtli içkilərin və tütün məmulatlarının satışını həyata keçirərək, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, satışdan daxil olmuş pul vəsaitindən külli miqdar təşkil edən 8913,45 manat məbləğində gəlir əldə etmişdir.
5. Quba Rayon Məhkəməsinin 1(027)-06/2016 nömrəli, 01 dekabr 2016-cı il tarixli qərarı ilə Əsədov Turan Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuş, cinayət işi üzrə icraata xitam verilmiş, mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin 116.080,67 manat məbləğində verginin Əsədov Turan Rafiq oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə dövlə t ittihamçısı ittihamdan imtina etmiş, lakin məhkəmə qərarının nəticə hissəsində buna dair qərar əksini tapmamışdır.
6. Həmin qərardan dövlət ittihamçısı apellyasiya protesti verərək, qərarın ləğv edilməsini, Əsədov Turan Rafiq oğlunu Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi üzrə irəli sürülmüş ittiham həcmində təqsirli bilib, ona həmin maddənin sanksiyası həddində əsas və əlavə cəzası təyin etməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Qərardan həmçinin mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərar ı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmiş, Əsədov Turan Rafiq oğlunun əməli Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 73-1-ci maddəsinə əsasən (ziyanı tamamilə ödənildiyindən) Əsədov Turan Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan Azərbaycan Respublikası CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin miqdarı cinayət tərkibi yaratmadığından dövlət ittihamçısının birinci instansiya məhkəməsində ittihamdan imtina etməsinə görə) və 213.1-ci maddələr i ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, qərarın surəti Turan Rafiq oğlunun əməli törətdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir.
9. Mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxı şına təyin edilmişdir.
10. Mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən təkrarən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmiş, Əsədov Turan Rafiq oğlunun əməli Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən həmin 213.1-ci maddəsinə tövsif edilmiş, Əsədov Turan Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan Azərbaycan Respublikası CM-nin 192.2.2-ci və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə aid cinayət işi üzrə icraata xitam verilmiş, qərarın surəti Turan Rafiq oğlunun əməli törətdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir.
11. Həmin qərardan mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi kassasiya şikayəti və ona əlavə verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının mülki iddiaya aid hissədə ləğv edilməsi və ödənilmiş məbləğ nəzərə alınmaqla 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilərək Əsədov Turan Rafiq oğlundan tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından kassasiya protesti verilməmişdir.
13. Kassasiya şikayətinə əsasən işə təkrarən baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Əsədov Turan Rafiq oğlunun barəsində olan 08 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2022-ci il tarixli, 1(105)-17/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti, eləcə də mülki iddia təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 1(027)-06/2016 nömrə li, 01 dekabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, Əsədov Turan Rafiq oğlunun Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə xitam verilmiş, Əsədov Turan Rafiq oğlunun əməlində inzibatinin xətanın olub-olmaması barədə məsələyə hüquqi qiymət verilməsi üçün qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərar alınmışdır.
15. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2022-ci il tarixli, 1(105)-17/2022 nömrəli qərarından Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Ver gilər İdarəsi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
16. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri ilə bağlı mövcud olan ziddiyyətlərin aradan qaldırılması üçün lazimi araşdırma aparmamış, yəni digər ekspertlərlə yanaşı həmçinin cinayət işi üzrə ibtidai istintaq dövründə 06 iyul 2015-ci il tarixli, 135775 nömrəli ilkin ekspertiza rəyini vermiş ekspertin dindirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2022-ci il tarixli, 1(105)-17/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin ed ilməsi xahiş edilmişdir.
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edil ərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Mülki iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətlədirilməsində və nəticədə Əsədov Turan Rafiq oğluna qarşı Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı cinayət işi üzrə icraata xitam verilməsində səhvə yol verildiyini iddia edərək, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
23. Odur ki, kollegiya Azərbaycan Respub likasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmə istintaqı dövründə aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 13294 nömrəli, 16 sentyabr 2016-cı il tarixli təkrar məhkəməmühasibatlıq və kompüter-texniki və 17825 nömrəli, 08 dekabr 2017-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertiza rəyl əri ilə Əsədov Turan Rafiq oğlunun sahibkarlıq fəaliyyəti üzrə 01 sentyabr 2013-cü il tarixdən 01 fevral 2015-ci il tarixədək olan dövrdə aparılmış işlərə görə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 26,88 manat, ödəmə mənbəyindən tutulan vergi üzrə 311,5 manat, sadələşdirilmiş vergi üzrə 2.266,86 manat, əlavə dəyər vergisi üzrə 36.376,76 manat, gəlir vergisi üzrə 3.048,08 manat, cəmi isə 42.030,08 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir.
25. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2361 nömrəli, 16 sentyabr 2020-ci il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən həmin ekspertiza ilə 7125 nömrəli arayışa, arayışa əlavə edilmiş CD diskə və iş materiallarında olan digər sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid dövlət büdcəsinə ödənilməli olan məbləği üzrə hesablama aparmaq mümkün olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarlarına əsasən təyin edilmiş ekspertizalar üzrə rəylərində iş materiallarında öz əksini tapmış məlumatlar (yəni “Favorit” marketindən götürülmüş yaddaş qurğusundan və ya 1C proqramından alınmış məlumatlara) əsas götürülməklə hesablama aparılaraq vergi məbləğləri müəyyən olunmuşdur.
26. Bununla yanaşı, cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsində yeni baxış dövründə dindirilmiş, yuxarıda qeyd edilən ekspertiza rəylərinin hazırlanmasında iştirak etmiş ekspertlər Həsənov Elbrus İsmayıl oğlu və Cəfərli Toğrul Hatəm oğlu ifadərərində bildirmişlər ki, onlar tərəfindən aparılan ekspertizalar iş materiallarında ol an sənədlər əsasında həyata keçirilmişdir. İstintaq orqanının təqdim etdiyi “qara mühasibatlıq” iddia edilən sənədlərin əsaslandırmasına dair məlumat verilməsi barədə vəsatət qaldırılsa da, ekspertiza keçirilən dövrdə hər hansı yeni məlumat daxil olmamışdır. Buna əks olaraq, ibtidai istintaq dövründə keçirilmiş rəy iş materialları yox, ekspertizanın təyin edilməsi barədə müstəntiqin müvafiq qərarında ekspert qarşısında qoyulmuş sual və istintaq orqanının verdiyi, doğruluğu ehtimal olunan məlumatlar əsasında hazırlanmışdır. Həmin rəylə məhkəmə istintaqı dövründə əldə edilmiş rəy arasında olan ziddiyyətlərin də səbəbi bundan ibarətdir.
27. Qeyd edilənləri nəzərə almaqla apellyasiya instansiya məhkəməsi haqlı olaraq Əsədov Turan Rafiq oğlunun sahibkarlıq fəaliyyəti üzrə 01 sentyabr 2013-cü il tarixdən 01 fevral 2015-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə vergilərin dövlət büdcəsinə az hesablanmasını 42.030,08 manat məbləğində müəyyən etmişdir.
28. Kassasiya şikayətinin cinayət işi üzrə ibtidai istintaq dövründə aparılmış 06 iyul 2015-ci il tarixli, 135775 nömrəli ilkin ekspertiza rəyini verən ekspertin dindirilməməsi barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
29. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “A vropa Məhkəməsi”) hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digər ləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011-ci il).
30. Ekspertiza rəyi vermiş şəxsin prosessual statusunun isə iş üzrə şahid qismində çıxış edən şəxslə bərabər olduğu Avropa Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır (Danilov Rusiyaya qarşı, № 88/05, § 109, 1 dekabr 2020-ci il).
31. Qeyd edilənlər baxımından, Əsədov Turan Rafiq oğlunun törətdiyi əməlin tövsifini müəyyən edərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə istintaqı dövründə əldə edilmiş ekspertiza rəylərinin əsas götürülməsi, eyni zamanda məhz həmin rəyləri vermiş ekspertlərin dindirilməsi ilə toplanmış sübutların cinayət təqibi üzrə nəticə verilməsi üçün kifayət olması barədə qərara gəlməsi prosessual pozuntu kimi qiymətləndirilə bilməz.
32. Belə olan halda cinayət işi üzr ə icraata xitam verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
33. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya şikayətində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
34. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbay can Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Mülki iddiaçı - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2022-ci il tarixli, 1(105)-17/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.