Məhkəmə qərarları › İş №1(102)-1259/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1259/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1259/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İlkin Əbülfəz oğlu Rəcəbovdan dan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadə) 1(101)-86/2022 nömrəli 18 mart 2022-ci il tarixli hökmü ilə xx xxxx 1967-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144-2.2.1, 1442.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 17 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs2 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçini n mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 06 dekabr 2017ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Məhkum tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs3 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə mə xsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 17 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs3 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsil ə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2015-ci ilin noyabr ayının ortalarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Məhkum tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməs inə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 17 noyabr 2015-ci il tarixdə uşağını doğduqdan sonra 2015-ci ilin noyabr ayının sonlarından etibarən Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2016-cı ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Məhkum tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs3 2016-cı ilin noyabr ayının əvvəllərindən etibarən həmin heyvandarlıq fe rmasının həyətyanı sahəsində insan yaşayışı tiçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2017-ci ilin fevral ayının ortalarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan malqaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Məhkum tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 14 fevral 2017-ci il tarixdə uşağını doğduqdan sonra 2017-ci ilin fevral ayının sonlarından etibarən Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 07 dekabr 2017ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə Məhkum tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 qardaşı xx xxxxx 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünəməxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2015-ci ilin avqust ayının sonlarında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən heyvandarlıq fermasına gətirmiş, qeyd edilən vaxtdan etibarən Zərərçəkmiş şəxs1 hə min heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 03 aprel 2018-ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təs ərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, eləcə də yetkinlik yaşına çatmayan şəxs barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə, Məhkum tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs5 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin avqust ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs5 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs5 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayəti törətmişdir. Bundan əlavə, Məhkum tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs5 oğlu Zərərçəkmiş şəxs4 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin avqust ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs4 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal- qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs4 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayətini törətmişdir. Bundan əlavə, Məhkum tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs6 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin aprel ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs6 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi ha lda onu hüquq- mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs6 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin noyabr ayınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal- qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayətini törətmişdir. Bundan əlavə Məhkum tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbu r etmək üçün tanışı Zərərçəkmiş şəxs1 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək 03 aprel 2018-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyi ilə hədə-qorxu gəlib psixi təsir göstərərək qorxu hissi yaratmış, mütəmadi olaraq əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 döyərək müxtəlif vaxtlarda zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa Zərərçəkmiş şəxs1 azadlığını 06 mart 2020-ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb onu ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayəti törətmiş, 06 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum məxsus heyvandarlıq fermasında Zərərçəkmiş şəxs1 azadlığı məhdudlaşdırılmaqla məcburi əməyə cəlb edilməsi faktı yerində aşk ar edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Qədim Babayev və Rəşad Abdulov) 1(103)-1095/2022 nömrəli 22 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(101)-86/2022 saylı hökmü dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə təyin edilmiş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 ilə endirilmiş, məhkum X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Mə hkum əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrini sübut kimi qəbul etməmiş, bir cümlə ilə yəni, həmin şahidlərin ifadələri Məhkum müdafiə etmək məqsədilə verildiyini qeyd etməklə kifayətlənmişdir. Əslində bu belə deyildir. Daha doğrusu məhkəmə kollegiyası çox yaxşı başa düşür ki, müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələri cinayət işinin faktiki hallarına uyğun olmaqla həqiqəti əks etdirir. Çünki, şahidlər məhkəmənin qənaətinə görə yalan ifadə versəydilər, məhkəmə kollegiyası həmin şahidlərin əməlində CM-in 297-ci maddəsinin tərkibinin olması səbəbindən barələrində xüsusi qərardad çıxararaq araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərə bilərdi, hətta göndərməli idi. Lakin məhkəmənin belə bir qərardad çıxarmaması onu göstərir ki, hakimlərin daxili inamı onlara demişdir ki, müdafiə tərəfinin təqdim etdiyi şahidlər düzgün ifadə verirlər. Məhkəmə kollegiyası qəbul etdiyi ədalətsiz və əsassız qərara hüquqi don geyindirmək məqsədilə yeganə dəlil olaraq o hala istinad etmişdir ki, təqsirləndirilən şəxsin ətrafında tanış polis əməkdaşları olmuş, onlar fermaya gedib-gəlmiş, təqsirləndirilən şəxs onun göstərişləri icra edilmədiyi halda zərərçəkənləri hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə onlara hədə-qorxu gəlmişdir. Bu məhkəmənin ehtimalından başqa bir şey deyildir. Hansı ki, ittiham ın sahibi ittiham tərəfi ibtidai istintaq zamanı Məhkum təqsirli bilindiyi ittihamı irəli sürərkən və ittiham aktını təsdiq edib məhkəməyə göndərərkən məhkəmənin ehtimallarla qeyd etdiyi yekun qərarda göstərilən hallara istinad etməmişdir. Belə vəziyyətdə məhkəmənin bu ehtimalı ittiham tərəfinin əsassız ittihamını müdafiə etməyə yönəlmişdir ki, belə vəziyyətdə isə obyektiv qərarın qəbul olunması və qanuna əsaslanan ədalət mühakimə icraatından söhbət gedə bilməz. Lakin ehtimallardan fərqli olaraq məhkəmə hökmü konkret və mötəbər hesab olunan sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət orqanı olmaqla vətəndaşların nəzərində ədaləti bərpa edən bir orqan kimi təzahür edir. Lakin məhkəmə ədalətsiz qərarlar qəbul edəndə vətəndaşın məhkəməyə olan etimadı zəifləyir ki, bu da məhkəmənin imicinə mənfi təsir göstərir. Müdafiə tərəfi olaraq hesab edirlər ki, Məhkum barəsində bəraət hökmü çıxarılmasına əsas olan açıq-aşkar sübutlar olmasına baxmayaraq məhkəmənin qanunsuz və əsassız ittiham hökmünü təsdiq etməsi ədalət mühakimə prinsipinin mahiyyəti, Azərbaycan Respublikasının qanunları, başda da Azərbaycan Respublikası Konstitusiyasının 60 və 63-cü maddələri, İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin tələbləri ilə aşkar ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normal ara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsi və təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda məhkəmə əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 144-2-ci maddəsində məcburi əmək dedikdə hədəqorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə başa düşülür. Həmin əməlin iki və ya daha çox şəxs barəsində, təkrar, yetkinlik yaşına çatmayan şəxs barəsində, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə CM-in 144-2-ci maddəsində tövsifedici ağırlaşdırıcı hallar kimi nəzərdə tutulmuş və əməlin müvafiq olaraq CM-in 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 1442.2.4-cü maddələri ilə tövsif edilməsinə əsas yaradır. Göründüyü kimi məcburi əmək şəxsin hər hansı bir işi yerinə yetirilməsinə məcbur edilməsində ifadə olunur. Şəxsin müəyyən işin yerinə yetirilməsinə məcbur edilməsi dedikdə həmin şəxsin ir adəsinin ziddinə olaraq onu arzu etmədiyi işin yerinə yetirilməsinə məcbur etmə başa düşülməlidir. Qanun normasının dispozisiyasından görünür ki, məcburi əməyə görə cinayət məsuliyyəti həmin əməli hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə azadlığın məhdudlaşdırmaqla törətdikdə yaranır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və di gər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarından görünür ki, şəxsin barəsində Azərbaycan Respublikası CM-in 144-2-ci maddəsi ilə ittiham hökmün çıxarılması üçün onun əməlində həmin maddənin bütün tərkib əlamətlərinin olması cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər, mümkün sübutlarla müəyyən edilməli, həmin sübutların məcmusu bu barədə yekun nəticəyə gəlməyə imkan verilməlidir. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 144-2.2.1, 144-2.2.2, 1442.2.3 və 144-2.2.4-cü maddələri ilə təqsirini təsdiq etmə k üçün məhkəməyə onun özünün, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, və Zərərçəkmiş şəxs6 və şahidlər Şahid3, Şahid2, Q.B.Bayramovun ifadələrini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını təqdim etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsi həmin və müdafiə tərəfinin təqdim etdiyi sübutları araşdırıb nəticəyə gəlmişdir ki, həmin sübutların məcmusu ilə Məhkum Azərbaycan Respublikası CM-in 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apelyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr gəldiyi nəticəni onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 maddi vəziyyətinin aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək onları özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq fermasına gətirmiş, fermada insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikililərdə saxlayıb mal-qaraya gündəlik qulluq edilməsi və digər işlərin yerinə yetirilməsi ilə bağlı icazəsiz tərk edəcəkləri halda onları hüquq mühafizə orqanları vasitəsi ilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tə tbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl və ayaq zərbələri ilə vuraraq onlara zor tətbiq etməklə, zərərçəkmiş şəxsləri nəzarət altında saxlayaraq azadlıqlarını məhdudlaşdırıb fermada zərərçəkmiş şəxslərin iradələrinə zidd olaraq arzu etmədikləri işləri yerinə yetirməyə məcbur etmişdir. Beləliklə məhkəmələr belə nəticə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsləri iradələrinə zidd olaraq arzu etmədikləri işləri yerinə yetirməyə məcbur etmək üçün onların azadlıqlarını fermada məhdudlaşdırması, onlara həmin məqsədlə hədə-qorxu etməsi və zor tətbiq etməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq müəyyən etmişdir ki, məhkəmələrin Məhkum əməlinə dai r gəldikləri bu nəticələri cinayət işinin materiallarındakı sübutlarla nəinki uzlaşmır, hətta ziddiyyət təşkil edir. Ona görə məhkəmə kollegiyası məhkəmələrin bu nəticələri əsaslı hesab etmir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxslər onun fermasına işləməyə könüllü gəlmişlər, o zərərçəkmişləri fermada işləməyə məcbur etməmiş, bunun üçün onlara qarşı zor tətbiq etməmiş, onlara hədə-qorxu gəlməmiş, onların azadlığını məhdudlaşdırmamışdır. Fermanın darvazaları həmişə açıq olmuş, hər bir işçinin fermadan sərbəst çıxmağa imkanı olmuşdur. Zərərçəkmiş şəxslərdən başqa fermada digər işçilər də işləmiş, hər bir işçiyə işə qəbul edərək razılaşdırılmış məbləğdə maaş vermişdir. Z ərərçəkmişlərin fermada daimi qalması onların Bakı şəhərində qalmağa yer olmadığı üçün özlərinin istəyi ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında göstərmişdir ki, yaşadığı Saatlı rayonu Fətəlikəndində iş olmadığından öz həyat yoldaşı Nərqiz Nuruşova ilə birlikdə öz tanışı vasitəsi iolə Famil İsmayılovdan xahiş etmişlər ki, onları işə götürsün. Onlar könüllü olaraq Famil İsmayılovun Bakı şəhərinin Pirşağı kəndində yerləşən mal fermasına işləməyə gəlmiş və qalmağa yer olmadığından fermada yaşamışlar. Fermada qalanda onlar mağazalara və digər yerlərə sərbəst gəlib-gedirdilər. Onun üzünün mobil telefonu olmamış, fermada işləyən digər şəxslərin mobil telefonlarından istifadə etmişdir. Fazil onun üçün “Tofaş” markalı avtomobil almış və həmin avtomobilə görə onun maaşından ayda 1 50 manat pul tutmuşdur. O, həmin avtomobillə sərbəst mağazalara və digər yerlərə gedib-gəlmişdir. Zərərçəkmiş şəxs3 Nemet qızı məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi halları təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, fermada qaldığı vaxt onun iki uşağı dünyaya gəlmiş, uşaqları xəstəxanada dünyaya gətirmiş, həmin vaxt Səbuhi də xəstəxanada olmuşdur. Fermada işlədiyi dövründə bir dəfə qohumların yanına rayona getmişdir. Səbuhi qardaşı Səyyadı siqaret çəkməyə görə danladı, Səyyad fermadan çıxıb getmişdir. Səbuhi qardaşının dalınca getmiş və fermaya qayıtmadan rayona getmişdir. Zərərçəkmiş şəxs2 fermadan gedəndən sonra kürəkəni ona zəng edib ki, əri gedib sən orada niyə qalmışsan. Bundan sonra qardaşı və kürəkəni gəlib onu da fermadan aparmışlar. Bu vax t Səyyada da təklif etmişlər ki, onlarla getsin, lakin Səyyad onlarla getmək istəməmiş, fermada qalacağını demişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdikləri ifadələrdə də onların azadlıqları məhdudlaşdırılması ilə əlaqədar hər hansı bir hal göstərməmiş, lazım olanda fermadan sərbəst çıxmaq imkanının olması və mobil telefonlardan istifadə edilməsini göstərmişlər. Məhkəmə iclasında şahidlər qismində dindirilmiş Şahid1, X8 və X3 göstərmişlər ki, onlar Məhkum fermasında işləmişlər. Fermanın qapısı gündüz vaxtı açıq olmuş və orada işləyən şəxslərin oradan sərbəst çıxmaq imkanı var idi. Famil İsmayılov onlara pis münasibət göstərməmiş, Məhkum orada işləyən digər şəxsləri döyməsini və ya onlara hədə-qorxu gəlməsini görməmişlər. Məhkəmə iclasında ş ahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Famil İsmayılovun fermasında işləyən Səbuhi və Səyyad təz-təz onun işlədiyi kafeyə gəlib kabab sifariş edib yemişlər. Orada başqa işçilər də işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Məhkum fermasının yaxınlığında işləyir və 6 il fermadan süd almış və bununla əlaqədar fermaya gedib-gəlmişdir. Orada işləyən şəxslərdən Səyyadını, Səbuhini və sonuncunun həyat yoldaşı Nərgizi tanıyır. Süd almağa gələndə fermanın qapısı açıq olmuşdur. Fazil fermada olanda pul Fazilə, olmayanda isə orada işləyən işçilərə vermişdir. Fermada işləyən işçilərin fermadan sərbəst çıxmağa imkanı var idi, onlardan heç kim Fazildən şikayət etməmişdir. Zərərçəkmiş şəxs X5 “Məhkum fermadan gedəndə qapıları kilidləyib pəncərələrə re şotkaları vurulması” barədə ifadəsi isə digər zərərçəkmiş şəxslərin və yuxarıda qeyd edilən şahidlərin ifadələri ilə yanaşı digər sübutlarla da təkzib olunur. Belə ki, Məhkum məxsus fermada işləyən işçilərin fermadan sərbəst gediş-gəlişin olması həmçinin cinayət işinə əlavə edilmiş “Qapalı tikililərə və torpaq sahəsinə daxil olma və baxış keçirilməsi barədə 06 mart 2020-ci il tarixli protokolla təsdiq olunur. Həmin protokoldan görünür ki, 06 mart 2020-ci il tarixdə saat 13:45-də məcburi əmək haqqında məlumatı yoxlamaq məqsədi ilə gəlmiş polis əməkdaşları Məhkum məxsus fermaya maneəsiz daxil olmuşlar. Həmin vaxt Məhkum fermada olmamış, fermada orada işləyən Səyyad Bayramov və Şahid1 olmuşlar. Fermanın qapıları kilidli olmamışdır. Baxış protokola əlavə edilmiş fotoşəkillərdən də görünür ki, fermanın darvazasının qapısı açıq vəziyyətdədir, fermanın tikililərində barmaqlıq yoxdur. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş RM 2097/19 №-li rədd materialın sənədlərindən də görünür ki, 17 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək X18 İsmayılovun fermasından çıxıb naməlum istiqamətinə getməsini bildirmişdir. Səyyad Bayramovun olduğu yer 19 noyabr 2019-cu il tarixdə müəyyən edilmiş, Səyyad Bayramov polisə verilmiş izahatında fermadan getməsinin səbəbini Məhkum onun etirazına baxmayaraq maaşından hər ay 100 manat pulun onun valideynlərinə göndərməsi ilə izah etmişdir. X13 Məhkum qarşı heç bir şikayətinin olmadığını, valideynlərin yanına qayıtmaq istəmədiyini, fermada qalıb işləmək istədiyin i bildirmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum zor tətbiq etməklə zərərçəkmiş şəxsləri fermada işin yerinə yetirilməsinə məcbur etməsinə dair gəldiyi nəticəyə də zərərçəkmiş şəxslərin ziddiyyətli və ona qarşı irəli sürülmüş ittihamla uzlaşmayan ifadələrinə əsaslanır. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 Ziyadxan qızı cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fermada 1 ay işlədikdən sonra Fazildən pul istəmiş, lakin Fazil onun süd satıb yerinə su tökməsini ona demişdir. O etiraz edəndə Fazil onun oğlunu onun gözləri qarşısında döymüşdür. Məhkəmədə isə Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq göstərmişdir ki, yuxarıda göstərilən səbəbə görə Fazil onun uşağı deyil, onun özünü döymüş, onun oğlunu heç vaxt döyməmişdir. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 göstərmişlər ki, bir il ərzində Fazil ilə münasibətləri yaxşı olmuş, bir ildən sonra Səbuhi pulun ödənilməməsi ilə əlaqədar Fazillə mübahisə etmiş və Fazil Səbuhini döymüşdür. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 da öz ifadəsində göstərmişlər ki, Fazildən pul istəyəndə Fazil onları süd satıb yerinə su tökməsində günahlandırmış, bununla əlaqədar Fazil ilə mübahisə etdikdə Fazil Seymuru döymüşdür. Göründüyü kimi zərərçəkmiş şəxslərin ifadələrində də göstərmişlər ki, Məhkum tərəfindən onlara qarşı zor tətbiq edilməsi onları fermada işləməyə məcbur etmək məqsədi ilə deyil, konkret olaraq pulun ödənilməsi barədə onların arasında baş vermiş mübahis ə ilə əlaqədar olmuşdur. Buna baxmayaraq məhkəmələr yuxarıda qeyd edilən ziddiyyətləri aradan qaldırmadan və zərərçəkmiş şəxslərin ifadələrini məhkuma qarşı irəli sürülmüş ittihama münasibətdə konkretləşdirilmədən əsassız olaraq nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə və onların azadlığını məhdudlaşdırmaqla onları müəyyən işin yerinə yetirilməsinə məcbur etməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, ittihamın əsa sını təşkil edən zərərçəkmiş şəxslərin ifadələrində onların fermada işlədikləri zamanı sərbəst gəlib-gedişin olub-olmaması, mobil telefonların istifadəsi, Famil İsmayılov tərəfindən onlara qarşı zor tətbiq edilməsinin səbəbləri və məhkumun əməlində CM-in 144-2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına dair nəticəyə gəlmək üçün digər əhəmiyyətli hallarla bağlı ziddiyyətlərin araşdırılmaması həmin sübutların obyektivliyinə şübhə doğurur. Belə ki, zərərçəkmiş şəxslərin fermaya könüllü olaraq işləməyə gəlməsi, işləyən zaman həmin fermadan sərbəst çıxmaq imkanının olması və mobil telefonların istifadə edilməsi, hətta zərərçəkmiş Zərərçəkmiş şəxs3 qohumlarının yanına rayona gedib qayıtması, zərərçəkmişlərin ifadələrində göstərilmiş Məhkum zorakı hərəkətlərindən hüquq-mühafizə orqanların a şikayət etməməsi, zərərçəkmişlərlə Famil İsmayılovun arasında mübahisələrin məhz maaşın tam ödənilməməsi səbəbindən olması və bu zaman Məhkum onları döyməsi, Səyyad Bayramovla əlaqədar polis tərəfindən aparılmış araşdırma zamanı da onun tərəfindən heç bir məlumat və şikayətin verilməməsi və işin digər halları zərərçəkmiş şəxslərin Famil İsmayılovun onları fermada işin yerinə yetirilməsinə məcbur etməsi barədə ifadələri ilə uzlaşmır. Göstərilən xüsusatlarla bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmadan və zərərçəkmiş şəxslərin ifadələrini işin bu halları ilə müqayisəli şəkildə tədqiq etmədən və yoxlamadan onların düzgün qiymətləndirilməsi və həmin sübutların əsasında gəldiyi nəticələr əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına dair Azərbaycan Respublikası CPM-in 143-144-cü maddələrinin tələblərini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Ko nvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr tərəfindən CPM-in 143146-cı maddələrinin tələbləri pozularaq sübutlara düzgün və obyektiv qiymət verilməmiş, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş sübutların və məhkumun cinayət məsuliyyətini istisna edən dəlillərin rədd edilməsinin motivləri göstərilmə mişdir. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi iş üzrə şahidlər qismində dindirilmiş Şahid1, X10, X4, X16 və X6 ifadələrini mötəbər hesab etməyərək həmin ifadələri təqsirləndirilən şəxs Məhkum müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdülməsi qənəatinə gəlsə də, iş üzrə həm təqsirləndirilən şəxsin ifadələrindən özünü təqsirli hesab etməməsini, zərərçəkmiş şəxsləri məcburi əməyə cəlb etməməsini, onlara qarşı hər hansı təsir-təzyiq etməməsini bildirməsini, zərərçəkmiş şəxslər istənilən vaxt həmin fermadan gedə bilmə imkanlarının olduqlarını, o cümlədən həmin şəxslərin istifadələrində mobil telefon olmasını qeyd etməsinə baxmayaraq məhkəmələr müdafiə tərəfinin qeyd edilən dəlilləri araşdırmamış, sübutlara qiymət ve rərkən onları nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası Məhkum elan edilmiş ittihamın təsdiq olması barədə məhkəmələrin gəldikləri qənaəti əsaslı hesab etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il № 15 qərarında qeyd edilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin qərarın 32-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirlənd irilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya mə hkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Hazırki işə istər Ali Məhkəmənin, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndirilən hökm və qərarın əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmənin bu Məcəllənin 143-144-cü maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi apelyasiya məhkəməsinin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiy a kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apelyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 1442.2.3 və 144-2.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar