Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1259/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə xx xxxx 1991-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Beyləqan şəhər 5 nömrəli tam orta məktəbdə ocaq çı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli 1(106)-700/2023 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 1(099)-242/2023 nömrəli hökmünə əsasən (hakimlər: N.N.Hüseynov (sədrlik edən), N.F.Quliyev (məruzəçi) və İ.Ə.Neymanov) Məhkum - Azərbaycan Respublikası C M-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli 1(106)-700/2023 nömrəli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və S.F.Həsənov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 1(099)-242/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə X6 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 16 oktyabr 2022-ci il tarixdə qonşusu X4 Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq evində keçirilən toy mərasimində iştirak edərək yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq halında ünvan 2 ünvanında yerləşən Beyləqan şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına gələrək onunla birlikdə toy şənliyində iştirak etmiş Şahid1, Şahid5 və Şahid2 ilə orada söhbət edərkən həmin gün saat 16:30 radələrində ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış X9 onların yanına gəlib, əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq onu təhqir etdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı onlar bir-birinin üzərinə hücum etmiş, həmin vaxt orada olan şəxslər onları aralayıb bir-birini vurmağa imkan verməmiş, bundan sonra Zərərçəkmiş şəxs ona orada onu gözləməsini bildirərək nənəsi Şahid6 yaxınlıqda yerləşən yaşadığı evinə getmiş, Zərərçəkmiş şəxs oradan getdikdən sonra Şahid1 ona oradan getməsini təklif etsə də, o, Zərərçəkmiş şəxsnın heç kim olduğunu və ona heç nə edə bilməyəcəyini bildirib oradan getməmiş, bir qədər sonra X9 nənəsi Şahid6 evinin həyətindən çıxaraq ona yaxınlaşıb bundan bir qədər əvvəl ondan nə dediyini əsəbi şəkildə soruşaraq sağ əli ilə əynindəki şalvarın sağ cibindən dəstəy i qara rəngli olan deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb bir neçə zərbə vuraraq ona döş qəfəsi və sol said nahiyələrində kəsilmiş-deşilmiş yaralar xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi üçün o, X3 qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək əvvəlcə X1 nahiyəsinə qəsdən bir neçə yumruq zərbəsi vurmuş, ətrafda olan şəxslərin onu aralamalarına baxmayaraq o, yerdən götürdüyü küt təsir xüsusiyyətlərinə malik soyuq silah hesab edilməyən 222x150x34 millimetr ölçülərdə bir ədəd daşı təxminən bir metr məsafədən qəsdən ataraq X5 başına vurmuş, həmin daş Zərərçəkmiş şəxsnın sol alın-gicgah nahiyəsinə dəydikdən sonra sonuncu zərbənin t əsirindən yerə yıxılmış, lakin orada olan şəxslərin onu tutaraq saxlamağa çalışmalarına baxmayaraq o özünün cinayətkar hərəkətlərini davam etdirib yerdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxsnın sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə, ağız nahiyəsinə təpiklə qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxsya müvafiq olaraq qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün xətti sınığı, soltərəfli epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması), baş beyin maddəsinin sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi, sol alıngicgah, sağ gözaltı nahiyələrinin qançırları, üst dodağın selikli qişasına qansızma xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan və onun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya ai d xəsarətlər yetirərək X6 qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli 1(106)-700/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmiş, nəticədə, təqsirləndirilən şəxs Məhkum əməli əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən CM-in 120.1-ci maddəsindən həmin Məcə llənin 126.3-cü maddəsinə tövsif edilməsinə dair hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi B.Hacıyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərə findən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin əsassız olaraq CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsinə dair hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə görə “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədo qquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Az ərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə görə “Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası yalnız kassasiya protestinin dəlillərinə münasibətdə məhkəmə qərarına hüquqi qiymət verilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi c inayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Dövlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməli olduğunu göstərsə də, məhkəmə koll egiyası hesab edir ki, Məhkum əməlində qəsdən adam öldürmə cinayətinin əlamətlərinin olması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, ittiham tərəfinin qənaətinə görə, Məhkum 16 oktyabr 2022-ci il tarixdə qonşusu X4 Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq evində keçirilən toy mərasimində iştirak edərək yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq halında ünvan 2 ünvanında yerləşən Beyləqan şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına gələrək onunla birlikdə toy şənliyində iştirak etmiş Şahid1, Şahid5 və Şahid2 ilə orada söhbət edərkən həmin gün saat 16:30 radələrində ünvan 4-də qeydiyyatda olmaqla yaşamış X9 onların yanına gəlib, əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq onu təhqir etdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı onlar birbirinin üzərinə hücum etmiş, həmin vaxt orada olan şəxslər onları aralayıb bir-birini vurmağa imkan verməmiş, bundan sonra Zərərçəkmiş şəxs ona orada onu gözləməsini bildirərək nənəsi Şahid6 yaxınlıqda yerləşən yaşadığı evinə getmiş, Zərərçəkmiş şəxs oradan getdikdən sonra Şahid1 ona oradan getməsini təklif etsə də, o, Zərərçəkmiş şəxsnın heç kim olduğunu və ona heç nə edə bilməyəcəyini bildirib oradan getməmiş, bir qədər sonra X9 nənəsi Şahid6 evinin həyətindən çıxaraq ona yaxınlaşıb bundan bir qədər əvvəl ondan nə dediyini əsəbi şəkildə soruşaraq sağ əli ilə əynindəki şalvarın sağ cibindən dəstəyi qara rəngli olan deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb bir neçə zərbə vuraraq ona döş qəfəsi və sol said nahiyələrində kəsilmiş-deşilmiş yaralar xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi üçün o, X3 qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək əvvəlcə X1 nahiyəsinə qəsdən bir neçə yumruq zərbəsi vurmuş, ətrafda olan şəxslərin onu aralamalarına baxmayaraq o, yerdən götürdüyü küt təsir xüsusiyyətlərinə malik soyuq silah hesab edilməyən 222x150x34 millimetr ölçülərdə bir ədəd daşı təxminən bir metr məsafədən qəsdən ataraq X5 başına vurmuş, həmin daş Zərərçəkmiş şəxsnın sol alıngicgah nahiyəsinə dəydikdən sonra sonuncu zərbənin təsirindən yerə yıxılmış, lakin orada olan şəxslərin onu tutaraq saxlamağa çalışmalarına baxmayaraq o özünün cinayətkar hə rəkətlərini davam etdirib yerdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxsnın sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə, ağız nahiyəsinə təpiklə qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxsya müvafiq olaraq qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün xətti sınığı, soltərəfli epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması), baş beyin maddəsinin sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi, sol alın-gicgah, sağ gözaltı nahiyələrinin qançırları, üst dodağın selikli qişasına qansızma xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan və onun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək X6 qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Birinci ins tansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edərkən belə hesab etmişdir ki: “.....məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum qəsdi zərərçəkmiş Zərərçəkmiş şəxsnı öldürməyə yönəlməmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək üçün əvvəlcədən özü ilə hər hansı kəsici-deşici xassəyə malik alət, odlu silah götürməmiş, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında olan dava dalaş zamanı başına dəymiş bir daş zərbəsinin təsirindən ölmüşdür. Hadisə zamanı Məhkum Zərərçəkmiş şəxsnın yerə yıxıldığını görüb yerdə olarkən sonuncuya xəsarətlər yetirsə də, həmin xəsarətləri yetirməkdə məqsədi zərərçəkmiş şəxsi öldürmək olmamışdır. Məhkəmə tə qsirləndirilən şəxsin əməllərini tövsif etməklə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli və «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 3-cü bəndindən görünür ki, Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsind ə nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həm ibtidai istintaq zamanı toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş və sübut kimi qəbul edilmiş hallar və işin faktiki hallarından görünür ki, Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə hadisədən əvvəl həm qohumluq, həm də dostluq münasibətlərində olmuş, Məhkum Zərərçəkmiş şəxsnı öldür mək niyyəti nə hadisədən əvvəl, nə də hadisə gedişində olmamış, hadisə zamanı isə təqsirləndirilən şəxsin mərhum zərərçəkmiş şəxsə daşla zərbə yetirərkən məqsədi sonuncunu öldürmək niyyəti deyil, ona xəsarət yetirməklə özünə qarşı edilmiş hərəkətlərə son qoymaq olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayət törədilərkən cinayətin aləti olan daşı qabaqcadan üzərində saxlamamış, həmin daşı təsadüfən yerdən götürmüş, həmin daşı Zərərçəkmiş şəxsya vurarkən isə onu öldürmək niyyəti olmamış, daşla Zərərçəkmiş şəxsnı vurduqdan sonra yerdə olan digər daşlarla Zərərçəkmiş şəxsnın baş nahiyyəsinə xəsarət yetirməmiş, ona yumruq və təpik zərbələri ilə xəsarət yetirmiş, ətrafdakı şəxslər onları aralaşdırdıqdan sonra isə Məhkum Zərərçəkmiş şəxsnı öldürmək niyyəti olmadığından hərəkətlərinə d avam etməmiş, hadisə yerindən uzaqlaşmış, Zərərçəkmiş şəxsnı öldürmək istiqamətində hər hansı hərəkətlərini davam etdirməmişdir. Məhkəmədə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən edildi ki, 16 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Beyləqan rayonu, 5 saylı tam orta məktəbin yaxınlığında Məhkum X5 toyda onunla birlikdə oturmaması və onun oturduğu şəxsləri təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin ona bıçaqla xəsarətlər yetirməsi və xəsarət yetirmək üçün zərbələr endirməsi hərəkətlərinə qarşılıq olaraq yerdən götürdüyü daşı zərərçəkmiş şəxsin baş nahiyəsinə atmaqla və bundan sonra Zərərçəkmiş şəxsya bir neçə yumruq və bir təpik zərbəsi vurmaqla həyat üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan X5 ölümünə səbəb olmuşdur. Odur ki, təqsirləndirilən şəxs Məhkum qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir.” Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin təqsirləndirilən şəxs Məhkum hərəkətlərində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin olmaması barədə gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında adam öldürmə ilə bağlı cinayət işlərinə baxan məhkəmələrə tövsiyə edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonra davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 3-cü bəndində tövsiyə olunur ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürməd ə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, “qəsdən adam öldürmə cinayəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən obyektiv meyar üzrə fərqlənir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir, onun əməlinin ilkin nəticəsi məhz müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir, zərərçəkmişin ölümü isə sağlamlığa vurulmuş ağır zərər nəticəsində baş verir. Şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Belə olan halda əməl üzrə sağlamlığa ağır zərər vurmanın yalnız qəsd ilə əhatə olunduğunu, ölümün isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühümlük dərəcəsini, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitəni, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zər ərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdır. İş materiallarından da müəyyən edilir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkumla dava-dalaş zamanı aldığı daş, yumruq və təpik zərbələrin nəticəsində ölmüşdür. Mübahisə zərərçəkmiş şəxsin Məhkum qarşı qanunsuz hərəkətləri ilə əlaqədar olmuşdur. Həmin dalaşma zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yetirilən xəsarətlər zamanı qabaqcadan hazırlanmış hər hansı alət və ya vasitədən istifadə edilməsi müəyyən edilməmişdir. Cinayət hadisəsinin baş verməsinin səbəbi, cinayətin motivi, hadisənin baş vermə yeri, şəraiti və inkişafının ardıcıllığı belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya münasibətdə təqsiri qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarətdir. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum qəsdən adam öldürmə cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli 1(106)-700/2023 nömrəli qərarının ləğv edilməsi üçün kassasiya protestində irə li sürülmüş dəlillər yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli 1(106)-700/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1259/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1259/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver