Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1259/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Səmədova Günel Kamil qızı) Məhkum, 17 avqust 1990-cı il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, Səbail Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli hökmü ilə 2 (iki) il 2 (iki) ay müddətə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.5-ci maddəsinə əsasən isə həmin cəza Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı 27 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixədək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə həmçinin cinayət işi üzrə zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs14 məhkum (mülki cavabdeh) Məhkum qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilmiş, Məhkum onun vurduğu maddi ziyana görə 1420 (bir min dörd yüz iyirmi) manat və iddianın verilməsi üçün dövlət rüsumunun ödənilməsinə görə 34.20 (otuz dörd manat iyirmi qəpik) manat, cəmi isə 1454.20 (bir min dörd yüz əlli dörd manat iyirmi qəpik) manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs14 ödənilməsi qət edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum o,özgən in əmlakını gizli olaraq talamaq məqsədi ilə «Xioami 10T» markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-*****-** mobil nömrədən 16 noyabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Zərərçəkmiş şəxs6 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini,istifadə müddətini və “CW” nömrələrini əldə etmiş, 20 noyabr 2023-cü il tarixdə saat 13:01 dəqiqədə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Oba” marketin qarşısında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs6 adına olan 5490 2641 0317 1664 nömrəli plastik bank omat kartının hesabında olan 1000 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla daha sonra isə elə həmin günü saat 14:05 dəqidədə, həmin bank kartdan 244 manat pulu öz istifadəsində olan ***-***-**-** mobil nömrəsinə danışıq paketi kimi yükləyərək elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 məxsus cəmi 1244 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Məhkum təkrarən,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Samsung J2” markalı mobil telefonun satılması ilə bağlı “Lalafo.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 19 noyabr 2023-ci il tarixdə müştəri qi smində zəng edib, həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Zərərçəkmiş şəxs3 Şahid7 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CVV” nömrələrini əldə etmiş, 20 noyabr 2023-cü il tarixdə,saat 14:50 dəqiqədə,Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Oba” marketin qarşısında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Şahid7 adına olan 5490 2641 0317 1664 nömrəli plastik bank kartınının hesabında olan 1.013 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus cəmi 1.013 manat n ağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Məhkum təkrarən, özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə «İphone7» markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yələşdirmiş X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** mobil nömrəsindən 25 noyabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək, həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, X3ə məxsus "xxxx" tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini,istifadə müddətini və “CVV” nömrələrini əldə etmiş, 25 noyabr 2023-cü il saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində «ASAN» xidmətin qarşısında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, X3 adına olan 5490 2641 0630 9055 nömrəli plastik bankomat kartının hesabında olan 240 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs X3ə məxsus cəmi 240 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə «Xioami» markalı mobil telefonun satılması ilə bağlı «Top.az» saytında elan yerləşdirmiş Şahid3 istifadəsində olan 050-341-6114 mobil nömrəyə 070-432- 90-90 mobil nömrədən 06 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Şahid3 tanışı X7 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartın ın 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CVV” nömrələrini əldə etdikdən sonra, 06 dekabr 2023-cü il tarixdə, saat 17:15 dəqiqədə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində fəaliyyət göstərən «Kinqsmart» supermarketin qarşısında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, X7nin adına olan 5490 2641 0449 9536 nömrəli plastik bankomat kartının hesabında olan 635 manat pulu bankomatm kartsız istifadə tətbiqi «Cash by code» vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs X7yə məxsus cəmi 635 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "Samsung S21” markalı mobil telefonun satılması ilə bağlı "Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 12 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və "CW’ nömrələrini əldə etdikdən sonra, 12 dekabr 2023-cü il tarixdə,saat 09:52 dəqiqədə,Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu park” yaşayış komplek-sində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs4 adına olan 5490 2641 0150 1664 nömrəli plastik bank kartınının hesabında olan 1218 manat pulu bankomatın kartsız istifadə tətbiqi "Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus cəmi 1218 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Məhkum təkrarən,özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə "Samsung Galaxy J2” markalı mobil telefonun satılması ilə bağlı "Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 9 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs8 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və "CW" nömrələrini əldə etdikdən sonra, 12 dekabr 2023-cü il tarixdə,saat 14 radələrində,yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu park” yaşayış kompleksində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB»mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs8 adına olan 4127 2093 0156 2077 nömrəli plastik bank kartının hesabında olan 392 manat pulu bankomatın kartsız istifadə tətbiqi "Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 məxsus cəmi 392 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Məhkum təkrarən,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "Samsung A6” markalı mobil telefon un satılması ilə bağlı "Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs10 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070- ***-**** mobil nömrədən 16 dekabr 2023-cü il tarixdə müştəri qismində "Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs10 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və "CW” nömrələrini əldə etdikdə sonra, 16 dekabr 2023-cü il tarixdə,saat 21:45 dəqiqədə,yaşadığı Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi,"Qobu park” yaşayış kompleksində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB» mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs10 adına olan 4127 **** **** **** nömrəli plastik bank ka rtının hesabında olan 413 manat pulu bankomatın kartsız istifadə tətbiqi "Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 məxsus cəmi 413 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə «Xioami11T» markalı mobil telefonun satılması ilə bağlı «Top.az» saytında elan yerləşdirmiş Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** mobil nömrədən 17 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağh razılıq əldə etdikdən sonra, Şahid 1un tanışı X4 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nö mrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 17 dekabr 2023-cü il tarixdə,saat 17:35 dəqiqədə,Bakı şəhəri, Səbail rayonu, Bakı-Salyan şossesi, “Bibiheybət” məcidi yaxınlığında qoyulmuş yerləşdirilən Azərbaycan Beynəlxalq Bankına aid 1553 saylı ATMdə, «ABB»mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs1 adına olan 4127 2141 2132 5275 nömrəli plastik bank kartının hesabında olan 748,12 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs X7a məxsus cəmi 748,12 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Məhkum təkrarən,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “İphone7” markalı mobil telef onun satılması ilə bağlı «Tap.az» saytında elan yerləşdirmiş Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070-432- 90-90 saylı mobil nömrədən 25 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Şahid4 anası Zərərçəkmiş şəxs12 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini,istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 25 dekabr 2023-cü il tarixdə, saat 20:32 dəqiqədə, ünvan 4 ünvanında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB»mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs12 məxsus 5490 2642 0833 1677 saylı plastik kartdan 969,50 manat məbləğdə vəsaiti digər 5167**** ****3571 saylı digər plastik bank kartı hesabına köçürmüş və həmin hesabdan 969,50 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 məxsus cəmi 969,50 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Redmi Note 9” markalı mobil telefonun satılması ilə bağlı “Lalafo.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən 29 dekabr 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN n ömrəsini, stifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 29 dekabr 2023-cü il tarixdə,saat 18:57 dəqiqədə, Bakı şəhəri, ünvan 5 ünvanındakı “A pLuSTnarketin qarşısında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından “ABB” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs5 5490 2641 0535 0829 nömrəli plastik bank kartının hesabında olan 4.517,60 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus cəmi 4.517,60 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə «Redmi Note-11» markalı mobil telefonun satılması ilə bağlı «Top.az» saytında elan yerləşdirmiş Şahid8 istifadəsində olan 051-36811-18 saylı mobil nömrəyə ***-***-**-** mobil nömrədən 2 yanvar 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Şahid8 tanışı X8 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 02 yanvar 2023-cü il tarixdə,saat 11:10 dəqiqədə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park”yaşayış kompleksində yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından «ABB»mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs14 bank hesabında olan cəmi 1.420 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron info rmasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 məxsus cəmi 1.420manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Samsung 310” markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 070- ***-**-** mobil nömrədən 5 yanvar 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, Zərərçəkmiş şəxs7 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra,05 yanvar 2023-cü il tarixdə, saat 21:03 dəqiqədə, Bakı ş əhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 53 ünvanında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından “ABB” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs7 4127 2081 1357 0112 nömrəli plastik bank kartının hesabında olan 393 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla,elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məxsus cəmi 393 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş X6 istifadəsində olan mobil nömrəyə ***-***-**-** mobil nömrədən 17 yanvar 2023- cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra, X6nın atası Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdən sonra, 17 yanvar 2023-cü il tarixdə,saat 14:39 dəqiqədə, Abşeron rayonu,Masazır qəsəbəsində yerləşən “Araz” marketin içərisində yerləşdirilən "xxxx" ASC-nin bankomatından “ABB” mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs2 məxsus 4127-****- ****-1193 nömrəli plastik bank kartının hesabında olan 224,50 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus cəmi 224,50 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “İphone 11” markalı mobil telefonun satılması ilə bağlı “Tap.az” saytında elan yerləşdirmiş Zərərçəkmiş şəxs9 istifadəsində olan 077-xxx-xx-xx mobil nömrəyə 070-xxxxx-xx mobil nömrədən 30 yanvar 2023-cü il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu alacağı ilə bağlı razılıq əldə etdikdən sonra,Zərərçəkmiş şəxs9 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və “CW” nömrələrini əldə etdikdəb sonra, 30 yanvar 2023-cü il tarixdə, saat 16:21 dəqiqədə, ünvan 7 ünvanında yerləşən “Bazarstore” market mağazasında yerləşdirilən Azərbaycan Beynəlxalq Bankının bankomatından “ABB” mobil tətbiqindən istifa də edib, Zərərçəkmiş şəxs9 5167 **** **** **** nömrəli plastik bank kartının hesabında olan 1116,50 manat pulu bankomatın kartsız istifadə tətbiqi “Cash by code” vasitəsi ilə nağdlaşdırmaqla, elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 məxsus cəmi 1116,50 manat nağd pulunu gizli olaraq talamaqla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Emin Zöhrab oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 18 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona daha yüngül cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr yekun nəticəyə gələrkən onun 2 ildən çox həbsdə olmasını, İİ dərəcəli nevrolojii xəstə olmasını, həmçinin böyrək çatışmazlığından əziyyət çəkməsini, atasının İ Qarabağ müharibəs ində iştirak etməsini, ailəsinin maddi vəziyyətinin yaxşı olmamasını, cinayət işi üzrə vurulmuş zərərdən 9000 manatını ödədiyini, qalan hissəsini isə, əgər azadlığa çıxarsa, işləyərək ödəyəcəyini nəzərə almamış və nəticədə barəsində ədalətsiz qərar qəbul etmişlər. Odur ki, göstərilən dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin iş üzrə zərər çəkmiş şəxslərin bir qismi məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə prosesində iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla proses iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə digər zərər çəkmiş şəxslərin və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 22 aprel 2025-ci il tarixli 3-16-17/30/2-1274/2025 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini v ermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kol legiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, göstərilən ərizə təmin edilməklə CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə k ollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayət üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1259/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1259/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver