Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-126/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublik ası CM-nin CM-nin 178.2.1 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından x1nun tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim: E.Z.Ağayev) xx xxxx 2019-cu İl tarixli hökmü ilə x1- xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin CM-nin 178.2.1 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası x1nun yaşayış yeri üzrə B akı şəhəri Binəqədi rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilərək x1nun azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, x2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə x3 etibarından sui-istifadə edərək, ünvan 2 yerləşən fərdi yaşayış evini özəlləşdirəcəklərini yalan vəd edib aldadaraq xx xxxx 2017-ci il tarixdə Binəqədi rayonu Sulutəpə dairəsində zərərçəkmiş x3 8500 manat pulunu ələ keçirərək zərərçəkmişx3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər:N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş və məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 6 (altı) aya endirilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından x1nun kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək şərti məhkum edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1nun kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmi ş şəxsə vurulmuş zərər onun tərəfindən tam ödənmişdir və bu barədə notarial təsdiq edilmiş ərizə təqdim edilmişdir. Həmçinin ilk dəfədir ki, cinayət məsuliyyətini cəlb edilir və himayəsində azyaşlı uşaqları vardır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. x1nun kassasiya şikayətində zərərçəkmiş şəxsə vurulmuş zərərin onun tərəfindən tam ödənildiyi, bu barədə notarial təsdiq edil miş ərizə təqdim edildiyi, ilk dəfədir ki, cinayət məsuliyyətini cəlb edildiyi və himayəsində azyaşlı uşaqların olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə x1nun zərərçəkmiş şəxs x3 vurulmuş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi də eyni hallara istinad etməklə cəzanı daha da endirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növlərindən biridir və məhkuma həmin cəza növünün nisbətən aşağı həddində cəza təyin e dilmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etmiş və cəzanın qanunla müəyyən edilmiş məqsədlərini nəzərə alaraq onun həmin cəzanı çəkməklə islah olunacağını mümkün hesab etmişdir. Cəzanın şərti olaraq tətbiq olunması üçün kifayət qədər əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin i btidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət Kollegiyası, Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.1 və 178.2.4-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı x1nun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-126/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-126/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver