Məhkəmə qərarları › İş №1(102)-126/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-126/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-126/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum iştirakı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 170.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.S.Zeynalov) xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 170.1-ci maddəsinə əsasən 02 il, CM-nin 177.2.2 və 177.2.4-cü maddələri nə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Q.X.Babayev, hakimlər R.K.Səfərov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx xx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2018-ci il tarixdə, saat 17:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib, təsərrüfat işlərini görmək üçün avtomobil alacağını bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 10.000 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxsə 10.000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2018-ci il tarixdə, saat 16:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib təsərrüfat işləri üçün ağackəsən maşın almaq lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2018-ci il tarixdə, saat 14:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək ü çün 2.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3ə məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X3 qızı Zərərçəkmiş şəxsə məxsus 2.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 2.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2018-ci il tarixdə, saat 15:45 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evin həyətinə qapı almaq üçün 2.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 3 ünvanda yerləşən X3ə məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə m əxsus 2.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 2.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2018-ci il tarixdə, saat 11:35 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxs məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2018-ci il tarixdə, saat 10:45 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 11:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyy ətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 12:45 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında rşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 14:15 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 15:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından is tifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 15:10 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 17:20 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3ə məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxs məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə məxsus 1.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 10:20 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir etmək üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inandıraraq cinayətkar fəaliyyətə cəlb edib ünvan 2 ünvanda yerləşən X3ə məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 1.000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxsə 1.000 miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə, saat 11:45 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2006-cı il təvəllüdlü X1 azyaşlı olmasından istifadə edib özünə məxsus evini təmir üçün 1.000 manat pul lazım olduğunu bildirib özünə inan dıraraq cinayətkar fəaliyyətə edib ünvan 2 ünvanda yerləşən X3 məxsus evin yataq otağında yerləşən yorğanların arasında saxlanılan X2 qızı Zərərçəkmiş şəxsə məxsus 775 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxsə 775 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaqın, həm də məhkəmə istintaqının gəldiyi nəticəyə əsasən, onun oğurluq hadisəsi olan evdəki pullardan əvvəlcədən xəbəri olmuş, həmin pulun hamısını götürmək niyyəti olmuşdur. Lakin iradəsindən asılı olmayan səbəblərdən pulun hamısını götürə bilməmiş, müxtəlif vaxtlarda hissə-hissə götürmüşdür. İbditai istintaq və məhkəmə istintaqı onun əməlini Azərbaycan Respubli kası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında davam edən talama cinayətlərini təkrarən törədilmiş talama cinayətlərindən fərqləndirilməsi məhkəmələrə izah olunmuşdur. Lakin məhkəmələr Ali Məhkəmənin müvafiq Penum qərarının izahlarını nəzəər almayaraq onun əməlini Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi, həmin maddə ilə ona təyin olunmuş cəzadan azad olunması, digər maddələr ilə isə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvə z edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Bakı İstintaq Təcridxanasının təsərrüfat bridaqadasında çalışdığını, aldığı məvacibin bir qismini könüllü olaraq dəymiş ziyanın ödənilməsinə yönəltdiyini, ona verilən cəza ilə razı olmadığını bildirib, təyin edilmiş cəzanın azaldılmasını və ya cəza növünün daha yüngül cəza növü ilə əvəz edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassı z olduğunu, Məhkumun əməllərinin iş üzrə mötəbər və bir-birini tamamlayan sübutların məcmusu ilə sübuta yetirildiyini, onun əməlləri düzgün tövsif olunaraq ona sanksiya daxilində ədalətli cəza təyin edildiyini bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmədiyi, həmçinin barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndi rən əsaslar CPM-nin 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışla rını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə, təkrarən, xeyli miqdarda ziyan vurmaqla oğurluq – yəni, özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyi, törətdiyi bir neçə epizod oğurluq cinayəti vahid niyyətlə əhatə olunduğundan əməlini n təkrarlıq kimi tövsif edilməli olmadığı, həmin maddənin ona verilən ittihamdan xaric edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şə xsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiym ətdir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət qanununda özünəməxsus struktura malik olan və öz ifadə üsulları ilə səciyyələnən, cinayətlərin təkrar törədilməsi dayanıqlı cinayətkar əlaqələrin müəyyən sistemidir. Şəxsin davranışında iki və ya daha artıq müstəqil cinayətlərin olması təkrarlığa cinayətlər çoxluğunun formalarından biri kimi baxmağa əsas verir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, məhkum edilmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışlarında özünü təqsirli bilməmiş, pulun ona könüllü verildiyini, evdə isə ümumiyyətlə nə qədər pul olduğu barədə məlumatı olmadığını dəfələrlə qeyd etmişdir. Bu baxımdan məhkum edilmiş şəxsin kassasiya şikayətində göstərdiyi “guya zərərçəkmişdə müəyyən miqdarda pulun olmasını bilərək məhz həmin məbləği ələ keçirmək istəməsi barədə vahid niyyətinin olması, lakin öz məqsədinə hissə-hissə çatmağa cəhd göstərməsinə” dair söylədikləri faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kolleg iya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələbl ərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apelly asiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edib belə qənaətə gəlir ki, şikayətin dəlilləri tamamilə əsassızdır. Məhkumun zərərçəkmiş şəxsin evindən eyni formada, müxtəlif vaxtlarda törətmiş olduğu oğurluq cinayət əməllləri tamamilə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarını şübhə altına almağa heç bir əsas yo xdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində həmçinin təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilə n şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayət lərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (əvvəllər məhkum olunmaması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyas ı qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170,1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar