Məhkəmə qərarları › İş №1(102)-126/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-126/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-126/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs1, Məhkum2 iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respubl ikası CM və ya CM) 182.2.1-ci maddəsi ilə, Məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-79/2023 nömrəli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum2 7 aprel 1985-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, “KANALS.AZ” internet portalının təsisçisi və rəhbəri işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 tanışı Məhkum1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax şəhəri, H.Əliyev prospekti 62-də yerləşən “Zeytun 9 Yevlax” aptekinin əczaçı-provizoru Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmək məqsədilə razılığa gələrək bu cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Məhkum1 06 fevral 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs3 əczaçı-provizor işlədiyi həmin aptekə gələrək əlində olan “Redmi” markalı mobil telefonun videokamerası ilə gizli çəkiliş aparaq Zərərçəkmiş şəxs3 “Amaril 4mq” adlanan dərman vasitəsini 7 manat 50 qəpik pul ilə aldıqdan sonra qabaqcadan razılaşdıqları kimi Zərərçəkmiş şəxs3 işlədiyi aptekdən aldığı həmi n dərman preparatının satışının apteklərdə qadağan olunmasının Zərərçəkmiş şəxs3 diqqətinə çatdırılmaqla barəsində olan videogörüntünü internet səhifələrində yayımlayacaqları adı ilə sonuncunun əmlakını hədə qorxu ilə tələb etməklə ələ keçirmək niyyətilə həmin dərman vasitəsini Məhkum1 almasını özündə əks etdirən sonuncunun çəkiliş apardığı videogörüntünü və bununla bağlı Məhkum1 məxsus internet səhifəsində yayımlayacağı məqalənin yazısını həmin gün saat 22:46-da Məhkum1 özünə məxsus 055 *** ** ** mobil telefon nömrəsi ilə istifadə etdiyi “Redmi” markalı həmin mobil telefonun “WhatsApp” tətbiqi vasitəsilə Məhkum2 özünə məxsus 050 *** ** ** mobil telefon nömrəsi ilə istifadə etdiyi “Samsung Galaxy A 51” markalı mobil telefonunun “WhatsApp” tətbiqinə göndərmiş, əvvəlcədən razılaşdıqları ki mi Məhkum2 7 fevral 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 əczaçı-provizor işlədiyi “Zeytun 9 Yevlax” aptekinə gələrək sonuncunun həmin aptekdə satılması qadağan edilmiş “Amaril 4mq” adlanan dərman vasitəsinin satışı ilə məşğul olmasını deyərək Məhkum1 06 fevral 2022-ci ildə həmin aptekdə çəkdiyi və ona göndərdiyi videogörüntünü özünə məxsus olan mobil telefonla Zərərçəkmiş şəxs3 nümayiş etdirmiş, daha sonra həmin videogörüntünü Məhkum1la birlikdə sonuncuya məxsus olan “Kanals.az” internet saytında və həmin adlı youtube internet səhifəsində yayacaqları hədəsi ilə Zərərçəkmiş şəxs3 orada hədə-qorxu gəlib həmin videogörüntülərin yayımlanmayaraq silinməsi üçün 7 fevral 2022-ci ildə saat 16 radələrində Yevlax şəhəri, H.Əliyev prospekti 62-də yerləşən “Zeytun 9 Yevlax” aptekin də Zərərçəkmiş şəxs3 5000 (beş min) manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmişdir.

3. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X8 və X4 ibarət məhkəmə tərkibində) 7 dekabr 2022-ci il tarixli, 1(091)-152/2022 nömrəli hökmü ilə Məhkum2 CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddətin onun cəza müddətinə hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməs i və onun məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin, maddi sübutlar məsələsi həll edilmiş, iş üzrə digər Məhkum1 CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

4. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər Məhkum1 müdafiəçisi Müdafiəçi2 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət məhkəmə tərkibində) 7 fevral 2023-cü il tarixli, 1(107)-79/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1 müdafiəçisi Müdafiəçi2 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ver ilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli, 1(091)-152/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)79/2023 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət məhkəmə tərkibində) 7 iyul 2023-cü il tarixli, 1(102)-1462/2023 nömrəli qərarı ilə təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 07 fevral 2023-cü il tarixli qərarının Məhkum1 ai d hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Hazırda, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-79/2023 nömrəli qərarından Məhkum2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, barəsində təyin edilmiş cəza müddətinin azaldılması ilə əlaqədar apellyasiya instansiya məhkəməsinə müraciət etsə də, şikayəti təmin edilməmişdir. Belə ki, onun səhhətində problemlər yaranmış, böyrək iltihabı, bel fəqərə sütunu, qaraciyərin iltihabı xəstəliklərindən əziyyət çəkir, cəzaçəkmə müəssisəsində və xəstəxanada müalicə olunmaqla tam sağala bilmir. Bu səbəbdən hesab edir ki, cəza müddəti azaldılmalıdır.

9. Bununla da, Məhku m2 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla barəsində təyin olunmuş cəzanın həddinin azaldılmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

11. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxslər isə kassasiya şikayəti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 kassasiya şiayət inə etiraz etməyərək, məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsə lələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Məhkum2 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya inst ansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-79/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cina yət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

21. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən tö rədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

24. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəza sını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

25. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

26. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyi n olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

27. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum2 özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

28. Belə ki, Məhkum2 barəsində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum2 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli, 1(091)-152/2022 nömrəli hökmü ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin onunla barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını və ağırlaşdıran halların olmamasın ı, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.

30. Göründüyü kimi, Məhkum2 apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkuma daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəz ərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum2 cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci m addəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-79/2023 nömrəli qərar ı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə, Məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-79/2023 nömrəli qərarı Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar