Məhkəmə qərarları › İş №1(102)-1260/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1260/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1260/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Xüsusi ittihamçı Məmmədov Kəramət Əli oğlunun iştirakları ilə, X12 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)431/2025 nömrəli qərarından xüsusi ittihamçı Məmmədov K əramət Əli oğlunun nümayəndəsi vəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. X12 oğlu 26 oktyabr 1969-cu il tarixdə Naxçıvan MR, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Hürriyyət” qəzetinin baş redaktoru, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Məmmədov Kəramət Əli oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X12 oğlunun CM-in 147.1 və 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, X12 oğlu 06 iyul 2023-cü il tarixdə özünə məxsus “Yotube” və “TikTok” və digər sosial media platformalarında “Hurriyyet_tv” profilində, eyni zamanda, “Hur riyyet_tv youtube kanalında “Paylaşın xahiş edirəm, mən burada nağıl danışmıram. Dünəndən mənim həyatım təhlükədədir. Dünən axşamdan məni axtarırlar, yerini de gəlirik. Deməli, 2011- ci il 11 iyunda toplantı keçirəndən sonra Whatsapp qrupunda dedilər ki, o toplantı düzgün keçirilməyib, ona görə də torpaq filankəsin adına verilməlidi, indi də bələdiyyədən başqa şəxsin adına keçdi. Əsas məsələ odur ki, bu torpaq kənd camaatının iradəsini ifadə edən Səxavət Məmmədovun əlindən çıxarılsın. Əsas məqsəd budur. Kəramət Məmmədov hər dəfə camaatı qurumlardan birinin rəhbərinin adı ilə təhdid edir: mən filankəsə tapşıraram, Vüqarı tutarlar və s. kimi ifadələr işlədərək yalan olduğunu biləbilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törədərək Kəramət Məmmədovun şərəf və ləyaqətimi, işgüzar nüfuzunu ləkələyən, yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə yaymışdır. Bundan başqa, X12 oğlu sosial səbəkədəki çıxışında Kəramət Məmmədovun cinayətkar birliyin (cetenin) üzvü olmasını və onu öldürəcəyinə dair yalan məlumat verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsini törətməklə ittiham etmiş və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bundan başqa, bu cür X3 birinin rəhbəri haqqında boş-boş danışırdı ki, tapşıracam, Vüqarı tutacaqlar. Sonra kənd camaatı Səxavət Məmmədovun arxasında olduğundan və tutdurmaq işi alınmadığından, ölümlə şantaj etməyə, təhdid etməyə keçdilər. Təxmini 3 gün bu ndan qabaq bu məsələnin arxasında duran adamın Siyavuş Novruzov olduğu aşkara çıxdı. O, Azərbaycan Respublikası parlamentinin deputatı, 5-ci ko ionun ən aktiv iştirakçılarındandır. Sinif yoldaşım olduğu üçün bugünədək onun haqqında heçnə deməmişəm. Amma bugün artıq onun maskası düşdüyündən mən bunu açıqlamağa məcburam. Sən demə bu işin arxasında Siyavuş Novruzov durub. Hətta məndə olan məlumatlara görə kimlərinsə əlavə sifarişləri verilib. Siyavuş Novruzovun kimlərlə bağlı Kəramət Məmmədova sifariş verdiyi ilə bağlı açıqlama verəcəm. Verilən sifariş qorxudan yerinə yetirilməyibdir. Ona görə də X3 xahiş edirəm, bu adamı çəksinlər, qulağını bursunlar.Bunun pulu qudurdub bunu, milyonlarla vəsaiti var, restoran şəbəkəsi var, avtosalonları var, zəbt olunmuş hektarlarla torpaqları var. Xahiş edi rəm X3, çəksinlər bunu, oturtsunlar yerinə. X8 oturda bilməyəcəksə, bir daha təkrar edirəm, Allah özümüzə versin, oğlanlarıma versin, qardaşıma versin və qohumlarıma versin. Hər halda istər Siyavuşun, istər Kəramətin ailəsindən mənlə bərabər kimsə qəbirstanlıqda dəfn olunacaqdır. Bunu da mən Sizə deyirəm! ” Göründüyü kimi, Vüqar Məmmədov tərəfindən deyilən bu ifadələrin hamısı yalandır, heç biri həqiqəti əks etdirmir və Kəramət Məmmədovun şəxsiyyətimə, şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə gətirir. Belə ki, Vüqar Məmmədov sadəcə onun barəsində ümumi xarakterli qeyri-etik ifadələr işlətməmiş, eyni zamanda onu əsassız olaraq ittiham etmişdir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür videolar çəkərək insanlarda, cəmiyyətdə ona qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. X6 hə m maddi, həm mənəvi ziyan vurmuşdur. Bundan başqa, Vüqar Məmmədov qəsdən, bilərəkdən Kəramət Məmmədovun ləyaqətini nalayiq formada (cinayətkar, dələduz, quldur, qana susamış cinayətkar, pul qudurdub və s. videoda öz əksini tanmış vulqar sözlər) alçaltmış, onu mənəvi- əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olmayan şəkildə əsassız, yalan məlumatları yaymaqla ittiham etmişdir. O, Kəramət Məmmədovun şərəf və ləyaqətinə toxunacaq yalan, əsassız məlumatları internet resurslarında yayaraq bu hərəkətləri etməklə onun Konstitusion hüquqlarımı kobud surətdə pozmuşdur. Vüqar Məmmədov onun ünvanına xoşagəlməz ifadələrdə işlətmiş, şərəfini nalayiq formada alçaltmış və bununla da AR CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

3. Bakı şəhəri Sa bunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim: X11) 16 dekabr 2024cü il tarixli, 1(008)-383/2024 nömrəli hökmü ilə X12 oğluna qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamdan CM-in 147.2-ci maddəsinin xaric edilməsi, X12 oğlunun CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına, CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən X12 oğluna təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2000 manat məbləğində cərimə cəzasının təyin edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən xüsusi ittihamçı Məmmədov Kəramət Əli oğlu və təqsirləndirilən şəxs X12 oğlu t ərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət məhkəmə tərkibində) 23 yanvar 2025-ci il tarixli, 1(103)431/2025 nömrəli qərarı ilə xüsusi ittihamçı Məmmədov Kəramət Əli oğlu və təqsirləndirilən şəxs X12 oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin X12 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair 1(008)-383/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103) -431/2025 nömrəli qərarından xüsusi ittihamçı Məmmədov Kəramət Əli oğlunun nümayəndəsi vəkil Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Nümayəndə (vəkil) tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya müraciətinin dəlilləri təkrarlanmaqla, bir sıra qanunvericilik aktlarına və cinayət işinin faktiki hallarına istinadlar edilərək qeyd edilmişdir ki, X7 etdiyi çıxışlarda xüsusi ittihamçı K.Məmmədovun cinayətkar birliyin üzvü olması və onu öldürəcəyinə dair yalan məlumat verməklə, ona böhtan atmışdır ki, bununla da o, CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir.

8. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-431/ 2025 nömrəli qərarının ləğv edilməsini, X12 oğlunun CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir

10. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı Məmmədov Kəramət Əli oğlu kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. IV.Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsin də məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş h allara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Xüsusi ittihamçının nümayəndəsi (vəkili) kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi C PM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Bununla belə məhkəmə kollegiyası nümayəndənin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-431/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cina yət məsuliyyəti yaradır”.

19. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

21. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

22. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 14 6-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

24. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

25. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cina yət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

27. Nümayəndənin (vəkilin) kassasiya şikayətində X12 oğlunun qanunsuz və əsassız olaraq CM-in 147.2-ci maddəsi ilə məhkum edilməməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə əlaqədar kollegiya xatırladır k i, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

28. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqd a, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

29. Odur ki, kassasiya kollegiyası kassasiya müraciətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X12 oğlunun Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə barəsində ittiham hökmü çıxarılmasına dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və kassasiya müraciətinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya müraciəti müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılm ış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

31. Nümayəndənin müraciətinin dəlilləri qismində qeyd etdiyi, X12 oğlunun əməlində CMin 147.2-ci maddəsinin də tərkib əlmaətlərinin mövcud olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, eyni dəlillər xüsusi ittihamçının nümayəndəsi tərəfindən apellyasiya instansiya məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə cinayət işi materiallarında olan sübutlar, yəni məhkumun ifadəsi, xüsusi ittihamçının ifadəsi və digər sübutları əlaqəli şəkildə tədqiq edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlmişdir.

32. Bu və digər hallar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya müraciətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.

33. Xüsusi ittihamçının nümayəndəsinin X12 oğlunun əməlində CM-in 147.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasına dair dəlilləri kifayət qədər təsdiq olunmadığı vəziyyətdə birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin X12 oğlunun CM-in 147.1 və 148-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən nəticə kimi özünü göstərir.

34. Belə olan halda, X12 oğlunun CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 2000 manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz.

35. Odur ki, məhkəmə kollegiyası baxılan işdə apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən pozuntulardan hər hansısa birini müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini müm kün saymır.

36. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-431/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X12 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-431/2025 nömrəli qərarı xüsusi ittihamçı Məmmədov Kəramət Əli oğlunun nümayəndəsi vəkil Müdafiəçi2 tərəfin dən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Xüsusi ittihamçı Məmmədov Kəramət Əli oğlunun nümayəndəsi vəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar