Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1261/2018 06.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A Rİ 06 sentyabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Əziz Cəfər oğlu Seyidov (sədrlik edən və məruzəçi), X19 və X2 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilən kassasiya şikayəti üzrə işə ba xaraq MÜƏYYƏN E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (hakim E.H.Məmmədov) Məhkum (xx xxxxxx 1948-cı ildə Qubadlı rayonu Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Sumqayıt şəhər Məhkəməsinin 09.10.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1, 320.2-ci maddələri ilə 05 il müddətə və həmin Məhkəmənin 31.05.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24.05.2011-ci il tarixli qərarı ilə cəza çəkməkdən 1 il 3 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri M.F.Axundov küçəsi, ev 2 qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilınib 04 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edılmiş, cəzasını ciddı rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 10 avqust 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və əlavə ərizəsinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti və əlavə ərizəsi təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum olunmuşdur ki, o, özgənin xüsusi mülkiyyətində olan əmlakını ələ keçirmək məqsədi ilə özünü Adiyev ismayıl Sədulla oğluna Fövqəladə Hallar Nazirliyində yuxarı vəzifələrdə işləyən tanışları olan vəkil kimi təqdim edərək etibarını qazandıqdan sonra 2000 manat pul verəcəyi təqdirdə onun zəlzələdən zərər görmüş Zaqatala rayonunun Danaçı kəndində olan evini sökdürərək yenisini tikdirəcəyi barədə yalan vəd verib aldadaraq 2013-cü ilin mart ayında müxtəlif tarixlərdə həmin pulun 1000 manatını ismayıl Adiyevin Zaqatala rayonunun Danaçı kəndində yaşadığı evin həyətində, 1000 manatını ısə sonuncunun həmkəndıisi X7 yaşadığı evin həyətind ə ələ keçirib X18na 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin xüsusi mülkiyyətində olan əmlakını ələ keçirmək məqsədi ilə özünü X3 X14 yuxarı vəzifələrdə işləyən tanışları olan vəkıl kimi təqdım edərək etibarını qazandıqdan sonra onun zəlzələdən zərər görmüş Zaqatala rayonunun Danaçı kəndində olan evini sökdürərək yenisini tikdirəcəyi barədə yalan vəd verib aldadaraq 2013-cü ilin mart ayında onun 2600 manat pulunu həmkəndlisi X8 Zaqatala rayonunun Danaçı kəndində yaşadığı evin həyətində sonuncu vasitəsi ilə ələ keçirib X3 2600 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin xüsusi mülkiyyətində olan xeylı mıqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü X9 Fövqəladə Hallar Nazirliyındə yuxarı vəzifələrdə ışləyən tanışları olan vəkil kimi təqdim edərək etibannı qazandıqdan sonra onun zəlzələdən zərər görmüş Zaqatala rayonunun Danaçı kəndində olan evıni sökdürərək yenisini tikoirəcəyi barədə yalan vəd verib aldadaraq 2013-cü ilin m.art ayında onun 3500 manat pulunu onun Zaqatala rayonunun Danaçı kəndində yaşadığı evin həyətində ələ keçırib X9 xeyli mıqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum özgənın xüsusi mülkıyyətində olan əmlakını ələ keçirmək məqsədi ilə özünü X5 Fövqəladə Hallar Nazirliyində yuxarı vəzifələrdə işləyən tanışlan olan vəkıl kimi təqdim edərək etibarını qazandıqdan sonra onun zəlzələdən zərər görmüş Zaqatala rayonun Danaçı kəndində olan evini sökdürərək yenisini tikdirəcəyi barədə yalan vəd verib aldadaraq 2013-cü ilin mart ayında onun 3000 manat pulunu həmkəndlisi X10 Zaqatala rayonunun Danaçı kəndində yaşadığı evin həyətində ələ keçirib X5 3000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin xüsusi mülkiyyətində olan əmlakını ələ keçirmək məqsədi ilə özünü M Raziyyət Abdulvahab qızına fövqəladə Hallar Nazirliyində yuxarı vəzifələrdə işləyən tanışları olan vəkil kimi təqdim edərək etıbarını qazandıqdan sonra onun zəlzələdən zərər görmüş Zaqatala rayonunun Danaçı kəndində olan evini sökdürərək yenisini tikdirəcəyi barədə yalan vəd verib aldadaraq 2013-cü ilin mart ayında onun 3000 manat pulunu həmkəndlisi X11 Zaqatala rayonunun Danaçı kəndində yaşadığı evin həyətində sonuncu vasitəsi ilə ələ keçirib X1 3000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlillər i: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Məhkum kassasiya şikayətində qeyd edir ki, o heç kimi aldatmamışdır. Məhkəmə hökmü və qərarı zərərçəkmiş şəxslərin yalan ifadələrinə əsaslanmışdır. Belə ki, o, 2013-cü ilin mart ayında Zaqatala rayonunda olmamışdır, 2013-cü ilin avqust ayınadək zərərçəkmiş şəxsləri tanımamışdır və onlarla telefon əlaqəsi yaratmamışdır, bu şəxslərlə 2013-cü ilin avqust ayında onlardan Notariat Kontorunda etibarnamə alarkən tanış olmuşdur, sonra o, Sumqayıt şəhərinə qayıtmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, veri lmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.Yusifovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin (bundan sonra CPM-in) 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və ape llyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxslərin və şahidin ifadələ rinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun cinayəti törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi h esab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüs usatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs X13, X18, X4, X12, X6, şahid X7 ifadələri və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qəra rına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərba ycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə hə min məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakı n idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Belə ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxslərin, şahidin ifadələri və qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tələblərinin tətbiqinə dair ərizəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində 02 mart 2018-ci il tarixdə baxılmış və Zaqatala Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin 3500 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq edilməsinə dair hissədəki “xeyli miqdar” tövsifedici əlamət və Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi xaric edilmiş və ona CM-in 178.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyas iya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkum barəsində olan qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etmə klə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tələbləri tətbiq edilməsinə dair qərarı nəzərə alınmaqla dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci mad dəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Tahir Kazımov İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-1261/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1261/2018
06.09.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver