Məhkəmə qərarları › İş №1(102)-1261/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1261/2019

04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1261/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nurəliyev Səyyad Əlimirzə oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2018-ci il tarixli qərarından Məhkumun müdafiəçisi M.N.Şirvanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Abdullayev, hakimlər E.İ.Əliyev və C.C.Nəbiyevdən ibаrət tərkibdə) xx xxxxxx 1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, Astara Gömrük İdarəsinin gömrük hüquq pozmalarına qarşı mübarizə şöbəsində böyük inspektor vəzifəsində işləmiş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 206.3.2 və 206.3.3-cü maddələri ilə 06 il müddətə, CM-in 311.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM- in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplamaqla, əlavə cəza isə əsas cəzaya tam birləşdirməklə cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, 07 il müddətə azadlıqda n məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X4, X30, X10, X7 və X5 təqsirli bilinib məhkum olunmuşlar. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsində gömrük hüquq pozmalarına qarşı mübarizə şöbəsinin baş inspektoru vəzifəsində işləyərkən qəsdən tamah məqsədi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə pul vəsaiti alması barədə vədi şəxsən qəbul etmişdir. Bundan başqa, Məhkum Azərbaycan Respublikasının vətəndaşları X10, X31, X7, X5, X4 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah məqsədi ilə öz qul luq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasından dəyəri külli miqdar təşkil edən qızıl külçələri qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə fəal köməklik göstərmişdir. Belə ki, Məhkum 2016-cı ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsində gömrük hüquq pozmalarına qarşı mübarizə şöbəsinin baş inspektoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının vətəndaşları X4, X10, X31, X7, X5, eləcə də şəxsiyyəti istintaqa Mehdi adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasından dəyəri külli miqdarda təşkil edən qızıl külçələrini qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına keçirilməsi barədə razılığa gəlmişdir. Daha sonra, X4 və X31 tərəfindən qrupun üzvü X5 vasitəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasından dəyəri külli miqdarda təşkil edən qızıl külçələrini əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına keçirilməsinə şərait və köməkliyin göstərilməsi üçün Məhkum xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə 600 manat məbləğində rüşvət təklif olunmuş, sonuncu qeyd olunan təklifi qəbul edərək 600 manat məbləğində rüşvəti qızıl külçələri gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirildikdən sonra alacağı barədə razılaşmışdır. Bundan sonra, o, qəsdən tamah məqsədilə əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən və ümumi cinayətkar niyyət ə uyğun olaraq gömrük xidməti üzrə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar öz qulluq mövqeyindən istifadə etməklə 26 oktyabr 2016-cı il tarixə respublika daxili orta bazar ümumi pərakəndə satış qiyməti 477476 (dörd yüz yetmiş yeddi min dörd yüz yetmiş altı) manat təşkil edən, ümumi çəkisi 6920 (altı min doqquz yüz iyirmi) qram olan qızıl külçələrini 26 oktyabr 2016-cı il tarixdə saat 16 radələrində ayaq və qarın nahiyələrinə yapışqan lentlə bağlayıb gizlədərək Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin sərnişin ixrac xəttinə gələn, cinayətkar qrupun üzvü X10u orada qarşılamış, sonuncunun üzərində kifayət qədər metal əşya olduğuna dair stasionar metalaxtaran detektor səs və işıq siqnalı verməsinə baxmayaraq buna əhəmiyyət verməyərək X10un üzərinə bağlayaraq gizlə tdiyi külli miqdarda qızıl külçələrinin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə şərait yaratmaqla fəal köməklik göstərmişdir. 26 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı X10 saxlanılmış və üzərinə baxış keçirilən zaman ayaq və qarın nahiyələrində gizlədilmiş qrup üzvlərinə məxsus külli miqdarda qızıl külçələri aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi V.H.Həbibov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər Ə.Ə.Novruzov və R.M.Cəfərovdan ibarət tərkibdə) 01 mart 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 206.3.2, 206.3.3-cü maddələri ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ilə, CM-nin 311.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti isə 05 il 06 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 06 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 66.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökmü ilə ona CM-nin 311.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəza əsas cəza 06 il azadlıqdan məhrum etmə cəzasına tam birləşdirməklə cinayətlərin məcmusu üzrə Məhkum üzərində qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.N.Şirvanov kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi M.N.Şirvanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ikinci instansiya məhkəməsi olar aq apellyasiya şikayətinə aidiyyəti üzrə baxarkən hüquqlarını müdafiə etdiyi Məhkum münasibətdə heç bir araşdırma aparmamış, birinci instansiya məhkəməsinin hökmünə heç bir yenilik gətirməmiş, həmin hökmü bir növ təsdiq etməyə səy göstərib buna nail olmuşdur. İş materiallarından görünür ki, 26 oktyabr 2016-cı il tarixdə Astara Gömrük İdarəsinin sərnişin şöbəsinin ixrac xəttində işin fəaliyyəti CD diski ilə qeydə alınmış, həmin disk ibtidai istintaq orqanı tərəfindən 08 noyabr 2016-cı il tarixli protokolla götürülüb cinayət işinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən həmin diskə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, qeyd olunan tarixdə Sərnişin Şöbəsinin ixrac xəttindəki monitorun xəbəredici işıqları həmişə yanıqlı vəziyyətdə olmuş, həmçinin qızıl külçələr X10 tərəfindən keçirilən anda monitorun xəbəredici işıqları həmişə olduğu kimi yanıqlı vəziyyətdə olub, heç bir xəbəredici səs-siqnal monitordan gəlməmiş, Məhkum və X23 həmin xəttdə iş başında olmaqla X10un qaçaqmalçılıq yolu ilə qızıl məmulatları keçirən zaman Məhkum tərəfindən qızılların gizlin keçirilməsi üçün X23 heç bir işarə verilməmişdir. Birinci instansiyası məhkəməsi diskdə göstərilənlərlə razılaşmamış, ibtidai istintaqın gəldiyi əsassız sübut növünü sübut kimi qəbul edərək Məhkum əsassız olaraq qaçaqmalçılıq cinayətin törədilməsində iştirakçı olması kimi qiymətləndirməyə nail olmuşdur. Apellyasiya məhkəməsi həmin diskə bir daha baxış keçirib, həqiqətin bərqərar olunmasına nail olmalı olduğu halda, bu baxış keçirilməmişdir. Bundan başqa cinayət işinin materiallarınd an görünür ki, X10u tanımaqdan ötrü X4 tərəfindən X10un foto şəkili “Whatsap” proqramı vasitəsi ilə digər təqsirləndirilən şəxs X1 göndərmiş, X1 də X10un foto şəklini eyni üsulla Məhkum istifadəsində olan telefona göndərmişdir. Qeyd olunan xüsusat nə ibtidai istintaq orqanının cinayət işinə əlavə etdiyi sənədlərdə və nə də birinci instansiya məhkəməsi baxışında öz təsdiqini tapmamışdır. Məhkum istifadəsində olan mobil telefon ibtidai istintaq zamanı maddi sübut kimi götürülmüş, həmin telefona baxış keçirilsə belə, Kamran Ələskərzadə tərəfindən X10un foto şəkilinin Məhkum telefonuna “Whatsap” proqramı vasitəsi ilə göndərilməsi öz təsdiqini tapmamışdır. Bu xüsusat birinci instansiya tərəfindən araşdırılmamış, həmin xüsusat ibtidai istintaq orqanının gəldiyi fərziyyə kimi qəbul etməklə əsassı z sübut növü kimi qəbul edərək Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına nail olmuşdur. Həmin faktın araşdırılıb, ona hüquqi qiymət verilməsindən ötrü verdiyi apellyasiya şikayətində bunu xahiş etsə də, apellyasiya məhkəməsi həmin faktın araşdırılması və ona hüquqi qiymət vermədən yan keçərək ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin əsassız sübut növü ilə razılaşaraq özündən əvvəlki məhkəmə aktını bir daha təsdiq etmişdir. Bütün bunlar ona dəlalət edir ki, apellyasiya məhkəməsi Məhkum olunmasına dair qərarı qəbul etməklə Azərbaycan Respublikası CPM-nin 28.5 və 351.2-ci maddələrinə zidd olaraq həmin qərarı ehtimallara əsaslanmaqla çıxarılmışdır. Odur ki, Məhkum münasibətdə Azərbaycan Respublikası C PM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2018-ci il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (məhkum qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 01 mart 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə a ltına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə məhkum ed ilmiş şəxslər Məhkum və müdafiəçisi X11, məhkum edilmiş şəxs X2un müdafiəçisi X8, məhkum edilmiş şəxs X4in müdafiəçisi X14, məhkum edilmiş şəxs X3in müdafiəçisi X27, məhkum edilmiş şəxs X1 müdafiəçisi X9 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən, məhkum edilmiş şəxs X10 və müdafiəçisi X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri isə tam təmin olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən məhkum olunmuş şəxslərə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslər X4, X10, X7 və X1 tam, X16 isə qismən etirafedici ifadələri ilə yanaşı, şahidlər X12, X21, X17, X22, X6, X23, X18 ifadələri, məhkəmə iqtisad ekspertizasının 14 dekabr 2016-cı il tarixli, 14 dekabr 2016cı il tarixli 25526/25527 saylı, 30 dekabr 2016-cı il tarixli 25516/25517, 25520/25521, 25522/25523, 25524/25525 saylı, həmçinin məhkəmə fonoskopik ekspertizasını 09 yanvar 2017-ci il tarixli rəyləri, iş materiallarında olan 26 oktyabr 2016-cı il tarixli şəxsi yoxlama keçirilməsi və maddi sübutun götürülməsi haqqında, 27 oktyabr 2016-cı il tarixli axtarış, 01 noyabr və 08 noyabr 2016-cı il tarixli fotoşəkil üzrə tanınma, 03 noyabr 2016-cı il tarixli mobil telefona baxış keçirilməsi haqqında, 08 noyabr 2016-cı il tarixli CD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında, 18 noyabr 201 6-cı il tarixli CD diskdəki audiodanışıqlara baxış keçirilməsi haqqında, 13 dekabr 2016-cı il tarixli CD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında, 12 yanvar 2017-ci il tarixli mobil telefon əlaqələrinə baxış keçirilməsi haqqında, 06 mart 2017-ci il tarixli mobil telefon əlaqələrinə baxış keçirilməsi haqqında protokollarla, “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçmə barədə tələbnamə, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 14 noyabr 2016-cı il tarixli arayışı, Dövlət Təhlükəsizlik Xidməti Əks-Kəşfiyyat Baş İdarəsinin 10 mart 2017-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu, 18 noyabr 2015-ci il tarixli icarə müqaviləsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 21 avqust 2014-cü il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 avqust 2017-ci il tarixli, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 31 iyul 2007-ci il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə və maddi sübutlarla təqsirləndirilən şəxslər X4 və X16 CM-nin 206.3.2 və 312.2-ci maddələri, X10 və X3 CM-nin 206.3.2-ci maddəsi, X1 CM-nin 32.5,206.3.2 və 32.5,312.2-ci maddələri, Məhkum CM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri və təqsirliliklərinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X4, X31, X10, X7, X5 və Məhkum qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs X2un müdafiəçisi T.Süleymanlının, məhkum edilmiş şəxs Abdulla Abdullayevin müdafəçisi E.Musazadənin, məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi V.Həbibovun, məhkum edilmiş şəxs Kamran Ələsgərzadənin müdafiəçi si E.Qəmbərovun apellyasiya şikayətlərinin məhkum edilmiş şəxslər X2, X4, Məhkum və X1ə bəraət verilməli olması, məhkum eilmiş şəxs X3in müdafiəçisi İ.Həsənovun apellyasiya şikayətinin isə məhkum edilmiş şəxs X3in əməlinin CM-nin 307.1ci maddəsinə tövsif edilməli olması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər yuxarıda sadalanan sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətlərinin təmin edilərək məhkum edilmiş şəxslər X2, X4, Məhkum və Kamran Ələsgərzadəyə bəraət verilməsi və məhkum eilmiş şəxs X3in əməlinin CM-nin 307.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs X2 miqdarda qızıl külçələrin qaçaqmalçı lıq yolu ilə İrana aparılmasından xəbəri olmaması, təqsirləndirilən şəxs Məhkum külli miqdarda qızıl külçələrinin qaçaqmalçılığında iştirak etməməsi, təqsirləndirilən şəxslərdən yalnız Kamran Ələskərzadəni tanıması, digərlərini tanımaması kimi ifadələrinə tənqidi yanaşaraq bu ifadələri iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək mə hkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X4 və X16 əməlləri CM-nin 206.3.2 və 312.2-ci maddələri, X10 və X3 əməlləri CM-nin 206.3.2-ci maddəsi, X1 əməlləri CM-nin 32.5,206.3.2 və 32.5,312.2-ci maddələri, Məhkum əməlləri CM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə q anuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum edilmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə məhkəmə istintaqında təqsirləndirilən şəxşlər X4, X31, X10, X7, X5 və Məhkum müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmamasının səbəblərini, Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna, əməllərinin tövsifinə və təyin edilmiş cəzaya dair gəldiyi nəticəni işin hallarına v ə qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün (Məhkum aid hissədə) məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəm ə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmad ıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilə n digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının Məhkum aid hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum aid hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.3.2, 206.3.3 və 311.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar