Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1261/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Rəfiyev Şahin Hamlet oğlunun və Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Mirmehdi zadə Rəşad Mehdi oğlunun iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29,120.2.4, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə, Məhkum1 29, 120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu və Məhkum1 müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.A.Allahverdiyeva və T.X.Nəsrullayeva) hökmü ilə xx xxxxxx 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhs illi, işləməyən, əvvəllər məhkum olunmuş, Şxx qeydiyyatda olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 29,120.2.1 və 29,120.2.4cü maddələri ilə 11 il 3 ay müddətinə, CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə, CM-nin 221.2.1-ci maddəsi ilə 3 il müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 5 il müddətinə, CM-nin 317-2.1-ci maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə ona 12 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum2 Şamaxı rayon məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə təyin olunmuş ş ərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə təyin olunmuş 3 il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilmək yolu ilə ona qəti olaraq 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx xxxx 1989-cu ildə Rusiya Federasiyasının Saxalin vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, cxx olan və yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə 8 il 5 ay 7 gün müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Re spublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə X22 Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 29,120.2.7, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 11 il 3 ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 4 il müddətinə, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Yusifova Ülkər Bayram qızı, təqsirləndirilən şəxs Məhk um2 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən apellyasiya şikayətləri və birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror X18 tərəfindən apellyasiya protesti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1(105)40/2015 saylı qərarı ilə dövlət ittihamçısının apellyasiya protestinə təqsirləndirilən şəxs X11 ölümü ilə əlaqədar onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 1(105)40/2015 saylı hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29, 120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3 və 317-2.1-ci maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cina yətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 221.2.1-ci maddələri ilə bəraət verilmiş, Məhkum2 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 4 il müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 4 il müddətinə, CM-nin 317-2.1-ci maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaq yolu ilə ona qəti 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şamaxı rayon məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə Məhkum2 təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi nə əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəza ilə qismən birləşdirilmək yolu ilə ona qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə bəraət verilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 1(102)01/2017 saylı qərarı ilə Məhkum2 və Məhkum1 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 1(105)40/2015 saylı hökmü ləğv edilmiş və iş yeni apelyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məh kəməsinin 30 yanvar 2018-ci il tarixli, 1(105)15/2018 saylı qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Yusifova Ülkər Bayram qızı, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror X18 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3 və 317-2.1-ci maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)96/2014 saylı hökmü dəyişdirilmiş, Məhkum2 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilərək, hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası endirilmiş, hazırkı qərarla Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş əməli nəzərə alınmaqla Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Məhkum2 ittihamından Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, Məhkum2 Azərbaycan Respubli kası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, müddətin keçməsi ilə əlaqədar Məhkum2 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla Məhkum2 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 Şamaxı rayon məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı qərarla ona təyin edilmiş cəzaya qismən birləşdirilərək, Məhkum2 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. M əhkum1 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası endirilmiş, həmin epizod və hazırkı qərarla Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş, təkrar epizod üzrə Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 05 dekabr 2012-ci ildən 25 fevral 2016-cı ilədək həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddət ona təyin edilmiş cəzaya hesablanaraq, Məhkum1 cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 1(102)9852/2018 saylı qərarı ilə məhkumlar Məhkum2 və Məhkum1 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 1(105)15/2018 saylı qərarı Məhkum2 və Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmü ilə CM-nin 29, 120.2.1, 29, 120.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair (X11 öldürülməsinə cəhd edilməsi epizodu) hissədə ləğv edilərək, cinayət işi baxılması üçün yeni apelyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Yusifova Ülkər Bayram qızı və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.3, 221.2.1, 221.3 maddələri ilə (yeni hazırda qüvvədə olan redaksiyada) təqsirli bilinmiş, Azərbaycan Respublikası CMnin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamış, Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ittihamdan xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə (köhnə redaksiyada) hökmlə təyin edilmiş 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 185.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə 3-il müddətinə azdlıqdan məhrumetmə cə zasının təyin edilməsinə dair Şamaxı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş və həmin hökmlə təyin edilmiş 3 il müddətinə azdlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla ona təyin edilmiş 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmıə cəzası ilə qismən birləşdirilmiş və ona qəti 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 14 fevral 2013-cu il tarixdən 14 fevral 2018-ci il tarixədək həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 6 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum2 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkum1 Azərbay can Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə (köhnə redaksiyada) 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə (yeni, hazırda qüvvədə olan redaksiyada) təqsirli bilinərək, Azərbaycan Respublikası CMnin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 8 (səkkiz) il 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum1 dərhal məhkəmə iclas zalında həbs edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 24 iyun 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi X6 və Məhkum1 müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmünə əsasən, 09 avqust 2011-ci il tarixdə Məhkum2 tərəfindən X22 ilə yaxın dost münasibətlərində olan Famil Hümbətova məxsus «Santa Fe» markalı avtomaşının zor tətbiq etməklə əlindən alınması və qaçırılması ilə əlaqədar sonuncunun xahişi ilə X32 Hüseynovla görüşüb avtomaşının geri qaytarılmasına nail olsa da, həm danışıqlar və avtomaşının qaçırılması zamanı, həm də sonradan Məhkum2 hərəkətləri və danışıqlarından narazı qaldığından X32 Hüseynovu «cəzalandırmaq» barədə başqa şəxsin xahişi ilə 11 avqust 2011-ci il tarixdə saat 18-00 radələrində Şamaxı rayon u, Pirqulu yolunda yerləşən «Məlhəm» restoranının yaxınlığına Məhkum2 çağıraraq həmin görüşə digər şəxslərlə birlikdə getmişdir. Məhkum2 isə yaxın münasibətlərdə olduğu bir neçə şəxslə oraya gəlmişdir. Görüş zamanı Lətif Nəbiyev qeyriləri ilə əlbir olub bir qrup şəxs halında Məhkum2la gəlmiş şəxslərin gözləri qarşısında həmin şəxslərin müdaxilə etmələrinə hər hansı yolla imkan verməyərək sonuncuya qarşı kəsici kənarı olan silah və ya silah qismində kəsici kənarı olan və küt əşyalardan istifadə etməklə xuliqanlıq hərəkətləri edərək yüngül və az ağır bədən bədən xəsarətləri yetirmişdir. Məhkum2 18 avqust 2012-ci il tarixdə başqa şəxslə bir qrup şəxs halında Şamaxı rayonunun Göylər kəndinə gedən yolda «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanında, ictimai yerdə davranış və ümumi qaydaları kobud surətdə pozaraq, ətrafda olan şəxslərin gözü qarşısında cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə Zərərçəkmiş şəxs1 hücum edib zərərçəkmiş şəxsə zor tətbiq edərək ona yumruq və təpiklə zərbələr vurub sonuncuya bədən xəsarətləri yetirmişlər. Məhkum2 26 sentyabr 2012-ci il tarixdə yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs3 Növcuvan qızının yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yalnız bacısı X8 olduğu vaxtda həmin evə gecə saatlarında qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 müvəqqəti istifadəsində olan 973,4 manat dəyərində «Toshiba» markalı kompyuteri və sonuncuya məxsus 230 manat dəyərində «Nokia C-3» markalı mobil telefon aparatını oğurlayıb 1.203,4 manat məbləğində, yəni xeyli miqdarda özgə əmlakını gizli yolla talamışdır. Məhkum2 31 oktyabr 2012-ci il tarixdə, saa t 14-00 radələrində Məhkum1 və başqaları ilə birlikdə Şamaxı şəhərində yerləşən «Turist» restoranında olarkən, Zərərçəkmiş şəxs3 Növcuvan qızının yaşadığı evdən oğurladığı, X5 adına sənədləşdirilmiş «Toshiba» markalı noutbuk kompyuteri geri almaq üçün ora gəlmiş Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq niyyəti ilə nəlayiq söyüşlər ünvanlamış, daha sonra əvvəlcədən aralarında olan razılığa əsasən, bir qrup şəxs halında Məhkum1 və qeyri şəxslərlə birlikdə ictimai yerdə davranış və ümumi qaydaları kobud surətdə pozaraq, restoranda olan şəxslərin gözü qarşısında cəmiyyətə açıqca hörmətsizlik göstərərək və zərərçəkmişə zor tətbiq edərək, süfrədə olan çay dəsti əşyaları ilə, Məhkum2 isə özündə olan bıçaqla Zərərçəkmiş şəxs2 baş nahiyəsinə, daha sonra isə digər şəxslərlə birlikdə onun yumruq və təpik lə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşlar. Sonuncu onların əlindən qaçıb restoran binasının qarşısına getdikdə onu təqib edərək, Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə bıçaqla vurmağa cəhd etdikdə sonuncu bıçağın kəsici hissəsindən tutaraq buna imkan vermədiyindən ovuc nahiyəsinə kəsilmiş yaralar yetirilmiş, qrupun digər üzvləri üzərində mismar olan taxta ilə, yumruq və təpiklə Zərərçəkmiş şəxs2 bir neçə zərbələr vurmaqda davam etmişlər. Bunun nəticəsində də sonuncunun alın nahiyəsinə, başın tüklü hissəsinə 8 ədəd, sağ əlinin İ və İİ barmaqlarına 2 ədəd kəsici kənarı olan alətlə, bel, sağ baldır və sol bud nahiyələrinə 7 ədəd deşici alətlə yüngül bədən xəsarətləri hesab edilən yaralar yetirmişlər. Məhkum2 X22 ilə onun arasında yaranmış şəxsi ədavətlər zəminində 20 noyabr 2012-ci il tarixdə Lətif Nəbiyevi öldürmək niyyəti ilə Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 12 mm çaplı qoşalülə ov tüfəngi ilə silahlanıb Məhkum1 idarə etdiyi «VAZ-21154» markalı avtomaşınla onu axtarıb saat 17-00 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində Şamaxı şəhər mərkəzində, «Mebel» mağazasının qarşısında, insanların olduğu yerdə Lətif Nəbiyev «Lexus RX-350» markalı avtomaşını idarə edən zaman sonuncunu taparaq tüfəngdən Lətif Nəbiyevin olduğu avtomaşına 2 dəfə atəş açmışdır. X22 da başqa mənbədən qanunsuz olaraq əldə edib, idarə etdiyi maşında saxlayıb özü ilə gəzdirdiyi odlu silah hesab olunan avtomat silahdan bir dəfə atəş açmış, sonra isə onları təqib edərək Şamaxı-Bakı magistral yolunda «Turist» restoranının yanında onlara bir neçə dəfə atəş açmışdır. X1 qol undan, Məhkum1 kürək nahiyəsindən yaralanmış, Məhkum1 idarə etdiyi avtomaşın da yolun sol kənarına çıxıb ağaca dəymişdir. Lətif Nəbiyev də idarə etdiyi avtomaşınla hadisə yerindən Şamaxı şəhəri istiqamətində getmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi Ş.Rəfiyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə Məhkum1 təqsirliliyi nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum1 məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, o, heç bir cinayəti törətməmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxslər də Məhkum1 ifadəsini təsdiq etmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının topladığı Məhkum1 adam öldü rməyə sui-qəsd epizodu üzrə ittihamını təsdiq edən sübutlar ziddiyyətli və həqiqətə uyğun olmayan sübutlardır. İstintaq orqanı Məhkum1 idarə etdiyi avtomaşından guya atəş açdığı iddia edilən tüfəngi tapıb işə əlavə etməmişdir. Buna baxmayaraq, məhkəmə qərəzli mövqe tutub ehtimallara əsaslanaraq, Məhkum1 adam öldürməyə cəhd cinayətini törətməsinə dair əsassız qənaətə gəlmişdir. Məhkum1 xuliqanlıqla bağlı ittihamı üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Məhkum1 tanımır, Məhkum1 tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərlə yanaşı Zərərçəkmiş şəxs2 qarşı cinayətin digər şəxslər də tərəfindən törədilməsinə dair qənaətə gələrək həmin şəxslərin şəxsiyyətlərini müəyyən etməmişdir. Lakin buna baxmayaraq, hazırki iş üzrə ibtidai istintaqı aparan nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqını aparan məhkəmə kollegiyaları qeyd edilən işin faktiki hallarına əhəmiyyət verməyərək, ibtidai istintaq orqanı hər hansı bir mötəbər sübut və dəlillər olmadan Məhkum1 yuxarıda qeyd edilən ittihamlar irəli sürmüş, məhkəmə isə həmin ittihamların düzgünlüyünü lazımı qaydada araşdırmadan Məhkum1 barəsində əsassız ittiham hökmü çıxartmışdır. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edirik ki, iş materiallarında olan sübutlar Məhkum1 Azərbaycan Respublikası CM-nin 29.120.2.1-ci. 29,120.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilərək, Məhkum1 əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi R.Mirmehdizadə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 əməli düzgün tövsif olunmamış, o, qanunsuz olaraq xüsusi ilə ağır cinayətin törədilməsinə görə məhkum olunmuşdur. Belə ki, sonuncu məhkəmə qərarında qeyd olunmuşdur ki, ifadələrdən göründüyü kimi, Məhkum2 heç də apellyasiya məhkəməsinin qərarında göstərildiyi kimi sakit vəziyyətdə L.Nəbiyevin olduğu avtomaşına atəş açmamış, əksinə, həm Məhkum2 və həm də Məhkum1 bilmişlər ki, L.Nəbiyev həmişə özü ilə odlu silah gəzdirir və hər an atəş aça bilər. Ona görə də Məhkum2 tüfəngdən açdığı iki atəşdən sonra Məhkum1 Məhkum2 iradəsindən asılı olmayaraq avtomaşını geriyə döndərmiş və əks istiqamətdə hərəkət etmişdir. Beləliklə də, Məhkum2 üçüncü atəşi açmağa imkanı olmamışdır. Həmçinin Məhkum2 L.Nəbiyev istiqamətində atəş açarkən həm onun olduğu avtomaşının, həm də L.Nəbiyevin idarə etdiyi avtomobilin hərəkətdə olmasının onun nişan almasını çətinləşdirməsi kimi qiymətləndirilməlidir. Bu, iş materialları ilə təsdiq olunmayan yanlış nəticədir. Məhkum1 və Məhkum2 məhkəmə istintaqlarında dəfələrlə bildirmişlər ki, Məhkum2 niyyəti olsaydı rahat şəkildə Lətif Nəbiyevi vura bilərdi, bunun üçün ona heç nə mane ola bilməzdi. X2, ekspert X9 ifadələri ndən, «Lexus RX-350» markalı avtomaşına baxış protokolundan, məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Lətif Nəbiyevin idarə etdiyi «Lexus RX-350» markalı avtomaşına onun arxasında hərəkət edən-«VAZ-21154» markalı avtomaşından ov tüfəngindən iki atəş 2,5 metrdən 5 metrədək olan məsafədən atılmış, atəş nəticəsində «Lexus RX350» markalı avtomaşının arxa sağ hissəsi zədələnmiş, atəş açıldığı zaman avtomaşınlar yavaş sürətlə hərəkət etmişlər. İşin bu hallan təqsirləndirilən şəxs Məhkum2 ifadəsinə uyğun gəlməklə həmin ifadələrin düzgün olmasına dəlalət edir. Təqsirləndirilən şəxs S.T.X16 öldürmək niyyətinin olmamasını təkzib edən hər hansı biç sübut cinayət işinə əlavə edilməmişdir. İttihamın və birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs S.T.X16 öldürmək niyyəti ilə avto maşına atəş açması barədə gəldiyi nəticələr hər hansı bir konkret sübuta yox, ehtimallara əsaslanır və bu səbəbə görə təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 adam öldürməyə cəhd əməllərinin sübut olunmasında əsaslı şübhələri var. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarını ləğv edib, Məhkum2 təqsirli bilindiyi CM-nin 29, 120.2.1, 29, 120.2.4-cü maddəsi ilə olan ittihamın CM-nin 221.3-cü maddəsinə tövsif olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Müdafiəçi Ş.H.Rəfiyev çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, sübutların qiymətləndirilməsi hissəsində məhkəmənin düzgün nəticəyə gəlmədiyini, maddi və prosessual hüquq normalarını düzgün tətbiq et mədiyini, Avropa İnsan Hüquqları Məhkəməsinin Təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarının da nəzərə alınmadığını bildirib, kassasiya şikayətinin təmin olunmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilərək, Məhkum1 əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi R.M.Mirmehdizadə çıxış edərək, hüquqi tövsif baxımından əməlin düzgün tövsif olunmadığını, bu cinayət işinin artıq 10 ilə yaxındır ki, davam etdiyini, insanların əziyyət çəkdiyini, Məhkum2 kimisə həyatdan məhrum etmək kimi bir niyyətinin olmadığını, bunun üçün hadisə zamanı ş əraitin öldürməyə imkan verməsinə baxmayaraq öldürmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkum edilmiş şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alınmalı olduğunu bildirib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilərək, Məhkum2 təqsirli bilindiyi CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə olan ittihamın CM-nin 221.3-cü maddəsinə tövsif olunması və cəzasının çəkdiyi üçün həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini verilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi B.İ.Bağırov eyni məzmunlu çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 28 dekabr 2019-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək Məhkum2 və Məhkum1 CM-nin müvafiq maddələri ilə təqsirliliyi cinayət işinin materialları ilə tam sübuta yetirildiyini, kassasiya şikayətlərinin əsassız olduğunu bildirib verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubli kası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum1 müdafiəçisi Ş.Rəfiyev tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum2 müdafiəçisi R.Mirmehdizadə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkə mələr tərəfindən düzgün tövsif olunmadığı, nəticədə barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və bununla da, sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxl ayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinay ət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılm alıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər və Məhkum2 verilmiş yaşayış sahəsinə, qanunsuz daxil olmaqla oğurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş məhkum və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum2 və Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 əməlində cinayət tərkibinin olmadığı, Məhkum2 isə əməllərinin əsassız olaraq CM-nin 29,120.2.1 və 29,12 0.2.4-cü maddələri ilə tövsif edildiyi, əməlin CM-nin 221.3-cü maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tə rifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Lakin şəxs törədilməsi qət edilən cinayətin başa çatmayacağını əvvəlcədən dərk etmir. Cinayət etməyə cəhdin ən mühüm oby ektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürməkistərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur Məhkəmə kollegiyasi qeyd edir ki, əməlin ümumi təhlükəli üsulla adam öldürmə (Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi) kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin cinayətkar qəsdinin həyata keçirilməsi üçün seçdiyi üsulun dəqiqləşdirilməsi zəruridir, yəni təqsirləndirilən şəxs digər şəxsi öldürməyə yönəldilmiş qəsdi həyata keçirərkən tətbiq etdiyi üsulun zərərçəkmiş şəxslə yanaşı digər şəxsin və ya şəxslərin həyatı və sağlamlığı üçün təh lükə törətdiyini dərk etməlidir. İş materiallarından müəyyən olunur ki, Məhkum1 ibtidai araşdırma zamanı verdiyi və məhkəmələrdə tədqiq edilmiş ifadəsindən görünür ki, 20 noyabr 2012-ci il tarixdə saat 15 radələrində avtomaşını ilə evdən çıxaraq avtomaşın ustasının yanına getmiş, sonuncu ilə görüşüb çıxdıqda Məhkum2 avtomaşının yanında görmüşdür. Məhkum2 avtomaşına oturmuş və onlar hərəkətə başlamışlar. Avtovağzal tərəfdən dörd yol adlanan yerə tərəf gələrkən məscidin yanında görmüşdür ki, arxadan qara rəngli məxsus “Lexus RX 350” markalı avtomaşında yaxşı tanıdığı Lətif Nəbiyev gəlir və avtomaşının işıqları ilə ona avtomaşını saxlamaq işarəsi edir. Məhkum2 da L.Nəbiyevin onları saxlatdırmaq istədiyini görüb avtomaşını saxlamamağı demiş və o, L.Nəbiyevdə aralanmaq üçün sürəti artırmışdır. L.Nəbiyevlə Məhkum2 arasında münasibətlərin çox gərgin və bir ildən artıq düşmənçilik həddində olduğu ona əvvəldən məlum olmuşdur. Belə ki, bir il əvvəl o, Şamaxı şəhərində olmadığı vaxtlarda Lətiflə Sadiq dalaşmış və aralarında düşmənçilik yarandığından biri-birilərinə Şamaxıda gəzməyə imkan verməyəcəklərini, bir-birilərini şəhərdə gördükdə “atacaqları” ilə hədələmələrini eşitmişdir. Buna görə də Məhkum2 göstərişi ilə L.Nəbiyevin işarəsinə avtomaşını saxlamayaraq aralanmış və Məhkum2 evinə gətirmişdir. Məhkum2 onu gözləməyi tapşıraraq evə getmiş və 1-2 dəqiqədən sonra ov tüfəngini götürərək qayıdıb maşına oturmuşdur. S. Hüseynov avtovağzal tərəfə sürməyi tapşırdıqda, o, L.Nəbiyevin orada olacağını başa düşmüşdür. Avtomaşını S.Ə.Şirvani küçəsi ilə avtovağzala tərəf sürüb dörd yol adlanan y erdən keçərək mebel mağazasının qarşısına çatdıqda X35 İdarəsi tərəfdən S.Ə.Şirvani küçəsinə birləşən yolla Lətifin “Lexus RX 350” markalı avtomaşının paralel getdiyini görmüş, L.Nəbiyev irəli keçdikdə, Sadiq yaxınlaşmaq barədə göstəriş verdikdən sonra o, sonuncunun Lətifə atəş açacağını başa düşmüşdür. Sadiq atəş üçün hazır vəziyyətdə olan tüfəngin lüləsini pəncərədən çıxararaq Lətifin maşınına 2 dəfə atəş açmış və güllələr avtomaşının arxa şüşəsinə və “stopfarasına” dəymişdir. Daha sonra Lətifin həmişə avtomatla gəzdiyini bildiyindən, qaçmaq üçün əl əyləcini çəkməklə avtomaşını geri döndərib qaçmaq üçün sürmüşdür. L.Nəbiyev də öz avtomaşınını geriyə döndərib onlar getdiyi yolla sürmüş və avtomatdan bir dəfə atəş açmışdır, lakin güllə dəyməmişdir. O, magistral yola çıxaraq Bakı şəhəri ist iqamətində sürməyə başlamış, lakin Lətifin də arxadan sürətlə artıq onlara çatdığını güzgüdə görmüşdür. O, avtomaşının əyləcinə basmış, yağış yağması ilə əlaqədar olaraq yol nəm olduğundan avtomaşın sürüşüb yoldan çıxaraq ağaca çırpılmışdır. L.Nəbiyev avtomatdan daha 5-6 dəfə atəş açmış, güllələrdən biri onun belinin sağ tərəfindən, Məhkum2 isə sol qolundan dəyib xəsarətləndirmişdir. L.Nəbiyevin ibtidai araşdırma zamanı verdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadəsindən görünür ki, Məhkum2la onun münasibətləri əvvəlcə normal olmuş, lakin sonradan Məhkum2 onun yaxın adamlarına qarşı etdiyi qanuna zidd hərəkətləri nəticəsində aralarında kəskin ədavət yaranmışdır. Məhkum2 onun haqqında etdiyi hərəkətlərdən və danışdıqlarından başa düşmüşdür ki, Məhkum2 onu öldürmək istəyir. L.Nəbiyev həmçinin atəş açılan zaman əynində olan və güllə ilə zədələnən gödəkçəsini təqdim etmişdir. 20 noyabr 2012-ci il tarixdə saat 17 radələrində Şamaxı şəhərində özünə məxsus “Lexus RX 350” markalı avtomaşını idarə etdiyi zaman Məhkum2 dostu Əziz adlı şəxs tərəfindən idarə edilən ağ rəngli “VAZ 21154” markalı avtomaşından ona əvvəl iki dəfə, daha sonra isə bir dəfə atəş açmış və həmin şəxslər qaçmağa cəhd göstərmişlər. O həmin avtomaşının arxasınca sürmüş, avtovağzalın yanında Sadiq yenə də onun idarə etdiyi avtomaşına doğru atəş açmış və o, məcbur olub özü ilə avtomaşında gəzdirdiyi “Kalaşnikov” markalı avtomatdan cavab atəş açmışdır. Açdığı atəş nəticəsində Məhkum1 tərəfindən idarə olunan avtomaşın yoldan çıxmış və ağaca dəyib dayanmışdır.” İfadələrdən göründüyü kimi, Məhkum2 he ç də sakit vəziyyətdə L.Nəbiyevin olduğu avtomaşına atəş açmamış, əksinə, həm Məhkum2 və həm də Məhkum1 bilmişlər ki, L.Nəbiyev həmişə özü ilə odlu silah gəzdirir və hər an atəş aça bilər. Ona görə də Məhkum2 tüfəngdən açdığı iki atəşdən sonra Məhkum1 Məhkum2 iradəsindən asılı olmayaraq avtomaşını geriyə döndərmiş və əks istiqamətdə hərəkət etmişdir. Beləliklə də, Məhkum2 üçüncü atəşi açmağa imkanı olmamışdır. Həmçinin Məhkum2 L.Nəbiyev istiqamətində atəş açarkən həm onun olduğu avtomaşının, həm də L.Nəbiyevin idarə etdiyi avtomobilin hərəkətdə olmasının onun nişan almasını çətinləşdirməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, məhkumlar Məhkum2 və Məhkum1 apellyasiya baxışları zamanı müxtəlif ziddiyyətli ifadələr verməklə özlərini məhkəmə istintaqında həmin cinayət əməlini törətməməs i ilə əlaqədar özünümüdafiə xarakterli ifadə versələr də məhkəmə baxışı zamanı həmin ifadələr iş üzrə araşdırılan mötəbər sübutlarla təkzib olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Növçuvan qızının və şahid X3 məhkəməyədək icraat zamanı verdikləri ifadələr zərər çəkmiş şəxs C.F.Səbziyevin, şahidlər R.F.Şahbazovun və A.M.Musayevin ifadələri, şahid X7 məhkəməyədək icraat zamanı verdiyi ifadə şahid X19 ifadələri ilə, şahid X10 məhkəməyədək icraat zamanı verdiyi ifadə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və şahid İ.Zərərçəkmiş şəxs1 ifadələri ilə tam təsdiq olunur. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq birinci instansiya məhkəməsinin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Növçuvan qızının, şahidlər X3, X7, X10 məhkəməyədək icraat zamanı v erdikləri ifadələri həqiqətə uyğun gələn, obyektiv ifadə kimi qiymətləndirmiş, onların məhkəmə iclasında verdikləri ifadələri isə həqiqətə uyğun olmayan təqsirləndirilən şəxs Məhkum2 cinayət məsuliyyətindən azad etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutlardan belə nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum2 18 avqust 2012-ci il tarixdə digər şəxslərlə əlbir olub bir qrup şəxs halında ictimai qaydanı kobud sürətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hücum edərək ona yumruq və təpiklə zərbələr vurması, 26 sentyabr 2012-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Növcuvan qızının yaşadığı evinə qanunsuz girməklə «Tos hiba» markalı noutbuku və «NokiaC-3» markalı mobil telefonunu oğurlaması, 31 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum1 və digər şəxslərlə əlbir olub bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik edərək zərər çəkmiş şəxs X4 döyüb sağlamlığına yüngül zərər vurması, 20 noyabr 2012-ci il tarixdə digər təqsirləndirilən şəxs Məhkum1la əlbir olub biq qrup şəxs halında ov tüfəngindən Lətif Nəbiyevin idarə etdiyi avtomaşına iki atəş açması tam təsdiq olunmuşdur. Həmçinin apellyasiya məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Məhkum1 31 oktyabr 2012-ci il tarixdə digər Məhkum2 və digər şəxslərlə əlbir olub bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifad ə etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik edərək zərərçəkmiş şəxs X4 döyüb sağlamlığına yüngül zərər vurması, 20 noyabr 2012-ci il tarixdə digər Məhkum2la əlbir olub bir qrup şəxs halında ov tüfəngindən Lətif Nəbiyevin idarə etdiyi avtomaşına iki atəş açması tam təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla adam öldürməyə cəhd, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etmələri hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsd iq olunur. Beləliklə, müdafiə tərəfinin kassasiya şikayətlərində qeyd etdiyi Məhkum1 cinayət əməli törətməməsi və məhkum S.Həsənovun əməllərinin düzgün olaraq tövsif edilməməsi ilə bağlı iddialar tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərindəki dəlillərinə qiymət verərək qeyd edir ki, CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna is ə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Eyni zamanda, kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tə ləbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını y üngülləşdirən hallar, cəzasını ağırlaşdıran hallar (Məhkum2 əməlində cinayətlərin residivi olması), habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu və Məhkum1 müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayə tləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29,120.2.4, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə, Məhkum1 29, 120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1261/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1261/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver