Məhkəmə qərarları › İş №1(102)-1261/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1261/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1261/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X11 (sədrlik edən), X6 və X7 ibarət tərkibdə) 21 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi ndə təqsirli bilinməklə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin 12 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmiş, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Məhkum dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə) 24 fevral 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-982/2021 saylı hökmü Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əml akını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X5 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi "Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2019-cu ilin no yabr ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs1 özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək 11 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə ona MiDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərin köməkliyi ilə 66.000 (altmış altı min) manata ona satılmasının mümkünlüyünə inandırıb aldatmaqla, 4.000 (dörd min) manat məbləğində pulu ilkin ödəniş adı altında Zərərçəkmiş şəxs1 istəyib, razılığını aldıqdan sonra xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 157 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda x x.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan R espublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X5 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin yanvar ayının əvvəllərində müraciət etmiş Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 75.000 (yetmiş beş min) manata satılması müqabilində Azərbaycan Respublikasının Mənzil X5 vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pulu göstərilən məqsəd və ilkin ödəniş adı ilə istəyərək Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında 13.000 (on üç min) manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 13.000 (on üç min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş olduğu 4 aprel 2019-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X5 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi "Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2020-ci ilin yanvar ayının ortalarında birbaşa müraciət etmiş Zərərçəkmiş şəxs2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona MİDA-nın "Yeni Yasamal” yaşayış kompleksindəki mənzili işlədiyi "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 66.000 (altmış altı min) manata satılmasının mümkünlüyünə inandırıb aldatmaqla, 13.000 (on üç min) manat məbləğində pulu ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs2 istəyərək 5.000 manata onun razılığını alıb, həmin niyyətlə, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində özünün idarə etdiyi "Hyundai Sonata” markalı **-AZ -*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində 5000 (beş min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş olduğu 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsas ında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X5 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi "Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin fevral ayının əvvəllərində müraciət etmiş Şahid3 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona özü və tanışları Lələş Abbasov, Elnur Həsənov və Namiq Sadıqova MİDA-nın "Yeni Yasamal” yaşayış kompleksindəki 4 ədəd 3 otaqlı mənzili işlədiyi "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə hər birinin 65.500 (altmış be ş min beş yüz) manata satılması müqabilində Azərbaycan Respublikasının Mənzil X5 vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan hər biri üçün 13.000 (on üç min) manat məbləğində pulu istəyərək hər biri üçün 5.000 manat pul vəsaitinə dair Şahid3 razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Asan” Xidmət Mərkəzinin notariat kontorunda xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Şahid3 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X5 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi "Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin mart ayının əvvəllərində müraciət etmiş Şahid2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona MİDA-nın "Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 65.500 (altmış beş min beş yüz) manata satılması müqabilində Azərbaycan Respublikasının Mənzil X5 vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pulu istəyərək Şahid2 6.100 manata razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublikası Liseyinin yaxınlığında şəxsən Şahid2 4.500 manat pul vəsaitini, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Bakı metropoliteninin "Azadlıq” stansiyasının yaxınlığında Şahid2 bacanağı Şahid8 1.000 manat pul vəsaitini, 2020-ci ilin aprel ayının ortalarında Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, Bakı metropoliteninin "Azadlıq” stansiyasının yaxınlığında 600 məbləğində pul vəsaitini, ümumilikdə 6.100 (altı min bir yüz) manat məbləğində pul vəsaitin i vahid niyyətlə alıb, şəxsi ehtiyaclarına sərf edərək, Şahid2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-9 7 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X5 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi "Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin iyun ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs3 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona MİDA-nın "Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "Azman Holding” Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 66.000 (altmış altı min) manata satılması və "Güzəştli mənzil” sistemi ndə elektron kabinetində qeydiyyatdan keçirtməsi müqabilində 8.000 (səkkiz min) manat məbləğində pul istəyərək Zərərçəkmiş şəxs3 razılığını aldıqdan sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui- istifadə etmə yolu ilə sonuncuya məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktik i halların araşdırılmamamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, Cinayət-Proseesual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş və əməlində cinayət tərkibi olmadan barəmdə ittiham hökmü çıxarmışdır. Halbuki, həmin hökmün əsasını yolverilməz sübutlar təşkil edir. Birinci instansiya məhkəməsi Şahid1, Şahid3, Şahid2la əlaqədar epizodlar üzrə əməlini həm dələduzluq kimi, həm də rüşvət verməyə təhrik et mə kimi tövsif etmişdir. Hesab edir ki, göstərilən 3 epizod üzrə əməlin bu cür tövsif edilməsi əsassız və qanunsuzdur, əməlin tövsifində səhvə yol verilməklə ittiham hökmü çıxarılmışdır. Nə birinci instansiya, nə də ki, apellyasiya məhkəməsi MİDA-nın rəsmi internet saytında verilən elanda göstərilənlərlə, şikayət edən şəxslərin dediklərini müqayisə etməmiş, elanda göstərilən ilkin ödəniş məbləğlərini eyniləşdirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan uyğunsuzluqları, çatışmazlıqları və şübhələri aradan qaldırmamış, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamış, apellyasiya baxışının istintaqla keçirilməsi xahişini heç b ir səbəb olmadan rədd etmişdir. Bütün göstərilən dəlillər və hallar, o cümlədən, ittihamın sübut olunmasında yaranmış şübhələr barədə vəsatətlər vermişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası vəsatətlərinə baxmadan, dəlil və arqumentlərimi yoxlamadan və qiymətləndirmədən onu təqsirli bilmişdir. Şahid3 20.000 manat pulu tam ödəmiş, Şahid2 isə 4.100 manat geri qaytarmış, Zərərçəkmiş şəxs2 və digərlərinə də qismən ödənişlər olunub və barışıq əldə olunması üçün əlindən gələni edir. Həmçinin, ittihamda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 4.000 manat pulu dələduzluq yolu ilə ələ keçirilməsi cinayət əməli xx.xx.2019-cu il tarixdə, Zərərçəkmiş şəxs2 5.000 manat pulu dələduzluq yolu ilə ələ keçirilməsi cinayət əməli xx.xx.2020-ci il tarixdə törədilmişdir. Həmin epizodlar üzrə əməl 178.2.2-ci maddəsi ilə tovsıf edilsə də, CM-in 75 2-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun bununla əlaqədar verdiyi müvafiq Qərara əsasən, həmm epizodlar uzrə cəza verilə bilməz, cinayət təqibinə xitam verilməlidir. Əlbəttə ki, dələduzluq əməlini törətdiyimə görə səmimi peşmandır. X1 prokurorluq orqanlarında qulluq edib, 1997-2001-ci illər aralığında Kəlbəcər rayonunun prokuroru olmuşdur. Atası 2007-ci ildə vəfat etdikdən sonra faktiki olaraq, 1956-cı il təvəllədlü anası X10 himayəsindədir, ürək çatışmazlığı, qan-damar sistemi pozğunluğu, damar tıxanması, İİ tip şəkərli diabet kimi ağır xəstəliklərdən əziyyət çəkir, müalicəyə ehtiyacı vardır. Ailəlidir, bir azyaşlı övladı var. Bu kimi hallar, yəni ailəsinin ağır həyat tərzi cəza təyini zamanı nəzərə alınmamışdır. Kassa siya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edilməsi, barəsində CM-in 32.4, 312.2-ci maddəsi ilə, o cümlədən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 epizodları üzrə (müddət keçmə) cinayət təqibinə xitam verilməsi, daha yüngül cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum kassasiya şikayətinə əlavədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 may 2023-cü il tarixli qərarını tətbiq etməklə onu CM-in 32.4, 312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və ona əlavənin təmin olunması barədə məhkum və mü dafiəçinin, kassasiya şikayətinin və ona əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ape llyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələlər CM-in 32.4, 312.2-ci maddəsi ilə cinayət məsuliyyəti ndən və cəzadan azad edilməsi, Şahid2 və Zərərçəkmiş şəxs1 epizodları üzrə (müddət keçmə) cinayət təqibinə xitam verilməsi, daha yüngül cəza təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olubolmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilibedilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə Məhkum Cinayət Məcəlləsinini həmin maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric olunmalıdır. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd h issəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın ə məli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrups iya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülki yyət hüquq münasibətləri təhlükə altına alınır.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olma dığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsində dəyişdirilməlidir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə cinayət məsuliiyyətinə cəlb edilməs inə və cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric olunmalı, buna müvafiq olaraq ona CM-in 178.3.2-ci maddəsilə tyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, verilmiş ittihamdan göründüyü kimi, Məhkum 11 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə ona MiDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərin köməkliyi ilə 66.000 (altmış altı min) manata ona satılmasının mümkünlüyünə inandırıb aldatmaqla, 4.000 (dörd min) manat məbləğində pulu ilkin ödəniş adı altında Zərərçəkmiş şəxs1 istəyib, razılığını aldıqdan sonra xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Bakı şəh əri, Yasamal rayonu, X16 küçəsi 157 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Göstərilən epizod üzrə cinayət əməlinin predmeti olmuş pul vəsaitinin məbləği və törədildiyi vaxt nəzərə alınaraq həmin epizod üzrə cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib hissəsini yaradır və həmin epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 -ci maddəsi ilə müəyyə n olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni iki il artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 v ə 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühak iməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və ona əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilməli, məhkəmə qərarlarından Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, habelə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına, Məhkum Zərərçəkmiş şəxs1 qarşı 4000 (dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə cinayət məsuliiyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsinə dair müddəalar xaric edilməli, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, habelə Azərbaycan Respublikası CM-in 66.3cü maddəsi ilə cəzalandırılmasına, Məhkum Zərərçəkmiş şəxs1 qarşı 4000 (dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə cinayət məsuliiyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum Bakı Ağır Cinayə tlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 10 (on) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar