Məhkəmə qərarları › İş №1(102)-1261/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1261/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1261/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 1(105)-842/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər N.N.Hüseynli (sədrlik edən) E.Q.Məmmədov və N.N.Mirzəyev) 2024-cü il 28 oktyabr tarixli, 1(124)-636/2024 nömrəli hökmü ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutul muş cinayətin törədilməsində təqsirli bilinərək, ona CM-in 234.4.1 və 234.4.3 maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 2023-cü il 24 oktyabr tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunması və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdən Məhkum apellyasiya şikayəti vermişd ir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) 2024-cü il 19 dekabr tarixli, 1(105)-842/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən tramadol hidroxlorid tərkibli həbləri əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, "Whatsapp” sosial şəbəkəsi vasitəsilə ta nış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan "Bəhzat” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən tramadol hidroxlorid tərkibli həbləri qoyulduğu yerdən götürüb ona göndəriləcək məkana qoyması və bunun müqabilində istifadə etməsi üçün ona narkotik vasitə verilməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 24 oktyabr 2023-cü il tarixdə "Bəhzat” adlı şəxsin bir qrup şəxs halında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən "Vedi” restoranının yaxınlığında istifadə olunmayan binaya qoyduğu bir ədəd qara rəngli polietilen bağlamadakı 1900 qram çəkidə külli miq darda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxil olan, üzərində "Namadol-225 mg” göstəriciləri olan 20 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edən ümumilikdə 200 ədəd külli miqdarda qırmızı rəngli dairəvi formalı tramadol hidroxlorid tərkibli həbləri götürüb satış məqsədilə qanunsuz əldə edərək üzərində saxlamış və həmin gün saat 15:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri n əticəsində həmin binadan çıxıb gedərkən yaxınlıqda yerləşən ‘Vedi” adlı restoranın qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 17:00-dan saat 17:14- ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd qara rəngli sellofan torbada olan bir ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamada 1900 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində "Namadol-225 mg” göstəriciləri olan 20 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edən ümumilikdə 200 ədəd külli miqdarda qırmızı rəngli dairəvi formalı güclü təsir edən t ramadol hidroxlorid tərkibli həblər aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, heç bir zaman İİRda olmamış, heç kimlə telefon və “VATSAP” şəbəkəsi vasitəsilə əlaqə saxlamamışdır. O, ona qarşı irəli sürülən ittihamlardan yalnız narkotik vasitənin istifadəçisi olması və qismən də narkotik vasitənin alıcısı olması ittihamı ilə razıdır. O bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları ona aid olmayan narkotik vasitələri onun üzərinə qoymuşlar. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum ed ilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və ya lnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini və ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azə rbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun mə hkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in üç maddəsi ilə, yəni CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham elan edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.4.3 və 240.3.2-ci maddəsi ilə irəli s ürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.4.3 və 240.3.2-ci maddələri üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında sübuta yetirilməməsi qənaətinə gəlir. İttiham tərəfinin Məhkum “Bəhzad” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən - narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamd a Məhkum “Bəhzad” adlı şəxslə necə tanış olmaları, hansı qaydada ünsiyyət qurmaları, danışmaları qeyd edilməmiş (bu iki şəxsin “Wattsapp” la əlaqə qurması qeyd edilsə, lakin cinayət işinin materialları ilə bu fakt təkzib edilmişdir), konkret vaxt, yer, üsul göstərilmədən Məhkum “Bəhzad” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar qeyri-müəyyən, mücərrəd formada təsvir olunmuşdur. İstər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarında Məhkum CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən heç bir sü buta istinad edilməmişdir. Məhkəmə qərarlarından ümumi şəkildə görünən odur ki, məhkəmələr məhkumun cinayət əməlini qabaqçadan əlbir olan bir qrup şəxs halında törətməsini yalnız Məhkum ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəyə istinad etməklə qəbul etmişlər, halbuki məhkum ibtidai istintaqın sonrakı dövründə həmin ifadədən imtina etmişdir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəx s tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsi 24 oktyabr 2023-cü il tarixdə baş vermiş, məhkum həmin tarixdə saxlanılmış və məhkumun istifadə etdiyi, ona məxsus olan mobil telefon əməliyyatçılar tərəfindən götürülmüşdür. (Bax: cild 1, i.v. 3, 3031) Cinayət işinin materiallarına əlavə edilmiş və müstəntiq tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum istifadəsində olmuş və DİN-in BNMİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş bir ədəd mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonun yaddaş qurğusunda “Whatsapp” proqramının olmadığı müəyyən edilmişdir. Həmçinin mobil telefonun SMS və adlar bölməsinə baxış keçirilərkən iş üçün əhəmiyyətli olan hər hansı SMS yazışması müəyyən edilməmişdir. (bax: cild 1, i.v. 183). Maraqlıdır, şəxsin “Whatsapp” proqramından istifadə etməklə “Behzad” adlı İran vətəndaşı ilə əlaqə saxlaması, onunla cinayətkar qrup təşkil etməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülür və sonradan məlum olur ki, şəxsin istifadəsində olan mobil telefonda, ümumiyyətlə, belə bir proqram yoxdur. Lakin istər istintaq orqanı, istərsə də məhkəmələr tərəfindən bu məsələyə heç bir münasibət bildirilməmişmir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyas iya instansiya məhkəməsinin qərarında Məhkum CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən heç bir sübuta istinad edilməmiş, məhkəmə qərarları CPM-in tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Göründüyü kimi, Məhkum tərəfindən törədilən cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini təsdiq edən yeganə sübut məhkumun ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadədir. CM-in 234.4.1-ci maddə ilə cinayət əməlinin törədilməsini təsdiq edən ittiham tərəfinin başqa heç bir sübutu yoxdur. Məhkəmələr də hökm və qərarda etiraf ifadəsindən başqa, digər bir sübuta istinad etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmus u ilə təsdiq edilmədiyi halda, yalnız təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadəsinə əsaslanmaqla, şəxsi CM-in hər hansı bir maddəsi ilə təqsirli bilərək məhkum etmək, CPM-in 126.6-cı maddəsinin tələblərinə ziddir. Göründüyü kimi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etmiş olduğu etirafdan başqa, ittiham tərəfinin qabaqcadan əlbir olan bir qrupun mövcudluğunu təsdiq edən heç bir sübutu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcə llənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittiham ın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə istinad edilirsə, bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Ümumiyyətlə, Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı nın 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkum qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması CPM-in 143-146cı maddələrinin tələblərinə zidd olmaqla, cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədi lməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilə n şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, Məhkum qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə olan təqibin ittihamdan, hökmdən və qərardan xaric edilməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə ko llegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, CPM-in 42.1.4-cü maddəsinə əsasən, CM-in 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli, ittihamın həcminin azaldılması nəzərə alınmaqla, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 28 oktyabr tarixli, 1(124)636/2024 nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 1(105)-842/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 28 oktyabr tarixli, 1(124)636/2024 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 42.1.4-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar