Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1262/2018 25.10.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1262/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xx 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Roya Əli qizi Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Z və Məhkum iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx2017-ci il tarixli, 1 (089)-xx /2017 saylı hökmü ilə (hakimlər N.F.Quliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət tərkibdə), Məhkum, xx xx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni xx xx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. X2 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa dəqiq məlum olmayan tarixdə, tanışı X3 və şəxsiyyəti isti ntaqa məlum olmayan D adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli satış məqsədilə qanunsuz olaraq külli miqdar təşkil edən 50,340 qram çəkidə narkotik vasitə olan heroinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində realizə edilməsi barədə əvvəlcədən razılığa gəlmiş, xx xx 2017-ci il tarixdə 50,340 qram çəkidə iki polietilen kəsiyi bükümündə narkotik vasitə olan heroini E sifarişi ilə şəxsiyyəti istintaqa məlum olmayan D adlı İran İslam Respublikası vətəndaşından qanunsuz əldə edərək E çatdırması məqsədilə Astara sərhəd-keçid məntəqəsindən gömrük sərhəd indən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirdikdən sonra daşımaqla Lənkəran şəhərinə gəlmiş, həmin tarixdə saat 22 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ləvəngi dairəsində saxlanılaraq şöbəyə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sol yan cibindən 2 ədəd polietilen kəsiyi bükümündə ayrı- ayrılıqda təmiz çəkiləri-26,765 qram, 23,575 qram, ümumi təmiz çəkisi-50,340 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumlar və müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və mər uzəçi hakim Ə.Ə.Novruzov, hakimlər E.Ə.Camalov və R.M.Cəfərov ibarət məhkəmə tərkibdə) xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsi və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx xx 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə iclasında iştirak edən Məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək Şirvan Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazları nı bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin414.1-ci maddəsini rəhbərtutaraqməhkəməkollegiyası Q Ə R A R A A L Dİ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirli bilinib məhkum olunmuş Məhkumbarəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın. Sədrlik edən: imza Hakimlər: imzal
Məhkəmə qərarları › İş №1(102)-1262/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1262/2018
25.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver