Məhkəmə qərarları › İş №1(102)-1262/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1262/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1262/2019 15.10.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1262/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 15 oktyabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı, Sumqayıt Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 13 dekabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əlövsət Abasov (məruzəçi), Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət tərkibdə) 28 avqust 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə İsmayıllı rayonunun Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatda olan və yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cə zasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2017-ci il tarixdən hesablanmışdır. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülki iddiası təmin edilərək Məhkum X1 xeyrinə 4930 (dörd min doqquz yüz otuz) manat pulun tutulması qərara alınmış, zərərçəkmiş şəxsin hüquqi varisi X8 mülki iddiası baxılmamış saxlanılmışdır.. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 16 fevral 2017-ci il tarixdə, saat 18:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi «Ford Transit» markalı ** ZR *** qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrində, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, daim dəyişən yol şəraitinə nəzarət etməli, nəqliyyat vasitəsinin idarəetməsi ilə əlaqədar hərəkətləri yerinə yetirərkən hərəkət təhlükəsizliyini təmin etməli, hərəkət istiqamətlərini ayıran bütöv ağ üfüqi nişanlama xəttini kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, Bakı istiqamətində hərəkətdə olarkən yolun ortasında hər əkət istiqamətlərini ayıran 1.1 üfüqi nişanlama xəttini kəsib keçərək sola manevr edib əks hərəkət zolağına çıxmış, qarşıdan əks istiqamətə hərəkətdə olan X2 idarə etdiyi «Mersedes Bens E 220 CDİ» markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun hərəkət yolunda toqquşmuş, nəticədə ehtiyatsızlışdan idarə etdiyi avtomobildə olan sərnişin X9 açıq ağır kəllə beyin travması, baş beyinin ağır dərəcədə əzilməsi, sağ gözün travmatik enokulyasiyası, sağ təpə gicgah sümüklərinin sınığı, beyin daxili qansızmalar, beyindaxili subdral hematoma kimi sağlamlığına ağır zərər vuran xəsarətlər almaqla ölümünə, «Mersedes Benz E220 CDİ» markalı avtomobilin sürücüsü X9a sağ incik sümük başının, sağ qamış sümüyünün hər iki kondilusunun yerdəyişmiş sınığı xəsarətləri yetirməklə sağlamlığına az a ğır zərər vurulmasına, habelə «Mersedes Benz E220 CDİ» markalı avtomobilin sərnişini X10 burun sümüyünün qapalı sınığı, bel omba nahiyəsinin əzilməsi, hər iki gözaltı nahiyədə qançır xəsarətləri yetirməklə sağlamlığına az ağır zərər vurulmasına, habelə «Mersedes Benz E220 CDİ» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi X3 4930 manat, «Ford Transit» markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi X11 5670 manat maddi ziyan yetirməsinə səbəb olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseyn Nəbiyev (sədrlik edən və məruzəçi), Nazim Mövsümov və Elman Əhmədovdan ibarət tərkibdə) 13 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirlən dirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təyin edilmiş cəza 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X8 nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2017-ci il tarixli qərarı ləğv edilsin və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, çıxarılmış qərar obyektiv deyil və qanunsuzdur. Belə ki, ona cəza təyin edilərkən hadisənin baş vermə şəraiti, işin bütün halları və cəzanı yüngülləşdirən hallar tam olaraq nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı S.Əkbərovun kassasiya şikayətinin təmin edilmədən saxlanılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti t örətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tar ixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və əməlində cəzanı ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Apellyasiya instansiyası məhk əməsi isə Məhkum törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və iş üzrə digər zərərçəkmiş şəxslərin onunla barışıq əldə etmələrini nəzərə alıb hökmlə təyin edilmiş ilə 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmişdir. Məhkum təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də mad dənin sanksiyasının minimum həddinə yaxın həddə cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malik dir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il t arixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2017-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 13 dekabr 2017-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar