Məhkəmə qərarları › İş №1(102)-1262/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1262/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1262/2020 05.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum qızının iştirakı ilə xx xxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Salamzadə küçəsi ev 1005də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi ev 38də yaşamış Məhkum qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3 2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Oruc Cəlilov, hakimlər Xamməd Nuriyev və Cəlil Nəbiyevdən ibarət tərkibdə), Məhkum qızı CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müd dətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qızına cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bu iş üzrə X4 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum qızı məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2018-ci il tarixdə iran islam Respublikasının Ərdəbil şəhərində külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanun suz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qeyri- rəsmi nikahda olduğu X4 və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ümumi razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq Münasib Rəhimovla birlikdə xx xxxx 2018-ci il tarixdə iran İslam Respublikasına getmiş, həmin tarixdə Münasib Rəhimov şəxsiyyəti məlum olmayn cinayətkar qrupun iran islam Respublikasındakı üzvündən əldə etdiyi 221,545 qram narkotik vasitə olan heroin" 109,380 qramını Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsi üçün ayrı-ayrılıqda 62,350 qram və 47,030 qram olmaqla 2 ədəd bağlamada ona vermiş, o isə öz növbəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etdiyi həmin narkotik vasitəsini xx xxxx 2018-ci il tarixdə Ərdəbil şəhərində olarkən düz bağırsağına yerləşdirərək saxlamış, daşımış və həmin tarixdə saat 14 radələrində Astara Gömrük idarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsi və ya 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi onun ilk məhkumluğunu, ailəli olmasını, bir azyaşlı uşağının olmasını, hepatit xəstəliyindən əziyyət çəkdiyini, qadın olduğunu nəz ərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ ona təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, m əhkəmələr cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə qanunda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddində cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qızı əvvəllər məhkum olunmamışdır, törət diyi cinayət əməlindən səmimi peşmandır habelə iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olma qla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Məhkəmə k ollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum qızının azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli q ərarı Məhkum qızı barəsində cəza təyininə dair hissədə dəyişdirilsin. Məhkum qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti isə 5 (beş) il 3 (üç) ay müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum qızına təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Məhkum qızının həbs edildiyi gündən - xx xxxx 2018-ci il tarixdən hesablansın. Qərar kassas iya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar