Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1262/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 08 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Aqil Musayev, hakimlər Nizami Quliyev və Cavid Səfərlidən ibarət tərkibdə) 1(099)481/2021 nömrəli 04 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, 10 saylı evdə qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasın ı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2020-ci ilin dekabr ayında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 261,831 qram olmaqla külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 1001,956 qram olmaqla külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 9 ədəd konvolyutda olan cəmi 89 ədəd tabletlərin tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 3,56 qram olmaqla külli miqdar təşkil edən, narkotik vasitə olan metadon, müvafiq olaraq təmiz çəkiləri 3 6,274 qram və 0,451 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamini əldə etmiş, ünvan 1 ünvanda yerləşən, yaşadığı evə daşımış, satışa hazırlamaq üçün müəyyən hissələrə bölmüş, 17 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində olarkən ayrıayrılıqda bir ədəd bükümdə göstərilən heroini, tiryək və qurudulmuş marixuananın müvafiq olaraq təmiz çəkiləri 6,956 qram və 4,863 qram təşkil edən hissələrini, bir ədəd konvolyutda olan on ədəd metadon həblərini üzərində olmuş gödəkcənin ciblərində saxlamış və daşımış, yaşadığı evin ona məxsus otağındakı paltar dolabının üzərində göstərilən tiryəkin bir ədəd bükümdə təmiz çəkisi 995 qram təşkil edən qalan hissəsini, tumbanın siyirməsi və stolun üzərində göstərilən qurudulmuş marixuananın ümumi təmiz çəkisi 31,411 qram təşkil edən qalan hissəsini altı ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,667 qram, 4,938 qram, 5,281 qram, 5,409 qram, 5,436 qram və 5,680 qram olmaqla, metamfetamini iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,237 qram və 0,214 qram olmaqla və göstərilən metadonun qalan 79 ədəd həblərini üzərində heroin izləri aşkar edilmiş bir ədəd elektron tərəzi ilə birlikdə saxlamışdır. Həmin kütlələr və bir ədəd elektron tərəzi 17 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən saxladığı göstərilən yerlərdən müvafiq hissə və çəkilərdə aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi) Elşad Əliyev və İlkin Abdullayev) 1(106)-99/2022 nömrəli 08 fevral 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021ci il tarixli, 1(099)-481/2021 saylı hökmü Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il həddinədək azaldılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, ona irəli sürülmüş ittihamın dəqiq və dürüst öyrənilməsi məqsədilə “Qondarma cinayət işi” yeni apellyasiya icraatına qaytarılmaqla, çoxsaylı polis əməkdaşlarının yol verdikləri qanunsuzluqlar ciddi şəkildə öyrənilməli, polis əməkdaşlarının vəzifələrindən sui-istifadə hərəkətləri prosessual araşdırılaraq, haqqında bəraətverici əsaslarla qərar qəbul edilməlidir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə özünü təqsirli bilmə yərək, bütün bunların süni formalaşdırılması və təşkilatçılıqla polis əməkdaşları tərəfindən qurulduğunu bildirmişdir. Bununla bağlı, apelyasiya məhkəməsi üzrə istintaq zamanı kifayət qədər sübutlar və dəlillər irəli sürülsə də, məhkəmə ona təyin edilmiş cəzanın sadəcə 1 il azaldılması ilə kifayətlənmişdir. Bununla da, məhkum müdafiə hüququnun ciddi qapadılmasını, prosessual müstəvidə məhkəmə müdafiə hüququnun da ciddi inkar edilməsi, həmçinin ədalət mühakiməsinin maraqları və qanunla qorunan mənafelərinin ciddi və əhəmiyyətli dərəcədə pozulduğunu iddia etmişdir. Məhkum həmçinin apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığını, bu səbəbdən, işə apelyasiya baxışı üzrə təyin edilmiş səlahiyyətli hakimlər barəsində müvafiq qərarın çıxarılması və onların barəsində tədbir görülməsi məqsədilə Məhkəmə-Hüquq Şurasına sorğu göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkum Mehti İsmayılovun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı halda məhkəmə tərəfindən əs assız və qanunsuz olaraq onun barəsində həmin maddələrlə ittiham hökmü çıxarılmışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi cinayət işinə məhkumun müdafiəçisinin apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə qismən razılaşmış və müdafiə tərəfinin apelyasiya şikayətini cəza hissəsində qismən təmin etmiş dir. Birinci və apelyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib nəticəyə gəlmişdir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası cinayət işinin materialları öyrənib qeyd edir ki, yuxarıda qeyd edilən sübutlarla məhkumun hökmün və apelyasiya məhkəməsinin yekun qərarında təsvir edilən hərəkətləri törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, Məhkum 31 mart 2001-ci l tarixdən “Şəxsiyyətin isterik tip pozuntusu” diaqnozu ilə Lənkəran Rayonlararası Ruhi Əsəb Dispanserində qeydiyyatda durur (c.1 i.v.127). İbtidai istintaq orqanı Məhkum hər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə ambulator məhkəmə psixiatrik ekspertiza təyin etmişdir. Digər sübutlarla yanaşı məhkəmələr ambulator məhkəmə psixiatrik ekspertizasının 13 yanvar 2021-ci il tarixli 109 nömrəli rəyinə əsasən nəticəyə gəlmişlər ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı olmuş və ona elan edilmiş ittiham üzrə təqsirlidir. Həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Məhkum törətdiyi əməl barəsində anlaqlıdır və Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin müəyyən edilmişdir ki, onda, “Emosional davamsız tip şəxsiyyət pozuntusu” aşkar edilmişdir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub-olmaması ilə bağlı mə hkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator məhkəmə psixiatrik ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 13 ya nvar 2021-ci il tarixli rəyi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilmə z. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Lakin məhkəmələr tərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm v ə ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, Şırvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərinə əsasən hazırki cinayət işi üzrə yeni apelyasiya baxışı təyin edilməsi ilə əlaqədar kassasiya şikayətinin digər dəlillərinin əsaslılığı barədə münasibət bildirməyə zərurət görmür. Yeni apelyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cinayət törədərkən anlaqlı olub-olmaması müəyyən etmək üçün Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə riayət edilməklə məhkəmə-psixiatrik ekspertizası keçirilməli, zərurət yaranarsa digər istintaq hərəkətləri aparılmalı və nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1262/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1262/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver