Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1262/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etd i. I. İşin halları
1. Məhkum xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-24/2022 saylı, 16 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olub, Abşeron rayonu Güzdək qəsəbəsində nömrəsiz evdə yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Azərbaycan Re spublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində olan tanışları vasitəsilə çıxarış verilməsinin təşkil edilməsinə köməklik göstərməsi ilə bağlı 2020-ci ilin iyun-iyul aylarında özünə ünvan 3 ünvanında yerləşən, X4 ümumi mülkiyyətində olan 0,0412 ha və 0,02 ha, ümumilikdə 0,06 ha torpaq sahəsi üzrə vahid çıxarış alınması üçün tanışı Şahid3 vasitəsi ilə müraciət etmiş Şahid2 “patron” ləqəbi ilə təqdim etdiyi 24 may 2018-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyin Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində işləyən tanışı Şahid5 işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs olduğunu bildirib sonuncuya olan inam və etibardan suiistifadə edərək Şahid5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində guya yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasına, həmin tanışının vasitəsilə qeyd edilən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi imkanına malik olduğuna Şahid2 inandırıb, torpaq sahəsi üçün adına çıxarış alınmasını 5.000 (beş min) manata təşkil edəcəyini yalandan bildirib, Şahid5 tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə özü və Şahid5 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid2 yalandan bildirərək, Şahid2 çıxarış almağa görə 5.000 manat məbləğində pulu verə biləcəyinə dair razılığını Şahid3 vasitəsilə alıb, həmin niyyətlə də 2020-ci ilin iyun-iyul aylarında Şahid2 sonuncuya və şərikli iş gördüyü Şahid1 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin yaxınlığında Şahid2 almış, eyni niyyətlə, 2020-ci ilin avqust ayının sonlarında özünə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 0,2 ha torpaq sahəsinə Şahid1 adına çıxarış və ünvan 3 ünvanında yerləşən torpaq sahəsində planlaşdırılan çoxmərtəbəli yaşayış binasının tikintisinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq razılıq alınmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid2 həmin məsələnin müsbət həll olunması üçün Şahid5 tanışı olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 və Şahid2 xey rinə edəcəyi hərəkətə görə özü və Şahid5 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək Şahid3 vasitəsilə Şahid1 və Şahid2lə razılaşmaqla sövdələşib, həmin niyyətlə, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Bakı Ağ şəhər bulvarında sonunculara məxsus 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini Şahid2 almış, eyni niyyətlə, 2020-ci ilin oktyabr ayının sonlarında özünə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,2 ha torpaq sahəsinə və çoxmərtəbəli yaşayış binasına Şahid1 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində olan tanışları vasitəsilə çıxarış verilməsinin təşkil edilməsinə köməklik göstərməsi ilə bağlı müraciət etmiş Şahid2 həmi n məsələnin müsbət həll olunması üçün Şahid5 tanışı olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 və Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü və Şahid5 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək Şahid2lə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasının yaxınlığında 27.000 manat, ertəsi gün Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində “26-cı məhəllə” adlanan ünvanda 2.000 manat olmaqla, Şahid1 və Şahid2 məxsus cəmi 29.000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitini sonuncudan almış, həmçinin, eyni niyyətlə, 2020-ci ilin oktyabr ayının sonlarında özünə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 0,2 ha, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,2 ha, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahələrində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının baxış apararaq nöqsan aşkarlamamalarında köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid2 həmin məsələnin müsbət həll olunması üçün Şahid5 tanışı olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 və Şahid1 xeyrinə edəcəyi hərə kətə görə özü və cinayətdən xəbərsiz Şahid5 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək Şahid2lə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2020-ci ilin oktyabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Şahid1 və Şahid2 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini sonuncudan almaqla, həmçinin, eyni niyyətlə, 2020-ci ilin noyabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən 0,2 ha torpaq sahəsində planlaşdırılan çoxmərtəbəli yaşayış binasının tikintisinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən və digər dövlət qurumlarından müvafiq razılıq alınmasında köməklik göstərilməsi ilə bağlı müraciət etmiş Şahid2 həmin məsələnin müsbət həll olunması üçün Şahid5 tanışı olan səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 və Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü və cinayətdən xəbərsiz Şahid5 vasitəsilə birbaşa yolla maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək Şahid3 həmin vaxt 80.000 manat, işin həll olunmasından sonra isə qalan 20.000 manatın verilməsinə dair mövqeyinə əsasən sonuncu vasitəsilə Şahid2lə həmin şərtlərlə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2020-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Şahid2 və Şahid1 məxsus 80.000 (səksən min) manat məbləğində pul vəsaitini sonunculardan Şahid3 vasitəsilə alıb, Şahid3 işin tam həll olunmasından sonra qalan məbləğin verilməsini bildirməsinə görə Şahid2 həmin şərti irəli sürməsi ilə əlaqədar şübhə yaratmamaq üçün sonuncularla razılaşmaq məcburiyyəti qarşısında qaldığından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini Şahid2 və Şahid1 almağa nail olmayaraq, ümumilikdə qeyd edilən qaydada əldə etdiyi həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid2 və Şahid1 məxsus cəmi 177.000 (bir yüz yetmiş yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 və Şahid1 məxsus cəmi 197.000 (bir yüz doxsan yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 və Şahid1 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü və cinayətdən xəbərsiz Şahid5 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 və Şahid1 vahid niyyətlə təhrik etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və A.İ.Paşayevdən ibarət tərkibdə) 15 iyul 2022-ci il tarixli, 1(101)-223/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbay can Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Məhkum Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il müddə tə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.
4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2022 saylı, 15 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını хahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən Z.B.Babayev, hakimlər Z.A.Şirinov və İ.A.İbrahimlidən ibarət tərkibdə) 25 oktyabr 2022-ci il tarixli, 1(103)1849/2022 saylı qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2022 saylı, 15 iyul 2022-ci il tarixli hö kmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum X5 tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyasının qərarı qanunsuz və ədalətsiz olmuşdur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaq, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Cinayət Məcəlləsinin və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş hüquq normalarının tələbləri kobud şəkildə p ozulmuşdur.
8. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1849/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər
9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.
10. Məhkumun kassasiya şikayətinin başlıca dəlili onun barəsində bəraət hökmünün çıxarılmasını хahiş etmişdir.
11. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.
12. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsi rliliyi sübuta yetirilmədikdə xitam verilir.
13. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyası nda nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
15. İbtidai istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişdir ki, Məhkum öz qull uq mövqeyindən istifadə etməklə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etməkdən ibarət olan əməli Azərbaycan Respublikası CM-nin CM-in 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur.
16. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Məhkum müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respub likasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir.
17. Bu hərəkətlərin rüşvət verməyə təhrik etmə cinayətinin tərkibini yaratması barədə qənaətini ibtidai istintaq orqanı və məhkəmələr ilk növbədə onunla izah etmişdir ki, həmin hərəkətlər CM-in 312.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət verməyə cinayətinin obyektinə zərər dəymişdir.
18. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CM-in 32.4,312.1-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs ə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsvri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir.
20. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyəyönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
21. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının s əbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.
22. Psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl et miş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir.
23. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4,312.1-ci maddələri ilə olan ittihamdan görünür ki, onun niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxsə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çıxış etmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, AR CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.
25. Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 1 78 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır.
26. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvətverməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir.
27. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdaadı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət v erəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.
28. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarları və qərardadında olan izahları nəzərə alaraq hesab edir ki, Məhkum zərərçəkmişi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178-ci maddəsi ilə tam əhatə olunmaqla yalnız dələduzluq cinayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cina yət hadisəsinin mövcudluğu istisna edir.
29. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin əməlinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəflivə obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, Məhkum törətdiyi əməldə CM-in 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır.
31. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-in 32.5, 312.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə dəyişdirilməlidir.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 25 oktyabr 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə məhkum olunmasına aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsinə aid müddəalar ittihamdan və hökmdən, 66.3-cü maddəsinə aid müddəalar hökmdən xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməs inin 15 iyul 2022-ci il tarixli, 1(101)-223/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.