Məhkəmə qərarları › İş №1(102)-1263/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1263/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1263/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM- nin 181.2.1, 181.2.3, 181.2.5, 149.2.1, 149.2.4 və 150.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) xx.xx.1990-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmuş Məhkum, Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5, 149.2.1, 149.2.4 və 150.2.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 149.2.1 və 149.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 avqust 2010-cu il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 300 manat cərimə cəzası yeni təyin olunmuş cəzay a birləşdirilməklə, qəti olaraq ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 300 (üç yüz) manat cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 sentyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X16, X8, X11 və X9 da təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Novruzov Ələsgər Əli İskəndər oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) 12 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilm ədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək, barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 149.2.1, 149.2.4 və 150.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o X8 və X16 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında İmişli şəhəri, ünvan 2-də yaşayan X15 qızının evinə qanunsuz girib əmlakını qanunsuz ələ keçirmək barədə razılığa gələrək 28 iyul 2017-ci il tarixdə, təxminən gecə saat 03-04 radələrində əllər inə əlcək, başlarına isə kişi köynəyini maska kimi taxaraq İmişli şəhəri, ünvan 2-də yaşayan X2 evinin həyətinə hasardan aşmaqla daxil olmuş, aralarında olan razılaşmaya əsasən X16 və X8 növbə ilə pusquda dayanmış, Məhkum əvvəlcə X8 ilə həmin evə pəncərədən qanunsuz girməklə yatmış vəziyyətdə olan X3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib baş nahiyəsindən yumruqla vuraraq yuxudan oyatmaqla silah qismində istifadə edilən bıçağı onun boğazına dirəyərək qışqıracağı təqdirdə öldürəcəyi ilə hədələyib ondan pul və dəyərli əşyalarının yerini soruşmuş, zərərçəkmiş belə əmlakı olmadığını bildirdikdə ona alın nahiyyəsində solda, sol gözaltı nahiyədə, sol yanaqda, sağ bazunun orta 1/3-də, sağ bazunun aşağı 1/3-də bayır səth ində, sağ saidin orta 1/3-də arxa səthində, sol bazunun aşağı 1/3-də arxa səthində, sağ əlin üst proyeksiyasında sol əlin üst səthində 2-ci əldarağı sümüyü proyeksiyasında, sağ budun aşağı 1/3-də bayır səthində, sağ diz oynağının ön səthində qançırlarla müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, müqavimət göstərməməsi üçün onun əllərini zərərçəkmişə məxsus paltarın kəməri ilə arxadan bağlayıb, evi axtarıb yataq otağındakı dolabda olan zərərçəkmiş X8nın bacısı X5 məxsus içərisində 1000 manat pul olan, 300 manat dəyərində yataq dəstini, yataq otağından X8ya məxsus mücrünün içərisində mücrü ilə birlikdə cəmi dəyəri 80 manat olan bəzək əşyalarını - 4 ədəd boyunbağını, 1 ədəd bilərziyini, 4 ədəd üzüyünü, 2 cüt sırğanı, evdə olan 50 manat dəyərind ə çəngəl-bıçağı, 10 manat dəyərində şokolad və meyvə şirəsini, 40 manat dəyərində «Nokia» markalı mobil telefonu özləri ilə gətirdikləri polietilen torbaya yığaraq-cəmi 1480 manat dəyərində əmlakı ələ keçirib yaşayış sahəsinə qanunsuz girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq etmişlər. Bundan başqa, Məhkum və X8 həmin yerdə və vaxtda cinayət əməllərini davam etdirərək X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında müqavimət göstərməməsi üçün artıq əlləri kəmərlə arxadan bağlanmış X3 qarşı zor tətbiq edib və zor tətbiq etməklə hədələmiş, məhkum onu əlində tutduğu bıçaqla öldürəcəklərini bildirən zaman Məhkum əvvəlcə cinsiyyət orqanını onun uşaqlıq yoluna daxil edərək onunla təbii yolla cinsi əlaqədə olmaqla onu qabaqcadan əlbir olduğu bir qrup şəxslə öldü rmə hədəsi ilə zorlamış, sonra öz hərəkətlərini davam etdirərək zorla öz cinsiyyət orqanını X8nın arxa keçəcəyinə salıb, arxa keçəcək dəliyi girəcəyində selikli qişada qansızmalı yaralara səbəb olan qeyritəbii yolla cinsi əlaqədə olmuş, daha sonra öz cinsiyyət orqanını məcburən onun ağzına salıb cinsi ehtirasını pozğun formada təmin etməklə X8ya qarşı seksual xarakterli digər zorakılıq hərəkəti etmiş, bundan sonra məhkum1 və sonuncudan sonra evə girmiş X3 zor tətbiq etməklə öz cinsiyyət orqanını X8nın arxa keçəcəyinə salıb, arxa keçəcək dəliyi girəcəyində selikli qişada qansızmalı yaralara səbəb olan qeyri-təbii yolla cinsi əlaqədə olmaqla X8ya qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında seksual xarakterli digər zorakılıq hərəkəti etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum k assasiya şikayətini onunla əsaslandırmışdır ki, İstintaq orqanı qərəzli və ziddiyyətli şəkildə istintaq aparmış, nəticədə məhkəmələr tərəfindən ədalətsiz qərar qəbul edilmişdir. Məhkəmələr işin hallarına və dəlillərə düzgün qiymət verməmiş, hadisə törədildiyi gecə toy məclisində iştirak etməyini nəzərə almadan əsassız yerə təqsirli bilinib məhkum edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsini və barəsində cinayəti bilib gizlətmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı nın çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiy ası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində özünü Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5, 149.2.1, 149.2.4 və 150.2.1-ci maddələri ilə təqsirli bilmədiyini vurğulamışdır. Zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, 28 iyul 2017-ci il tarixdə, saat 03 radələrində yaşadığı evin yataq otağında yatdığı vaxt kiminsə onu əli ilə baş nahiyəsinə yumruq vurmasından oyanmış və qışqırmağa başlamışdır. Həmin vaxt evinin işıqları sönmüş vəziyyətdə olmuş, ayılanda görmüşd ür ki, evinin içərisində üzlərində maska, əllərində əlcək olan tanımadığı iki nəfər şəxs və onların birinin əlində balaca fənər var. Evin işığı yanmasa da, pəncərədən evin içərisinə ayın işığı və yataq otağının açıq qapısından çöl otağın işığı düşürmüş. Həmin şəxslərdən biri onun boğazına bıçaq dirəyib, xəsarət yetirməsə də başını kəsib onu öldürəcəyi ilə hədələmiş, qorxusundan qışqırmağı dayandırmışdır. Həmin şəxsin biri təxminən ondan bir az hündür, başında ağ rəngə çalan maska olmuş, uzunqol tünd rəngli köynək, tünd rəngli şalvar, üzərində ağ rəngli bağlar olan idman formasında ayaqqabı geyinmiş, əlində balaca bıçaq olmuş, həmin şəxsi alnı yastı olmuş, tanıma zamanı həmin şəxsi dərhal tanımış, həmin şəxs X8 olmuşdır. Digər şəxs isə birinci şəxsdən də hündür, digərindən nisbətən bir az k ök idi, idmançı kimi görünürdü, cüssəli olsa da, qarını böyük deyildi, əyninə tünd rəngdə olan qısaqol yay köynəyi, tünd rəngli şalvar geyinmiş, həmin şəxsin əlində yekə bıçaq var idi, həmin şəxsin gözü çəp idi, tanıma zamanı həmin şəxsi dərhal tanımış, həmin şəxs Məhkum olmuşdur. X3in başında qara, məhkumın başında ağ rəngli maska var idi. Həmçinin onlar əllərinə tibbi əlcəklər geyinmişdilər. Onu birinci dəfə X3 vurmuş və birinci dəfə X3 ondan evdə olan pulların və dəyərli əşyaların yerini soruşmuşdur. X3 yumruğu ilə onun başına və alnına vurmuşdur. məhkum isə onun sol gözünə və sol yanağına yumruqları ilə vurmuş, qollarında və ayağında olan xəsarətləri də məhkum yumruqları və təpikləri ilə ona yetirmişdir. məhkum onu vuranda deyirmiş ki, “baxıb birdən tanıyarsan məni”. məhkum bir neçə dəfə həyətə çıxıb kiminləsə danışırdı, həmin şəxs həyətə çıxandan tələsmələrini istəyirdi, lakin o, həmin şəxsi görməmişdir. O, evinə girən şəxslərə pulunun olmadığını desə də, məhkum evin işıqlarını yandırmadan, əlindəki fənərlə evi axtarırdı. Onun özünün həqiqətən də pulu olmamış, lakin yatdığı otaqda olan dolabda yataq dəstinin arasında bacısı X2nin 1000 manat pulu var idi. məhkum yataq otağındakı masanın üstündən mücrünün içində olan onun bəzək əşyalarını tapıb gətirib X3ə qızılları tapdığını demişdir. Halbuki, evində qızıl-zinət əşyaları olmamışdır. məhkumın tapıb götürdüyü bəzək əşyaları qızıla oxşasa da sadə bəzək əşyalarıdır, elə də bahalı deyil, hamısının ümumilikdə mücrü ilə birlikdə təxminən 80 manat dəyəri var idi. Həmin bəzək əşyaları 4 ədəd boyunbağıdan, 1 ədəd bilərzikdən, 4 ədəd üzükdən və 2 cüt sırğadan ibarət idi. X3 və məhkum evdə olan 50 manat dəyərində çəngəl-bıçağı, 10 manat dəyərində şokolad və meyvə şirəsini də özləri ilə götürmüşlər. məhkum evi axtararkən, X3 çarpayıdan ayağa durmaması və onlara müqavimət göstərməməsi üçün əlləri ilə qollarından, qolu ilə onu qucaqlamış formada ağzından tutmuş, məhkum evi axtarıb dolabdan tapdığı yubka kəmərilə onun əllərini arxadan çarpaz formada ovuc hissəsindən bir-birinə bağlamışdır. Götürdükləri əşyaları və içərisində 1000 manat pul, 10 ədəd 100-lük əskinazlar olan yataq dəstini özləri ilə gətirdikləri selofan torbaya qoyub, məhkum həmin selofanı çıxarıb onlarla birlikdə gəlmiş şəxsə verib evin içərisinə qayıtmış, məhkum həyətə çıxdığı vaxt həyətdəki şəxs ona tələsmələrini demişdir. məhkum otaqları yenə də axta rsa da artıq onlar götürməyə dəyərli əşya tapa bilmədiklərini başa düşmüşlər. Bu vaxt məhkum demişdir ki, “burada nə qızıl var, nə də dəyərli başqa əşya var, bilsəydik Sabirabaddan durub bura gəlməzdik, ya səni öldürəcəyik, ya da səninlə cinsi əlaqədə olacağıq”. Həmin şəxslər onu zorlayacaqlarını dedikləri vaxt o, ağlaya-ağlaya onu buraxmalarını istəyərək yalvarsa da sözlərinə məhəl qoymamışlar. Boğazına bıçaq dirəyərək hərəkət etməsini qoymayan X3 onu yataqdan qaldırıb digər yataq otağına aparıb həmin otaqdakı ikinəfərlik çarpayıya üzü aşağı formada uzatmış, bu vaxt məhkum onu tutub saxlamış, ilk öncə X3 onunla əvvəl qeyri-təbii daha sonra isə təbii yolla cinsi əlaqədə olmuş, sonra bir neçə dəfə cinsiyyət orqanını onun ağzına salıb-çıxarmışdır. X3dən sonra məhkum onu yatdığı otağa aparıb və onunla qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt başını balınca basdıqları üçün səsi çıxmamışdır. məhkum onunla qısa müddətə arxadan cinsi əlaqədə olmuşdur. Bundan sonra həyətdə gözləyən şəxs evinə daxil olub yataq otağına gəlmişdir. Həmin şəxs X3ə və məhkuma demişdir ki, «Qadını nəyə görə bu vəziyyətə qoymusuz, siz etmisizsə mən də edəcəyəm». Həmin şəxsin başında qara rəngli maska olsa da, səsindən və əlamətlərindən onun qonşusu X16 olduğunu bilmişdir. məhkum onu qucağına götürüb digər yataq otağına keçirmiş, həmin yataq otağında onunla zorla cinsi əlaqədə olmuşdur. Evinə girən şəxslər onun 40 manat dəyərində “Nokia” markalı mobil telefonunu da götürüb özləri ilə aparmışlar. Onlar getdikdən sonra o çox çətinliklə, təxminən 30 dəqiqə ərzində kəməri əllərindən açmışdır. Məhkum ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsindən görünür ki, o müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, X8nın evinə basqın edərkən məhkumin əlində bıçaq olmuş, məhkum evi axtararkən həmin bıçağı ona vermiş, səsini çıxarmasın deyə bıçağı sonuncunun boğazına yaxın məsafədə saxlamışdır. məhkum tapdığı kəmərlə X2nin əllərini arxadan bağlamışdır. Evdən dəyərli heç nə tapmadıqları üçün əsəbləşərək məhkum və o, X2ni yatdığı otaqdan çıxarıb digər yataq otağına aparıb iki nəfərlik çarpayının üstünə üzaşağı formada uzatmış, birinci məhkum X2ni zorlamış, X2 həmin vaxt üzü aşağı olduğu üçün onların hansının onunla cinsi əlaqədə olduğunu görməmişdir. Qaranlıq olduğu üçün o, məhkumin X2 ilə qeyri-təbii və ya təbii yolla cinsi əlaqədə olduğunu görməmişdir. So nra o, X2ni birinci dəfə «arxadan», daha sonra «qabaqdan» zorlamışdır. məhkum evdən çıxdığı vaxt masanın üstündəki şokoladları və meyvə şirəsini, daha əvvəl isə X2nin qara rəngli “Nokia” markalı sadə mobil telefonunu da özü ilə götürmüşdür. Evdən çıxdıqdan sonra başındakı maskanı və əlindəki əlcəkləri evdən təxminən 200 metr məsafədə kolluğa tullamışdır. Məhkum X4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, onunla birlikdə Salyan rayonunun Xalac qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Məhkum dəvəti ilə 27 iyul 2017-ci il tarixdə İmişli rayonuna gəlmiş, həmin gün saat 22 radələrində X3 və o, sonradan tanıdığı X3un işlətdiyi çayxanada olarkən məhkumin təklif etdiyi X2 adlı qadının evinə girməyi planlaşdırmışlar. X3 və o, 27 iyul 2017-ci il tar ixdən 28 iyul 2017-ci il tarixə keçən gecə saat 03 radələrində İmişli şəhərində Mərkəzi Poçtun yanında yerləşən parkın içərisindən keçib dəmiryolunun üzərində olan körpüdə məhkumlə görüşmüş, məhkum onları X2nin evinə aparmış, məhkum özü ilə iki ədəd qara rəngli köynək gətirmiş, X3 və məhkum həmin köynəkləri maska kimi başlarına keçirmiş, o da ağ rəngli üzərində qara damalar olan köynəyini maska kimi hazırlayıb başına geyinmiş, X3in İmişli şəhərində yerləşən bazarın yaxınlığındakı apteklərdən birindən aldığı 3 cüt əlcəyi də geyinmişlər. məhkum, X3 və o, daş divardan tullanıb evin həyətinə daxil olmuşlar. Evin giriş qapısı içəridən bağlı idi. Üzbəüz dayandıqda sağ tərəfdəki pəncərə açıq idi, pəncərədə tor var idi. X3 toru yerindən çıxarıb piləkənin meydançasına qoymuş, daha sonra pəncərənin qarşısındakı gül dibçəklərini birlikdə piləkənin meydançasına yığmış, əvvəlcədən razılaşdıqları kimi içəri birinci X3, dərhal sonra o girmiş, məhkum isə pusquda dayanmışdır. məhkum X2nin onu tanıyacağından ehtiyatlandığı üçün evə girməmişdir. X3 və o, pəncərədən mətbəx kimi istifadə edilən dəhlizə daxil olub, oradan da qonaq otağına girmişlər. Qonaq otağından sol tərəfdə iki yataq otağı var. Qonaq otağında yataq otaqları ilə üzbəüz dayandıqda sağ tərəfdəki otaqda X2 yatmışdır. Onlar əllərində olan yandıran fənəri ilə otaqları axtarmış, lakin dəyərli heç nə tapmamışlar. Daha sonra X2nin yatdığı otağa girmiş, X3 yumruğu ilə X2ni vurub yuxudan durğuzmuş və qolu ilə X2ni arxadan qucaqlayıb həmin qolu ilə X2nin ağzını tutub qışqırmasına mane olmuşdur. O, X2nin qışqıracağından qorxduğu üçün özün ü itirib X2yə iki dəfə yumruq vurmuşdur. Bu vaxt X3 özü ilə gətirdiyi yekə mətbəx bıçağını çıxarıb X2nin boğazına tutmuş, səsini çıxarsa onu öldürəcəyini demişdir. O, dolabdan qara rəngli kəmər tapıb, həmin kəmərlə X2nin əllərini arxadan ovuc hissədən çarpaz formada bağlamış, X2dən pulların, qızılların və dəyərli əşyaların yerini soruşmuş, lakin sonuncu heç nə deməmişdir. O, dolabdan çarpayı dəsti götürmüş, həmin çarpayı dəstini qonaq otağına çıxarıb içərisinə baxdıqda 10 ədəd 100-lük manatdan ibarət pul əskinazı tapmış, çarpayı dəstini məhkumə vermiş, lakin pul barədə məhkumə heç nə deməmiş, X2nin yatdığı yataq otağına qayıtmış, bu vaxt X3 evdən dəyərli heç nə tapa bilmədiklərini düşündüyü üçün əsəbləşmiş, buna görə X2ni zorlayacağını demişdir. Daha sonra X3 X2ni yatdığı otaqdan çıxarıb d igər yataq otağına aparmış, əlindəki bıçağı X2nin boğazına tutaraq problem yaratsa onu öldürəcəyini demiş, o, X2ni soyundurmaqda X3ə kömək etmişdir. X2ni üzü aşağı formada ikinəfərlik çarpayıya uzatmış, X3 X2 ilə cinsi əlaqədə olmuş, qaranlıq olduğuna görə, X3in X2 ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmasını bilməmişdir. Daha sonra X3 X2 ilə cinsi əlaqədə olmasını ona da təklif etmiş, lakin o, X2 ilə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. X3 cinsiyyət orqanını X2nin ağzına salıb çıxarmışdır. Bu vaxt o, həyətə çıxmış, məhkum ondan həyətə çıxmağının səbəbini soruşduqda X3in X2ni zorladığı üçün həyətə çıxdığını bildirmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, təqsir ləndirilən şəxs Məhkum ifadəsi yerində yoxlanılarkən o X8ya qarşı törədikləri əməllər zamanı istifadə etdiyi və sonradan atdığı əlcək və maskanın yerini göstərmiş və həmin əşyalar onun göstərdiyi yerdən, İmişli şəhəri, ünvan 3ki kolluqdan aşkar edilərək götürülmüş, istintaq zamanı onlar maddi sübut kimi tanınmışlar. İş materiallarında olan tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin iştirakı ilə zərərçəkmiş şəxs X3 tanınmaya təqdim edilərkən X8 onu duruşundan, boyundan, yəni ondan bir az hündür olmasından, qolunun tüklü, bir az dolu və cüssəli olmasından, idmançı kimi görünməsindən, qəribə baxışlı əlamətlərinə malik olmasından tanımış və evinə girən şəxslərdən biri onun olduğunu göstərmişdir. İş materiallarında olan məhkəmə tibbi eks pertizasının 05.08.2017-ci il tarixli, 463 nömrəli rəyindən görünür ki, X8da alın nahiyyəsində solda, sol gözaltı nahiyyədə, sol yanaqda, sağ bazunun orta 1/3-də ön səthdə, sağ bazunun aşağı 1/3-də bayır səthdə, sağ saidin orta 1/3-də arxa səthdə, sol bazunun aşağı 1/3-də arxa səthdə, sağ əlin üst syeksiyasında, sol əlin üst səthində 2-ci əldarağı sümüyü proyeksiyasında, sağ budun aşağı 1/3-də bayır səthdə, sağ diz oynağının ön səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əmələ gəlmə müddəti 28.07.2017-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2nın arxa keçəcək dəliyi girəcəyində selikli qişada yaralar, qansızmalar küt əşyanın, o cümlədən qeyri-təbii yolla cinsi əlaqə zamanı, ereksiya vəziyyətində olan kişi c insiyyət üzvünün təsirindən əmələ gələ bilərdi, əmələ gəlmə müddəti, 28.07.2017-ci il tarixə uyğundur. X2nın qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti iki həftədən artıqdır. Uşaqlıq yolu girəcəyinin selikli qişasında və kiçik dodaqlarda qansızmalar təbii yolla cinsi əlaqədə olma zamanı, ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilərdi, əmələ gəlmə müddəti, 28.07.2017-ci il tarixə uyğundur. X2nın müayinəsi zamanı, onda bakterial vaginoz, trixomonada xəstəliyi aşkar edilmişdir. Qeyd edilmiş xəstəliklər cinsi əlaqədə olma zamanı yoluxa bilərdi. Kollegiya hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum ifadələrini həqiqətə uyğun olmayan, digər sübutlarla təkzib olunan yalan ifadələr kimi qiymətləndirərək sübut kimi qəbul etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün olaraq qanuni hesab etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 7ci bəndində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır Məhkum həmin cinayət əməlini törətməsi özünün və digər məhkumların qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməli CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 149.2.1, 149.2.4 və 150.2.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 149.2.1, 149.2.4 və 150.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar