Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1263/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir övladı olan, orta təhsilli, işl əməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 1(103)-2048/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 1(101)-1355/2022 nömrəli hökmü ilə (hakim lər: Ə.İ.Məmmədov (sədrlik edən), T.Q.Hüseynov və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 24 fevral 2022- ci ildən hesablanmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi apelyasiya şikayəti, dövlət ittihamçısı isə apelyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov ) apelyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022ci il tarixli hökmü Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, sonuncuya təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 il 06 aya endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti, dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 2,437 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq sa xlamış, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu RPİnin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində fərdi tikilmiş evin qarşısında saxlanılaraq 12-ci Polis şöbəsinə aparılmış, orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngdə sellofana bükülmüş, ümumi təmiz çəkisi 2,437 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsi fini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayətprosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edibqiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdır. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini, sonuncundan aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsini kassasiya protestinin müəllifi şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, ibtidai araşdırma zamanı əldə edilmiş ekspertiza rəyilə və təqsirli şəxsdən aşkar edilmiş narkotik maddənin miqdarı ilə əlaqələndirir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəz ərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum üzərində hər hansı narkotik vasitə olmadığı, sonuncu ittihamda qeyd olunan yerdə və vaxtda deyil tam fərqli zaman kəsiyində və yerdə tutulduğu, yəni ümumiyyətlə cinayət törətmədiyi halda, sübutların və sübutetmə qaydalarının ziddinə olaraq cinayət məsuliyyətinə cəlb edilib əsassız olaraq CMin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçilər kassasiya şikayətində göstərilən lərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlində cinayət tərkibi olmadığından, həmin bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1 -ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkum külli miqdarda narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib, daşımaqda və saxlamaqda - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiklərini iddia edərək, faktiki olaraq apellyasiy a instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətin bildirilməsini məqsədəuyğun hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət- Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi pri nsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin m üəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Qanunun 353.2-ci maddəsi isə məhkəmədən tələb edir ki, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinay ət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məh kəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni 2,437 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu RPİnin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində fərdi tikilmiş evin qarşısı nda saxlanılaraq 12-ci Polis şöbəsinə aparılmış, orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngdə sellofana bükülmüş, ümumi təmiz çəkisi 2,437 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür k i, məhkəmələr Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib məhkum etməsinin əsasını aşağıdakı sübutlar (o cümlədən işin faktiki halları) təşkil etmişdir. _ Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu qismən etirafedici ifadəsi. _ şahid qismində dindirilmiş Şahid1 ifadəsi. _ Məhkum xx.xx.2022-ci il tarixdə, saat 20:00-da 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında polis əməkdaşlarından yayınması və nəsə gizlətməsinə cəhd etməsi səbəbi saxlanılmasına dair 24 fevral 2022-ci il tarixli raport (cild 1, iş vərəqə 4) _ Məhkum üzərinə şəxsi axtarış aparılması və həmin vaxt onun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffəf rəngdə sellofana bükülmüş, ümumi təmiz çəkisi 2,437 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsinə dair 24 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol (cild 1, iş vərəqə 29-30). Lakin, birinci və apellyasiya instansiyası məhkəmələri həmin sübutları kifayət qədər yoxlamamış, müdafiə tərəfinin sadalanmış sübutların mötəbərliyinə ciddi şübhə salan dəlillərini araşdırmamışlar. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə diqqət etdikdə görünür ki, Məhkum məhkəmədə dindirilərkən onda ittiham aktında göstərilən narkotik vasitələrin aşkar olunmasını inkar etmiş (baxmayaraq ki, birinci instansiya məhkəməsi göstərilən halı qismən etiraf kimi qəbul etmiş) və vermiş olduğu ifadəsində tutulduğu gün səhər tezdən evdən çıxdığını, polis əməkdaşları onu Yeni Ramanada "Şüşə” qəsəbəsində kan alın üstündə yerləşən "Al” marketdə oğurluq etməyə cəhd etdiyinə görə tutub Polis bölməsinə apardıqlarını, orada ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, ya da oğurluğa görə məsuliyyətə cəlb edəcəklərini, onun da polis əməkdaşlarına onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmələrini bildirdiyini qeyd etmişdir. İfadəsində daha sonra ittihamda onu evdə tutduqlarını bildirsələr də, o, evdən səhər tezdən çıxmış, deyilən vaxtda artıq evdə olmamışdır. O, "Şüşə” qəsəbəsində "Al” marketin içərisində tutulmuşdur. Əslində o, həmin marketdə oğurluq etmək istəmiş, lakin mühafizəçi kamera ilə bunu görüb onu tutmuşdur. Polis bölməsində olanda axşam onu Bəxtiyar adlı əməliyyatçının otağına aparıb adını və soyadını soruşmuşlar. O da Məhkum olduğunu bildirmişdir. Əməliyyatçı ona de mişdir ki, "mənə adam ver”. O isə heç kimi tanımadığını bildirmişdir. Sonra polis əməkdaşı ona demişdir ki, "onda özün get sroka”. Sonra o, hansı maddə ilə təqsirləndiriləcəyini soruşmuşdur. Polis əməkdaşı da ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini demişdir. Məhkəmə iclasında vermiş olduğu ifadə ilə Məhkum ibtidai istintaqda verdiyi ifadələrindən imtina etməklə yanaşı, işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Maraqlı budur ki, birinci instansiya məhkəməsi Məhkum narkotik vasitələri əldə etməsi, üzərində saxlamaqla daşıması, satışı ilə məşğul olması ilə əlaqədar əməliyyat orqanına əməliyyat məlumatının daxil olmasını təsdiq edən hər hansı bir sübut olmadığına istin ad edərək belə nəticəyə gəlmişdir ki, Məhkum xx.xx.2022-ci il tarixdə tutulanadək əməliyyat orqanında onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edə biləcək məlumat olmamış, həmçinin onun polis əməkdaşları tərəfindən saxlanılmasına səbəb Məhkum ifadəsində göstərdiyi mağazada oğurluğa cəhd etmə faktı olmuş, o, məhz bu əsasla şübhəli şəxs qismində saxlanılmaqla 12-ci Polis şöbəsinə aparılmış, araşdırma ilə əlaqədar həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən külli miqdarda, yəni 2,437 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmədə araşdırılmadığından Məhkum cinayəti harada (ehtimal olunan cinayətin törədilməsi yeri) və hansı zaman kəsiyində (vaxtı) törətməsi kassasiya şikayətinin müəll iflərinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına da aydın deyil. Belə ki, Məhkum birinci instansiya məhkəməsində ittihamda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə, saat 20:00-də 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında deyil (evdən səhər tezdən çıxdığından, deyilən vaxtda artıq orada olmamış) daha əvvəl Yeni Ramanada "Şüşə” qəsəbəsində kanalın üstündə yerləşən "Al” marketdə oğurluq etməyə cəhd etdiyinə həmin marketdə tutlduğunu bildirmişdir. Qeyd olunan ifadəni verməklə Məhkum faktiki olaraq məhkəməni barəsində tərtib olunmuş 24 fevral 2022-ci tarixli “Şübhəli şəxsin tutulması” və eyni tarixli “Şəxsi axtarış və götürmə” haqqında protokolların mümkünlüyünü, mötəbərliyini, eyni zamanda tutulmasında iştirak etmiş polis əməkdaşlarının vermiş olduğu ifadəl ərin (həmçinin həmin əməkdaşlar tərəfindən tərtib olunmuş 24 fevral 2022-ci il tarixli raportun) mötəbərliyini təkzib edən sübutların tədqiqinə dəvət etmişdir. “Şübhəli şəxsin tutulması” haqqında 24 fevral 2022-ci tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PB-nin polis leytenantı X9 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saat 20:50-də Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında tutmuş, təqsirli şəxsin tutulduğu yer ünvan 2 ünvanı, tutulmanın vaxtı isə saat 20:00dan hesablanmışdır. Məhkum üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitənin götürülməsi haqqında 24 fevral 2022-ci il tarixli protokolda həmin hərəkətin Sabunçu RPİ-nin 12-ci polis şöbəsində 24 fevral 2022-ci ildə saat 21:15-də başlayıb saat 21:30-da qurtarması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin ***-*******22 saylı cavab məktubundan (cild 1, iş vərəqə 230-231) görünür ki, vətəndaş X8 xx.xx.2022-ci il tarixdə, saat 14:55-də "102” xidmətinə zəng edərək işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindəki marketdə oğurluğa cəhd edən şəxsin saxlanılması barədə məlumat vermişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı X9 Sabunçu rayon prokuroru İbrahim Ləmbəranskiyə ünvanlamış 24 fevral 2022-ci tarixli 074-894-1221 saylı məktubundan görünür ki, sonuncu Məhkum xx.xx.2022-ci il tarixdə saat 16:50-də Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuşdur. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 dövlət ittihamçısının suallarına cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinin keçirilməsini xatırlamır, Məhkum oğurluq cinayəti ilə əlaqədar saxlanıldığını ehtimal edir, ola bilər ki, Məhkum Yeni Ramanada "Şüşə” qəsəbəsində kanalın üstündə yerləşən "Al” marketdə oğurluq etməsi ilə bağlı saxlanılaraq polis şöbəsinə gətirilib. Belə vəziyyətdə yəni əməliyyat müvəkkili Şahid2 Məhkum Yeni Ramanada "Şüşə” qəsəbəsində kanalın üstündə yerləşən "Al” marketdə oğurluq etməsi ilə bağlı saxlanılaraq pol is şöbəsinə gətirilməsi ilə bağlı ifadə verdiyi halda, xx.xx.2022-ci il tarixdə, saat 14:55-də "102” xidmətinə zəng olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindəki marketdə oğurluğa cəhd edən şəxsin saxlanılması barədə məlumat daxil olduğu halda, həmçinin prosessual rəhbərliyi həyata keçirən prokurora Məhkum xx.xx.2022ci il tarixdə saat 16:50-də tutulması ilə bağlı məlumat verildiyi halda saatlar sonra Sabunçu RPİ-nin 12-ci PB-də təqsirli şəxsin barəsində tərtib edilmiş protokolların mötəbərli ilə bağlı suallar çıxır ki, onların da məhkəmə tərəfindən cavabsız qoyulması (həmin məsələlərin araşdırılmaması) narkotik vasitənin götürülməsi haqqında protokolun mümkünlüyünə və mötəbərliyinə, eləcə də həlledici şəkildə maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Göründüyü kimi birinci instansiya məhkəməsində baxılmış yuxarıda qeyd olunan hallar ittihamda göstərilənlərlə, o cümlədən Məhkum xx.xx.2022-ci il tarixdə, saat 20:00-da ünvan 2 ünvanının qarşısında saxlanılmasına dair məlumatla uzlaşmamasına baxmayaraq, məhkəmə bu uyğunsuzluqdan törəyən şübhəni nəinki aradan qaldırmaq üçün tədbir görməmiş, həmin materialları digər sübutlarla müqayisə edib qiymətləndirməmiş, hökmdə onlara istinad belə etməmişdir. Birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi ilə bağlı qənaətinin ziddiyyətli olduğunu göstərməklə onu şübhə altına alan daha bir hal kimi məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmələr ittihamı təşkil edən sübu tlara şübhə ilə yanaşdıqları halda yəni Məhkum ittihamda yazılandan fərqli şəkildə narkotik maddəyə görə yox oğurluğa cəhdə görə saxlanılması barədə yuxarıdakı mülahizələri ilə qeyd olunan məsələlərə münasibətini bildirdikdən sonra, hökmün qalan hissəsini əslində həmin nəticələri inkar edən sübutların təsvirinə həsr etmişdir. Birinci instansiya məhkəməsi hökmdə 24 fevral 2022-ci il tarixli raporta (saat 20:00-də 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında polis əməkdaşlarından yayınması və nəsə gizlətməsinə cəhd etməsi səbəbi saxlanılmasına dair), şahid qismində dindirilmiş Şahid1 ziddiyyətli ifadəsinə, Məhkum narkotik istehlakçısı olmadığını göstərən məhkəmə narkoloji ekspertizalarının rəylərinə istinad etmişdir. Təsvir edilənlər məhkəmələr tərəfindən sübutla rın yoxlanılmasını, tam, hərətəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara (CPM-in 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş – Məhkum şəxsi istifadə məqsədi ilə 2,437 qram heroin narkotik vasitəsini qanunsuz olaraq əldə edib, saxlayaraq daşımasının, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə də mötəbər sayıla, inandırıcı q ənaət kimi qiymətləndirilə bilməz. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəmə sinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti ilə əlaqədar müəyyən edilən hallar məhkəmə qərarının kassasiya qaydasında məhkuma münasibətdə ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntular kimi çıxış edir. Yuxarıda qeyd olunan, Məhkum müdafiəçisinin kassasiya şikayəti ilə əlaqədar müəyyən edilmiş hallar dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin qanunsuz olmasını ehtiva edən (onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1 -ci maddəsinə əsasız dəyişdirilməsinə həsr olunmuş) kassasiya protestinin əsassız olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair məhkum edilmiş şəxsin müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 noyabr 2022-ci il tarixli, 1(103)-2048/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhk əməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 noyabr 2022-ci il tarixli, 1(103)-2048/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1263/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1263/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver