Məhkəmə qərarları › İş №1(102)-1264/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1264/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1264/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-134/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarından Məhkum və Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu tərəfindən ayr ı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 2000-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi yaşauış qeydiyyatında olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşamışdır. 2. 31 yanvar 2022-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi or qanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda bunlara əməl etməyərək, sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi Opel Vectra markalı, 99NT436 dövlət qeydiyyat nişanlı avtomobillə 28 mart 2021ci il tarixdə, saat 16:15 dəqiqədə Bakı şəh., Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində y erləşən, «OBA» marketin və avtoyuma sexinin qarşısında olan asfalt örtüklü sahədə geriyə hərəkətdə olarkən, həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin geriyə hərəkətinə bu manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçılarına maneə yaratmaması, lazım gəldikdə, sürücünün başqa şəxslərin köməyindən istifadə etməsi ilə icazə verilməsi şərtlərinə əməl etməli olduğu halda bunlara əməl etməyərək, geriyə hərəkətini davam etdirib avtomobilin arxa tərəfində dayanan piyada Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunu avtomobilin arxa sol tərəfi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun sağ bud sümüyünün yerini dəyişən, qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aidə xəs arət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-253/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsiində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddiaçı Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun iddiasının baxılmamış saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə mə srəfləri məsələləri həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi və Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun mülki iddia ərizəsinin rədd olunması barədə hökm çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən həmçinin Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsi və tərəfindən verilmiş mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-134/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs Məmmədibrahim oğlunun apell yasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-253/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli hökmü təyin edilmiş cəza və mülki iddiaya münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Məmmədibrahim oğlunun mülki iddiası qismən təmin edilmiş, mülki cavabdeh Məhkum maddi ziyana görə 3200 (üç min iki yüz) manat və mənəvi ziyana görə 300 (üç yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs Məmmədibrahim oğluna ödənilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilm ədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanın şərti olaraq çəkilməsi və zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, zərərçəkmiş şəxs onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-134/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli q ərarının ləğv edilməsi, mülki iddanın təmin edilməsi ilə maddi zərərə görə 10500 manat və mənəvi zərər görə 500 manat olmaqla, cəmi 11000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum kassasiya şikayətində barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsinin tətbiq edilməsi və ona qarşı verilmiş mülki iddianın rədd edilməsini xahiş etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. 1

8. Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu mülki iddiasının tam təmin edilməsi barədə kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsin və zərərçəkmiş şəxs kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)134/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cin ayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

21. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cü mlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

23. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-h üquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

24. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla məhkum edilmiş şəxsin kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müq ayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

26. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilən cəza - 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin orta həddindədir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tət biq edilməsi daxil olmaqla) imkan verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət etməklə, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edir.

28. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin ona qarşı verilmiş mülki iddianın rədd edilməsi barədə, həmçinin zərərçəkmiş şəxsin mülki iddiasının tam təmin edilməsi barədə kassasiya şikayətlərinin dəlillərini də əsassız hesab edir.

29. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasənn mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki proses sual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası MPM”) 52.2-ci maddəsində müəyyən edilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

31. Azərbaycan Respublikası MPM-nin 191.1-ci və 191.3-cü maddələrinin ümumi məzmununa görə, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

32. Qeyd edilənlərlə yanaşı məhkəmə ko llegiyası vurğulayır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi ilə prosess tərəflərinin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsi qoyulur.

33. Məhkum kassasiya şikayətində ona qarşı verilmiş mülki iddianın əsassız olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edildiyini iddia etsə də, cinayət işinin materiallarından müəyyən edilir ki, məhkəməyə təqdim etdiyi 10 fevral 2023-cü il tarixli ərizəsində Məhkum mülki iddia üzrə heç bir sübutun olmamasına baxmayaraq, iddianı vicdanla qismən qəbul edib, 3200 manat maddi və 300 manat mənəvi zərərin hissə-hissə ödənilməsi vəzifəsini öhdəliyinə götürdüyünü bildirmişdir.

34. Cinayət işinin materiallarından həmçinin görünür ki, Məhkum apellyasiya instansiyası məhkəməsində aparı lmış icraat dövründə cinayət və mülki qanunvericilikdə müəyyən edilən prosessual hüquqlarının təmin edilməsini peşəkar hüquqşünas – vəkil Müdafiəçi3 həyata keçirmişdir.

35. Məhkəmə kollegiyası qeyd edilən iki hala və mülki-prosessual qanunvericiliyin yuxarıda istinad edilən müddəalarının tələblərinə əsaslanmaqla hesab edir ki, Məhkum apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi etiraf ərizəsinin məzmunu və məhkəmə araşdırmasında peşəkar hüquqşünasla təmsil edilməsi, ona qarşı verilən iddianın qismən etiraf etməsinin nəticələrindən xəbərdar olduğunu təsdiqləyir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu tərəfindən verilən iddia ərizəsinin həcmi hər hansı bir maddi sübutla təsdiq edilmədiyinə baxmayaraq, apellyasiya instansiyası məhkəm əsi tərəfindən məhkumun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə maddi və mənəvi zərərin vurulması faktının mübahisəsiz olduğunu nəzərə alıb sonuncunun ərizəsini təsdiq etməklə zərərçəkmiş şəxsin mülki iddasının qismən təmin edilməsi barədə qərar çıxarılması qanuni, əsaslı və ədalətli yekun nəticə kimi qəbul edilməlidir.

36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-134/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, m əhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-134/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar