Məhkəmə qərarları › İş №1(102)-1264/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1264/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1264/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Balayeva Zəhra İbrahim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Abasov Zaur Vaqif oğlunun iştirakları ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Uğur Yolu’’ MM C-də direktor vəzifəsində işləmiş, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 309.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Abasov Zaur Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 1(124)-300/2024 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) Məhkum - Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 9 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-in 32.5, 309.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apellyasiya şikayəti təmin ed ilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 1(124)-300/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən vəzifəli şəxs Məhkum vəzifə səlahiyyətlərini aşaraq, xidməti səlahiyyətlərindən açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, Məhkum xx.xx.2022-ci il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınıb, hüquqi ünvanı Yevlax rayonu, Yevlax şəhəri, C.Əzizov ev 0, mənzil 17 olsa da, faktiki olaraq ünvan 2 ünvanında X8 məxsus, sonuncu ilə bağlanmış xx.xx.2 022-ci il tarixli, 01/22 nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürülmüş 3 mərtəbəli fərdi yaşayış evində fəaliyyət göstərən, əsas fəaliyyət istiqaməti narkotik və psixoaktiv maddələrə aludə olan şəxslərin qeyri-tibbi sosial reabilitasiyası və resosiallaşdırılması olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra MMC) xx.xx.2022-ci il tarixli "xxxx"nə və MMC-nin təsisçisi Şahid4 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 1 nömrəli əmrə əsasən direktor vəzifəsində işləyib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zidd olaraq, "xxxx" MMC-yə müraciət edən şəxslərlə "xxxx" müqavilələri MMC-nin adından bağlamaq hüququna malik təşkilati-sərəncamveri ci funksiyanı həyata keçirən vəzifəli şəxs kimi, MMC-nin xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Əsasnamə”sinin “Reabilitasiya mərhələsinin başlanğıcı” bölməsində qeyd edilən “Reabilitasiya mərhələsi xəstə ilə "xxxx" MMC arasında könüllülük prinsipi əsasında reabilitasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə, daha sonra xəstənin yaxın qohumu ilə "xxxx" MMC arasında müqavilə imzalandıqdan sonra başlayır” müddəasına, habelə müraciət edən bütün şəxslərlə bağlanmış "xxxx" müqavilənin 2.1-ci maddəsində qeyd edildiyi kimi “Xidmətlərin göstərilməsinin ilkin əsası – Kömək alanın (müraciət edən şəxs, yəni xəstə) bu müqaviləni imzalamaqla reabilitasiya mərkəzinin xidmətlərinə razılıq verməsidir” və 2.3-cü maddəsində qeyd edildiyi kimi “Kömək göstərən ("xxxx" MMC adından direktor Məhkum) xid mətlərin icrasına kömək alan tərəfindən müqavilədə göstərilən ödəniş qaydalarına əməl edilməsindən sonra başlayır” müddəalarına müvafiq olaraq "xxxx" MMC-yə göstərilən xidmətlər üçün müraciət edən şəxslərlə və yaxın qohumları ilə könüllülüyə əsaslanan müqavilələr bağlayıb ödənişi qəbul etdikdən sonra reabilitasiya xidmətlərinin göstərilməsinə başlamalı olduğu halda, vəzifəli şəxs olmayan, ictimai əsaslarla həmin MMC-nin fəaliyyətinə köməklik göstərən könüllülər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birgə açıq-aşkar surətdə vəzifə səlahiyyətlərindən kənara çıxan, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zidd olan, bununla da Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarında təsbit olun muş vətəndaş hüquq və azadlıqlarının açıq-aşkar kobud surətdə pozulması ilə müşayiət olunan hərəkətlər edib, 2023-cü ilin yanvar ayında X1rdaşı Zərərçəkmiş şəxs narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə etməklə narkomaniyadan əziyyət çəkməsi ilə əlaqədar sonuncunun ödənişli əsasla reabilitasiyası məqsədilə həmin MMC-yə şifahi qaydada müraciətini əsas tutub Zərərçəkmiş şəxs əvvəlcədən razılığını almadan, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birgə və sonuncuların köməyi ilə Albina Fataxovanın təklifinə uyğun olaraq reabilitasiya xidmətlərinə cəlb etmək niyyətilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları 18 ünvanında kirayə yaşadığı evdən çıxmasını gözləyib, sonuncu evdən çıxmadığı üçün həmin ərazini tərk etmiş, xx.xx.20 23-cü il tarixdə yenidən Albina Fataxovanın şifahi müraciətinə əsasən MMC-nin könüllüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birgə MMC-nin təsis sənədlərində nəzərdə tutulmayan və vətəndaşın əsas hüquq və azadlıqlarını tənzimləyən normativ aktlara zidd olaraq qeyriqanuni əməllərinin icrası üçün sonuncuya məxsus “Chevrolet Malibu” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəlib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə öz hərəkətlərini qarşılıqlı şəkildə uzlaşdırıb həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs faktiki yaşadığı evdən çıxmasını görüb sonuncuya yaxınlaşaraq, özlərinin "xxxx" MMC reabilitasiya mərkəzinin əməkdaşları olmasını, hansı məqsədlə Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlməsini bildirmədən, reabilit asiya xidmətinin göstərilməsinə dair sonuncunun razılığını almalı olduğu təqdirdə bunu etmədən, Zərərçəkmiş şəxs onlarla birgə avtomobilə əyləşərək getməsini təklif edib xidməti səlahiyyət hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs onların hüquq-mühafizə orqanı əməkdaşı olmasını zənn etməsi səbəbindən həmin avtomobilə könüllü surətdə əyləşməsindən sonra, əvvəlcədən X anası Şahid3 ilə birgə şəraiti ilə tanış olub bəyəndikləri, ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinə çatıb yalnız həmin mərkəzdə özlərinin reabilitasiya xidməti göstərən mərkəzin əməkdaşları olduğunu bildirməsindən sonra yaşayış evinin 1-ci mərtəbəsində yerləşən “Konsultant otağı” adlı otağa daxil olaraq, Zərərçəkmiş şəxs anası və bacısının şifahi müraciəti və təkidinə əsa sən narkotik vasitə və psixotrop maddələrin asılılığından müalicə olunmaq üçün reabilitasiya tədbirlərinə cəlb ediləcəyini bildirib, narkotik vasitə və psixotrop maddələrdən istifadənin zərərlərindən danışıb, özünün də bu yoldan keçdiyini izah edib Zərərçəkmiş şəxsla müalicə olunmağın faydaları barədə profilaktik söhbətlər apararkən sonuncu tiryək qrupuna aid alkoloidlərdən istifadə nəticəsində narkotik vasitənin təsiri altında olub müalicə olunmaq niyyətində olmadığını bəyan edərək üzərindən ümumi uzunluğu 180 mm. olan, dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı cib bıçağını çıxararkən dərhal otaqda olan könüllü Şahid2 bıçağı Zərərçəkmiş şəxs əlindən almasının ardından o, sonuncunun hüquq və azadlıqları və qanuni mənaf elərinə, eyni zamanda cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zidd olaraq, Azərbaycan Respublikası Konstitusiyası və digər normativ sənədlərdə təsbit olunmuş, dövlət orqanlarının müstəsna səlahiyyətinə aid olan, yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilməsi mümkün olan hərəkətləri edib, yəni Zərərçəkmiş şəxs üzərində narkotik vasitə, psixotrop maddə, kəsici-deşici predmet və digər qanunsuz əşya olub-olmamasını müəyyən etmək üçün təhlükəsizlik tədbiri kimi paltarlarını soyunmalı olduğunu bildirmiş, sonuncu üzərində olan tumandan başqa digər paltarlarını soyunduqdan sonra o, həmin paltarlara baxış keçirərək 1 ədəd içərisində saç olan silindrik qab və 01 ədəd zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edi lməyən gümüşü rəngli dəmir predmet aşkar edib götürərək vəzifə səlahiyyətlərini aşmış, bundan sonra Zərərçəkmiş şəxs ünvansız söyüşlər söyüb səs-küy salmasına cavab olaraq o, həmin zaman otaqda olan könüllülər – Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs səs-küy salmaması, özünə gəlməsi və mərkəzdə müalicə alan xəstələrin psixologiyasına mənfi təsir etməməsi üçün otaqdan bayıra çıxmasını bildirməsinin ardından sonuncu 3 şəxs yaşayış evinin girişindən sağda, evə bitişik, qapalı hovuz olan otağa daxil olmuş, bundan bir neçə dəqiqə sonra, saat 22 radələrində Zərərçəkmiş şəxs narkotik vasitənin təsiri altında eni 4 m, uzunluğu 10 m, dərinliyi 170 sm olan, içərisi su ilə dolu hovuza özünü atması ilə əlaqədar ağız-burun dəliklərinin, tənəffüs yollarının maye-su ilə tutulması nəticəsində əmələ gəlmiş mexa niki asfiksiyadan ölümə səbəb olan, canlı şəxslərdə həyat üçün təhlükəli mexaniki asfiksiya ilə nəticələnərək ölümə səbəb olduğundan dərəcələrinə görə sağlamlığa AĞİR zərərvurmaya aid ağciyərlərin ödemi, plevra altında qansızmalar (Rasskarov-LukomiskiPalthauf ləkələri), tənəffüs yollarında ağ və açıq-çəhrayımtıl rəngli köpüyün olması kimi morfoloji dəyişikliklər xəsarətləri alıb öldüyündən o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən açıq-aşkar surətdə kənara çıxan, Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran hərəkətləri vəzifəli şəxs olmayan vəzifə səlahiyyətlərini aşmaqla Zərərçəkmiş şəxs ölümünə, yəni ağır nəticəyə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasi ya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan və ya ittiham olunduğu CM-in 309.2-ci maddəsinin sanksiyası daxilində daha yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti verərək Məhkum əməlinin CM-in 309.2-ci maddəsindən həmin Məcəllənin 309.1-ci maddəsinə tövsif edilməsi xahiş olunsa da, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq şikayəti təmin etməmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, Zərərçəkmiş şəxs ölümünə səbəb təqsirləndirilən şəxs Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri olmamışdır. Təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərini aşaraq zərərçəkmişin ləyaqətini təhqir edən hərəkətlərə yol verməmiş, ona qarşı zor tətbiq etməmiş və zor tətbiq etmə hədəsi də etməmişlər. O, Zərərçəkmiş şəxs özünü hovuza atması və hovuzda mexaniki asfiksiya baş verməsi ilə təqsirləndirilən şəxs Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri arasında səbəbli əlaqəsi yoxdur. Cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-sü il tarixli, 15 nömrəli və əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 15 nömrəli rəylərindən görünür ki, Zərərçəkmiş şəxs narkotik vasitələr (qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, fenkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisitlər aşkar edilmişdir) qəbul etmişdir. Bu səbəbdən də aqressiv olmuşdur. Sakitləşmək üçün həyətə çıxmış, daha sonra hovuza girmişdir. Bu hadisə həyətdə baş verən zaman təqsirləndirilən şəxslər orda olmamışlar. Təqsirləndirilən şəxs Məhkum himayəsində 2 azyaşlı uşağı olmasından başqa, hadisədən dərhal sonra bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməyə və bununla bağlı xəstəxanaya çatdırmağa çalışması, xəstə arvadı olması, ilk məhkumluğu və əməlindən səmimi peşman olması, ailəsinin tək qazanc gətirən şəxs olması nəzərə alınaraq sanksiya daxilində daha yüngül və ya onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsi mümkündür. Xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum könüllü olaraq 2-ci Qarabağ müharibəsində iştirak etmişdir, atası X6 Azərbaycan Respublikasının dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasında, əmin-amanlığın təmin olunmasında, dövlət çevrilişinə cəhd edən cinayətkarların zərərləşdirilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə “İgidliyə görə” medalı, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin 2005-ci il 25 mart tarixli 0177 nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə yuxarıda qeyd edilən dəlillərə əsasən qanunsuz və əsassız olmaqla, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmır, Məhkumn istinad edilən əməlin onun tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut yoxdur və bu ittihamlar hər hansı faktla sübuta yetirilmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkild ə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi Z.Abasovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya məhkəməsinin deyil, birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya məhkəməsi birinci və apellyasiya instansiya məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması xahiş olunur, eyni zamanda əməlinin düzgün tövsif olunmaması mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 309.1-ci maddə sinə əsasən “Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsinə görə “Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozul masına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadi səyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cina yət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilm əsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı p rinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədil ə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Məhkum əməllərini CM-in 309.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İ nsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin olunarkən onun himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını, ilk dəfə cina yət məsuliyyətinə cəlb olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, atası X5 Azərbaycan dövləti qarşısında və onun ərazi bütövlüyü uğrunda xidmətlərinin olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran hallar olmamasını nəzərə almış və ona təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərə cəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət m əsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstər ilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 5 9.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzg ün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəy işdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar