Məhkəmə qərarları › İş №1(102)-1265/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1265/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1265/2022 25.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsini X4, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(103)-1608/2021 nömrəli qər arından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 19 avqust 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 02 sentyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 03 iyun 2020-ci il tarixdə, saat 00:30 radələrində ünvan 3 ünvanının yaxınlığında qonşusu Zərərçəkmiş şəxs qonşuluqda yaşayan qadınla münasibətinin olması barədə həqiqətə uyğun olmayan söhbətləri yayan şəxslər barədə nalayiq ifadələr işlətməsini qardaşı X1 eşitdikdən sonra bunu özü üçün qəbuledilməz hal kimi qiymətləndirərək, yaşadığı ünvan 3 ünvanında qardaşı X2 ilə bir qrup şəxs halında birləşib saat 01:30 radələrində Ruslan Salayev özünə məxsus “WİNCHESTER” markalı, “B505” modelli, “US-010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngi, o, isə istintaqa məlum olmayan bıçaqla silahlanaraq ünvan 4 ünvanının qarşısına gəlib ictimai y er olan küçədə digər insanların olduğu halda, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq göstərərək, Ruslan Salayev üzərində olan silah qismində istifadə etdiyi “WİNCHESTER”markalı silahla havaya atəş açmaqla, o, isə istintaqa məlum olmayan silah qismində istifadə olunan əşya kimi istifadə etdiyi bıçaqla hadisə yerində olan Zərərçəkmiş şəxs qarşı zor tətbiq edəcəyi ilə hədələməklə, bir qrup şəxs halında ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəm əsinin 08 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablanmaqla cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir.

6. Həmin hökmlə X2 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Hökmdən Məhkum apellyasiya şikayəti verib iş üzrə tam və obyektiv araşdırma aparılmadığını, sübutların düzgün tədqiq edilmədiyini qeyd edərək hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 15 dekabr 2021-ci il tarixli, 1(103)-1608/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, “8 X8” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.8, 13 və 30-cu hissəsi tətbiq edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum ona təyin edilmiş qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasından azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, eti razlar

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum əməlində cinayət tərkibi yoxdur, buna görə ona bəraət verilməlidir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predm etini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-p rosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçisi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(103)1608/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların (zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər) məcmusu ilə müəyyən edilmişdir.

19. Müdafiəçinin Məhkum qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri məhkumun özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələləri ndə hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

21. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və pros essual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

22. Məhkəmə kollegiyası e yni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq “8 X8” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qə rarının müvafiq hissələrini məhkum edilmiş şəxs Məhkum barəsində tətbiq etməklə onu təyin edilmiş qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasından azad edib həmin hökmü dəyişdirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(103)-1608/2021 nömrəli qərarı dəyi şdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(103)-1608/2021 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar